Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurbanlıq
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurbanlıq ayı
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar. Hicri təqvimində Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir. == Tarixi == Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s.
Qurbanlı
Qurbanlı — soyad. Musa Qurbanlı — azərbaycanlı futbolçu. Mübariz Qurbanlı — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı. Ruhidil Qurbanlı — Azərbaycanı təmsil edən gimnast. Ramilə Qurbanlı — Azərbaycanlı jurnalist-publisist. Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist. Digər Qurbanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Elvin Qurbanlı
Fəxrəddin Qurbanlı
Molla Qurbanlı
Musa Qurbanlı
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu. == Klub karyerası == === "Qarabağ" === Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. 2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur. O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib. 2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu. === "Yurqorden" === 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancının 200 min avro olacağı bildirilib. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, VII çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2014–2024). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Natiq Qurbanlı
Nurlan Qurbanlı
Qurbanlı (Germi)
Qurbanlı (fars. قربانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (13 ailə).
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor, Azərbaycan Dövlət Televiziyasında, Space telekanalında redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri", "Zülməti yaranlar", "39-cu pərdə", "Şəhid həkimlər" adlı kitabların müəllifidir.
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) — şair, yazıçı və jurnalist == Həyatı == Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997–1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Çərkəz Qurbanlı
Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu – 5 may 2014, Bakı) — tərcüməçi-alim. == Həyatı == Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb. Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi. Çərkəz Qurbanlı 5 may 2014-cü il tarixində ölmüşdür. == Fəaliyyəti == 1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib.
Orxan Qurbanlı
Orxan Qurbanlı Ventspilsdən icarə əsasında Dinamo-Auto Tiraspolda çıxış edən azərbaycanlı yarımmüdafiəçidir.
Qaranlıq
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Qurbançı
Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub.
Qurbanalı Alıyev
Qurbanalı Vəlican oğlu Alıyev (14 iyul 1924, Ovçulu, Şamaxı rayonu – 7 fevral 1989, Moskva) — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Qurbanalı Alıyev 1924-cü il iyul ayının 14-də Şamaxı rayonu Ovçulu kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1942-ci ildə Şamaxı rayonu M. Əzizbəyov adına kolxozda əmək fəaliyyətinə başlamış bir müddət sonra isə təşkilatçılıq bacarığı ilə fərqləndiyi üçün həmin kolxozda briqadir olmuşdur. Özünün əməksevərliyi, təşəbbüskarlığı, təşkilatçılığı və bacarıqlı rəhbər keyfiyyətləri ilə seçldiyi üçün 1948-ci ildə Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. 1949-cu ildə Kommunist Partiyası sıralarına daxil olur. 1950-ci ildə Qurbanalı Alıyev M. Əzizbəyov adına kolxozun sərdi vəzifəsinə seçilir. Qurbanalı Alıyev çalışdığı sahə üzrə təhsilini 1950-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən rəhbər və idarəetmə sahəsi üzrə kadrlar hazırlayan mərkəzdə almışdır. 1960-cı ildə Şamaxı Zoobaytar Texnikumunu bitirmiş və Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən Həzi Aslanov adına kolxozda zootexnik işləmişdir. 1960-cı ildən 1966-cı ilə qədər uğurla Şamaxı rayonu Göylər Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən ömrünün sonuna qədər Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (Duzluca) Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. == Toponimikası == QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qurbani
Aşıq Qurbani (az.-əski. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Qurbanəli Abbasov
Qurbanəli Abbasov (16 yanvar 1952, Naxçıvan) — Ukraynanın "Əməkdar artisti", "Tərəqqi" medalı laureatı == Həyatı və fəaliyyəti == Qurbanəli Həsən oğlu Abbasov 1952-ci il yanvarın 16-da Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdur.1974-cü ildə Kiyev şəhərindəki M. Qliyer adına Musiqi Peşə Məktəbində musiqi təhsili almışdır.1979–1984-cü illərdə P. İ. Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etmişdir. 1985–1992-ci illərdə Almaniyanın Veymar şəhərində musiqi mütəxəssisi kimi çalışmışdır.1986-cı ildə Almaniyanın Leypsik şəhərində keçirilən vokal üzrə Beynəlxalq musiqi festivalının laureatı olmuşdur.1992-ci ildən Ukrayna Dövlət Sərhəd Qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyətini davam etdirmişdir.1999-cu ildən Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaranmış "Azərbaycan" mahnı və rəqs ansamblına rəhbərlik edir. 1997-ci ildə Ukraynanın "Əməkdar artisti" fəxri adına layiq görülmüşdür.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Qurbanəli Quluzadə
Qurbanəli Şərifov
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1917, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var. C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap edilmişdir. "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli.