Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Qaşiyə surəsi
88-ci surə
Ğaşiyə surəsi
əl-Ğaşiyə (ərəb. سورة الغاشية‎) (Bürüyən) surəsi. Quranı Kərimin 88 surəsidir, Məkkə surəsidir 26 ayətdən ibarətdir. Surə adını ilk ayədə keçən, örtünən, bürünən, bağlanan mənasını verən ğaşiyə kəlməsindən almışdır.
İsmail Haniyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
İsmayıl Haniyə
İsmayıl Həniyyə və ya Həniyə (ərəb. إسماعيل هنية‎; 29 yanvar 1962, 1962, 29 yanvar 1963, 8 may 1963 və ya 1963, Əl-Şati[d], Qəzzə – 31 iyul 2024, Tehran) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib. İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib. 2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Haciyə xanım Gərgəri
Pərinisa xanım — Haciyə xanım Gərgəri adıyla tanınan Qudrət xanın qızı və Hacı Hüseynqulu xanın bacısı Qacar dövründə Gərgər mahalının hakimi idi.Mehdiqulu xan Hidayət məşhur Xatirələr və Xətərlər kitabında Haciyə xanım Gərgəridən Gərgər hakimi kimi ad aparır və yazır:"Gərgər mahalı Culfanın iki ağaclıqındadır.Bu nahiyənin hökuməti Haciyə xanım Gərgərinin əlindədir". == Mənbə == .Mehdiqulu xan Hidayət.Xatirələr və Xətərlər.5-ci çap.Tehran:Züvvar nəşrləri,1996.ISBN 964-401-021-3.
İsmayıl Haniyə sui-qəsdi
İsmayıl Həniyyə sui-qəsdi — HƏMAS-ın siyasi lideri olan İsmayıl Həniyyə yə qarşı törədilmiş sui-qəsd hadisəsi. Hadisə 2024-cü ilin 31 iyul tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində, gecə saat 02:00 radələrində Həniyyənin gecələdiyi villanın ballistik raketlə vurulması nəticəsində baş vermişdir. Hadisə gününün səhəri İslam İnqilabı Keşikçiləri Korpusu HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyənin Tehranda öldürüldüyünü açıqlamışdır. Raket zərbəsi nəticəsində Həniyyədən başqa onun yanında olan bir mühafizəçisi də həlak olmuşdur. İsmayıl Həniyyə Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana getmişdi. Çərşənbə axşamı o, Tehranda Məsud Pezeşkianla görüşüb. Bu görüşdə o, Pezeşkianı Qəzza müharibəsi ilə bağlı son siyasi hadisələr haqqında məlumatlandırmış və İran İslam Respublikasının Fələstin xalqını dəstəkləməkdə tutduğu mövqeyini yüksək qiymətləndirmişdir. İsmayıl Həniyyə ötən əsrin 80-ci illərindən etibarən Fələstində siyasi lider kimi ön plana çıxmışdır. 1987-ci ildə HƏMAS-ın səhra komandirilərindən biri kimi tanınmışdır. O, əvvəllər Fələstin Muxtariyyətinin baş naziri və Qəzza zolağında HƏMAS-ın rəsmi nümayəndəsi kimi fəaliyyət göstərmişdir.
Casiyə Surəsi
45-ci surə
Haciye Cindi
Haciye Cindi Cauari (kürd. Һ’әщие Щнди/Heciyê Cindî, erm. Հաջիե Ջնդի, rus. Аджиэ Джинди Джауари; 18 mart 1908 – 1 may 1990) — kürd əsilli SSRİ yazıçısı. O, kürd və erməni dillərində yazıb-yaratmışdır. == Həyatı == Haciye Cindi Cauari 1908-ci ildə Rusiya imperiyasında, Yamançayır (indiki Türkiyə) kəndində anadan olmuşdur. O, uşaq yaşlarında yetim qalmış və Aleksandropoldakı uşaq evində tərbiyə almışdır. Cindi 1929-cu ildə Pedaqoji Texnikumu bitirmiş, İrəvan Pedaqoji İnstitutuna daxil olmuş və 1933-cü ildə oradan məzun olmuşdur. O, 1930-cu ildən "Riya Təzə" qəzetində, o cümlədən radioda işləmişdir. Cindi 1934-cü ildə SSRİ Yazıçılarının I qurultayında Ermənistan SSR-dən nümayəndə olmuşdur.
