Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Robin Benqtsson
Robin Benqtsson (isv. Robin Bengtsson; 27 aprel 1990, Revesjö[d], Elvsborq[d]) — İsveç müğənnisi. O, "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə beşinci yeri qazandırmışdır. Robin Benqtsson 27 aprel 1990-cı ildə İsveçin Svelyunqa şəhərində anadan olmuşdur. İsveç tamaşaçısı Robin Benqtssonu ilk dəfə ölkədə keçirilən "Idol 2008" müsabiqəsində tanımağa başlamışdır. Robin həmin müsabiqədə 3-cü yeri qazanmışdır. Robin 2009-cu ilin ortalarında Merion Music albom şirkəti ilə anlaşma imzalamış və daha sonra "Another Lover's Gone" adlı ilk sinqlını dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə Robin Karl Martindahl və Daniel Karlsson ilə birlikdə Haitidə baş verən zəlzələ nəticəsində həlak olan insanlara həsr edilmiş "Wake Up World" mahnısını ifa etmişdir. Həmin ildə müğənni eyni zamanda İsveçin Wipeout yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. 2016-cı ildə Robin Benqtsson uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatılmışdır.
Robin Boreqar
Robin Boreqar (d. 23 fevral 1979) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Robin Boreqar, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Robin Boreqar, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Robin Denholm
Robin M. Denholm (ing. Robyn M. Denholm; 27 may 1963) — avstraliyalı şirkət idarəçisi. Denholm 2018-ci ilin noyabr ayında Tesla şirkətində sədr vəzifəsinə təyin olunmuşdur. Denholm 27 may 1963-cü ildə Yeni Cənubi Uelsin Milperra şəhərində anadan olmuşdur. Onun uşaqlığı valideynlərinin xidmət stansiyasında keçmişdir. Denholm elə uşaqlıqdan maliyyə məsələləri, avtomobillər və digər sahələrlə maraqlanmağa başlamışdır. Denholm Sidney Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə, 1999-cu ildə isə Yeni Cənubi Uels Universitetini ticarət üzrə magistr dərəcəsi ilə bitirmişdir. Denholm Avstraliya və Yeni Zelandiyada Mühasiblər İnstitutunun üzvüdür.
Robin Forbes
Robin Forbes (d. 24 aprel 1972; Brisben, Avstraliya) — Avstraliyanı təmsil edən batut gimnastı. Robin Forbes, 2000-ci ildə Avstraliyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Robin Forbes, 2000-ci ildə Avstraliya bayrağı altında elə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Forbes, 60.70 xal topladı və 12 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Robin Hivens
Robin Hivens (27 noyabr 1964, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Hivens 1964-cü ildə Reuben Givens və Ruth Roper ailəsində anadan olmuşdur, lakin onun iki yaşı olanda anası və atası ayrılmışdır. 15 yaşında Sara Lorens Kollecində 1984-cü ildə təhsil almışdır. Onun ilk həyat yoldaşı Mayk Tyason (1988–1989) sonrakı həyat yoldaşı isə Svetozar Marinkoviç (1997–1998) olmuşdur. Hal-hazırda isə o məşhur tennisçi Murphy Censen ilə sevgilidir.
Robin Hud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Nikolls
Robin Nikolls (d. 8 may 1990) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Robin Nikolls, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. Robin Nikolls, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Robin Qosens
Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu. Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır. 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı.
Robin Qud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Stjernberg
Robin Şernberq — İsveç müğənnisi.
