Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bugünkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Riqa SES
Riqa SES (latış. Rīgas hidroelektrostacija‎, Rīgas HES) — Riqanın cənub sərhədinə yaxın Salaspils şəhərində yerləşən Dauqava çayın üzərində qurulan su-elektrik stansiyası. "Hidroproyekt" institutu stansiyanın layihəçi olmuşdur. Riqa SES 1974-cü ildə istismara verildi. Bəndin inşası 1970-ci illərin sonlarında tamamlandı. Stansiyanın ümumi quraşdırılmış gücü 402 MVt-dır. Altı generator, transformator və 330 kV-lik iki elektrikötürmə xətti quraşdırılmışdır. Su-elektrik stansiyasının tikintisi üçün Dauqava üzərində Doles adasının ortasına qədər bənd tikildi, hansınınki yarısı sonradan, digər adalar ilə birlikdə Riqa su anbarına görə suyun altında qaldı. Bəndin yuxarı hissəsi boyunca magistral yol çəkilmişdir, hansıki Riqa halqa yolunun bir hissəsidir. Bundan başqa, tikinti zamanı işlənən dəmir yolları da çəkilmişdir (Salaspils dəmir yolu stansiyasından adanın mərkəzinə qədər).
Riqa balzamı
Riqanın qara balzamı (latış. Rīgas Melnais balzams‎) — 45 %-li tünd və möhkəm balzam zəngin və bir qədər acımtıl-şirin dada malikdir. İçki Latviyada istehsal olunur. Alkoqol içki kimi Riqa balzamı bitter kareqoriyasına aid edilir. Müxtəlif natural əlavələr (cökə ağacının çiçəkləri, ağcaqayın tumurcuqları, moruq, mərsin, zəncəfil kökü) içkinin dadına xüsusi əhəmiyyət verir. Riqa balzamı birbaşa günəş işığından və həddindən artıq temperatur dəyişikliyindən qorumaq məqsədilə keramik butulkalarda satışa buraxılır. Riqa qara balzamı Avropada hələ 1752-ci ildən məlum idi. Balzamı həm təmiz, həm də çay, qəhvə, dondurma və ya kokteyl şəklində içmək olar. Balzam həmçinin dərman vasitəsi kimi də istifadə edilə bilər, məsələn soyuqdəymə, zökəm və ya həzmlə bağlı problemlər olduqda balzam çox kömək edir Balzamın tərkibinə 24 inqredient daxildir. Onlardan ən əsası - xüsusi hazırlanmış su, etil spirti, təbii bitki ekstraktı, peru balzam yağı, şəkər, konyak, moruq, qarağat, zəncəfil, təbii bal aromatizatoru.
Riqa körfəzi
Riqa körfəzi (latış. Rīgas jūras līcis‎ — Riqa dəniz körfəzi, est. Liivi laht — Liv körfəzi) — Latviya və Estoniya arasında və Baltik dənizin şərqində yerləşən körfəz. Dənizin qalan hissəsindən Estoniyaya məxsus olan Moonsund arxipelaqın adaları ayırır. Körfəzin ümumi sahəsi 18,1 min km², eni 137 km, maksimal dərinliyi isə 54 m. Riqa körfəzin sahillində yerləşən əsas şəhərlər Riqa, Pyarnudu və Yurmaladı. Saaremma adasında qədim Kuressaare şəhəri vardır. Körfəzin qərb sahilli "Liv" adlanır və qorunan mədəni zona sayılır. Yayda suyun temperaturu 18 °C qədər qalxır, qışda 0-1° С qədər düşür, buna görədə körfəzin səthi dekabrdan aprelə qədər buzla örtülür. Duzluluğu 3,5—6 ‰.
Riqa metropoliteni
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı. 1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.
