Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sebastian Rode
Sebastian Rote — (Almanca tələffüz: [zeˈbasti̯a(ː)n ˈʁoːdə], 11 oktyabr 1990) Bundesliqa klubu Ayntraxt Frankfurtda yarımmüdafiəçi kimi çıxış edən alman peşəkar futbolçusu.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rodez
Rodez (fr. Rodez, oks. Rodés) — Fransa cənubunda yerləşən şəhər, Averon departamentin paytaxtı. 26 min əhalisi, şəhərətrafı əhalisi - 50 minə qədər. Şəhər Averon çayına baxan bir təpədə yerləşir. Böyük Fransız inqilabından əvvəl Rodez Rueq əyalətinin paytaxtı idi. Əsas görməli yeri Notre Dame kafedralıdır. Rodez ənənəvi kənd təsərrüfatı məhsullarının ticarət mərkəzidir. "La mairie de Rodez". 2007-06-16 tarixində orijinalından arxivləşdirilib.
Leopoldo Rodes
Leopoldo Rodes (d. 7 fevral 1939) — İspaniyalı keçmiş üzgüçü. Leopoldo Rodes İspaniyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leopoldo Rodes birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.7 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ogüst Roden
Ogüst Roden (tam adı: Fransua Ogüst Rene Roden , fr. François-Auguste-René Rodin; 12 noyabr 1840[…], Paris – 17 noyabr 1917[…], Mödon[d]) — fransız heykəltaraş. Roden müasir heykəltaraşlığın əsasını qoyanlardan biri hesab edilsə də, lakin keçmiş ənənələrə qarşı çıxmamışdır. O daima sənəti üzərində çalışsa da, lakin heç vaxt Paris incəsənət məktəbinə qəbul olmamışdır. O mürəkkəb, qabarıq səthə malik unikal heykəltaraşlıq nümunələri yaratmasına baxmayaraq, onun bütün məşhur əsərləri kəskin tənqidlə üzləşmişdir. Buna səbəb işlərinin ənənəvi dekorativ, tematik mövzuda olan heykəltaraşlıq nümunələrinə zidd olması idi. Roden orijinal işlərini yaradarkən ənənəvi mifologiya və alleqoriya mövzularından yararlanmış, insan orqanizminin fərdi xarakteri və fiziki göstəricilərini verməyə çalışmışdır. O, işlərinə qarşı olan mübahisələrə həssas yanaşırdı. Bununla belə, öz üslubunu dəyişməkdən imtina edirdi. Sonrakı işləri hökumət və rəssamlıq cəmiyyəti tərəfdən ona xeyir gətirmişdir.
Qərbi Rodez
Qərbi Rodez (fr. Rodez-Ouest) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1245. Qərbi Rodez kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. 2006-cı ildə əhalinin sayı 22 017 nəfər təşkil edirdi.
Rodez (rayon)
Rodez (fr. Rodez) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Averon (departament). Suprefektura — Rodez. Rayon əhalisi 2006-cı ildə 138 620 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 3974 km².
Rodeo (albom)
Rodeo — amerikalı repçi Trevis Skottun ilk studiya albomu. 4 sentyabr 2015-ci ildə Grand Hustle Records və Epic Records tərəfindən buraxılıb.
Cəhənnəm qapıları (Roden)
Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsəri. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib. == Tarixi == 1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur "Cəhənnəm qapıları"nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin "İlahi komediyası" mövzusunda dekorativ həllin dizaynını vermək idi.