Robin Uilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Uorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Vilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Williams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951[…], Çikaqo, İllinoys – 11 avqust 2014[…]) — ABŞ aktyoru. Bir "Oskar", iki "Emmi", beş "Qremmi" və altı "Qızıl Qlobus" mükafatı laureatı. Robin Vilyams 21 iyul 1951-ci ildə İllinois ştatının Çikaqo şəhərində doğulub. Onun atası Robert Fitscerald Vilyams (1906–1987) Ford şirkətinin Linkoln-Merkuri şöbəsində yüksək səviyyəli rəhbər vəzifəsində çalışmış, anası Lauri (1922–2001) isə Missisipi ştatının Cekson şəhərindən olan keçmiş model idi. Onun anasının ulu babası Anselm J. McLaurin tanınmış Missisipi senatoru və qubernatoru idi. Robin Vilyamsın iki böyük ögey qardaşı var idi. Biri Robert idi və ona da Todd deyirdilər. Digəri isə Maklorin idi. Vilyams 2001-ci ildə "Inside the Actors Studio"-da televiziya müsahibəsi zamanı yumor hissinin formalaşmasında anasının böyük rol oynadığını söylədi.
Robin Yanq
Robin Yanq (d. 19 dekabr 2000) — Svazilendli üzgüçü. Robin Yanq Svazilendi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Robin Yanq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 35.46 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 60-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Robin Şarma
Robin Şarma (16 iyun 1964, Port-Hoksberi[d], Yeni Şotlandiya) — kanadalı yazıçı. Şimali Amerikanın və dünyanın şəxsiyyətin inkişafı, motivasiya və liderlik sahəsi üzrə ən tanınmış siması, Robin Şarma, 1965-ci ildə Yeni Şotlandiya, Kanadada anadan olmuşdur. Hüquq sahəsi üzrə doktorluq dərəcəsi alsa da, maddi yetərsizlikdən dolayı təhsilinə davam edə bilməmişdir. Buna baxmayarq o, dünyanın, şərq müdrikliyi və qərb texnologiyası və çalışqanlığı ilə sintezini yaradaraq dünyaya təqdim edən nadir insanlardan birisinə çevrilmişdir. Onun nitqləri "USA Today", "National Post" və "The Globe and mail" kimi bir çox nüfuzlu dünya KİV-lərində yer almışdır. Yazıçının "Sən öləndə kim ağlayacaq?", "Superhəyat! 30 günlük həqiqi həyata səyahət", "Titulsuz lider" və "Ferrarisini satmış rahib" kimi dünyaca məşhur kitabları var. Ən sevdiyi kitab: Paulo Keolyo – Əl-Kimyagərdir. Triatlon və Taekvondo kimi idman növləri ilə məşğul olur. Dağ turizmini çox sevir.
Robin Şernberq
Robin Şernberq — İsveç müğənnisi.
Robin Şu
Robun Şu (ing. Robin Shou, 17 iyul 1960, Honkonq) — Çin əsilli Amerikalı aktyor və döyüş sənətləri ustasıdır. Robin Şu 1960-cı ildə Çində anadan olmuşdur. Ailədə 5 uşaqdan dördüncüdür (2 böyük bacısı və 2 kiçik qardaşı). 1971-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Əvvəllər Kenpo–Karate , sonralar isə Uşu ilə məşğul olub. 1982–1983-cü illər arasında qızıl və gümüş medalları qazanır. Kaliforniya Universitetində tikinti üzrə bakalavr dərəcəsi alır. Bir müddət keçdikdən sonra mühəndislik üzrə diplom qazanır. Kino karyerası isə 1980-ci illərdən başlayır.
Robin Şulz
Robin Şulz (28 aprel, 1987, Osnabrük) alman DJ və prodüser. Onun mahnılarının çoxu elektrogitara ilə hazırlanır. 4 fevral, 2014-cü ildə o öz mahnısını öz debüt albomunda yayımlamışdır. Mahnının adı "Waves" (dalğalar)dır ki, bu mahnı hip-hop sənətçisi holland Mr.Probzla birlikdə hazırlanmışdır. Həmçinin bu remiks 57-ci Qremmi mükafatlarında "Ən Yaxşı Remiks Sinqlı" seçilmişdir.
