MAL

is. [ ər. ]
1. Qiyməti olan və cəmiyyətdə alğı-satqı yolu ilə paylaşdırılan əmək məhsulu; ümumiyyətlə, alver obyekti olan hər şey; əmtəə. Çoxişlənən mallar.
[Xortdan:] Dükanın içində beş-on manatlıq mal yoxdur. Ə.Haqverdiyev.
Məscidin alçaq qapısından hamballar motal və başqa baqqal malları çıxarırdılar. Çəmənzəminli.

2. Parça, arşınmalı (çit, mahud, ipək və s.).
[Hacı Qara:] Heç kəs malın üzünə baxmır. M.F.Axundzadə.
Aslan əynindəki qara mahud paltonu və eyni maldan tikilmiş şapkanı çıxararaq asılqana taxıb, Rüstəm kişi ilə üzüzə əyləşdi. M.İbrahimov.

3. Var-dövlət, sərvət; mal-əmlak.
Dünyanın malı; Cahü cəlalı; Şövqü vüsalı; Bu balama qurban! (Layla).
Əlli yol çapıllam, yüz yol talannam; Bir şey deyil dövlət, mal, incimərəm. Aşıq Ələsgər.
Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. C.Məmmədquluzadə.

4. məc. vulq. Gözəşirin qadın (qız) haqqında.
[Cahangir ağa:] Heç görürsən, bu Həsən kişinin qızı Gülnisə nə maldır? Ə.Haqverdiyev.
[Qarı Xuramana:] Nə xanların malısan? S.Vurğun.

Синонимы

  • MAL mal bax 1. əmtəə; 2. parça; 3. var I
  • MAL mülk — dövlət — əmlak — var

Омонимы

  • MAL MAL I is. Satılmaq üçün çıxarılan hər hansı əşya. Söylənir Şəkinin ipək malları; Quba xalçasının qara xalları (S

Этимология

  • MAL Bu sözlə bərabər qara sözü də işlədilir. Qaramal sözü sinonimlər birləşməsidir və “iri mal (iri və buynuzlu mal)” deməkdir
MAQNON
MAL

Значение слова в других словарях