Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurbanlı
Qurbanlı — soyad. Nurlan Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəxrəddin Qurbanlı — Aprel döyüşləri şəhidi. Musa Qurbanlı — azərbaycanlı futbolçu. Mübariz Qurbanlı — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı. Ruhidil Qurbanlı — Azərbaycanı təmsil edən gimnast. Ramilə Qurbanlı — Azərbaycanlı jurnalist-publisist. Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist. Elvin Qurbanlı — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri əsgəri.DigərQurbanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Elvin Qurbanlı
Elvin Mehman oğlu Qurbanlı (19 dekabr 1999; Aşağı Quşçu Tovuz rayonu — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Qurbanlı 1999-cu il dekabrın 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2005-2016-cı illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elvin Qurbanlı 2017-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qurbanlı oktyabrın 1-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.
Fəxrəddin Qurbanlı
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı (d. 13 yanvar 1994; Bakı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Aprel döyüşləri şəhidi, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. == Həyatı == Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərində anadan olub. Fəxrəddin Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurdu və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil oldu. Fəxrəddin Qurbanlı həmdə Aprel döyüşləri zamanı şəhid olan digər əsgər Mahir Mirzəyev ilə qohum idi. == Hərbi xidməti və şəhidliyi == Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olmuşdur. Aprelin 9-u isə Fəxrəddin Qurbanlı doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınmışdır. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılmışdır. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qurbanlı uğrunda şəhid olduğu torpağa tapşırılmışdır.
Molla Qurbanlı
== Tarixi == Molla Qurbanlı soyu Seyidli oymağının nəsillərindən sayılır. Bu soy öz adını Molla Qurbanın (1768-1848) adından almışdır. Molla Qurbanın atası Mədət Seyidli oymağında yaşamışdır. Molla Qurban Seyidli oymağında Kərbəlayi Qurban adı ilə tanınmışdır. O, Xanımla ailə həyatı qurmuş, Məşədi İsmayıl, Məşədi Mikayıl, Hacı Cəbrail adlı övladları dünyaya gəlmişdir. Məşədi İsmayılın Əbdürrəhim, Əbdüləli adlı iki, Məşədi Mikayılın Məhəmməd, Möhsün, Məşədi Qasım adlı üç, Hacı Cəbrailin Mustafa adlı bir övladı olmuşdur. Molla Qurbanlı soyu hazırda Qurbanov soyadı ilə tanınır. Bu soydan görkəmli ziyalılar çıxmışdır. Tanınmış maarif xadimi, pedaqoq Surxay Qurbanov, onun oğlu hüquq elmləri doktoru, professor Habil Qurbanov və başqaları bu nəslin nümayəndələridir.Surxay İmamqulu oğlu Qurbanov ata tərəfdən Əbdüləlinin nəvəsi, Məşədi İsmayılın nəticəsi, Molla Qurbanın kötücəsidir. Əbdüləli Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Əbdüləli adı ilə tanınmışdır.
Musa Qurbanlı
Musa Qurbanlı (13 aprel 2002, Bakı) — azərbaycanlı futbolçu, "Yurqorden" klubunun hücumçusu. == Klub karyerası == Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib. 2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur. O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib. 2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu. 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin Yurqorden klubu ilə 3 illik müqavilə imzalayıb. == Beynəlxalq karyerası == Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib.
Mübariz Qurbanlı
Mübariz Qəhrəman oğlu Qurbanlı (7 yanvar 1954, Mahmudlu, Şamxor rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (21 iyul 2014-cü ildən). == Həyatı == Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1978–1982-ci illərdə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1982–1985-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında əyani təhsil alıb. Aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. 1995–2010-cu illərdə birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Hesablayıcı Komissiyanın sədri olub. 1996–2014-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavini kimi fəaliyyət göstərib. Mübariz Qurbanlı 1 oktyabr 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasına üzv olmuş və partiyanın həmsədri olmuşdur.
