Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aix
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
DAX
DAX (alm.Deutscher Aktienindex) - Almaniyanın ən əhəmiyyətli fond indeksidir. Bura Almaniyanın ən böyük otuz şirkəti daxildir. DAX 1988-ci ildə Almaniyanın Frankfurt şəhərində olan işadamları tərəfindən səhmləri idarə altında tutmaq məqsədiylə quruldu. Almaniyanın ən əhəmiyyətli şirkətlərinin səhmləri saxlayan Alman birjası indeksi, Alman birjasının nəbzini tutur. DAX-in içərisində yer ala bilmək üçün Prime Standart adı verilən kriteriyalara sahib olunması və birjada ticari şirkətin iqtisadi vəziyyətinin şəffaf olması və şirkətin cəmi gəlirinin 33%-inin birjada olması lazımdır.
DSX
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi. Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb. Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb.
DTX
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və ya qısaca DTX — Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanı. == Haqqında == Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. == Tarixi == 28 mart 1919 – Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əli Ağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırıldı.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir.
Div
Div — Azərbaycan nağıllarının personajlarından biri. Avestadakı cinayətkar obrazından yaradılmışdır. Yarım heyvan, yarım insan nəhəng, azman əfsanəvi varlıqdır. Nağıllarda divin növləri də var: Ağ Div, Qara Div, Zili div və s. == Mənşəyi və xüsusiyyətləri == Div obrazı atəşpərəstlərin müqəddəs kitabı olan Avestanın 'Vi Dayevo Datom' ve ya 'Vidivdad' , 'Vendidat' adlanan (tərcüməsi 'Divlərə qarşı qanun') fəslindəki cinayətkar təsvirindən yaranmışdır. Kitaba görə cinayətkarlar dinindən dönənlər və dini ayinlərə riayət etmədiklərinə görə ictimai-təhlükəli əməllərə əl alanlardır. Nağıllardakı divlər nağıllarda insanları yeyir, böyük qulaqlı, böyük dişli, böyük ağızlı dəyişik növləri vardır. Böyük qulaqlı nəhənglər yer altında yaşayırlar. Bəzən alt dodağı yerdə, üst dodağı göydə bir zənci olaraq görünürlər. Əlində çox vaxt heyvan başlı bir çubuğu və ya toppuzu tapılar.
Diz
Diz (Şahrud) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Diz (Xoreşrüstəm) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Diz — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Diş
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. == Tarixi == Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev, dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
DİP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin] ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Ellinistik din
Ellinistik din — e.ə. 300-cü ildən b.e. 300-cü ilə qədər, ellinizm dövründə və Roma imperiyasında qədim yunan mədəniyyətinin təsiri altında yaşayan Şərqi Aralıq dənizi xalqlarının müxtəlif inanc və təcrübə sistemlərindən hər hansı biri. Ellinistik dində çoxlu davamlılıq var idi. İnsanlar yunan tanrılarına ibadət etməyə və Klassik Yunanıstanda olduğu kimi eyni ayinləri yerinə yetirməyə davam edirdilər. Dəyişiklik Misir tanrıları İsida və Serapis, Suriya tanrıları Atarqatis və Baal-Hadad da daxil olmaqla, digər ölkələrdən yeni dinlərin əlavə edilməsi nəticəsində baş vermişdir. Bu, həm yaşadıqları həyatda, həm də axirətdə tamamlılıq istəyən insanlar üçün yeni bir çıxış yolu yaratmışdır. İlahiləşdirilmiş ellinist hökmdarlara sitayiş də bu dövrün bir xüsusiyyətinə çevrilmişdir. Misirdə Ptolemeylər əvvəlki Misir təcrübələrini və yunan qəhrəman kultlarını adaptasiya edərək Makedoniyalı İsgəndərin Ptolemey kultu daxilində özlərini firon kimi təqdim etmişdilər. Başqa yerlərdə hökmdarlar tanrı statusunu tam əldə etmədən ilahi status ala bilmişdilər.