Endi Robin
Endi Robin (ing. Andy Robin; 13 mart 1963, Çappakva[d], Nyu-York ştatı) — Amerikalı kompüter proqramçısı, sahibkar və vençur kapitalisti. Rubin 2003-cü ildə, daha sonra 2005-ci ildə Google tərəfindən satın alınmış Android-i təsis edib. Rubin doqquz il Google-un vitse-prezidenti vəzifəsində çalışıb və işlədiyi müddətdə Google-un mobil telefonlar və digər cihazlar üçün Android əməliyyat sisteminin yaradılması və təşviqi üzrə səylərinə rəhbərlik edib. 2014-cü ildə cinsi pozğunluq iddialarından sonra Google-dan ayrılıb ancaq bu, ilk başlarda işdən çıxarılma deyil, könüllü istefa kimi təqdim edilib. Rubin daha sonra 2015-ci ildən 2019-cu ilədək Playground Global vençur kapitalı firmasının həmtəsisçisi və baş direktoru vəzifəsində çalışıb. Rubin həmçinin 2015-ci ildə Essential Products-ın, 2020-ci ildə alıcı tapmadan bağlanan mobil telefon startapına kömək edib. 1989-cu ildə robotlara olan sevgisinə görə Apple-dakı həmkarları tərəfindən Rubinə "Android" ləqəbi verilib və bu ləqəb sonda Android əməliyyat sisteminin rəsmi adı olub. Android-dən əvvəl Rubin 1999-cu ildə Danger Inc.-in yaradılmasına da kömək edib. Rubin 2003-cü ildə Android-də işləmək üçün Danger-dan ayrılıb.
Robin van Persi
Robin van Persi (Niderlandca tələffüz: [ˈrɔbɪn vɑmˈpɛrsi] ( dinlə)) (6 avqust, 1983) — hollandiyalı keçmiş futbolçu. Əsas mövqeyi hücumçu olsa da, lazım olanda sağ, sol cinahda və hücumçu arxasında da oynayıb. O, 2005–2017-ci illərdə Niderland milli futbol komandasında çıxış edib. Robin van Persi Rotterdamda böyüdü. Və həmin Şəhərin Ekselsior Rotterdam klubunda futbola başladı. Mövsüm əvvəlində Robin van Persi Feyenoord ilə 3.5 illik müqavilə imzaladı. Van Persi bu klubda 2002-ci ildə UEFA Avropa Liqasını qazanmışdır. Keçirdiyi üç ildə 61 matçda 14 qol atmışdır. Robin Van Persi bu klubda 194 oyunda 96 qol atmışdır. Hollandiyalı 86 oyunda 48 qol atmışdır.
La-Robin-syur-Qalabr
La-Robin-sür-Qalabr (fr. La Robine-sur-Galabre, oks. La Robina) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şərqi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04167. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 225 nəfər (15-64 yaş arasında) arasında 183 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81,3%, 1999-cu ildə 70.6%). Fəal 183 nəfərdən 171 nəfəri (85 kişi və 86 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
La-Robin-sür-Qalabr
La-Robin-sür-Qalabr (fr. La Robine-sur-Galabre, oks. La Robina) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şərqi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04167. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 225 nəfər (15-64 yaş arasında) arasında 183 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 81,3%, 1999-cu ildə 70.6%). Fəal 183 nəfərdən 171 nəfəri (85 kişi və 86 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Robin Hud (film, 2010)
Robin Hud 2010-cu ildə Ridli Skottun rejissorluğu ilə çəkilmiş Britaniya-Amerika müştərək macəra filmidir. Filmdə baş rollarda Russell Crowe, Cate Blanchett və Mark Strong çəkilib. Kral Riçardın Fransada ölümü ilə oxatan Robin Lonqstride və dostları İngiltərəyə qayıdırlar. Fransanın İngiltərəni işğalına cavab olaraq, Nottingemdə Valterin atasına qarşı üsyan edirlər. Bu vaxt Robin dul qalmış xanım Ledi Mariona aşiq olur, lakin Ledi Robinə qarşı eyni hissləri yaşaya bilmir. Yaşadığı regiondakı şərlə üz-üzə qalan Robin bir dəstə yaratmağa çalışır və bu dəstə ilə həm Ledi Marionu qazanmağı, həm də baronları öldürməyi planlaşdırır. Filmin üzərində 2007-ci ildən Universal Studios tərəfindən işlərə başlanılıb. Aktyor Russell Crowe 20 milyon dollara Robin Hud rolunu oynamağa razılaşdırılmışdır. Filmin çəkilişləri 2009-cu ildə İngiltərənin Şervud meşəsində aparılıb.
