Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nahiyə
Nahiyə — tarixən Azərbaycan və şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. == Tarixi == Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Lahiyə
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. == Layihə mərhələləri == Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. == Layihə idarəedilməsinin müxtəlif səviyyələri == Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi == Layihənin növləri == Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr 1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Rahibə
Rahib — dini mərasimləri icra edən din xadimi. Ərəbcə rahib kəlməsi ruhban, rahbə, keşiş, kökündən gəlir. Rahbə "qorxub çəkinmə", keşiş "dərin dini qorxu ilə özünü dinə vermə" mənasındadır; rahib də Allahdan qorxan və fasilə ilə ibadət edən şəxsə deyilir. == İslama görə rahib == Quranda ruhbanlığın Allah tərəfindən fərz olmadığını,xristianların bunu uydurduğu bildirilmişdir. Təfsirlərdə deyilir ki, ruhbanlıq bir qrup xristianın dində ortaya çıxan fitnədən uzaqlaşıb dağlara çəkilərək ibadət etmə, mağaralarda və tək yerlərdə yaşama,qadınlardan uzaq durmaq kimi məşəqqətli bir həyat tərzinə qatlanmaqdır. Həmçinin qeyd olunur ki,ruhban ümumilikdə "Allahdan qorxanlar, özlərini ibadətə vermiş kimsələr", "İsanın davətinə itaət etmə və ona tabe olub şəriəti üzrə olanlar"və özəldə Xristian din adamları hesab olunur. Ümumilikdə ruhban sinifi sadəcə xristianlığa məxsus deyil, hər dinin öz tərzində ruhbanı ola bilər. Çünki Allahın əmri üzrə Ondan qorxan hər hansı şəxsə rahib deyilə bilər. İnsanların çoxu Allahdan qorxub inandıqları "din adamı" olaraq qəbul etdikləri bu adamlara din adına bir çox səlahiyyətlər verər və beləcə yoldan çıxarlar. Bu insanlar haqqında Allah buyurmuşdur: "Onlar öz alimlərini və ruhanilərini özləri ilə Allah arasına qoyub Rəbb tutublar.
Nahiyə (Heris)
Nahiyə (fars. ناحيه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 195 nəfər yaşayır (42 ailə).
Rabiyə Kadər
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rahilə Davud
Rahilə Davud (uyğ. راھىلە داۋۇت, çin. ənən. 热依拉·达吾提, pinyin: Rèyīlā Dáwútí; 20 may 1966, Sincan-Uyğur Muxtar Rayonu) — uyğur əsilli Çin dilşünası. Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yerləşən Sincan Universitetində professor işləmiş olan Davud beynəlxalq səviyyədə uyğur folkloru və ənənələri üzrə mütəxəssis kimi tanınırdı. O, vaxtilə Çin Mədəniyyət Nazirliyindən mükafat və qrantlar almış, folklor institutunun qurucusudur. Davud 2017-ci ildə Çin hökuməti tərəfindən qaçırılmış və o vaxtdan bəri itkin düşmüşdür. Onun dövlət orqanları tərəfindən açıqlanmayan bir yerdə saxlanıldığı güman edilir. == Həyatı == Rahilə Davud 1966-cı ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. O, 30 ildən çoxdur ki, Çin Kommunist Partiyasının üzvü olmuşdur.
