Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoltuq arteriyası
Qoltuq arteriyası – lat. arteria axillaris körpücükaltı arteriyanın ardını təşkil edərək birinci qabırğanın bayır kənarından böyük döş əzələsinin aşağı kənarınadək gedir və bazuya keçərək bazu arteriyasını – lat. a. brachialis adlanır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Qoltuq blokadası
Qoltuq blokadası, aksillar blokada — periferik regional anesteziya metodu olub, əsasən yuxarı ətraflarda aparılan xüsusilə mil, dirsək, bilək, əldarağı, falanqa sümüklərinin osteosintezlərində, barmaqların replantasiya əməliyyatlarında həm anesteziya həm də əməliyyat sonrakı ağrılara qarşı müalicə üsulu kimi tətbiq edilir. Bu zaman blokada müvafiq qoltuq nahiyəsindən xüsusi iynə vasitəilə daxil olaraq, yerli keyləşdirici preparat yeridilməklə əldə edilir. Bu üsul qoltuqdan inyeksiya olduğuna görə qoltuq blokadası yaxud aksillar blokada adlandırılır. Uzunmüddətli müalicə üçün isə xüsusi iynənin mənfəzindən kateter yridilir. Kateter dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrinin təşkil etdiyi bazu kələfinə yerləşdirilir. Xüsusi portatip infuziya nasosu ilə kateterə davamlı olaraq yerli keyləşdirici preparat yeridilir. Bu zaman anesteziyanın müddəti tətbiq olunan preparatın təsir qüvvəsindən, həcmindən, inyeksiyanın dəqiq icra edilməsindən asılı olaraq qısala və uzana bilir. == Ümumi texniki aspektlər == Regional anesteziya müşahidə manitoru altında (EKQ, arterial təzyiq, pulsoksimetr) tam sterillik göznəlilməklə icra edilməlidir. İlk olaraq müdaxilə olunacaq nahiyə tibbi benzin vasitəsilə yağsızlaşdırılmalı, dezinfeksion məhlulla üç dəfə yuyulmalı və steril materialla izolə olunmalıdır. Punksiya olunan yer yerli keyləşdirici inyeksiyası ilə infiltirasiyalaşdırılır.
Qoltuq körfəzi
Qoltuq körfəzi - Xəzər dənizinin qərb sahilində Azərbaycan ərazisində yerləşir. Körfəz Kür çayının təsiri ilə yaranan, dənizin içərilərinə doğru irəliləmiş deltanın cənubunda yerləşir. Körfəz materik ilə delta arasında yerləşdiyindən Qoltuğu xatırladır. Körfəz dayazlığı ilə seçilir. Səbəb isə Kürün dənizə axıtdığı lildir. Dərinlik bəzi yerlərdə hətta 50 sm qədər azalır. Dəniz suyuna nisbətən şorluğu azdır. Körfəzə Ana Kür çayı axır.
Qoltuq nağara
Nağaranın bu növü, adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir (şəkil). Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Hazırda ansambl və orkestrlərin tərkibində aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür. Açıq havada sərbəst çalınır. Folklor ənənələrində, xalq oyunu tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir.
Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. == Tarixi == Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır. Z.O.Qoltuq hazırda Neftçala şəhərinin cənub tərəfində geniş bir ərazini əhatə edir. Kənddə bir neçə məhəllə adı mövcuddur. Vaxtı ilə rusların KOÇEVKA (düşərgə, köç yeri) adlandırdığı məhəllədə ruslarla yanaşı Cənubi Azərbaycandan gələnlər də yaşayırdı (həmşərilər). Burada Sayıllılar məhəlləsi var. Əsl Qoltuğun özü isə Kürün indiki Axmaz qobu qolunun cənubunda salınmışdı.
Qoltuqçiçək canavargiləsi
== Ümumi yayılması: == Rusiya (Dağıstan), Gürcüstan və Kiçik Asiyada təbii аrеаlı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Təbii hаldа Göyçаy rаyоnundа rаst gəlinir. == Stаtusu: == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yеr: == Tək-tək və ya qrup şəklində palıd-vələs meşələrində müşahidə edilir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə qısaboylu, budaqlı kol bitkisidir. Budaqlarının rəngi bozumtul rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsuv neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 0,3-0,6 sm arasında ola bilir. Yarpaqlaqrının üst hissəsi seyrək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür.
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Qoxmuq
Qoxmuq — Azərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı.Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır. == Təhsil == Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Qoytul
Qoytul — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə yerləşir. Kəndin digər adı "Qoytur"dur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı eyni zamanda Quytul formasında qeyd edilir. Kəndin ərazisində III–V əsrlərə aid azərbaycanlıların həyatı ilə bağlı tarixi abidələr var. == Toponimi == 1727-ci ilə aid mənbədə Qutyol kimidir Mənbədə kənddə 6 müsəlman (azərbaycanlı) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 70-ci illərində kənddə ermənilər də məskunlaşmış, sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1987-ci ildə kənd ermənicə Qetapı adlandırılmışdır. Türk dillərində qiytul "düşərgə" sözündəndir.