Frans Riçelt
Bamiyə
Bamiyə (bitki)
Cariyə
Cariyə — sosial vəziyyətinə görə məşuqdan daimi asılı olan (maddi vəziyyətinə görə və ya şəxsi asılılıq vəziyyətində olan kölə qadın) məşuqə. XIX əsrin ortalarında Rusiyada Vladimir İvanoviç Dal tərəfindən tərtib edilmiş lüğətə əsasən cariyə termini aşağıdakı mənalarda izah olunurdu: "qeyri-qanuni arvad", "yataq yığışdıran" Bibliyanın rusca tərcümələrində cariyələr patriarxlara uşaq doğan məşuqə (Xettura) adlandırılmışdır. Bibliyaya görə çar Solomonun 300 cariyəsi var idi.. Qədim Rusiya dövlətinin tarixində də cariyələrin olması haqqında çoxlu faktlar vardır. Məsələn, rus tarixçisi V.Koptevin qeyd etdiyi kimi knyaz Vladimirin 700-ə yaxın cariyəsi var idi.. Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilmişdir. == Həmçinin bax == Konkubina == Xarici keçidlər == Nikahsız halallar – cariyələr!
Damiyə
Damiyə — Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. == Toponimkası == Damiyə Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. İrəvan quberniyasının Eçmiadzin qəzasında Dəm, Surməli qəzasında Dəmitəpə, Şarur-Dərələyəz qəzasında Dəmitəpə və Dəmibulaq. Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Dəmidaq adları ilə mənaca eynidir.
Hadisə
Hadisə və ya olay — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Hafizə
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır. Psixologiyada yaddaş — insanın məlumatları qəbul etməsi, saxlaması və sonradan geri çağırması prosesini öyrənən bir sahədir. Yaddaş insanın gündəlik həyatında mühüm rol oynayır, çünki onun vasitəsilə öyrənmə baş verir və keçmiş təcrübələr əsasında gələcəkdə qərarlar qəbul olunur. == Yaddaşın növləri == Sensor yaddaş (ing. Sensory Memory) — bu yaddaş növü qısamüddətlidir və hisslərin qavradığı məlumatları çox qısa bir müddət ərzində saxlayır. Məsələn, bir görüntü gözünüzün qabağında bir neçə saniyə qalsa da, yaddaş tez itir. Qısamüddətli yaddaş (ing. Short-term Memory) — bu yaddaş növü qısamüddətlidir və məlumatları təxminən 20-30 saniyə ərzində saxlayır. Əgər bu məlumat təkrar olunmazsa, unudula bilər.
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Hamiləliyin əlamətləri == Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır. Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər. == Hamiləliyin diaqnostikasi == Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur. Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir: Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
Hayidə
Hayidə (10 aprel 1942, Tehran – 20 yanvar 1990, San-Fransisko, Kaliforniya) — İran müğənnisi. İranın Tehran şəhərində anadan olub və 1990-cı ildə vəfata yetişib. Müğənninin mahnılarının İranda çoxlu pərəstişkarı var.