Riqa metrosu

Riqa motormuzey
Riqa Motor Muzeyi (latış. Rīgas motormuzejs‎) — Riqada mövcud olan, XIX əsrin sonlarından XX əsr sonuna qədər istehsal olunmuş 230-dan çox avtomobil, motosiklet və mopedlər daxil olduğu muzey. Muzeydə idman və hərbi təyinatlı maşınlar, Latviya istehsalı olanlar, lumizinlər və 30-cu illərin avtomobilləri (Vyaçeslav Molotovun və Leonid Brejnevin avtomobilləri) saxlanılır. Muzey 21 iyul 1972-ci ildə SSRİ-də Latviya Antik Avtomobil Klubunun bir çox aktivistlərin təşəbbüsü ilə təşkil edilir. AAK antik avtomobillər və motosikletlərin bərpası ilə məşğul olan bir ictimai təşkilat kimi qeydə alınır. Antik Avtomobillər Klubunun arzusu tematik olaraq 1985-ci ildə reallaşır. Latviya Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 4 dekabr 1985-ci il 586 saylı qərarına əsasən texniki yaradıcılıq, sərgi və istirahət mərkəzi təsis edilməsi qərarına gəlinir. 6 iyun 1986-cı ildə latviyalı memar Viktor Valqums tərəfindən hazırlanmış layihə əsasında muzey binası üçün təməl daşı qoyuldu. Riqa Motor Muzeyinin açılış tarixi 22 aprel 1989-cu ildə baş vermişdir. 1 iyul 1992-ci ildə Riqa Motor Muzeyi Latviya Respublikası Rabitə Nazirliyi nəzdində dövlət statusu alır.
Riqa quberniyası
Riqa quberniyası (rus. Ри́жская губе́рния) — I Pyotrun fərmanı ilə Smolensk quberniyasının hissəsi və Rus ordusu tərəfindən alınmış Liflandiya hersoqluğunun (İsveç Livoniyası) torpaqlarından yaradılmış Rusiya imperiyasıının inzibati ərazi vahidi. Müasir Latviya və Estoniya ərazilərində yerləşirdi.
Riqa teleqülləsi
Riqa Radio və Televiziya Qülləsi (latış. Rīgas radio un televīzijas tornis‎) —Latviyanın Riqa şəhərində yerləşən, Avropa Birliyində ən yüksək qüllədir. 1979-1989-cu illərdə Sovet İttifaqının mərkəzi hökumətindən maliyyələşdirilərək tikilmişdir. Ən yüksək nöqtəsi 368 metr (1,207 ft) hündürlüyü onu Avropada (Ostankino teleqülləsi 540 metr (1,770 ft) və Kiyev teleqülləsindən (385 metr (1,263 ft) sonra) üçüncü ən hündür qülləsi edir və dünyanın ən yüksək 15-ci qülləsidir. 93 metr (305 ft) hündürlükdə "Vēja Roze" restoranı yerləşir. Üstəlik, 97 metr (318 ft) yüksəklikdə , şəhər və ətrafı və Riqanın Körfəzi görünə bilər. Qüllə üçün seçilmiş memar Gürcüstanlı memar Kims Nikurdze idi. Həm də Nikolay Sergievskis və Viktor Savçenkoda bu işə namizəd idilər İnşaat materialları Saaremaa , Kareliyadan dolomit ,qranit və demir kimi yarımfabrikat məmulatlarıda Çelyabinskdən gətirilmişdir. Quraşdırma Sankt-Peterburq Şimal-Qərb Dəmir Tresti tərəfindən həyata keçirildi. Qüllə, Daugava çayının ortasında Zaiqusala adlı bir ada (İngilis: Hare Adası) üzərində qurulur və qüllənin əsası təxminən 7 metr (23 ft) dəniz səviyyəsindən yuxarıdır .