Rahilə Ginzburq
Ginzburq Rahilə Solomonovna (1 iyun 1920, Bakı – 6 dekabr 1995, Bakı) – Aktrisa, Azərbaycan Respublikasının xalq artisti (1964) == Həyatı == Rahilə Ginzburq 1 iyun 1920-ci ildə Bakı şəhərində neftçi Süleyman Ginzburqun ailəsində anadan olmuşdur. 1937-ci ildə Bakı Teatr Kollecinin aktyorluq fakültəsinə daxil olan aktrisa 1941-ci ildə buradan məzun olur. 1938-ci ildə, hələ 18 yaşında olarkən Rahilə xanım Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Məhərrəm Aşumovla tanış olur. Həmin il Aşumov Rahilə Ginzburqun ailəsinə elçi göndərir. Bu zaman Rahilə xanım ailəsi ilə birlikdə indiki Dilarə Əliyeva küçəsindəki mütəxəssislər binasının 5-ci mərtəbəsində yaşayırdı. Cütlüyün bu evlilikdən Tamilla adlı qızları dünyaya gəlmişdir. Tamilla Aşumova 70-80-ci illərdə Azərbaycan Televiziyasının məşhur jurnalistlərindən biri olmuşdur. === Fəaliyyəti === Rahilə Ginzburq səhnə fəaliyyətinə 1941-ci ildən başlamış, 1943-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur.
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Sultan
Raziyə Sultan (Osmanlı türkcəsi: راضیہ سلطان‎) (d. 1525 - ö. 1556 - Osmanlı padşahı I. Süleymanın qızıdır.) Osmanlı arxivlərində "Tasasız Raziye", yəni "Qayğısız Raziyə" olaraq tanınır. Buna səbəb isə həyatı boyunca dərviş həyatı yaşaması və sarayla əlaqəsini kəsməsidir. Həyatının bütöv bir hissəsini atasının süd qardaşı olan Yəhya Əfəndinin dərgahında keçirmişdir. 1556-cı ildə vərəm xəstəliyindən 31 yaşında vəfat etmişdir. Qəbri atası I. Süleymanın süd qardaşı Yəhya Əfəndinin Türbəsində yerləşir.
Raziyə xatun
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz — 28 yanvar 2013,Köln Almaniya) — Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. == Həyatı və fəaliyyəti == Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.
Rabiyə Sultan
Rabiyə Sultan (v. 14 yanvar 1712, Köhnə Saray, İstanbul, Osmanlı imperiyası) — 21-ci Osmanlı sultanı II Əhmədin xanımlarından biri. == Həyatı == Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Əhmədin səltənətinin başlarında hərəmə alındığı məlumdur. Qısa zamanda sultanın rəğbətini qazanan Rabiyə Sultanın 6 oktyabr 1692-ci ildə Şahzadə İbrahim və Şahzadə Səlim adlı əkiz övladı dünyaya gəldi. Bunlar Osmanlı tarixində bilinən ilk əkiz övlad hadisəsi idi. Sultan Əhmədin anası Müəzzəz Sultan oğlunun səltənətindən öncə vəfat etmişdi. Bu səbəblə Rabiyə Sultan oğullarının dünyaya gəlişinin ardından qısa zamanda yüksəldi və hasəki sultan ünvanı aldı. Keçmiş sədrəzəmlərdən Bayburtlu İbrahim Paşaya aid Üsküdardakı Quzquncuq köşkü və paşanın edamından sonra xəzinəyə müsadirə edilən dəyərli ziynət əşyaları Rabiyə Sultana hədiyyə edildi. Ancaq əkiz övladlarından Şahzadə Səlim 15 may 1693-cü ildə körpə ikən vəfat etdi. 23 oktyabr 1694-cü ildə üçüncü övladı olan Asiyə Sultanı dünyaya gətirən Rabiyə Sultana indiki Hələb yaxınlığından bir çox mülk və torpaqlar hədiyyə edildi.
Rabiyə Şərmi Sultan
Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı. == Həyatı == Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir. == Övladları == Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
Rahimə Piristü Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka, İstanbul ili) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Raniyə əl-Abdullah
Raniyə əl-Abdullah (31 avqust 1970[…], Küveyt) — İordaniya kraliçası, İordaniya kralı II Abdullahın arvadı.