Endi Dik
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Ermənistanda din
== ERMƏNİLƏRİN "DİN" STRATEGİYASİ == Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox "Nuhun xəzinələri", "Nuh peyğəmbər və Ermənistan", "dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti" məsələləridir (18, s. 114–115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57).
Estoniyada din
Estoniyada din (est. Religioon Eestis) — Estoniya Respublikasının ərazisində din. == Dini tikililər == == Xristianlıq == == İslam == Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. Paytaxt Tallinin Keevise küçəsi 9 ünvanında Tallin məscidi yerləşir.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa-Ana, Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.
Fransada din
Fransa — dünyəvi dövlət. Fransada ən populyar din — katolisizm. == Dünyəvi Respublika == Sekulyarizm bir əsr boyu Fransa Respublikasında yayılmışdır. 9 dekabr 1905-ci il tarixli Qanunun 2-ci hissəsinə əsasən, Respublika heç bir dini tanımır, ödəmir və ya subsidiya vermir. Müvafiq olaraq, yanvarın 1-dən bu Qanunun qüvvəyə minməsindən sonra dinə aid bütün xərclər dövlətin, idarələrin və icmaların büdcəsindən silinməlidir. Bununla birlikdə, məktəblər, kolleclər, xəstəxanalar, sığınacaqlar və həbsxanalar kimi ictimai qurumlarda keşiş xidmətləri və sərbəst dini etiqad büdcə xərclərinə daxil edilə bilər. Hökumətin dini qurumları 3-cü maddənin müddəalarına əməl edilməklə ləğv edildi. 1905-ci ildən bu yana ayrılıq zamanı ona aid olmayan Elzas və Mozel istisna olmaqla, kilsə və dövlət rəsmi olaraq bütün Fransa daxilində bölündü. 2004-cü ildə dövlət məktəblərində dini rəmzlərin geyilməsini qadağan edən bir qanun qəbul edildi (15 mart 2004-cü il tarixli 2004-228 nömrəli qanun). 2011-ci il sentyabrın 15-dən 16-na keçən gecə Fransada küçə namazlarının qılınması qadağan edildi.
Go (dil)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Konstantin Tix
Konstantin Tix — Çar, II Teodor Laskarisin kürəkəni. Mitso Asenin devrilməsindən sonra əyanlar tərəfindən taxta çıxarılmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin nəvəsi İrene Dukayana Laskarina ilə evli olduğu üçün bu soyadını götürmüşdür. == Hakimiyyəti == 1257-ci ildə taxta çıxmışdı. 2 il sonra Macarıstanla müharibəyə tutuşmuş, 1261-ci ildə rusların köməyi ilə müharibədən qalib olaraq çıxmışdı. 1264-cü ildə Bizansa monqolların köməyi ilə hücum etsə də bundan bir gəlir əldə edə bilməmişdi. 1269-cu ildə bu dəfə Mariya Kantakuzene ilə evlənərək Bizansla ittifaq siyasətini güdməyə başlamışdı, lakin Mariyanın cehizi olaraq Nisebar bölgəsinin verilməməsi bu əlaqənin gələcəyi olmadığını göstərmişdi. Siciliya kralı Anjulu I Karl ilə ittifaq bağlamağa cəhd etmiş, imperator da bu cəhdə öz qızı Yefrosinanı Noğay xanla evləndirərək cavab vermişdi. II Lyon məclisində ölkəni katolikləşdirməyə cəhd etmiş, bu Bizans tərəfindən etirazla qarşılanmışdı. == Son illəri == Hakimiyyətinin son illərində atdan yıxılıb qismi iflic olan Konstantinin yanında hakimiyyəti əslində Mariya Kantakuzene əlində toplamağa başlamışdı.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genişlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
Hindistanda din
Hindistanda konstitusiyası bu ölkənin hər bir vətəndaşı üçün din azadlığına zəmanət verir. Hindistanda əhalinin 83 faizi induistlərdir. İnduizm respublikanın bütün ştatlarında, cammu, Kəşmir və yeni yaranmış Naqalend istisna olmaqla hakim din hesab olunur. İnduizmin iki əsas istiqaməti vardır: vişnuizm və şivaizm. Hal-hazırda Vişna Allahının kultu daha geniş yayılıb. Lakin bir sıra hind xalqları arasında (tamilər, assamslar) şivai əsas götürülür. Bəzi yerlərdə, məsələn, nəsilin ana xətti ilə davam etdirildiyi malayalar arasında şaktizm inkişaf edib. Ortodoksal induistlərlə yanaşı ölkədə reformator induistlərin də ardıcılları vardır. Hindistanın müsəlman əhalisi 11 faiz təşkil edir. Müsəlmanların əksəriyyəti isə sünnülüyün hənəfi məzhəbinə etiqad edir.
