Rabiyə Şərmi Sultan

Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı.

Rabiyə Şərmi Sultan
Ida Kovács
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Macarıstan
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı İmperiyası
Dəfn yeri
Həyat yoldaşı III Əhməd
Uşaqları I Əbdülhəmid, Zeynəb Sultan, Rabiyə Sultan
Ailəsi Osmanlı xanədanı

Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir.

  • Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
  • Rabiyə Sultan (19 noyabr 1719–28 oktyabr 1721)
  • I Əbdülhəmid (20 mart 1725–7 aprel 1789)