Sultan Raziyə bəyim
Sultan Raziyə bəyim (Farsca/Urduca: رضیہ سلطانہ, Hindcə: रज़िया सुल्ताना), (1205–1240), Dehli sultanlığının sultanı, (1236–1240) şairə. İlk qadın sultan == Həyatı == İspaniyadan İndoneziyaya qədər üç kontinentin ərazisində yerləşən bütün müsəlman ölkələri üçün taxta çıxan ilk qadın Dehli türk müsəlman dövlətinin sultanı Raziyə xatın olmuşdu. Bu dövlətin hökmdarı Şəmsəddin Eltutmuş (1211–1236) taxtın varisliyini bu yolla (varislik) taxta malik olmuş yeganə müsəlman qadın olan qızı Raziyə xatına vermişdi. Sultanın hakimiyyəti hədd-buluğa çatmış oğulları ola-ola qızına verməsi ilə bağlı ətrafdakıların etirazına cavab olaraq o söyləmişdi ki, oğlanları əksər vaxtını sərxoşluqla və eyş-işrətdə keçirir, onlardan heç biri dövləti idarə etmək səviyyəsində deyil. Raziyə isə hökmdara məxsus olan ən gözəl keyfiyyətlərə malik idi: cəsur döyüşçü, elm adamlarını sevən, onların qayğısına qalan bir insan idi. Sultan Eltutmuşun ölümündən sonra Raziyə xatın müvəqqəti olaraq taxtan salındı. Hakimiyyətə qayıtdıqdan sonra o, birinci növbədə taxt iddiasında olan və digər qardaşını öldürmüş qardaşı ilə hesablaşdı. Raziyə xatın hamının unutmuş olduğu yaxud qardaşının hökmdarlıq etdiyi dövrdə əməl olunmayan Şəmsiyyə sülaləsinin ənənələrini və qaydalarını bərpa etdi və məhkəmə işlərini öz əlinə aldı. Rəiyətinə qarşı o, daha rəhmdil idi. Onun hökmdarlığının ilk illərində tökülən sikkələrdə o, "Umdat annisvan mələkə – i zaman sultan Raziyyə binti Şəmsəddin Eltutmuş" ("Qadınların həmdəmi, dövrünün hökmdarı sultan Raziyə, Şəmsəddin Eltutmuşun qızı") titulunu həkk etdirməyi əmr etmişdi.
Rahimə Piristü Validə Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka, İstanbul ili) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. == Həyatı == === Gənclik illəri === I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Raziyə Sultan (film, 1983)
Raziyə Sultan— 1983-cü ildə Hindistanda rejissor Kamal Əmrahinin, aktyorlar Dərməndər və Hema Malininin oynadığı film. == Film haqqında == Film (1205–1240)-cı illərdə yaşamış, (1236–1240)-cı illərdə Müəzzilər dövlətinin sultanı olmuş, şairə-hökmdar Sultan Raziyə bəyimin həyatından bəhs edir. Raziyə xatunun rolunda məşhur hind aktrisası Hema Malini oynayır. Onun hind qulamı rolunu isə aktrisanın əri Dərməndər ifa edir.
Şahbanu Raziyə Sultan Səfəvi
Şahbanu Raziyə sultan Səfəvi və ya Aləmiyan Raziyə bəyim Səfəvi (1700, İsfahan – 1775, Kərbəla) — Səfəvilər xanədanlığının nümayəndəsi. IX Səfəvi hökümdarı Sultan Hüseynin Fərda sultandan olan qızı. 1729-cu ildə Nadir xan Əfşarla etdiyi izdivacla Əfşar-Səfəvi blokunun yaranmasına səbəb olmuşdur. Nadir xan 1736-cı ildə Suqovuşanda "şah" elan edildikdən sonra Raziyə bəyim "şahbanu" tituluna yiyələnərək Nadir şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. 1736–1749-cu illərdə şahbanu, 1773–1775-ci illərdə isə naibə olan Raziyə sultan Nadir şahın Osmanlılarla müharibəsi zamanında külli maliyyə yardımı etmişdir. == Həyatı == Raziya Sultan 1700-ci ildə İsfahanda doğulmuşdur. Saray təlim-tərbiyyəsi götürmüş, xüsusi müəllimlərdən dərs almışdır. Hər zaman olduğu kimi onun da dövründə iğtişaşlı saray intriqaları mövcud idi. Lakin uşaqlıq illəri dövlət üçün bəzi üsyanlar olsa da, yenə də "sabit dövr"ə təsadüf edirdi. Raziya Sultan hər zaman xalqının və dövlətinin qeydinə qalan bir xanım idi.
