Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. == Məzmun == Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. == Həyatı == Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır. Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Qamış
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Qarın
Abdomen — bədənin üçüncü qismidir. Yetişkin dövrdəayaqlardan məhrum olan bu hissənin, thoraks ilə qarşılaşdırılarsa olduqca bəsid bir quruluşa sahib olduğu görünər. Əsas olaraq 12-ci segmentdən yaranmasına baxmayaraq bu segmentlər ancaq Protura'nın embriyon dövrlərində görünə bilər. Embriyonik olaraq 11-ci segment (sadəcə Collembola dəstəsi embriyolojik olaraq, 9-cu segment və bir telsona sahibdir) və Solo kisəsi ilə ganglionu olmadığı üçün seqment olaraq qəbul edilməyən "Telson" dan meydana gəlmişdir. Bəzi formalarda məsələn, yetkin Collembolada (alti seqment) olduğu kimi seqment sayında böyük azalmalar vardır. Milçəklərdə olduğu kimi böcək qruplarının çoxunda abdomenin son seqmentləri istirahət halında özündən əvvəlki seqment içinə çəkilə bilən cütləşmə organlarina çevrilmişdir. Qayda olaraq dişi eseysel açıqlığı 8-ci seqmentdə ya da onun arxasında olub erkəklərdə 9-cu segmentden çölə açılır. Bu iki seqmentdə Genital seqment, bundan əvvəlki segmentlərə Pregenital, sonrakı seqmentlər də Postgenital seqmentlər deyilir. Seqmentlərin quruluşu: Yetkin böcəkdə tipik abdomen seqmenti: 1 — Tergum və ya bel təbəqə, 2 — Sternum və ya ventral təbəqə, 3 — Tergum və sternumu birləşdirən lateral membran qisimləri, 4 — Ümumiyyətlə lateral membranlar üzərində və hər iki tərəfdə iştirak edən stigma qisimlərində əmələ gəlir. Bunlar iki qrup olaraq müzakirə oluna bilər: l.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. == Haqqında == Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Ağanus (bulaq)
Ağanus — Laçın rayonunu ərazisində mineral bulaq. Hidronim ağan/aqan (iti axan) və us (su) sözlərindən düzəlib, "iti axan su" deməkdir.
Babazənən (bulaq)
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır. Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir. Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır.
Buçaş müqaviləsi
Buçaş müqaviləsi — 18 oktyabr 1672-ci il tarixində Osmanlı İmperiyası ilə Polşa-Litva Birliyi (Reç Pospolita - Polşa Krallığı Taxt-tacı və Böyük Litva knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış Lyublin uniyasına əsasən yaradılmış federativ dövlət) arasında bağlanmış sülh müqaviləsidir. Bu saziş Osmanlı İmperiyasının ərazi qazandığı son müqavilədir. Bundan başqa, Osmanlı Dövləti, Bucaş müqaviləsi ilə qərbdə ən geniş sərhədlərinə çatmışdır. Hotin müqaviləsidən sonra (1621), Polşa-Litva Birliyi və Osmanlı İmperiyası arasında 50 il davam edən bir sülh prosesi baş vermişdi. Osmanlı himayəsindəki Ukrayna kazaklarına hücum edən polşalılar, sülhü pozublar. Sultan IV Mehmed və Körpülü Fazil Əhməd Paşa Ukrayna kazaklarının kömək istəməsi ilə Polşa yürüşünə çıxdılar. Kamaniçe yürüşü olaraq da adlandırılan səfərdə Osmanlı ordusunun ard-arda qazandığı uğurlardan sonra, Krım xanının da vasitəsilə Polşa sülh istədi. İmzalanan Buçaş (Buczacz) müqaviləsinə (18 oktyabr 1672) görə, Podolya Osmanlılara keçdi, Ukrayna da Osmanlı himayəsində Kazaxlara buraxılırdı. Reç Pospolita Krım xanına vergi ödəməyə davam etdiyi kimi peşkəş adı altında hər il Osmanlı İmparatorluğuna 22.000 də qızıl vergi ödəməyə məcbur edilirdi. Sazişin digər maddələrinə görə, Reç Pospolitadakı Lipka tatarlarından Türk ordusuna qoşulanların mallarına və ailələrinə zərər verilməyəcəkdi.
Balaş Abbaszadə
Balaş Abbaszadə (tam adı: Balaş Əlizaman oğlu Abbaszadə; 20 aprel 1950, Bakı – 7 may 2005, Bakı) — tarixçi-müəllim; yazıçı, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1990); pedaqoji elmlər doktoru. == Həyatı == Balaş Abbaszadə 1950-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. Bakı şəhəri Yasamal rayonu 21 nömrəli məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1980-ci illərdə Xanlar (indiki Göygöl) rayonunda məktəblərarası tədris-istehsalat kombinatının direktoru, daha sonra həmin rayonun Qarabağlar kənd orta məktəbinin direkotru, sonralar isə Maarif Nazirliyində inspektor, eləcə də şöbə rəisi vəzifəsində işləmişdir. 1989–cu ildə Elmira Qafarovanın əmri ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi təyin edilib. 1996-cı ilə qədər həmin vəzifədə çalışıb. Bu dövrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin köməkçisi vəzifəsi də daxildir. 1990-cı il 20 yanvar gecəsi Elmira Qafarovanın səsləndirdiyi bəyənatın ərsəyə gəlməsində xidmətləri olmuşdur.