Natiq Qurbanlı
Natiq Qurbanlı (27 may 1997; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. == Həyatı == Natiq Qurbanlı 1997-ci il mayın 25-də Sumqayıt şəhərində anadan olub. == Karyerası == Natiq Qurbanlı 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Oğlanların turnirində mübarizə aparan Natiq Qurbanlı isə turnirin yarım-final mərhələsində Belçika cüdoçusu Xorre Verstraeten ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Natiq Qurbanlı rəqibinə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Bayırcan Cauntayev oldu. Həmin görüşdə Natiq Qurbanlı rəqibinə məğlub oldu və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Nurlan Qurbanlı
Nurlan Süleyman oğlu Qurbanlı (27 sentyabr 2001; Xırdalan şəhəri, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən Xanlıq kənd 3 saylı tam orta məktəbdə təhsil almış, ardınca təhsilini Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirmişdir. Kollecdən “Gəmi mexanizmlərinin təmiri üzrə çilingər” ixtisası üzrə məzun olmuşdur. Nişanlı idi. == Hərbi xidməti == Nurlan Qurbanlı 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış və Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nurlan Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Qurbanlı oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Qurbanlı (Germi)
Qurbanlı (fars. قربانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 77 nəfər yaşayır (13 ailə).
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.
Ruhidil Qurbanlı
Ruhidil Qurbanlı (d. 28 may 2003) — Azərbaycanı təmsil edən gimnast. == Həyatı == Ruhidil Qurbanlı 2003-cü il mayın 28-də anadan olub. == Karyerası == Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü 2018-ci ildə baş tutan Dünya Çempionatında 4-cü yeri tutdu. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2019-cu ildə Belarusun ev sahibliyində baş tutan II Avropa Oyunlarına qatıldı. Əl-Məşayxi və Qurbanlı cütlüyü temp yarışlarında 28.830 balla gümüş, balans yarışlarında isə 28.160 balla bürünc medala sahib oldu.
Əvəz Qurbanlı
Qurbanlı Əvəz Qubadxan oğlu (Əvəz Qurbanlı) - şair, yazıçı və jurnalist == Həyatı == Şair, yazıçı və jurnalist Əvəz Qurbanlı 1976-cı il avqust ayının 9-da Saatlı rayonunun Azadkənd kəndində dünyaya göz açıb. 1997-1999-cu illərdə Azərbaycan Respublikasının sərhəd qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. İxtisasca iddiaçı hüquqşünasdır. 2000-ci ildən indiyə kimi Respublikanın bir çox mətbu orqanlarında jurnalist kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bədii yaradıcılıqla məşğuldur. Şeir və nəsr, elmi və publisistik məqalələrin müəllifidir. Sözlərinə mahnılar bəstələnib. 2006-cı ildə "Təzə zarafat " adlı satirik və lirik şeirlər kitabı çapdan çıxıb. "Vahid", "Məcməüş-şüəra" ədəbi məclislərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox yerli və beynəlxalq mükafatlara, o cümlədən 2008-ci ildə gənc yazarlar üçün Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
Aişə Qurbanlı
Aişə Qurbanlı (28 aprel 1993) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Aişə Qurbanlı beynəlxalq turnirlərdə birinci uğurlarına 2015-ci ilin noyabrında African Open turnirində bürünc, Oceania Open turnirində isə gümüş medala sahib olmaqla imza atdı. IJF Qran-Pri seriyalı turnirlərdə onun ən yaxşı nəticəsi 2017-ci ilin aprelində Antalyada baş tutan turnirdə qeydə alıdı (beşinici pillə). Karyerası ərzində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya və Avropa Çempionatlarında uğura imza ata bilməyən Aişə Qurbanlı Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Qadınların -48 Kq. turnirində çıxış edən Aişə Qurbanlı olimpiadanın 1/16 final mərhələsində Portuqaliya nümayəndəsi Katarina Kostaya vaza-ari balı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.
