Qoytur, Qoytul — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]
Kənd | |
Qoytur | |
---|---|
39°45′49″ şm. e. 45°18′22″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Mərkəzin hündürlüyü | 1.310 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 3 km şərqdə, Arpaçayın sağ qolu Qoytul çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Erməni mənbəyində kəndin adı Qoytul, Kotur formalarında da göstərilir[5].
Toponim qədim türk dilində "dərənin dibi" mənasında işlənən koy (>qoy) sözü ilə "möhkəmləndirilmiş yaşayış yeri, qala"[6], "çəpərlənmiş təpə"[7] mənasında işlənən tur sözünün birləşməsindən əmələ gəlmişdir. Tur//tura sözü durr formasında tarixi və coğrafi ədəbiyyatda "dərə", "aşırım", "dağ keçidi" mənalarında[8] işlənmişdir.
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Ermənilər kəndə 1828–30-cu illərdə İrandan köçürülmüşdür[9].
Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 36 nəfər, 1926-cı ildə 8 nəfər azərbaycanlı yaşamışdır [10].
1928–30-cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. İndi ermənilər yaşayır.