Əmətullah Rabiyə Gülnuş Sultan
Əmətullah Rabiyə Gülnuş Sultan (osman. گلنوش سلطان) (1642, Retimno[d] və ya Krit – 6 noyabr 1715, İstanbul) — 19-cu Osmanlı sultanı IV Mehmedin xanımı, II Mustafa və III Əhmədin anası, Validə sultan. == Həyatı == === Hasəki sultan illəri === 1642-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən venesiyalı Verzizzi ailəsinə mənsub olub, Krit adasındakı Resmo şəhərində dünyaya gəldi. Resmonun fəthinin ardından Dəli Hüseyn Paşa tərəfindən əsir alındı və saraya hədiyyə edildi. Sarayda öncə Kösəm Sultanın, onun vəfatından sonra isə Turhan Sultanın himayəsinə alınaraq təlim-tərbiyə edildi. Adı Kösəm Sultan tərəfindən dəyişdirilərək Əmətullah Gülnuş oldu. Həddi buluğa çatmasının ardından Ədirnə sarayında olan Sultan Mehmedə təqdim olundu. İlk övladı olan Xədicə Sultan da 1662-ci ildə bu sarayda dünyaya gəldi. Ardından 1664-cü ildə Şahzadə Mustafanı, 1670-ci ildə Gülsüm Sultanı, 1673-cü ildə Şahzadə Əhmədi, 1675-ci ildə Şahzadə Bəyazidi və 1680-ci ildə Fatma Sultanı dünyaya gətirdi.
Şahbanu Raziyə sultan Səfəvi
Şahbanu Raziyə sultan Səfəvi və ya Aləmiyan Raziyə bəyim Səfəvi (1700, İsfahan – 1775, Kərbəla) — Səfəvilər xanədanlığının nümayəndəsi. IX Səfəvi hökümdarı Sultan Hüseynin Fərda sultandan olan qızı. 1729-cu ildə Nadir xan Əfşarla etdiyi izdivacla Əfşar-Səfəvi blokunun yaranmasına səbəb olmuşdur. Nadir xan 1736-cı ildə Suqovuşanda "şah" elan edildikdən sonra Raziyə bəyim "şahbanu" tituluna yiyələnərək Nadir şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. 1736–1749-cu illərdə şahbanu, 1773–1775-ci illərdə isə naibə olan Raziyə sultan Nadir şahın Osmanlılarla müharibəsi zamanında külli maliyyə yardımı etmişdir. == Həyatı == Raziya Sultan 1700-ci ildə İsfahanda doğulmuşdur. Saray təlim-tərbiyyəsi götürmüş, xüsusi müəllimlərdən dərs almışdır. Hər zaman olduğu kimi onun da dövründə iğtişaşlı saray intriqaları mövcud idi. Lakin uşaqlıq illəri dövlət üçün bəzi üsyanlar olsa da, yenə də "sabit dövr"ə təsadüf edirdi. Raziya Sultan hər zaman xalqının və dövlətinin qeydinə qalan bir xanım idi.
Bamiyə
Bamiyə (bitki)
Cariyə
Cariyə — sosial vəziyyətinə görə məşuqdan daimi asılı olan (maddi vəziyyətinə görə və ya şəxsi asılılıq vəziyyətində olan kölə qadın) məşuqə. XIX əsrin ortalarında Rusiyada Vladimir İvanoviç Dal tərəfindən tərtib edilmiş lüğətə əsasən cariyə termini aşağıdakı mənalarda izah olunurdu: "qeyri-qanuni arvad", "yataq yığışdıran" Bibliyanın rusca tərcümələrində cariyələr patriarxlara uşaq doğan məşuqə (Xettura) adlandırılmışdır. Bibliyaya görə çar Solomonun 300 cariyəsi var idi.. Qədim Rusiya dövlətinin tarixində də cariyələrin olması haqqında çoxlu faktlar vardır. Məsələn, rus tarixçisi V.Koptevin qeyd etdiyi kimi knyaz Vladimirin 700-ə yaxın cariyəsi var idi.. Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilmişdir. == Həmçinin bax == Konkubina == Xarici keçidlər == Nikahsız halallar – cariyələr!
