DOST (başqa bir şəxsə yaxınlıq) Əziz dostum, unutma, məni; Ayrılmaram bu sahildən (S.Rüstəm); AŞNA (köhn.) [Mozalanbəy:] Təzə aşnam da aldığı qəzetləri qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi (Ə.Haqverdiyev); ARQADAŞ Dostum, arqo daşım, yoldaşım, dinlə; Nə sayaq unudaq biz bu ağrını (S.Rüstəm); HƏBİB (kl.əd.) Güli-rüxsarinə qarşu, gözümdən axar qanlı su; Həbibim fəsli-güldür bu, axar sular bulanmazmı? (Füzuli); ƏNİS (kl.əd.) Bir ənis və arkadaşı varsa, o da bəslədiyi yüksək ideal və yüksək fikirdən ibarət idi (A.Şaiq); MUNİS (ürək dostu) Ey mənim hörmətli oxucularım! Ey mənim munislərim! (C.Məmmədquluzadə); RƏFİQ (köhn.) Rəfiqim və bacısı palaz ilə döşənmiş otağa daxil olurlar (S.S.Axundov); YAR, YOLDAŞ Qəriblikdə yada düşər yanarkən; Aşna, yoldaş, yar, müsahib, ellər hey! (M.V.Vidadi).