Lukas Din
== İstinadlar ==
Macarıstanda din
Macarıstanda din — Macarıstanda ən çox yayılmış dini istiqamət katoliklikdir; 2001-ci il milli siyahıyaalınmasına əsasən, 5.558.901 nəfər və ya ölkənin ümumi əhalisinin 54,5%-i özlərini katolik hesab edir. Macarıstanın katolik əhalisinin əksəriyyəti Latın ayininə mənsubdur, 268 935 nəfər (əhalinin 2,6%-i) yunan katolikləri kimi təsnif edilir. İkinci ən çox yayılmış məshəb protestantlıqdır (əsasən Kalvinizm). Protestantlar ölkə əhalisinin 19,5%-ni təşkil edir. Protestantlıq tarixi səbəblərdən ən çox ölkənin şərqində (xüsusilə Debrecen bölgəsində) geniş yayılmışdır. Macarıstan protestantlarının 90%-dən çoxu kalvinistlərdir, üstəlik lüteranlar, baptistlər və s. vardır. Dini azlıqlar arasında pravoslavlar (əsasən etnik serblər, rumınlar, ukraynalılar və rutenlər), yəhudilər, müsəlmanlar və s. var. Katoliklik və protestantlıqla əlaqəli olmayan dinlərin ardıcıllarının sayı ümumilikdə 0,5%-dən çox deyil.
Butare
Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi. == Əhalisi == Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı. == Tarixi == 1920 ildə salınmışdır. == Mədəniyyəti == Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir. == İstinadlar == Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild.
Quapore
Quapore (port. Rio Guaporé, isp. Río Iténez) — Braziliyanın qərbində Boliviya ilə sərhəddən axan çay. Çay başlanğıcını Matu-Qrasu ştatından götürür. Təqribi 150 km Pontis-i-Laserdadan aralıdan axır. Sonradan qərbə axaraq Villa-Bela-da-Santisima-Trindadidən 120 km aralıda Aleqre çayı (port. Rio Alegre) ilə birləşir. Sonradan şimala axaraq 180 km məsafədə Matu-Qrasu və Radoniya mtatlarının sərhədini təşkil edir. Sərhəd ilə axaraq Mamore çayı ilə birləşir.