Riqa şəhəri
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bugünkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Sofiya Riqa
Sofiya Riqa (18 iyul 1988) — Yunanıstanlı marafonçu. Sofiya Riqa Yunanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Sofiya Riqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 49 dəqiqə 7 saniyəyə qət edərək 157 marafonçu sırasında 103-cü yeri tutdu.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Niqab (baş örtüsü)
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Qarabaşlılar evi (Riqa)
Qarabaşlılar evi (alm. Das Schwarzhäupterhaus‎, latış. Melngalvju nams‎) — XIV əsrə aid memarlıq abidəsi, Riqanın mərkəzində, köhnə şəhərdə yerləşir. Bina dəfələrlə yenidənqurulmaya məruz qalmışdı. İkinci dünya müharibəsi nəticəsində dağılmasına baxmayaraq, bina hazırda tamamilə bərpa olunub. Bina 1330–1353-cü illər arasında Livoniya ordeninin Baltikyanı ölkələri işğal etdikdən sonra inşa edilmişdi, ilk sənədli qeyd 1334-cü ilə aiddir (Böyük gildiyanın Yeni evi adı altında). XIII əsrdə yaradılmış müqəddəs Georgi qardaşlığına gənc, subay və xarici tacirləri qəbul edirdilər. İlk öncə yeni yaradılmış qardaşlığın patronu cəngavər və döyüşçülərin himayədarı müqəddəs Georgi seçilmişdi, daha sonra isə patron dəyişdirilərək müqəddəs Mavrikiy seçilmişdi (onun rəmzi — qardaşlığın gerbində təsvir olunmuş qara başdır). Yaradılmış korporasiya tamamilə kübar dairələrə mənsub insaları özündə birləşdirirdi. Mövcud olmuş Riqa Şirkətin təsisçiləri sırasına yerli və xarici ən zəngin və ən nüfuzlu komissioner və agentlər daxil idilər.
Riqa Avtobus Fabriki
Riqa Avtobus fabriki, RAF (latış. Rīgas Autobusu Fabrika, RAF‎) — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə. 1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi. 1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir. 1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» (latış. Rīgas Autobusu Fabrika‎).
Riqa Texniki Universiteti
Riqa Texniki Universiteti — Latviyada universitet; iqtisadiyyatın bir sıra istiqamətləri üzrə keyfiyyətli elmi araşdırmaların həyata keçirilməsini təmin edir və yüksək əmək keyfiyyətinə malik, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı mütəxəssislər hazırlayır. Universitet Avropa tədris, elmi-tədqiqat və innovasiya mərkəzi olaraq beynəlxalq səviyyəli, müasir və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınır. Riqa Texniki Univeriteti 14 oktyabr 1862-ci il tarixində Riqa Politexnik Məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb yalnız Latviyada deyil, ümumilikdə Rusiya imperiyasında ilk çoxsahəli texniki təhsil müəssisəsi idi. Riqa Politexnik Məktəbi əsasən, İsveçrə və Almaniya ali təhsil müəssisələrinin təhsil sistemi əsasında formalaşdırılmışdı. Məktəbin müəllimləri arasında çox sayda alman, isveçrəli və avstriyalı alimlər var idi. Belə ki, fizik-kimyaçı, Nobel mükafatı laureatı V. Ostvald, Sürix Politexnik İnstitutunun rektoru olmuş V. Riter, məşhur iqtisadçı alim E. Laspeyres, elektrik maşınlarını yaradanlardan biri olan E. Arnold və Qərbi Avropanın bir sıra məşhur alimləri pedaqoji fəaliyyətlə məşğul olmaq üçün bu məktəbə cəlb olunmuşdu. Riqa Texniki Universiteti Latviya Respublikasının paytaxtında – Riqa şəhərində yerləşir. Ali təhsil ocağının həmçinin Latviyanın başqa şəhərlərində — Dauqavpils, Liepae, Ventspils və Çesisdə filialları mövcuddur. Hazırda Riqanın mərkəzində, universitetin tələbə şəhərciyi Baltiyada mühəndislik elmlərinin ən müasir tədris mərkəzi inşa olunur.