Rodentia
Gəmiricilər (lat. Rodentia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə 7 fəsilə və 18 cinsdə birləşmiş 37 növ daxildir. Fəsilələrin tərkibi aşağıdakı kimidir: Sciuridae (Sincabkimilər) fəsiləsinin Sciurus (Sincablar) cinsində 2 növ Hystricidae (Tirəndazkimilər) fəsiləsinin Hystrix (Tirəndazlar) cinsində bir növ Myocastoridae (Nutriyakimilər) fəsiləsinin Myocastor (Nutriyalar) cinsində bir növ Gliridae (Süleysinkimilər) fəsiləsinin Glis (Süleysinlər) və Dryomys (Meşə süleysinləri) cinslərində 2 növ Dipodidae (Ərəbdovşanıkimilər) fəsiləsinin Allactaga (Yer dovşanları) cinsində 2 növ Muridae (Siçankimilər) fəsiləsindən 4 cins: Rattus (Siçovullar) – 2 növ, Mus (Siçanlar) – 2, Apodemus (Meşə və Tarla siçanları) – 5, Micromys (Cırtdan siçanlar) – 1 Cricetidae (Siçancıqkimilər) fəsiləsinə daxil olan 8 cinsdən Calomyscus (Siçanabənzər siçancıqlar), Cricetulus (Boz siçancıqlar), Mesocricetus (Orta siçancıqlar), Ellobius (Korcalar), Arvicola (Su siçovulları) cinslərinin hərəsində bir növ, Meriones (Kiçik qum siçanları) – 5, Chionomys (Qar çöl siçanları) – 3, Microtus (Boz çöl siçanları) – 6 növ aiddir. Azərbaycan rodentofaunasının əsasını Cricetidae (8 cins və 19 növ) və Muridae (4 cins və 9 növ) fəsilələri təşkil edir. Ayrı-ayrı növlərin ərazimizdə yayılması müxtəlifdir (xəritə ). Geniş yayılmış, adi saylı və çoxsaylı növlərə Mus musculus (ev siçanı), Apodemus (Sylvaemus) uralensis (kiçik meşə siçanı), A. (S.) fulvipectus (sarıqarın siçan), Cricetulus migratorius (boz siçancıq), Arvicola terrestris (su siçovulu) aiddirlər. Onlar demək olar ki, 2300–2500 m hündürlüyə qədər bütün tipik lanşaftlarda məskən salmışlar. Arid landşaftlarda gəmiricilər əhalisinin əsasını yuxarıda qeyd olunan növlərlə yanaşı ilk növbədə Microtus socialis (ictimai çöl siçanı), Scarturus elater və Meriones (Qum siçanları) cinsindən olan iki növ təşkil edir. Sonuncular qeyribərabər yayılmışdır.
Roderik Davidson
Roderik Davidson (ingiliscəRoderic H. Davison)(23 mart 1917, 1996) – tarixçi. Roderik Davidson Prinston Universitetində tarix təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Harvard Universitetində doktorluq dissertasiyası müdafiə etdikdən sonra məzunu olduğu Prinston Universitetində tarix fənnindən dərs deyib. İkinci Dünya Müharibəsi illərində Avropada yardım quruluşlarında çalışdı , Almaniyada diplomatik bir vəzifədə çalışdı, New Yorkda vicdanı rəddçilərin iş düşərgəsində yer aldı. 46 illik təhsil həyatında Osmanlı İmperatorluğu mövzusunda mütəxəssisləşdi, Corc Vaşinqton Universitetində Avropa tarixi dərsləri verdi. 1954də professor oldu, 1986da təqaüdə çıxdı, lakin 1990ların başlarına qədər dərs verməyə davam etdi. 1994 də Corc Vaşinqton Universiteti Davidsona fəxri doktor mükafatı verdi. Osmanlıda Qərb Təsiri (1997), Qısa Türkiyə Tarixi (2004), Birinci Dünya Döyüşündə türk-İngilis Əlaqələri (2004) və osmanlı-Türk Tarixi, 1774-1923 (2004) başlıqlı əsərləri də Türkcəyə tərcümə edilən Davison, 1996-cı ildə vəfat edib.