Qafiyə
Qafiyə — şeirdə beytlərin və ya misraların son söz və ya səslərinin uyğunluğu, həmahəngliyi. Qafiyə – misraların sonunda sözlərin səs, şəkil, quruluş baxımından ahəngdar şəkildə tələffüz olunmasına deyilir. Şeirdə qafiyənin rolu əsasən belə səciyyələndirilir: «misraların sonunda və ya misra içində səslər bir-birinə uyğun, fonetik tərkibcə həmahəng və şeirə xüsusi gözəllik, ahəng, aydın forma verən sözlər. Şeirin məna və ahəngcə təşkilində qafiyə böyük rol oynayır. Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həmçinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmişdir. Lakin tarixi çox qədim olan Azərbaycan şifahi xalq ədəbiyyatında qafiyəli nümunələrin mövcud olması həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər tutarlı faktdır. Qafiyənin şeirdə məhdudiyyət yaratmaqla bərabər öz funksiyaları var. Bunlara deyilişi gözəlləşdirmə, yadda saxlamanı asanlaşdırma və s. aiddir. Məhz bu funksiyalar nəticəsində qafiyə şeirdə öz əhəmiyyətini itirməmişdir.
Lahiyə
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. == Layihə mərhələləri == Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. == Layihə idarəedilməsinin müxtəlif səviyyələri == Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi == Layihənin növləri == Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr 1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.
Hakimə
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Conatan Li Riçes
Conatan Li Riçes — Dünyanın ən maraqlı insanlarından biridir. O, bir çox məşhur adamları, məşhur şirkətləri məhkəməyə verib. Riçes bu vərdişi ilə bütün dünyada tanınır. Onun şikayətləri arasında ən çox gündəmə gələnlər bunlar olub: Corc Buş, Çe Qevara, Eyfel Qülləsi, Britni Spirs , Adolf Hitlerin Nasist partiyası, "Google", Roma İmperiyası, Platon, Skandinaviya Tanrıları və s.Beləki, Conatan Ri Riçes polisə şikayət etmə sayına görə Ginnesin Rekordlar kitabına düşüb.Adının rekordlar kitabına düşdüyündən xəbər tutan kimi o, bu kitabı da polisə şikayət edib. ABŞ-nin West Chester, Pennsylvania şəhərində yaşayır.
Nicat Hacıyev
Nadiyə
Nadiyə (19 iyun 1973, Tur) — fransız müğənnisi, Fransanın yüngül atletika üzrə çempionu. 2005-ci il "Victoires de la Musique" mükafatı laureatıdır. Əlcəzair ailəsində doğulmuşdur. "L'histoire en 16/9" və "Nâdiya" DVD-ləri buraxmışdı.
Nahiyə
Nahiyə — Tarixən Azərbaycan və Şərq ərazi bölgüsündə tətbiq edilmiş inzibati ərazi vahidi. Səfəvilər dövlətində əyalətlər vilayətlərə bölünürdü. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü. Qəzalara hakim və qazı başçılıq edirdi. Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı. Nayiyələrə bəylər başçılıq edirdilər.
Saniyə
Saniyə — zaman ölçü vahididir. 60 saniyə 1 dəqiqəyə bərabərdir. 1967-ci ildən etibarən BS saniyəni sezium-133 atomunun elektromaqnit şüalanmasının 9 192 631 770 perioduna bərabər götürür. Bu tərifə görə, sezium-133 atomu vaxt və tezlik ölçülməsi üçün standart hesab olunur. Saniyənin dəqiq ölçülməsi bir sıra digər əsas vahidlərin də dəqiq ölçülməsinə şərait yaradır.
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Güllü qafiyə
Güllü qafiyə — Azərbaycan klassik poeziyasında aşıq şeiri şəkli. Bu şeir şəklinə “Dedim-dedi”, “Dedim-söylədi”, “Kəlmə kəsmək”, bəzən isə “Qafiyə” də deyilir. Ustad aşıqlar güllü qafiyəni misra və misraqırımı üzərində qururlar. Hər iki halda şeir aşiq-məşuqənin duet-dialoqu şəklində qurulur: Dedim: mən qurbanam yarın adına, Dedi: elə sənsən düşən yadına... (Qurbani) Yaxud: Dedim: gülşən nədi? – dedi: bağımdı, Dedim: səfalıdı? – söylədi: yox-yox... (Aşıq Əmrah) Güllü qafiyədəki duet-dialoq, həm də üslubi məqamdır; misraqırımındakı poetik pauza (nəfəsdərmə) ifanı şirinləşdirir. Duetin birinci tərəfini bir aşıq, cavabını isə digər aşıq ifa edir. Güllü qafiyədən aşıqlar, çox hallarda, toyaxırı – duvaqqapma yerində istifadə edirlər.