Balaş Azəroğlu
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu, 11 noyabr 1921, Bakı – 24 aprel 2011, Bakı) — şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981). == Həyatı == Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır. İlk mətbu şeiri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır. İran Xalq Partiyasına daxil olur (1942).
Balaş Cəfərov
Balaş Namiq oğlu Cəfərov (18 iyul 2002, Hökməli, Abşeron rayonu – 23 dekabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş Cəfərov 18 iyul 2002-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olmuşdur. == Hərbi xidməti == Balaş Cəfərov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Balaş Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Balaş Cəfərovun nəşi 23 dekabr 2020-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Balaş Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Balaş Fərziyev
Balaş İltizam oğlu Fərziyev (6 mart 1994, Bibiyani, Lerik rayonu – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Balaş İltizam oğlu Fərziyev 6 mart 1994-cü ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Balaş evin 3-cü övladı idi. Mikayıl Qasımov adına tam orta məktəbdə oxuyub. == Hərbi Xidməti == Fərziyev Balaş 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə müharibə başlıyan zaman könüllü kimi yazılıb. 29 sentyabrda Füzuli uğrunda gedən döyüşlərdə mina düşməsi nəticəsində şəhid olmuşdur.
Balaş Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Bağırsaq (bulaq)
Bağırsaq – Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağırsaq kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Qarabağ yaylasında, Kəlbəcər rayonu ərazisində, Bağırsaq çayının dərəsində, 2400 metr yüksəklikdə, İstisu Kurortunun yaxasında çıxan mineral bulaqdır. Suyu çoxdibetlidir. Suyundan müalicə və içmək üçün istifadə edilir. Vannası oynaq, sinir və digər xəstəliklərin müalicəsində müsbət təsir göstərir.Suyun hərarəti aşağıdır. Suyunun tərkibində bol miqdarda həm müxtəlif təbii qazlar, həm də mineral maddələr var. == Həmçinin bax == Bağırsaq == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.74.
Bulak xan
Bulak xan (1360 – 1380 və ya 1379) — Qızıl orda xanı. 20 yaşında Mamay xan tərəfindən taxta çıxmış. Dəfələrlə Qiyasəddin Xaqanbəy xan və Urus xan tərəfindən devrilsə də yenə taxta qayıtmışdır. Sonuncu dəfə isə Qiyasəddin Xaqanbəy xan tərəfindən devrilmişdi.
Bulak İyesi
Bulaq iyesi
Bulat (Əbyəlil)
Bulat (başq. Булат) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bulat kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 40 km., kənd sovetliyindən (Selin): 5 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 8 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Ulas
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. == Toponimikası == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Barıs
Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. == Coğrafiyası == Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Qarşi
Qarşi (özb. Qarshi/Қарши , pronounced [qarʃɨ] ; fars. نخشب‎ Nəxşab) — Özbəkistanın cənubunda yerləşən şəhər. Qaşqadərya vilayətinin paytaxtı. İnzibati cəhətdən Qarşi şəhər tipli Qaşqədərya qəsəbəsini əhatə edən rayon səviyyəli şəhərdir. 278,300 nəfər əhalisi var (2021-ci il təxmini). Təxminən 520 km Daşkənddən cənub-cənub-qərbdə, təxminən 335 km şimalda, Özbəkistanın Əfqanıstanla sərhədində 38° 51' 48N enində, 65° 47' 52E uzunlğunda, 374 metr yüksəklikdə yerləşir. Şəhər təbii qaz istehsalında əhəmiyyətlidir, lakin Qarşi toxunmuş düz xalça istehsalı ilə də məşhurdur. Əslən Soqdiyanın Naxşab şəhəri (bu, Yunan-Baktriya Krallığının hakimiyyəti dövründə Eucratideiya adlandırıla bilərdi və İslam özbəklərinin (türklərin) Nəsəf şəhəri və Monqolun Qarşi şəhəri (Xarş tələffüz olunur), Qarşi idi. Buxara əmirliyinin ikinci şəhəri.
Qoris
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Qars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. == Tarixi hadisələr == 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Balış
Yastıq və ya balış — içərisi quş və ya başqa heyvan tükləri ilə doldurulmuş torba şəkilli yataq dəstidir. Çox vaxt yastıqlardan divanaların üstündə dekorativ məqsədlə də istifadə edirlər. Boyun arxasında qoyulmuş diyircək də yastıq hesab olunur. El arasında ona balış da deyirlər.
Balış Ovezov
Balış Ovezov (türkm. Balyş Öwezowiç Öwezow; 29 dekabr 1915, Daşoğuz, Xivə xanlığı – 13 oktyabr 1975, Aşqabad) — 1951-1958 və 1959-1960-cı illərdə Türkmənistan SSR Nazirlər Sovetinin sədri. Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1960-1969). 4-7-ci çağırışlar SSRİ Ali Sovetinin deputatı. 1961-1971-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü, 1952-1961-ci illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü. == Həyatı == 16 dekabr (29) 1915-ci ildə Xiva Xanlığının Bedirkent kəndində (Türkmənistanın Taşauz bölgəsinin Taxtinski rayonu, indiki Daşoğuz velayatının Gorogly etrapı və qədim zamanlarda - Xorazm) anadan olmuşdur. Şimal Yomud qəbiləsindən olan türkməndir. İki ali təhsili var idi: riyaziyyatçı və tarixçi. Sov.İKP Mərkəzi Komitəsinin Ali Partiya Məktəbini bitirib. Balış Ovezov 1960-1969-cu illərdə TSSR respublikasına rəhbərlik etmişdir.