Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Kiçik Qarabəy
Kiçik Qarabəy (əvvəlki adı: Möhrətağ, daha əvvəl rusdilli mənbələrdə: Muxratax və Kiçik-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kiçik Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Möhrətağ kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Möhrətağ kəndi Kiçik Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kiçik Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. == Tarixi == XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi. == Tarixi == Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen, daha əvvəl rusdilli mənbələrdə: Ullu-Karabek) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ulu Qarabəy kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ulu Qarabəy kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794–1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu.
Atabəy
Atabəy (türk. "bəyin atası") - 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Səlcuqlularda atabəy rütbəsi daşıyan şəxs ölkənin və ya onun vilayətinin canişini və çox vaxt eyni zamanda kiçik yaşlı varis, yaxud vəfat etmiş hakimin övladları yanında regent və himayədar vəzifəsini yerinə yetirirdi. Bəzən atabəylər nikah və ya hər hansı başqa vasitələrlə hakimiyətə gəlirdilər. Atabəylərin bütöv sülalələri yaranırdı.
Ağabəy
Ağabəy (Təkab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Ağabəy (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Balabəy Həsənbəyov
Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol – 1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. == Həyatı == Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib == Fəaliyyəti == 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. == Güllələnməsi == 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub.
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.
Paşabəy (Həştrud)
Paşabəy (fars. پاشابيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (64 ailə).
Şamil Bababəy
Balabəy Ağayev
Balabəy Ağayev (30 sentyabr 1998) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Balabəy Ağayev 2017-2018-ci illərdə yeniyetmələr arasında beynəlxalq turnirlərdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U-21 Azərbaycan Çempionatının qalibi oldu, U-23 Azərbaycan Çempionatı və seniorların Azərbaycan Çempionatını isə bürünc medallarla başa vurdu. Həmin il Sofiya şəhərində (Bolqarıstan) gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olan Balabəy Ağayev həm də Nassauda gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Bir müddət hərbi xidmətlə bağlı olaraq idmandan uzaqlaşan Balabəy Ağayev 2021-ci ildə Fransanın Paris şəhərində baş tutan IJF Grand Slam turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2022-ci ildə Balabəy Ağayev əvvəlcə Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına sahib oldu. Apreldə Sofiya şəhərində Avropa Çempionatını beşinci pillədə başa vurduqdan sonra avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu, həmçinin IJF Grand Slam turnirlərinin BƏƏ mərhələsində bürünc, Azərbaycan mərhələsində isə qızıl medallara sahib oldu. İlin sonunda Qüds şəhərində IJF World Masters turnirini bürünc medalla tamamladı. Balabəy Ağayev 2023-cü ilin fevralında növbəti dəfə Fransanın Paris şəhərində baş tutan IJF Grand Slam turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Amma ilin növbəti turnirlərini — IJF Grand Slam turnirlərinin İsrail və Yaponiya mərhələlərini, həmçinin Macarıstanda IJF World Masters turnirini beşinci pillələrdə başa vurdu.
Atabəy (dəqiqləşdirmə)
Atabəy — 1) səlcuq sultanlarının azyaşlı vəliəhdlərinin tərbiyəçisi və qəyyumları; 2) Səlcuqilər dövlətinin süqutu nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu; 3) Misirdə məmlük sərkərdəsi. Atabəy (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd.
Atabəy (Şəmkir)
Atabəy – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir.
Atabəy bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Ağabəy (Təkab)
Ağabəy (fars. اقابيك‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 139 nəfər yaşayır (27 ailə).
Özbək (atabəy)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Şamil Atabəy
Şamil Atabəy 5.5.1925-20.11.1975 “Azərbaycan” jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün “Kommunistlərin “ideoloji işləri” məqaləsində isə göstərirdi ki, “Pravda” qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir”.