Euseius vignus
Euseius vignus (lat. Euseius vignus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Mingis məscidi
Mingis məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Mingis məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi. XVII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Mingis məscidi Ordubad şəhərinin Mingis məhəlləsində yerləşir. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimlə 1088-ci ildə, miladi 1677-ci ildə Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilib. Kitabədə adı qeyd olunan və məscidi bərpa etdirən Məhəmməd Hadinin atası Əbdülhüseyn Ordubadi I Şah Abbasın baş vəziri, Etimad əd-Dövlə Hatəm bəy Ordubadinin qardaşı Hacı Ədhəm bəyin oğludur. Əbdülhüseyn Ordubadi Səfəvi hökmdarı I Şah Səfinin dövründə (1629-1642-ci illər) sarayın baş münşisi yəni, sarayda fəaliyyət göstərən katiblərin rəhbəri olub. XVII əsrin 2-ci yarısında bərpa etdirilən məscidin inşa tarixi daha əvvəlki dövrlərə aiddir. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Vinças Kreve
Vintsas Kreve (litvaca — Vincas Krėvė-Mickevičius), (19 oktyabr 1882[…] – 17 iyul 1954 və ya 7 iyul 1954), Kreve onun ədəbi təxəllüsüdür, əsl soyadı — Mitskəviçyusdur. V. Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır (nasir və dramaturq), eyni zamanda görkəmli ədəbiyyatşünas və dilçi alim, Kaunas və Vilnüs universitetlərinin professoru (1922–1943), həmçinin ictimai-siyasi xadim olaraq tanınıbdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olub (1941). V. Kreve Litva — Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin 11 ilə yaxın dövrü (1909–1920) sıx şəkildə Azərbaycanla bağlı olubdur. O, 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator universitetini bitirdikdən sonra – 1909–1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb. Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə mühüm töhfələr veribdir. Onun yetişdirmələri sırasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov və bir sıra digər şəxslər olublar. V. Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881–1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlayıbdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun "…ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır".
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Mıx
Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
DIM
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Klimenti Mints
Klimenti Borisoviç Mints (rus. Климентий Борисович Минц; 21 yanvar 1908, Yekaterinburq, Perm quberniyası[d] – 22 dekabr 1995, Moskva) — sovet rejissoru və ssenari müəllifi, RSFSR əməkdar incəsənət xadimi (1989).
Vinks klubu
Winx Club — İginiyo Straffi tərəfindən yaradılan animasiyalı İtalyan cizgi filmidir. Yaradıcı şirkəti isə Reynbou S.p.A-dır. İlk seriyasını 28 yanvar 2004-də ekrana buraxıb. Rəsmi kanalları Rey2 və ReyQalp olmuş, 5-ci fəsil isə Nikeledeon uşaq kanalında izlənilmişdir. Dünya üzərində 131 ölkədə izlənmiş və 14 dilə tərcümə olunmuşdur. Blum –Qırmızı saçlı pəridir. Cizgi filmin baş rolunda çıxış edən pəri olaraq güclərinin mənbəyi əjdaha atəşi və onun qoruyucusudur. Əvvəl Yer planetindən gəldiyi təxmin olunsa da, keçmişdə yoxa çıxmış Domino krallığın son varisi olmağı üzə çıxır. Onun ev heyvanı Kiko adlı dovşandır.Pəri heyvanı elısdır. Piksisi Loketdir.
Vinis Mabansaq
Vinis Villorente Mabansaq (15 noyabr 2022, Manila, Filippin) — Filippin Əhali və İnkişaf Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Yer kürəsinin simvolik səkkiz milyardıncı insanı kimi seçilmiş, Manilada doğulmuş qızdır. Vinis Mabansaq 15 noyabr 2022-ci ildə yerli vaxtla saat 01:29-da Dr. Xose Fabella Memorial Xəstəxanasında anadan olmuşdur. Onun valideynləri 29 yaşlı olan Alvin Mabansaq və 28 yaşı olan Marqaret Mabansaqdır. Vinis anadan olduqdan sonra Filippinin Əhali Komissiyası klinikanın bütün tibb bacılarının alqışları altında ona xoş tort təqdim etdi.
Conney Duarte
Conney Xesus Duarte Yanez (7 fevral 2000-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Karakas klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Klub karyerası == Duarte öz peşəkar karyerasında debütünü 11 fevral 2017-ci ildə Araqua klubuna qarşı oyunda etmişdir. O, 76-cı dəqiqədə Reyner Kastronu əvəz etmişdir. Həmin görüşdə Karakas rəqibinə 2–1 hesabı ilə məğlub olmuşdur.