Lamiyə Səlimova
Lamiyə Vəliyeva
Lamiyə Rövşən qızı Vəliyeva (5 aprel 2002) — T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub. == Həyatı == Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur. Şəxsi məşqçisi Tofiq Əliyev, yığmada məşqçisi isə Oleq Panyutindir. == Karyerası == Lamiyə Vəliyeva 2015-ci ildə Konya şəhərində beynəlxalq turnirdə 100 metr məsafəyə qaçışda turnirin qalibi oldu. 2016-cı ildə Belarusda beynəlxalq turnirdə 60 metr məsafəyə qaçışda beşinci pillənin sahibi olan Lamiyə Vəliyeva, 2017-ci ildə isə Macarıstanda XIV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında mübarizə apardı. 2018-ci ilin yanvar ayında 400 metr məsafəyə qaçışda şəhər çempionatının qalibi oldu, fevral ayında isə Belarusda beynəlxalq turnirdə bürünc medal qazandı. 2018-ci ildə U-18 Avropa Çempionatında mübarizə aparan Lamiyə Vəliyeva, 2019-cu ildə növbəti dəfə şəhər çempionatının qalibi oldu. 2019-cu ilin iyun ayında o, 200 və 400 metr məsafələrə qaçışda U-18 Azərbaycan Çempionatının qalibi oldu.
Fasiya
Fasiya anlayışını geoloji ədəbiyyata ilk dəfə İsveçrə alimi Qressli daxil etmişdir. O, 1846-cı ildə İsveçrənin Yura dağları yamacı boyunca geoloji tədqiqat apararkən eyni yaşlı çöküntülərin öz litoloji tərkiblərini kəskin dəyişdiklərini müşahidə etmişdir. Daha sonra Qressli Portland çöküntülərində müəyyənləşdirdiyi onurğasızların asossasiyası Aralıq dənizinin müasir çöküntülərində də müşahidə etmişdir. O, həmin tədqiqatlara əsaslanıb eyni yaşlı suxurların sahə boyunca dəyişməsini "eyni horizontun petroqrafik modifikasiyası" adlandırmış, sonra bu anlayışı yığcam şəkildə ifadə edərək, "fasiya" sözü ilə əvəz etmişdi. Latınca Fasiya (facies) üz deməkdir. "Fasiya" – eyni stratiqrafik, intervalda olan, lakin fiziki- coğrafi əmələgəlmə şəraitlərinə və tərkiblərinə görə bir- birindən ayrılan çöküntü kompleksinə deyilir. Geoloji ədəbiyyatda fasiyanın aşağıdakı növlərinə, modifikasiyalarına rast gəlinir: 1. Litofasiya 2. ümumi geoloji fasiya 3. Mineroloji fasiya 4.
Hacıyev
Hacıyev — Azərbaycanlı soyadı. === A === Abakar Hacıyev (1979—2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Abbas Hacıyev (1933—2011) — tənqidçi, ədəbiyyatşünas. Akif Hacıyev (1937–2015) — Azərbaycan alimi, riyaziyyatçı. Aqil Hacıyev (1947—2019) — Azərbaycan alimi. Altay Hacıyev (1931—2019) — Azərbaycan boyakarı. Araz Hacıyev (d. 1973) — tədqiqatçı, jurnalist. Asəf Hacıyev Asəf Hacıyev (deputat) (d. 1951) — Azərbaycan alimi, deputat.
Kasike