Qaranlıq
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Quraqlıq
Quraqlıq — yazda və payızda yağıntının normadan çox aşağı və hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı olduğu uzun dövr. Quraqlıqda torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, nəticədə tarla, otlaq və biçənəklərdə məhsul azalır, yaxud tamamilə məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması quraqlığa məruz qalan yerlərdə quraqlığa davamlı bitkilərin əkilməsi də yaxşı nəticə verir.
Qurbançı
Qurbançı — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qurbançı Baş Qafqaz dağ silsiləsinin ətəyində yerləşir. Qurbançı kəndinin əhalisi türk mənşəlidir və qədim zamanlardan etibarən əsasən heyvandarlıqla məşğul olmuşdur. Qurbançı kəndi ərazi vahidi kimi bir müddət Mərəzə rayonuna, sonradan Şamaxı rayonuna aid olmuş hal-hazırda isə Qobustan rayonuna aiddir. Bu kənd Bakı şəhərindən Şamaxıya gedən qədim karvan yolunun kənarında yerləşir. Qurbançı kəndi öz başlanğıcını bu kəndin yaxınlığında yerləşən qədim yaşayış məskəni olan Şəhərgah adı ilə məlum olan qədim yaşayış məntəqəsindən götürüb. Azərbaycan ərazisində “Şəhərgah” adı ilə tanınan bir neçə Orta əsr yaşayış yeri mövcuddur. Bunlardan biri də Qurbançı kəndi yaxınlığında, Qurbançıdan Qobustan şəhərinə gedən yolun sağında kənddən təqribən bir kilometr uzaqlıqda yerləşən yaşayış yeri olmuşdur. Şəhərgahın yerində hal-hazırda yerə batmış bir neçə iri daşlar və qəbir daşları vardır. Şəhərgah vaxtilə Bakıdan Şamaxıya və daha sonra Azərbaycanın qərb ərazilərinə gedən karvan yolunun üstündə olan mühüm əhəmiyyət kəsb edən bir şəhər olub.
Qurbanalı Alıyev
Qurbanalı Vəlican oğlu Alıyev (14 iyul 1924, Ovçulu, Şamaxı rayonu – 7 fevral 1989, Moskva) — Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Qurbanalı Alıyev 1924-cü il iyul ayının 14-də Şamaxı rayonu Ovçulu kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1942-ci ildə Şamaxı rayonu M.Əzizbəyov adına kolxozda əmək fəaliyyətinə başlamış bir müddət sonra isə təşkilatçılıq bacarığı ilə fərqləndiyi üçün həmin kolxozda briqadir olmuşdur. Özünün əməksevərliyi, təşəbbüskarlığı, təşkilatçılığı və bacarıqlı rəhbər keyfiyyətləri ilə seçldiyi üçün 1948-ci ildə Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. 1949-cu ildə Kommunist Partiyası sıralarına daxil olur. 1950-ci ildə Qurbanalı Alıyev M.Əzizbəyov adına kolxozun sərdi vəzifəsinə seçilir. Qurbanalı Alıyev çalışdığı sahə üzrə təhsilini 1950-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən rəhbər və idarəetmə sahəsi üzrə kadrlar hazırlayan mərkəzdə almışdır. 1960-ci ildə Şamaxı Zoobaytar Texnikumunu bitirmiş və Şamaxı rayonu Hacıqədirli kəndində yerləşən Həzi Aslanov adına kolxozda zootexnik işləmişdir. 1960-cı ildən 1966-cı ilə qədər uğurla Şamaxı rayonu Göylər Kənd Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən ömrünün sonuna qədər Şamaxı rayon Bağırlı Kənd Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir.Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.Orotoponimdir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. == Toponimikası == QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qurbani
Aşıq Qurbani (az.-əbcəd آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Qurbani 15–16-cı əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O, bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir. == Kitablar == Qurbani.