Rodezi tripanosomu
Rodezi tripanosomu insana yoluxandan sonra, inkişafı çox intensiv və kəskin gedir, ölümlə qurtarır. Xəstəlik çox təsadüfi halda bir ilə qədər çəkə bilər. Xəstə yoluxan gündən iş qabiliyyətini itirir. Afrika tripanosomozunun Rodezi forması da zoonozlardan olub, rezervuar sahibi meşə antilopudur. Xəstəlik Şərqi və Cənubi Afrikada yayılmışdır. Xəstəliyə tutulma çox vaxt, adamın parazitin təbii ocağında olması ilə baş verir. Paraziti rezervuar sahibdən insana Glossina palpalis milçəkləri keçirir. Rodezi tripanosomu milçəyin bədənində 18-25 gün müddətində metasiklik forma olan tripomastiqot halı aldıqdan sonra onu insana yoluxdurur. C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları.
Rodeziya
Rodeziya (ing. Rhodesia, rəsmi adı (1970-dən sonra): Rodezya Respublikası) — 1965-1978 Afrikanın cənubunda yaranmış tarixi dövlət. Bölgədə Sesil Rods tərəfindən 1889-ci ilfə British South Africa Company adlı şirkət quruldu. Beləcə İngilis yönətiminə girən bölgə 1895-ci ildə Rodeziya adı verilən torpaqların bir parçası halına gəldi. Britaniya yönətimi sırasında gələn bəyaz qaçqınlar davamlı olaraq ölkə içində güc qazanmağa başladı. İngilislər inkişaf edən iqtisadiyyatı yeni bir bazarla bəsləmə ve bəyaz suverenliyini yaymaq baxımından Cənubi Rodeziya (bu gün Zimbabve) ilə Şimal Rodeziyanın (bu gün Zambiya) birleştirilmesi için girişimlərində başladı. Bu girişimlər sonunda Britaniya hökuməti Nyasalandı da (bu gün Malavi) tərkibinə almaqla, 1953-cü ildə Rodeziya ve Nyasaland Federasiyanı oluşturulmasını mənimsədi.
Zimbabve-Rodeziya
Zimbabve-Rodeziya — 1 iyun-12 dekabr 1979-cu il tarixində mövcud olan Cənubi Afrikada tanınmayan dövlət. Zimbabve Rodeziyasından əvvəl tanınmamış Rodeziya adlı bir respublika var idi. Britaniya Konstitusiya nəzəriyyəsinə görə, 1965-ci ildə birtərəfli müstəqillik elan edildikdən sonra müvafiq hökumət olaraq qaldı. Rodeziya cəbhəsinin Zimbabve millətçilərinin antikomunist təşkilatlarının razılığı ilə quruldu. Marksizm üsyançı hərəkatlarının hakimiyyətə gəlməsinin qarşısını almağa yönəlmiş siyasi bir plan idi. Rodeziyada qaradərililərin mülki hüquqları uğrunda hərəkatın təmin edilməsinə çalışan Smit Yanın rəhbərliyi altında beynəlxalq ictimaiyyətin təzyiqi ilə Rodeziyada Silahlı müqavimətdə iştirak etməyən Afrika millətçi partiyaları arasında "Daxili məskunlaşma" sazişi bağlanmışdı. "Daxili məskunlaşma" haqqında saziş seçici siyahıları üçün təhsilə, mülkiyyətə və gəlirlərə olan tələblərin rahatlığa gətirib çıxardı ki, bu da tarixdə ilk dəfə qaradərili seçicilərin çoxalmasına səbəb oldu. Ölkənin dövlət qulluğu, məhkəmə sistemi, polis və ölkənin silahlı qüvvələri dövrün yuxarı-orta təbəqəsinin tərkibinə görə əksəriyyəti eyni məmurların rəhbərliyində qalırdı və onların əksəriyyəti ağdərili idi. Bu dəyişikliklərə baxmayaraq, yeni dövlət beynəlxalq səviyyədə tanınmadı və Lankaster Ev konfransının qərarları ləğv edildi. 1960-cı ildə Rodeziyada Afrika millətçi siyasi təşkilatlar ölkənin "Zimbabve" adını istifadə etməsi ilə razılaşdılar.