Riqa Vaqonqayırma Zavodu
Riqa Vaqonqayırma zavodu, RVZ (latış. Rīgas Vagonbūves Rūpnīca‎, RVR) — Riqa şəhərində yerləşən, Latviyanın ən iri maşınqayırma zavodu. Zavod 1895-ci ildə alman-baltik sahibkar Oskar Freyvirt tərəfindən «Fenikss» istehsalat birliyi olaraq təşkil edilmişdir. Rusiya İmperiyası ərazisində ən iri vaqonqayırma müəsisəsi olmuşdur. 1915-ci ildə Riqa Vaqonqsyırma Zavodu alman işğalı ilə əlaqədar Rusiyanın daxilinə yürləşdirmişdir. 1930-cu illərdə «Fenikss» şirkətinin boş obyeklərində «Vairogs» Səhmdar cəmiyyəti təşkil olunmuşdur. «Ford Motor Company» şirkətindən lisensiya alınaraq avtomobillərin təmiri gerçəkləşirdi. Zavod Baltik regionunda iri avtomobil istehsalçısına çevrilmişdir. 1930—1940-cı illərdə isə burada vaqonqayırma istehsalı gerçəkləşdirilirdi. SSRİ dönəmində zavod iri elektrikli vaqonlar, dizel vaqonlar və tramvay istehsalçısı olmuşdur.
Üç qardaş (Riqa)
Üç qardaş (latış. Trīs brāļi‎; alm. Drei Brüder‎) — memarlıq abidəsi,Riqanın mərkəzində, Mazā Pils (Kiçik qala) küçəsində yerləşir. Riqanın orta əsr memarlığının tipik nümunəsidir. Üç qardaşlar 1955–1957-ci illərdə Peteris Saulitisin layihəsi əsasında bərpa olunmuşdu. Yaradılmış memarlıq kompleksinin birləşdirilmiş həyətinin brandmauer divarlarına daş portal və 1554-cü ilə aid gerb quraşdırılmışdı. Ən böyük qardaş (Ağ qardaş) XV əsrin sonunda — XVI əsrin əvvəllərində, 1490-cı ildə inşa olunmuşdu. Binanın xarakterik qotik nişalı pilləli frontonu, fasadında isə intibah dövrünə aid bəzi elementlər vardır. Tikilidə son orta əsrlərdə səciyyəvi olan bir sıra xüsusiyyətlər hələ də müşahidə olunur — məsələn binanın qapısının hər iki tərəfində qorunub saxlanılan daş skamyalar. Andreas Tsaunenin rekonstruksiya işləri nəticəsində birinci mərtəbədə yerləşən böyük yaşayış otağı evin bütün ərazisini tuturdu.
Riqa Motor Muzeyi
Riqa Motor Muzeyi (latış. Rīgas motormuzejs‎) — Riqada mövcud olan, XIX əsrin sonlarından XX əsr sonuna qədər istehsal olunmuş 230-dan çox avtomobil, motosiklet və mopedlər daxil olduğu muzey. Muzeydə idman və hərbi təyinatlı maşınlar, Latviya istehsalı olanlar, lumizinlər və 30-cu illərin avtomobilləri (Vyaçeslav Molotovun və Leonid Brejnevin avtomobilləri) saxlanılır. Muzey 21 iyul 1972-ci ildə SSRİ-də Latviya Antik Avtomobil Klubunun bir çox aktivistlərin təşəbbüsü ilə təşkil edilir. AAK antik avtomobillər və motosikletlərin bərpası ilə məşğul olan bir ictimai təşkilat kimi qeydə alınır. Antik Avtomobillər Klubunun arzusu tematik olaraq 1985-ci ildə reallaşır. Latviya Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 4 dekabr 1985-ci il 586 saylı qərarına əsasən texniki yaradıcılıq, sərgi və istirahət mərkəzi təsis edilməsi qərarına gəlinir. 6 iyun 1986-cı ildə latviyalı memar Viktor Valqums tərəfindən hazırlanmış layihə əsasında muzey binası üçün təməl daşı qoyuldu. Riqa Motor Muzeyinin açılış tarixi 22 aprel 1989-cu ildə baş vermişdir. 1 iyul 1992-ci ildə Riqa Motor Muzeyi Latviya Respublikası Rabitə Nazirliyi nəzdində dövlət statusu alır.