Edvard Q. Robinson
Edvard Qoldenberq Robinson (12 dekabr 1893[…], Buxarest – 26 yanvar 1973[…], Hollivud, Kaliforniya) — Amerika aktyoru.
Henri Robinson Hartli
Henri Robinson Hartli (ing. Henry Robertson Hartley; d. 12 noyabr 1777, Sauthempton, İngiltərə – ö. 24 may 1850, Kale, Fransa) — ingilis xeyriyyəçi; Sauthempton Universitetinin yaradıcısı. == Həyatı == 12 noyabr 1777-ci ildə İngiltərənin Sauthempton şəhərində anadan olmuşdur. == Təhsilə qayğısı == Sauthempton Universitetinin tarixi Hartlinin yardımı nəticəsində yaradılmış Hartli təhsil müəssisəsi ilə başlayır. Belə ki, 1850-ci ildə Hartli ölüm ayağında olarkən elmin inkişafı və öyrənilməsi mərkəzinin yaradılması üçün Sauthempton şəhərinin Hay stritdə yerləşən malikanəsini və 103000 funt-sterlinq məbləğdə vəsaitini vəsiyyət edir. Həmin dövrdə, adətən kolleclər yaradılmasına baxmayaraq, qeyri-adi xarakterə malik Hartli isə mərkəz yaradılması haqqında qərar verir. Lakin onun vəfatından sonra vəsiyyətnaməyə dair uzunmüddətli məhkəmə çəkişmələri və kütləvi debatlardan baş verin. Sonda bütün bunların nəticəsində Sauthemptonda institut yaratmaq qərara alınır və 1862-ci il oktyabrın 15-də baş nazir Lord Palmerstonun iştirakı ilə Hartli İnstitutunun açılış mərasimi keçirilir.
Ken Robinson (maarifçi)
Ser Kennet Robinson (4 mart 1950, Liverpul – 21 avqust 2020, London) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir. 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb. Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır. == İlk illəri və təhsili == Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir. Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.
Kristian Robinson
Kristian Robinson (d. 17 may 1984) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Kristian Robinson, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Lenni Robinson
Leonard Robinson və ya Lenni Robinson (28 sentyabr 1963, Baltimor, Merilend – 16 avqust 2015, Biq-Pul[d], Merilend) – ABŞ xeyriyyəçisi və biznesmeni. Baltimor şəhərindəki xəstəxanaları ziyarət edərkən Betmen forması geyindiyi üçün Baltimor Betmeni kimi tanınmışdır. 2012-ci ildə yol polis tərəfindən Betmobili saxlanılarkən çəkilmiş videodan sonra məşhurlaşmışdır. 16 avqust 2015-ci ildə avtomobilini saxladıqdan sonra yoldan keçən nəqliyyat vasitəsi tərəfindən vurulmuş və ölmüşdür. Onun ölümündən sonra reqbiçi Rey Luis, musiqiçi Con Meyer kimi məşhurlar, eləcə də, Betmenin rəsmi Facebook səhifəsi dəstək vermişdir. Lenni "Baltimor Reyvens" klubunun fanatı idi və klubun 2000 və 2012-ci ildəki Super Boullarına qatılmışdı. O, klubun bəzi oyunçuları ilə dostlaşmış və onlarla birlikdə xeyriyyə işlərinə qatılmışdır. == Xeyriyyəçilik == Lenni Robinson xəstə uşaqları Betmen kimi ziyarət etməsinin səbəbi "Betmenin nə qədər çətin vəziyyətdə olmasından asılı olmayaraq, həmişə sona qədər mübarizə apardığını" uşaqlara öyrətmək idi. O, uşaqları xəstəxanada ziyarət edərkən onlara Betmenlə bağlı əşyalar verirdi və verdiyi kitab, köynək, papağı Betmen kimi imzalayırdı. Onun ziyarət etdiyi xəstəxanalar arasında Sinay xəstəxanası, Corctaun Universitetinin xəstəxanası və Uşaqların Milli Tibb Mərkəzi var idi.