Şimali Rodez
Şimali Rodez (fr. Rodez-Nord) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1246. Şimali Rodez kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. 2006-cı ildə əhalinin sayı 2 548 nəfər təşkil edirdi.
Şərqi Rodez
Şərqi Rodez (fr. Rodez-Est) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1228. Şərqi Rodez kantonuna cəmi 3 kommuna daxildir, onlardan ən əsası Rodez kommunasıdır. 2006-cı ildə əhalinin sayı 14 395 nəfər təşkil edirdi.
Şimali Rodeziya
Şimali Rodeziya — hazırda müstəqil Zambiya ölkəsi olan Mərkəzi Afrikanın cənubunda Britaniyanın protektoratı. 1911-ci ildə daha öncəki iki protektoratın, Barotzilandiya–Şimali-Qərbi Rodeziya və Şimal-Şərqi Rodeziyanın birləşməsiylə qurulmuşdur. O, ilkin olaraq, əvvəlki iki protektorat kimi, Britaniya Hökuməti adından nizamnamə şirkəti olan Britaniya Cənubi Afrika Şirkəti (BSAC) tərəfindən idarə olunurdu. 1924-cü ildən o, Britaniya hökuməti tərəfindən protektorat kimi, Britaniyanın idarə etdiyi digər protektoratlar ilə oxşar şərtlərdə və idarə olunduğu zaman tələb olunan xüsusi müddəalarla idarə olunur. BSAC nizamnaməsinə əsasən nizamnamə koloniyası xüsusiyyətlərinə malik olsa da, BSAC-ın yerli rəhbərlərlə müqavilələri və Britaniya qanunvericiliyi ona protektorat statusu verdi. Bölgə nisbətən az sayda avropalı köçkünləri cəlb etdi, ancaq onlar ilk dəfə siyasi təmsilçilik əldə etdikləri vaxtdan etibarən onlar ya ayrı bir qurum kimi, ya da Cənubi Rodeziya və ehtimal ki, Nyasalendlə əlaqəli olaraq ağ azlıqların hökmranlığı üçün təşviqat aparırdılar.
Roderik Makkinon
Roderik Makkinon- Doğulub 19 fevral 1956 il, Berlinqton, Massaçusets, ABŞ) . — amerikalı biokimyaçı və kristalloqraf, "Hüceyrə membranlarındakı kanallarla əlaqəli kəşflərinə görə ion kanallarının strukturu və mexanizmi ilə əlaqədar tədqiqatlarına görə" kimya üzrə Nobel mükafatı laureatı.(2003 ildə) ABŞ Milli Elmlər Akademiyasının üzvü (2000 il) . Roderik Makkinon 19 fevral 1956-cı ildə Berlinqtonda (Massaçusets, ABŞ) anadan olub. O, əvvəlcə Bostondakı Massaçusets Universitetinə daxil oldu, lakin bir il sonra elmin daha dərindən öyrənilməsi üçün Brandeys Universitetinə keçdi və burada Kristofer Millerin laboratoriyasında kalsiumun hüceyrə membranları vasitəsilə daşınmasını öyrəndi. 1978-ci ildə Roderik Makkinon Brandays Unuversitetində biokimya üzrə bakalavr dərəcəsi aldı və Tafts Universitetində tibb fakültəsinə daxil oldu. 1982-ci ildə tibb elmi dərəcəsini alsa da, həkimlik işindən narazı qaldı. 1986-cı ildə R.Makkinnon Brandays Universitetinə Millerin laboratoriyasına qayıtdı. 1989-cu ildə Roderik Makkinon Harvard Universitetində dosent oldu və burada kalium kanalının əqrəb zəhərinin spesifik toksini ilə qarşılıqlı təsirini araşdırmağa başladı. 1989-cu ildə Rokfeller Universitetində molekulyar neyrobiologiya və biofizika üzrə professorluq və laboratoriya təyinatı aldı, burada sinir sistemində və ürəkdə kalium kanallarının xüsusi əhəmiyyətinə görə kalium kanalının strukturu üzərində işləməyə başladı. 1998-ci ildə R.Makkinon və həmkarları kristalloqrafiyadan istifadə edərək bakterial kalium kanalının üçölçülü molekulyar quruluşunu əldə edə bildilər və kanalın seçiciliyini, yəni kanalın nə üçün yalnız kalium ionlarının keçməsinə imkan verdiyini, lakin daha kiçik natrium ionlarının keçməyəcəyini aşkar etdilər.