I Duarte
I Duarte (port. Duarte) və ya Filosof Kral (port. o Rei-Filósofo) (31 oktyabr 1391, Vizeu – 9 sentyabr 1438[…]) — Aviz sülaləsinə mənsub ikinci Portuqaliya kralı. == Mənbə == Collins, Hugh E. L. (2000). The Order of the Garter, 1348–1461: Chivalry and Politics in Late Medieval England. Clarendon Press. Watanabe, Morimichi (1988). Christianson, Gerald; Izbicki, Thomas M. (eds.). Nicholas of Cusa – A Companion to his Life and his Times. Ashgate Publishing Limited.
Joao Duarte
Keyt Qunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Le-Mutare
Le-Mutare (fr. Le Moutaret) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38268. Kommunanın 2012-ci il üçün əhalisi 237 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 1089 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 40 km şimal-qərbdə yerləşir.
Mariana Duarte
Mariana Duarte (d. 5 sentyabr 1996) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Mariana Duarte, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Portsmouth Square
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Puatye (rayon)
Puatye (fr. Poitiers) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vyenna. Suprefektura — Puatye. Rayon əhalisi 2006-cı ildə 232 187 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 121 nəf / km². Rayon sahəsi — 1926 km².
Puatye Universiteti
Puatye Universiteti (fr. Université de Poitiers) — Fransa Respublikasının Puatye şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1431-ci ildə qoyulmuşdur. Koimbra qrupunun üzvüdür.
Puatye döyüşü
Puatye döyüşü — 1356-cı ildə Fransa ve İngiltərə arasında baş vermişdir. Döyüş yüzillik müharibədə ingilislərin üstünlüyü ilə nəticələnmişdir. Bu müharibədən sonra ingilislər Fransanın şimal-qərb torpaqlarını ələ keçirdilər və bu döyüş nəticəsində Fransa dövləti zəifləmişdir. Bu müharibədə Fransızların məğlub olması 2 il sonrakı Jaklar (Jakeriya) üsyanının səbəblərindən biridir.
Quayra şəlaləsi
Quayra şəlaləsi (isp. Saltos del Guairá, port. Salto de Sete Quedas) — Keçmişdə kaskad şəkildə Parana çayında mövcud olan şəlalə. Bu coğrafi obyekt Braziliya və Paraqvay arasında sərhədi təşkil edir. Şəlalənin ərazisində 1982-ci ildə su anbarı inşa edilmişdir. İtaypu 2 həftə ərzində tam doldurulmuşdur. Çayda naviqasiyanı təmin etmək məqsədi ilə qayalıqlar partladılmış və Quayra Milli Parkı ləğv edilmişdir. Dərc edilmiş rəqəmlərə görə su sərfiyyatı 13 min m³/s dən 50 min. m³/s qədərdir. Quayra su sərfiyatına görə Dünyada hacansa mövcud olmuş şəlalələrdən biridir.
Sidni Puatye
Sidni Puatye (ing. Sidney Poitier; 20 fevral 1927[…], Mayami, Florida[…] – 6 yanvar 2022[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru, Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülmüş ilk qaradərili aktyor, sonrakı illərdə diplomat.
Square Enix
Square Enix — bir Yapon videooyun firmasıdır. Şirkət Dragon Quest, Final Fantasy kimi məşhur RPG janrlı oyunları ilə tanınınır. Baş ofis binası Tokiodadır. Adını iki ayrı şirkət olan Square Co. və Enix Co. dan aldı. 1 aprel 2003 tarixində iki şirkət birləşərək Square Enix'i meydana gətirdi. Square Enix şirkətinin 80% hissəsi köhnə adıyla Square şirkətinə məxsusdur. Şirkətin ən uğurlu addımı Eidos şirkətini alaraq etdi. Aralarında Hitman və Tomb Raider kimi məşhur oyunların olduğu bir çox oyunun prodüser firması Eidos adını dəyişdirərək Square Enix Avropa oldu.