Meri Robinson
Meri Tereza Uinfred Robinson (irl. Máire Mhic Róibín, 21 may 1944[…]) — İrlandiyanın ilk qadın prezidenti (1990–1997). 1997-ci ildən 2002-ci ilə qədər BMT-nin insan hüquqları üzrə ali komissarı olmuşdur.
Piter Robinson
Piter David Robinson (ing. Peter David Robinson; 29 dekabr 1948[…], Belfast) — Şimali İrlandiyanın keçmiş birinci naziri və Demokratik Birlik Partiyasının lideri. İan Peyslinin lideri olduğu Demokratik Birlik Partiyasının fəal üzvü oldu. 1970-ci ildən Şimali İrlandiya siyasətində iştirak edir. 1980-ci ildə Robinson DUP-un vitse-prezidenti lideri seçildi.
Porter Robinson
Porter Ueston Robinson (ing. Porter Weston Robinson) — amerikalı DJ. Worlds adlı ilk albomu 2014-cü ilin avqustun 12-də üzə çıxıb. 2015-ci ilin martın 20-də MTVu tərəfindən ilin artisti adlandırılıb.
Reymond Robinzon (Yaşıl adam)
Reymond "Rey" Robinzon (ing. Raymond "Ray" Robinson; 29 oktyabr 1910, Biver, Pensilvaniya – 11 iyun 1985, Brighton Township[d], Pensilvaniya) — Qərbi Pensilvaniya bölgəsində şəhər əfsanəsinə çevrilmiş, çox ciddi şəkildə eybəcər üz formasına malik şəxs. Uşaq olarkən elektrik xətlərinə toxunması nəticəsində, ağır zədələnməsilə o, artıq cəmiyyət arasına çıxa bilməmiş və daim insanların ondan qorxmasından ehtiyat etmişdir. Yerli vətəndaşların demək olar ki, hər biri qapalı həyat tərzinə uyğunlaşmış Robinzonla görüşmək istəmiş, ona "Yaşıl adam" və "Üzsüz Çarli" ləqəblərini qoşmuşdurlar. Biver şəlaləsi yaxınlığındakı Morado körpüsü üzərindəki quş yuvasına baxmağa cəhd edərkən, 8 yaşlı Robinzonun başına bədbəxt hadisə gəlmişdir. Trolleybusun hərəkəti üçünü nərərdə tutulmuş körpü üzərindəki 1.200 və 22.000 voltluq elektrik naqillərinə toxunması nəticəsində, o, ölümcül şəkildə yaralanmışdır. Bu hadisədən bir müddət əvvəl həmin yerdə bu tip hadisə zamanı özündən 1 yaş kiçik uşaq vəfat etmişdir. Robinzonun sağ qalmasına ümid edilməsə də, gözlərini, burnunu, qulağını və bir əlini itirməsi şərtilə o yaşadı. Robinzon sonrakı həyatında Pensilvaniya ştatının Koppel şəhərində öz qohumları ilə yaşamışdır. O, ayaqaltı, pulqabı və kəmərlər düzəldib satmaqla pul qazanırdı.
Robin Hud (cizgi filmi, 1973)
Robin Hud (ing. Robin Hood) — 1973-cü ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 21-ci klassik qısametrajlı cizgi filmidir. Robin Hud — Internet Movie Database saytında.