Rede
Rede (alm. Rhede‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 78.65 km2, əhalisi 19293 nəfərdir (2006).
Rose
Cozef Nelson Rouz (ing. Joseph Nelson Rose; 11 yanvar 1862 – 4 may 1928, Vaşinqton) — Amerika botaniki, bir neçə botaniki bioloji cəmiyyətin üzvü, kaktuskimilər fəsiləsindən çoxlu yeni taksonların müəllifi. Carnegiea Britton & Rose — Karnegiya Dendrocereus Britton & Rose Denmoza Britton & Rose Espostoa Britton & Rose — Espostoya Frailea Britton & Rose — Fraleya Mila Britton & Rose — Mila Neoporteria Britton & Rose Pereskiopsis Britton & Rose Quiabentia Britton & Rose Selenicereus (A.Berger) Britton & Rose Tacinga Britton & Rose Thelocactus (K.Schum.) Britton & Rose — Telokaktus Roseanthus Cogn. (1896) = Polyclathra Bertol. Roseocactus A.Berger (1925) = Ariocarpus Scheidw. Roseocereus Backeb. (1938) = Harrisia Britton Plants collected in 1889 at Socorro and Clarion Islands, Pacific Ocean, 1890 (совместно с ing.
EPPO Code
Əvvəllər Bayer kodu olaraq bilinən bir EPPO kodu, orqanizmləri - bitkiləri, zərərvericiləri və patogenləri - bənzərsiz şəkildə müəyyənləşdirmək üçün hazırlanmış bir sistemdə Avropa və Aralıq dənizi Bitki Qoruma Təşkilatı (EPPO) tərəfindən istifadə olunan kodlanmış bir identifikatordur. kənd təsərrüfatı və məhsulların qorunması. EPPO kodları həm elmi, həm də yerli adlar bazasının əsas hissəsidir. Əvvəlcə Bayer Korporasiyası tərəfindən başlatılsa da, rəsmi kodlar siyahısı hazırda EPPO tərəfindən qorunur. == EPPO code məlumat bazası == Bütün kodlar və bunlarla əlaqəli adlar verilənlər bazasına daxil edilir (EPPO Global Database). Ümumilikdə, EPPO verilənlər bazasında 68.500-dən çox növ qeydə alınmışdır, bunlar: 36.000 bitki növü (məsələn, becərilən, yabanı bitki və alaq otları) 24.000 heyvan növü (məsələn, böcəklər, gənələr, nematodlar, gəmiricilər), biokontrol agentləri 8500 mikroorqanizm növü (məsələn, bakteriya, göbələk, virus, viroid və virusa bənzər) Bitkilər beş hərfli bir kodla, digər orqanizmlər altı hərfli bir kodla müəyyən edilir. Bir çox hallarda kodlar, cinsin ilk üç və ya dörd hərfindən və növün ilk iki hərfindən yaranan orqanizmin elmi adının mnemonik qısaltmalarıdır. Məsələn, qarğıdalı və ya qarğıdalıya (Zea mays) "ZEAMA" kodu verildi; kartofun gec yanığı (Phytophthora infestans) kodu "PHYTIN" dir. Hər orqanizm üçün bənzərsiz və daimi kod növlərin qeydinin stenoqrafiya metodunu təmin edir. EPPO kodu, elmi adlarda və taksonomiyada düzəlişlərin yaratdığı problemlərin əksəriyyətinin eyni növlər üçün fərqli sinonimlərin istifadəsinə səbəb olan bir çox problemin qarşısını alır.