Damiyə
Damiyə — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Damiyə Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mənaca eynidir.
Fahişə
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə. Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir. Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir. Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır. == Tarixi == === XX əsr === Kommunizmin aparıcı nəzəriyyəçiləri fahişəliyin əleyhinə idi. Kommunist hökumətlər tez-tez hakimiyyəti əldə etdikdən dərhal sonra bu təcrübəni yatızdırmağa cəhd etsələr, fahişəlik bu ölkələrdə davam edirdi. Çağdaş Kommunist ölkələrində isə fahişəlik qeyri-hüquqi olsa da, ölkələrdə yayılmışdı.
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. == Mənşəyi və funksiyaları == Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır. Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.
Qahirə
Qahirə (ərəb. القاهره‎) — Misir Ərəb Respublikasının paytaxtı. Afrikada ən böyük şəhərlərdən biri. Zəngin memarlıq, mədəniyyət nümunələri və təbiət mənzərələrinə malikdir. Əhalisi təxminən 7 milyon nəfərdir (2006). Abbasilər, Əyyubilər və Məmluk Dövlətlərinin paytaxtları olmuşdur == Haqqında == Qahirə şəhəri Misirin iqtisadi, siyasi, inzibati mərkəzidir. Şimali Afrikanın və ümumilikdə Ərəb dünyasının ən böyük şəhəridir. == Yerləşdiyi ərazi == Afrika qitəsinin şimal-şərqində, Nil çayının sahilində yerləşir. == İstinadlar == == Xarici keçidlər == Cairo Arxivləşdirilib 2007-02-21 at the Wayback Machine.
Rabitə
Rabitə Texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan idarələr sistemi
Rəfahiyə
Refahiyə — Ərzincanın 9 ilçəsindən biri . İlçədə 119 kənd var. == Əhali == 2016-cı ilin məlumatına görə ilçədə 10.765 nəfər yaşayır.
Mahiyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Kahinə
Kahinə (ərəb. الكاهنة‎; hərf. qabaqcadan xəbər verən qadın; 668 – 703) və ya Dihyə — Ores padşahlığının bərbər kraliçası, dini və hərbi lider. O, həmin dövrdə Numidiya kimi tanınan Məğribin müsəlmanlar tərəfindən işğalına qarşı yerli müqavimətə rəhbərlik etmiş, xüsusən də Meskiana döyüşündə Əməvi qüvvələrini məğlubiyyətə uğratmışdır. Kahinə döyüşdən bütün Məğribin mübahisəsiz hökmdarı olmuş, bu statusu Təbarka döyüşündə qəti şəkildə məğlub olunana qədər saxlamışdır. == Mənşəyi və dini == Onun şəxsi adı bunlardan biridir: Dəyə, Dəhiya, Dihyə, Dəhyə və ya Dəmyə. Onun titulu ərəbdilli mənbələrdə əl-Kahin' (rahib falçı) kimi qeyd edilmişdir. Bu, gələcəyi qabaqcadan görmək qabiliyyətinə görə onun müsəlman rəqibləri tərəfindən verilən ləqəb idi. O, 7-ci əsrin əvvəllərində Jrāwa Zenata qəbiləsində anadan olub. Beş il Aures dağlarından Qadames vahasına qədər (695-700) azad bir Berber dövlətini idarə etdi. Lakin Musa ibn Nusayrin komandanlığı olan ərəblər güclü bir ordu ilə geri qayıtdılar və onu məğlub etdilər.
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. == İstinadlar == == Mənbə == Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Cahide