Mobin
“Mobin” İranın çoxməqsədli yerüstü idarəeməyə malik pilotsuz uçuş aparatıdır. Bu PUA ilk dəfə 27 avqust 2019-cu ildə Rusiyanın Jukovski beynəlxalq hava limanında keçirilən MAKS aviaşousunda nümayiş etdirilib. Mobin düşmənin müdafiəsinə nüfuz edən raketləri ələ keçirmək üçün hazırlanıb. 2018-ci ildə İranda silahlanmaya qəbul edilən “Mobin” ixrac üçün də nəzərdə tutulub. “Mobin” həm zərbə, həm də kəşfiyyat PUA-sı kimi fəaliyyət göstərə bilər və radarlara gürünməyən stels xüsusiyyətlərə malikdir. 3 m qanad uzunluğuna malik PUA-nın EPR-i 0,1 m²-dən azdır. Korpusun burun hissəsindəki xüsusi bölmədə 120 kq-lıq (260 funt) müxtəlif döyüş başlıqlarının quraşdırılması mümkündür. Raketin yük bölməsinin həcmi 116 litrdir. Qısa, orta və uzun məsafələr üçün yanacaq idarəetmə sistemi mövcuddur. 450 kilometr (280 mil) döyüş radiusuna malik PUA-nın çəkisi 670 kiloqramdır (1480 funt).
Ronin
Ronin (浪人, hərf. "dalğaların insanı") – feodal Yaponiyada ağasız qalmış və ya klanı ilə əlaqələrini kəsmiş samuray növü. Samuray ağasının ölümündən sonra roninə çevrilirdi. Miyamoto Musaşi, Sakomoto Ryoma və Yamada Naqamasa ən məşhur roninlər hesab olunurlar. Müasir dövrdə isə Yaponiyada universitetə daxil olmaq cəhdi hələki uğursuz olan lisey məzununu ronin adlandırırlar. "Ronin" sözü yapon dilindəki dalğa və insan heroqliflərinin birləşməsindən yaranmışdır. Bu söz özünə aid bir yer tapa bilməyən şəxsi bildirir. Erkən Yaponiya tarixində "ronin" sözü öz torpağını başqa yerdə iş tapmaq üçün tərk edən kəndliləri bildirmək üçün işlədilirdi. Muromaçi dövründən etibarən "ronin" termini komandirlərini və maaşlarını itirmiş samurayları bildirmək üçün istifadə olunmağa başlamışdır. Odava qəsrinin 1590-cı ildəki süqutundan sonra ölkədə ağasız qalmış samurayların sayının artması Toyotomi Hideyoşinin hakimiyyəti üçün potensial təhlükə yaratmışdır. Bu səbəbdən Hideyoşi tərəfindən ölkədə qılınc ovuna başlanmışdır.
Mixael Rabin
Mixael Ozer Rabin (alm. Michael Oser Rabin‎, ivr. ‏מִיכָאֵל עוזר רַבִּין‏‎; 1 sentyabr 1931, Vrotslav, Prussiya[d]) — kompüter sistemləri nəzəriyyəsi üzrə israilli alim, riyaziyyatçı, Türinq mükafatı laureatı və bir çox digər mükafatlar qazanmışdır. Qızı Tal Rabin, IBM Kriptoqrafiya və Məxfilik Araşdırma Qrupuna (ing. Cryptography and Privacy Research Group) rəhbərlik edir. Mixael Rabin, sonra Prussiyaya məxsus olan Breslau (indiki Vrotslav) İsrael Rabinin ailəsində anadan olmuşdur. 1935-ci ildə ailəsi Fələstinə köçmüşdür. 1953-cü ildə Yerusəlim İbrani Universitetini bitirib elmlər doktoru dərəcəsi aldı. Üç il sonra, 1956-cı ildə Prinston Universitetində namizədlik dissertasiyasını müdafiə etdi və elmlər namizədi olmuşdur. Michael Rabin hazırda kompüter təhlükəsizliyi araşdırmaları ilə məşğul olur və Qüds və Harvardda dərs deyir (sentyabr 2008).