Node.js
Node.js –— server-side Veb tətbiqetmələr yazmaq üçün istifadə olunan açıq qaynaqlı, cross-platform iş mühitidir (İng. runtime environment). Node.js -in bir JavaScript framework olmamasına baxmayaraq onun bir çox modulu JavaScript ilə yazılıb və developerlər JavaScript ilə yeni modullar yaza bilərlər. Node.js Skriptləşdirmə dilini Google V8 JavaScript motorunu işlədərək çevirir. Ən vacib xüsusiyyəti JavaScript -in asinxron G/Ç (İng. asynchronous I/O) imkanı ilə real-time veb tətbiqetmələrdə olduğu kimi çoxlu giriş-çıxışlı veb tətbiqetmələr yazmağı mümkün etməsidir. Node.js istifadə edən məşhur şirkətlərdən bəziləri GoDaddy, Groupon, IBM, Linkedin, Microsoft, Netflix, PayPal, Voxer, Walmart və Yahoo -dur. Node.js 2009-cu ildə Ryan Dahl tərəfindən yazılmışdır. İlk nəşr yalnız Linux -u dəstəkləyirdi. Onun inkişaf etdirilməsinə Dahl başçılıq edirdi, daha sonralar isə Joyent sponsor olmuşdu.
Pak Roze
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Qualidea Code
Qualidea Code (クオリディア・コード, Kuoridia Kōdo, azərb. Kvalidia kodu‎) — Shueisha nəşriyyatının Dash X Bunko imprinti, Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti, Media Factory nəşriyyatının MF Bunko J imprinti, Shogakukan nəşriyyatının Gagaga Bunko imprinti və Shueisha nəşriyyatının "Jump Square" jurnalı tərəfindən yaradılmış Yaponiya multimedia layihəsi. Orijinal konsepsiya Marvelous şirkəti və Speakeasy yazıçı qrupu (Koşi Taçibana, So Saqara və Vataru Vatari) tərəfindən işlənib hazırlanmışdır. 2015-ci ildə 3 ranobenin nəşr olunması ilə başlamışdır və 2016-cı ildən manqası da nəşr olunur. Keniçi Kavamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 10 iyul 2016-cı ildən 24 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır. "Qualidea Code"-da hadisələr bəşəriyyətin "Naməlum" adlandırılan düşmənə qarşı müharibə etdiyi dünyada baş verir. Bir neçə on il əvvəl naməlumların işğalı zamanı yetkinlər uşaqlarını xilas etmək üçün onları soyuq yuxuya salırlar. Uşaqlar oyananda bədənlərinin "Dünya" adlandırılan xüsusi güclər əldə etdiyini öyrənirlər. Yaponiyanı naməlumların işğalından qorumaq üçün bu uşaqlar Tokio, Kanaqava və Çiba müdafiə şəhərlərini qururlar və xüsusi güclərindən istifadə edərək döyüşməyə başlayırlar. İçiya Suzaku (朱雀 壱弥, Suzaku Ichiya) Səsləndirən: Soma Sayto İçiya "Sonna Sekai wa Kowashiteshimae" ranobesinin əsas personajıdır.
Rade Kruniç
Rade Kruniç (Bosnian pronunciation: [râːde krǔːnitɕ] ; 7 oktyabr 1993[…], Foça, Serb Respublikası) — Bosniyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və Bosniya və Herseqovina milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. Kruniç peşəkar karyerasına 2011-ci ildə "Sutjeska Foçada" klubunda başlayıb. Daha sonra 2013-cü ildə "Donji Srem" klubuna keçir. Futbolçu 2014-cü ildə "Hellas Verona" klubuna transfer edilir və həmin ilin sonunda onu "Donji Srem" klubuna icarəyə verilir. 2015-ci ildə "Borats Çaçaka" klubuna keçir. Həmin ilin sonunda Kruniç "Empoli" klubu ilə müqavilə imzalayır. O, 2019-cu ildə "Milan"a transfer olunub.