Filipp Nuare
Filipp Nuare (fr. Philippe Noiret, tam adı Filipp Pyer Fernan Nuare (Philippe Pierre Fernand Noiret); 1 oktyabr 1930[…], Lill, Fransa – 23 noyabr 2006[…], VII arondisman, Fransa[…]) — fransız kinoaktyoru. == Həyatı == 1 oktyabr 1930-ci ildə Lill(Nor-Pə-Dö-Kəle) şəhərində anadan olub, Fransa. Atası ev tikintisi ilə məşğul olurdu, böyük şirkətin baş meneceri olub. Filip Nuare, Mərakeşdə, Kasablankada böyüyüb, sonra ailəsi Fransaya qayıdır, Tuluzaya. Culi qapalı iyezut kolecində oxuyur. Məhz kolecdə Filip aktör olmaq qərarına gəlir. Tədris teatrının səhnələşdirmələrində fəal iştirak edir, xorda oxuyur. R.Blenin Parisdəki dramatik sənət kurslarını bitirir. Paris teatr, kabarelərində, komik aktör kimi Jan- Pyer Darrasla duetdə TV də işləyir.
Luare (departament)
Luare ( fr. Loiret) — Fransada yerləşən, Mərkəz-Luara vadisi regionun departametindən biri. Sıra nömrəsi — 45. İnzibati mərkəzi — Orlean. Əhalisi — 674 913 nəfərdir (2010). == Coğrafiyası == Ərazi — 6,775 km² əhatə edir. == Tarixi == Luare — 1790 mart ayında Böyük Fransız İnqilabı əsnasında yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Orlean vilayətinin ərazisində yerləşir. Adı Luare çayından gəlir. == İqtisadiyyatı == Departament 1,669,335 hektar (675,555 hektar) ərazisində 975,000 hektar (395 min hektar) əkilir, 100 min hektar (40 min hektar) üzüm, 60 min hektar (24,000 hektar) otlaq, 280 min hektar 110.000 hektar) 16.000 hektar (6.500 hektar) əkin və bağlar 140.000 hektar (57.000 hektar) məhsuldar bataqlıqlar və çirkab sulardır.
Guarea
Guarea (lat. Guarea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinə aid bitki cinsi.
Gübrə
Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər: tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr. Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir.
Qürrə
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Martin Linqs
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[…] – 12 may 2005[…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] == Həyatı == Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır. Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir. == Əsərləri == "Qədim inanclar, müasir xurafatlar" "İyirminci əsrdə bir vəli" "Təsəvvüf nədir?" "On birinci saat" "Əminlik kitabı" "Şekspirin müqəddəs sənəti" "Quran xəttatlığı nümunələri" "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing.
İnquş camaatlığı
İnquşetiya və ya İnquş camaatlığı, müxtəlif kəndlərin və qəbilələrin ərazi birliyinə əsaslanan İnquşların orta əsr ərazi birlikləridir (qrupları, vahidləri). İlk İnquş ərazi cəmiyyətlərinin, bir növ siyasi inzibati formasiyalarının - şaharların yaranması XVI əsrin ikinci yarısına təsadüf edir. İnquş cəmiyyətlərinin adları, yerləşdikləri ərazinin adları ilə adlanırdı, yəni adlar coğrafi prinsipə söykənirdi. Zamanla tez -tez dəyişən müxtəlif saylarda, adlarda və sərhədlərdə İnquş cəmiyyətləri XIX əsrin sonlarına qədər fəaliyyət göstərmişdir. Əvvəlki dövrlərdə İnquşlar, tək bir mərkəz ətrafında toplaşmaqdansa ərazi baxımından delimitasiyaya daha çox töhfə verən dağ-dərələrdə, nisbətən qapalı şəraitdə yaşamalarına baxmayaraq, tək bir etnik qrupun kimliyini qorudular. Ortaq bir mədəniyyətə və ortaq bir dilə əsaslanaraq "Qalqay" ortaq etnonimi altında yaşayırdılar. XIII əsrdə Alaniya dövlətinin süqutu və əhalisinin Daryalın şərqində və qərbində qalalar tikərək dağlara axını yeni etno-ərazi icmalarının yaranması üçün əsas oldu. İnquşların düzənliyə qayıtması ilə əlaqədar olan miqrasiya prosesləri, Əmir Teymurun Şimali Qafqazı tərk etməsindən qısa müddət sonra (XV əsrin əvvəlləri) başladı.. Ən erkən mərhələdə, bu inquşların düzən ərazilərdə yeni gələn köçəri xalqların məskunlaşmasına qarşı çıxmaq üçün etdikləri ayrı-ayrı hərbi-siyasi hərəkətlərlər formasında olurdu. Bu dövrlə əlaqəli bəzi epizodlar XIX əsrdə qeydə alınmış inquş əfsanələrindən birində öz əksini tapmışdır.