Qurbanəli Abbasov
Qurbanəli Abbasov — Ukraynanın “Əməkdar artisti”, “Tərəqqi” medalı laureatı == Həyatı və fəaliyyəti == Qurbanəli Həsən oğlu Abbasov 1952-ci il yanvarın 16-da Naxçıvan şəhərinin Qaraçuq kəndində anadan olmuşdur.1974-cü ildə Kiyev şəhərindəki M.Qliyer adına Musiqi Peşə Məktəbində musiqi təhsili almışdır.1979-1984-cü illərdə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının vokal şöbəsində təhsilini davam etmişdir. 1985-1992-ci illərdə Almaniyanın Veymar şəhərində musiqi mütəxəssisi kimi çalışmışdır.1986-cı ildə Almaniyanın Leypsik şəhərində keçirilən vokal üzrə Beynəlxalq musiqi festivalının laureatı olmuşdur.1992-ci ildən Ukrayna Dövlət Sərhəd Qoşunlarının mahnı və rəqs ansamblının solisti kimi fəaliyyətini davam etdirmişdir.1999-cu ildən Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində yaranmış “Azərbaycan” mahnı və rəqs ansamblına rəhbərlik edir. 1997-ci ildə Ukraynanın “Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Qurbanəli Quluzadə
Qurbanəli Elşad oğlu Quluzadə (25 iyun 2001, Binə, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qurbanəli Quluzadə 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Ailənin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb. == Hərbi xidmətləri == 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qurbanəli Quluzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Qurbanəli 2020-ci il oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Qurbanəli Quluzadə Binə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qurbanəli Quluzadə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qurbanəli Quluzadə ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qurbanəli Şərifov
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov.
Qurbanəli Şərifzadə
Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan – 1917, orada) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır. == Həyatı == Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır. == İstinadlar == == Mənbə == İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997. Kamal Camalov.
Qurbanəli Əliyev
Qurbanəli Məmmədsadıq oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Qurbanəli Əliyev 1925–ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1948 – 1954- cü illərdə Naxçıvan şəhərindəki müəllimlər institutuda, 1954 – 1956-cı illərdə Ordubad şəhərindəki 1 saylı orta məktəbdə müəllim işləmişdir. 1956 –cı ildə AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H.Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan mono və polikristal, amorf və maye selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1960-cı ildə namizədlik, 1968-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Q. Əliyev 1970-ci ildə professor elmi adı almışdır. O 1969 –cu ilədək AMEA Fizika İnstitutunda böyük elmi işçi, 1969 –cu ildən ömrünün sonuna kimi Azərbaycan Tibb Universitetində kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Q. Əliyev 2009-cu il avqust ayının 9-da vəfat etmişdir. Elmi məqalələrin sayı-276 Beynəlxalq konfranslarda iştirakının sayı-59 Xaricdə çıxmış elmi əsərlərinin sayı-130-a yaxın Monoqrafiya və kitabların sayı-1 Müəllifik şəhadətnamələrinin və patentlərin sayı-15 Dil bilikləri- ana dili, rus və ingilis == Əsas elmi nailiyyətləri == Qurbanəli Əliyevin əsas elmi fəaliyyəti selen yarımkeçiricisinin müxtəlif modifikasiyalarının (heksaqonal, monoklin, amorf) alınmasına və onların fiziki xassələrinin tədqiqinə həsr olunmuşdur.
Gülanlıq dağı
Gülanlıq- Quba rayonu ərazisində dağ == Toponimikası == Buduq kəndindən ş.-də yerləşir. Hündürlüyü 2141 m. Coğrafi ədəbiyyatda Qulanlıq variantında da qeydə alınmışdır. Oronim gülan (yaylaqda topa halında bitən ot növü) sözündən və -lıq şəkilçisindən düzəlib, "gülan otu çox olan dağ, gülan bitən dağ" mənasındadır. == Həmçinin bax == Yerfi dağı Dəmirçitəpə (dağ) == Xarici keçid == quba-ih.gov.