Rade qonurdişi
Rede Bandeirantes
Rede Bandeirantes və ya sadəcə Band — San-Pauluda yerləşən Braziliyadan gələn bir televiziya şəbəkəsidir. Grupo Bandeirantes de Comunicação'nun bir hissəsi 1967-ci ildə ilk dəfə yayımlandı. Hal-hazırda reytinqlərinə görə Braziliyada dördüncü televiziya şəbəkəsidir.
Rede Globo
Rede Globo (port. Rede Globo de Televisão) — Braziliyanın ən böyük telekanalı. 26 aprel 1965-cü ildə jurnalist Roberto Marinho tərəfindən yaradılıb. Telekanalın mərkəzi qərargahı Rio de Janeiro şəhərində yerləşir.
Roda adası
Faraonlar adası (ərəb. جزيرة فرعون‎) — Nil çayı üzərində, Qahirə ərazisində yerləşən ada İnzibati baxımından Əl-Minal rayonu ərazisinə daxildir. Burada qədim islam mədəniyyətinə aid tikililər vardır. Adanın cənub hissəsində nilometr vardır. Bu nilometrdən b.e. 621-ci ilindən istifadə edildiyi düşünülür Həmçinin adada Manimal sarayı və Qahirə Universitetinə aid bir neçə korpus vardır.
Roje Pyantoni
Roje Pyantoni (fr. Roger Piantoni; 26 dekabr 1931[…] – 26 may 2018[…], Nansi) ― hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Pyantoni gənclik illərini La-Muryer şəhərində keçirmiş və yerli klub olan "Pyenn"in şərəfini qorumuşdur. MeydanDA göstərdiyi oyuna görə onu milli komandaya dəvət etmişdilər. Fransa-Bolqarıstan oyunu zamanı o, ayağından zədə aldı və bu, onun gələcək karyerasına böyük zərər verdi. "Nansi", "Reyms" və "Nitsa" kimi klubların şərəfini qorumuşdur. Fransa millisində keçirdiyi 37 oyuna 18 qol vurmuşdur. 50-60-cı illərdə ən yaxşı hücumçulardan biri idi.
Rove burnu
Rove burnu — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının Barkley körfəzi sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun buzlaqlardan azaddır. Burun 1821–22-ci illərdə Yeni Plimutdan Livinqston adasına doğru hərəkətə başlayan, dənizçilərdən ibarət Qreys gəmisinin kapitanı olan Henri Rovenin adını daşıyır. Burun Nedelya burnundan 4.6 km şimal-şərqdə, Bilyar burnundan 3 km şimal-şərqdə, Esseks burnundan 14.64 km cənub-şərqdə, Şirreff burnundan 15.93 km cənub-qərbdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L. L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L. L. Ivanov.
Roze (müğənni)
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Santiaqo Roqe
Santiaqo Roqe (4 oktyabr 1966) — Kubanı təmsil edən stolüstü tennisçi. Santiaqo Roqe Kubanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Sesil Rods
Sesil Con Rods (ing. Cecil John Rhodes; 5 iyul 1853[…] – 26 mart 1902[…]) - məşhur ingilis iş adamı və siyasətçisi, Cənubi Afrikadakı ingilis ekspansiyasının təşəbbüskarı. 1881-ci ildə De Beers almaz istehsalı şirkətinin əsasını qoymuşdur. 1902-ci ildə 48 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Afrikadakı keçmiş Britaniya koloniyası Rodeziya öz adını Sesil Rodsun soyadından almışdı. Hazırda həmin ərazidə 2 dövlət - Zambiya və Zimbabve yerləşir.
Neqru Vode
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.
Radə Abbas