İnquş dairəsi
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi. Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi.
İnquş dili
İnquş dili (inq. ГIалгIай мотт) — Şimali Qafqazda yaşayan inquşların dili. Rusiyada 2010-cu ildə keçirilən siyahıyaalmanın nəticəsinə görə inquş dilində 306 min nəfər danışır. İnquş dili çeçen dilinə yaxındır, onunla birlikdə nax-dağıstan dillərinin nax qoluna daxildir.
İnquş mahalı
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi. Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi.
İnquş rayonu
İnquş mahalı — Rusiya imperiyası, Terek vilayətinin 1860–1870-ci illərdə mövcud olan inzibati ərazi vahidi. Şimali Qafqazın mərkəzi hissəsində, müasir İnquşetiya ərazisini, Şimali Osetiyanın Priqorodnı rayonunun bir hissəsini və Çeçenistan Respublikası, Açxoy-Martan rayonunun bir hissəsini əhatə edən Terek, Sunja, Assa və Fortanqa çaylarının hövzəsində yerləşən rayon idi. Sərhədləri şimal-qərbdə Kurp dağlığı boyunca Nalçik rayonu ilə, cənub-qərbdə və şimalda Terek çayı boyunca Osetiya rayonu və Stavropol diyarı ilə, şərqdə Arqun mahalı ilə Fortanqa çayı boyunca, cənubda Tiflis quberniyası ilə Qafqaz silsiləsi boyunca uzanırdı. Mahal 1860-cı ildə quruldu. XIX əsrin 1860-cı ilinə qədər Şimali Qafqazın dağ əhalisi Qafqaz xəttinin Sol (Şimal-Şərqi Qafqaz) və Sağ (Şimali-Qərbi Qafqaz) hərbi rəhbərliklərinə tabe idi. Mülki idarəetmə yalnız Stavropol əyalətində idi. Qafqaz müharibəsi bitdikdən sonra Qafqazın hərbi idarəsi ləğv edildi. 1860-cı ildə Şimali Qafqazın bütün ərazisi Stavropol vilayəti, Kuban, Terek və Dağıstan vilayətlərinə bölündü. Terek vilayəti 8 rayondan: Kabarda, Osetiya, İnquş, Arqun, Çeçen, İçkeriya və Kumıkdan ibarət idi. İnquş rayonunun inzibati mərkəzi Osetiya rayonu ilə birlikdə Vladiqafqaz idi.
Guarea carapoides
Guarea carapoides (lat. Guarea carapoides) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü. == Arealı == Ekvador, Perunun şimalı və Braziliyada yayılmışdır.
Guarea cartaguenya
Guarea cartaguenya (lat. Guarea cartaguenya) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü.
Guarea casimiriana
Guarea casimiriana (lat. Guarea casimiriana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliyakimilər fəsiləsinin guarea cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Carapa cauliflora Poepp.
Guarea caulobotrys
Guarea cedrata