Atabəy Cahangirov
Atabəy Şahmur oğlu Cahangirov (7 iyul 1951, Novruzlu, Saatlı rayonu – 5 fevral 2022) — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991). == Həyatı == Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir. Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir. Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.
Ağabəy (Duzluca)
Ağabəy — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Ağabəq kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzindən 55 km, Duzluca şəhər mərkəzinə 19 km məsafədədir.
Ağabəy Azərbaycani
Ağabəy Azərbaycani (13 iyul 1939, Tehran) — Almaniyanın "Beynəlxalq Humanitar Tibbi Yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, professor, Amerikanın MİR humanitar tibb Cəmiyyətinin qurucusu və rəhbəri . == Həyatı == Ağabəy Azərbaycani 1939-cü ilin 13 iyul Tehran şəhərində anadan olub. Atası professor Tahir Ağabəy Azərbaycani Tehran Universitetinin Malerioloji İnstitutunun direktoru olmuşdur. Maleriya xəstələyinin İranda kökünün kəsilməsində böyük əməyi olub. Anası Siddiqə Heyət professor Cavad Heyətin böyük bacısıdır. İranda Təhsil nazirliyinin baş müşaviri və Qızlar Pedoqoji Universitetinin rektoru olub. Ana babası Əli Heyət uzun illər İranda məhkəmə sədri, ədliyyə naziri işləmiş, müxtəlif vəzifələrdə çalışmışdı. Ata babası Hacı Qasım XIX əsrin 50-ci illərində, təxminən 165 il əvvəl Almaniyada çap təhsili aldıqdan sonra mətbəə avadanlıqları alıb İrana gətirmək istəsə də, Sultan Əbdülməcid imkan verməmiş, onu İstanbulda saxlamışdı. O, ilk mətbəəni də burada qurmalı olmuş, sonralar mədəniyyət naziri işləmişdi. === Uşaqlıq illəri, təhsili === 4 yaşında məktəbə gedib.
Ağabəy Məmmədquliyev
Ağabəy Novruzbəyli
Ağabəy Sultanov
Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — tibb elmləri doktoru (1972), professor (1973), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru. == Həyatı == Ağabəy Sultanov 22 fevral 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinə daxil olub. 1960-cı ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi_Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil alıb. O, bir müddət Moskva şəhərində Elmi-Tədqiqat Psixiatriya İnstitutunda işləyib. Ağabəy Sultanov 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə çalışıb, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsini icra edib, Azərbay­canın baş psixiatrı olub. Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində böyük işlər görüb. == Akademik fəaliyyəti == Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1972-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1973-cü ildə isə professor elmi adına layiq görülüb.
Ağabəy rəqsi
"Heyvagülü" və ya "Ağabəy rəqsi" — Azərbaycanın milli rəqsi. Segah muğamı üstündədir. Qara zurna ilə ifa olunan xalq rəqsidir. Solo rəqslərə aiddir. El arasında bu rəqsi "Ağabəy rəqsi" də adlandırırlar. Bu bəstə Əli Kərimov tərəfindən bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == "YouTube"da "Heyvagülü" rəqsi.
Ağabəy Əsgərov
Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. == Həyatı == Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir. == Siyasi-ictimai fəaliyyəti == Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb. 1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.
Hacıbəy Sultanov
Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru. == Həyatı == Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir. Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir. == Əmək fəaliyyəti == 1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astrono­miya ekspedisiyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954- 1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956-1959), Şama­xı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vit­se-prezidenti (1976-1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslan­dırmışdır.
Qarabel qaratoyuq
Qarabel qaratoyuq (lat. Zoothera schistacea) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Qarabel siyənək
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Röyal Qaçayev
Samir Qaçayev
Samir Ziyəddin oğlu Kaçayev (5 mart 1994 və ya 6 mart 1994, Şamaxı – 2 aprel 2016, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Samir Kaçayev 5 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Kaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldu. 2015-ci ildə isə magistaturaya qəbul oldu. Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qaçayev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Samir Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.
İntizam Qaçayev