Riqa Ali Hüquq Məktəbi
Riqa Ali Hüquq Məktəbi (latış. Rīgas Juridiskā augstskola‎, abbr. RJA; ing. Riga Graduate School of Law, abbr. RGSL) — Latviyanın paytaxtı olan Riqa şəhərində yerləşən, bakalavriat, magistratura və doktorantura proqramları təklif edən özəl hüquq məktəbi. O, hazırkı vaxtda rəsmi olaraq Latviya Universitetin (latış. Latvijas Universitāte‎) filialıdır, lakin akademik olaraq müstəqildir. RGSL-ın əsası 1998-ci ildə İsveç və Latviya hökumətlətin və Soros Fondun arasında beynəlxalq müqaviləsi nəticəsində özəl hüquq məktəbi kimi qoyulmuşdu. 2005-ci ilin müqaviləsinə görə iki hökumətin aksiyaları (76%) Latviya Universitetinə keçdi, Soros Fondu isə öz hissəsini (24%) saxladı. Yan Ramberq, İsveç Norbert Rayx, Almaniya Con Börk, ABŞ Lesli Ceyn Smit, Böyük Britaniya Corc Ulrix, Danimarka Hüquq və biznes Hüquq və diplomatiya Beynəlxalq və Avropa hüququ Hüquq və maliyyə Hüquqi dilçilik Beynəlxalq ictimai hüquq və insan haqqları Transsərhəd kommersiya hüququ Avropa Birliyin hüququ və siyasəti RGSL Doktornatura proqramı Kopenhagen Universitetin Hüquq fakültəsi ilə əməkdaşlıq çərçivəsində yaradılmış.
Riqa Beynəlxalq Hava Limanı
Riqa Beynəlxalq Hava Limanı — Latviyanın əsas hava limanı. Şəhər mərkəzindən 13 km aralıda, Marup diyarı ərazisində yerləşir. Riqa hava limanı Rribaltika regionunun ən iri yük və sərnişin dövriyyəsinə sahibdir. Riqadan dünyanın düz 31 ölkəsinə bir başa reyslər təşkil edilir. Hava limanı Latviya Respublikasının Rabitə Nazirliyinin balansındadır. 5 Latviya aviaşirkəti üçün baza funksiyasını daşıyır:airBaltic, Raf-Avia, SmartLynx, Inversija, Vip Avia. Hava limanının ən iri şirkəti airBaltic-dir. 2005-ci ildə Münhendə Beynəlxalq hava limanları birliyinin Avropa təşkilatı Riqa hava limanını Avropanın ən yaxşı hava limanı olaraq təstiqləmişdir. Burada illik sərnişin daşıma 5 milyonu keçir. 17 oktyabr 2008-ci ildə uçuş-eniş zolağı yenilənmişdir.
Riqa Futbol Məktəbi FK
RFS FK - Latviyanın futbol klubu. 2 dəfə Avropa kuboklarında iştirak edib.