Qoytur
Qoytur, Qoytul — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km şərqdə, Arpaçayın sağ qolu Qoytul çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbəyində kəndin adı Qoytul, Kotur formalarında da göstərilir. Toponim qədim türk dilində "dərənin dibi" mənasında işlənən koy (>qoy) sözü ilə "möhkəmləndirilmiş yaşayış yeri, qala", "çəpərlənmiş təpə" mənasında işlənən tur sözünün birləşməsindən əmələ gəlmişdir. Tur//tura sözü durr formasında tarixi və coğrafi ədəbiyyatda "dərə", "aşırım", "dağ keçidi" mənalarında işlənmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). == Tarixi == Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. == Toponimi == Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Soluq
Soluq (Həştrud)
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Kolluq atlanqaçı
Kolluq atlanqaçı (lat. Elephantulus intufi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Kolluq dukeri
Kolluq dukeri (lat. Sylvicapra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Kolluq qaytarması
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Koltur adası
Koltur (far. Koltur) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada cəmi 1 nəfər yaşayır. Sahəsi 2.3 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 477 m-dir. Adada eyni adlı kənd vardır. Kənd 1980-ci ildə qoyunçuluqla məşqul olan əhali tərəfindən salınmışdır.
Qostun burnu
Qostun burnu (bolq. нос Гостун, ‘Nos Gostun’ \'nos go-'stun\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimalda yerləşən buzlaqlardan azad olan burundur. Burun 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burun Böyük Bolqar xanlığının qurucusu olan Kubrat xanın sələfi olan Qostun xanın adını daşıyır. == Yerləşməsi == Karpoş burnundan 2.5 km şimal-qərbdə, Timblon burnundan 2.45 km cənub-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Qoxmuq bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. == Hakimiyyəti == Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. == Həyatı == Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Sarı Saltuq
Sarı Saltıq və ya Sarı Saltuq ("sarışın", osm. صارى صالتق; həmçinin Sarı Saltıq Baba və ya Sarı Saltıq Dədə də adlandırılır; XIII əsr – ən geci 1298) — XIII əsr türk ələvi dərvişi. Balkanlarda və Yaxın Şərqin bəzi bölgələrində yaşayan bəktaşi sufi müsəlmanları, eləcə də əsas sünni müsəlman icması tərəfindən övliya kimi ona hörmət edilir. == Tarixi şəxsiyyəti == XIV əsrdə yaşamıış mərakeşli səyyah İbn Bətutəyə görə, Saltuq "vəcd etmiş pərəstişkar" idi, baxmayaraq ki, "onun haqqında ilahi qanunla məzəmmət edilən şeylər deyilir". Müxtəlif mənbələr onu Mahmud Heyraninin və ya Hacı Bektaş Vəlinin şagirdi, ya da Əhməd Rifainin davamçılarından birinin şagirdi hesab edirlər. XVII əsr səyyahı Övliya Çələbinin qeydlərinə görə, onun əsl adı Mehmed olmuş, özü də əslən Buxaradan olmuşdur. XX əsrin əvvəllərində tarixçi Frederik Hazluk onun Krımdan olan tatar tayfasından olduğunu güman etmiş, onun ətrafında formalaşan kultun Dobrucaya gətirildiyini, ardınca bəktaşilər tərəfindən yayıldığını təklif etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Babinger, Franz. Ṣari Ṣaltik Dede // Houtsma, M. Th. et all (redaktor).
Yakobus Qolius
Yakobus Qolius(lat. Jacobus Golius, nid. Jacob van Gool, Jacob Gohl, Iacobo Golio, doğ. 1596, Haaqa — öl. 28 sentyabr 1667, Leyden) — Niderland şərqşünası, riyaziyyatçısı, astronom və səyyahı. == Həyatı == Yakobus Qolius 1596-cı ildə Laheydə doğuldu. Təhsilinə ilahiyat, fəlsəfə, tibb və riyaziyyat sahələrində başladı; ancaq daha sonra müəllimi Tomas Erpeniusun (van Erpe) təsiriylə ərəbşünaslığa yönəldi. Hollandiyanın İslam və Ərəb dünyası araşdırmalarında son zamanlara qədər yerini qoruyan ön səflərdəki mövqeyi, XVII əsrdə Leyden şəhərində fəaliyət göstərən bu iki önəmli şərqşünas ilə başlamış və inkişaf etmişdir. Qolius, müsəlman ölkələrinə heç səyahət etməmiş olan müəlliminin əksinə gənc yaşda İslam aləmiylə təmasa keçdi və 1622-ci ildə Mərakeşə göndərilən bir elçilik həyətinə qatılaraq o dönəmdə bu ölkə xarici ticarətinin mərkəzi olan Asfa (Safi) limanına getdi, 1624-cü ilə qədər orada qaldı. Bu müddət içində Ərəbcəsini təkmilləşdirmə, Mərakeşin tarixini incələmə və əlyazma kitab toplama imkanı tapdı.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.