Riqa Sülh Müqaviləsi (1921)
Riqa sülh müqaviləsi (1921) — bir tərəfdən RSFSR (Belarusiya SSR-ni də təmsil edirdi), Ukrayna SSR, digər tərəfdən Polşa Respublikası arasında imzalanmmış sülh müqaviləsi. 1921-ci il martın 18-də Riqada imzalanmışdır. Saziş üç tam hüququlu bərabər nüsxədə rus, ukrayna və polyak dillərində tərtib edilmiş və ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. 1921-ci il aprelin 14-də müqavilə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən, aprelin 15-də - Polşa Respublikası Seymi tərəfindən, aprelin 17-də - Ukrayna SSR-nin Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edildi. Müqavilənin təsdiqlənməsi ilə Sovet-Polşa müharibəsi (1919-1921) də sona çatmış oldu. Razılaşma RSFSR, Ukrayna SSR, Belarusiya SSR və Polşa Respublikası arasında sərhədləri müəyyən etdi. Polşa Respublikası müqavilənin şərtlərinə görə Kerzon xəttinin şərqində yerləşən geniş ərazilərə sahib oldu. Bu ərazilər polyak əhalinin azlıq təşkil etdiyi - Qərbi Ukrayna (Volın vilayətinin qərb hissəsi), Qərbi Belarusiya (Qrodno vilayəti) və Rusiya imperiyasının digər əyalətlərinin ərazilərinin bir hissəsi idi. Tərəflər bir-birlərinə qarşı düşmənçilik fəaliyyəti göstərməyəcəyinə dair öz verdilər. Müqavilədə ticarət sazişlərinin bağlanması barədə danışıqların aparılması barədə bəndlərdə nəzərdə tutulmuşdur .
Rigan şəhristanı
Rigan şəhristanı — İranın Kirman ostanında şəhristan. İnzibati mərkəzi Məhəmmədabad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 53 059 nəfər və 11 380 ailədən ibarətdir.
Hicab
Hicab (ərəbcə tələffüz; [ħɪˈdʒaːb] və ya müasir istifadədə tesettür) — müxtəlif formalarda ola bilən müsəlman qadınların geyinmə və örtünmə davranışı; baş örtüyü ise saçları və adətən üzü istisna olmaqla baş və boyunu örtən geyim tərzidir. Hicab arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir. Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, lakin hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər. Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyata iştirak, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq ola bilər. Hicab anlayışının bir parçası olaraq, bəzi İslam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.
Kitab
Kitab — informasiya daşıyıcılarından ibarət vərəqə toplusu. Bu vərəqələr bir tərəfdən tikilir və üzlüklə örtülür. Kitab kağızının hər vərəqinin üzləri səhifə adlanır. Bəzən böyük sənədin və ədəbi əsərin bir hissəsinə də kitab deyilir. 2013-cü ildə elektron kitablar kəmiyyət baxımından kitab bazarının 30%, qiymət baxımından 14% təşkil edib. == Tarixi == İnsan təfəkkürünün məhsulu olan kitabın yaranmasında bir sıra amillər mühüm rol oynamışdır. Əlifbanın və yazının meydana gəlməsi ilk amillərdəndir. Kitabın yaranmasında əsas amil yazı materiallarıdır. İlk əlifbadan və yazıdan istifadə etməyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac və s. olub.
Minab
Minab- İranın Hörmüzgan ostanının şəhərlərindən və Minab şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 76,776 nəfərdən ibarət idi.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Rubab
Rübab — mizrabla çalınan simli-dartımlı musiqi aləti. Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S. Ə. Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. N. Gəncəvinin, Ə. Xaqaninin (XII əsr) şerlərinə istinad etsək, Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər.
Rudab
Rudab — İranın Rəzəvi Xorasan ostanının Səbzivar şəhristanının Rudab bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,470 nəfər və 883 ailədən ibarət idi.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.
Riqpa
Riqpa (Tibet: རིག་པ་, Vayli: rig pa; hərf. "bilik") — dzoqçendə özülün biliyi. Riqpanın əksi – ma riqpa (hərf. "cəhalət"). Riqpa vəziyyətinə çatmış və orada davamlı olaraq istirahət edə bilən şəxsə Riqdzin və ya Riqma deyilir. == Bilik == Riqpa özülün biliyidir. Bu, həm də fundamental özül olan "təmiz məlumatlılıq" mənasına gəlmişdir.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Rigabad
Rigabad (Urmiya)
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.