Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Jolene Marie Rotinsulu
Jolene-Marie Cholock-Rotinsulu (tam adı: Jolene-Marie Cholock-Rotinsulu, ind. Jo'lin-Ma'ri Cho'lok-Rotin'sulu; 15 may 1996, Santa-Ana, Kaliforniya) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib. == Həyatı == 6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "I am Hope" sabun operası ona müvəffəqiyyət qazandırdı.
Rotifera
Rotatorilər (lat. Rotifera və ya lat. Rotatoria) — 1500-ə qədər növü olub, əksəriyyəti şirin sularda, bir qismi isə dənizlərdə yaşayır. Bədən ölçüləri 0.04-2.5 mm-ə qədərdir. Rotatorilər qabarıq, yumurtaşəkilli və ya iyşəkilli bədən formasına malikdir. Plankton formaların bədən örtüyü üzərində müxtəlif çıxıntılar vardır.Bəzi rotatorilərin örtüyü həlməşikşəkilli maddədən ibarətdir. Bu canlıların əksəriyyəti sərbəst hərəkətlidir, bəziləri isə oturaq həyat tərzi keçirir. Rotatorilərin bədəni baş, gövdə, quyruq şöbə və ya ayaqdan ibarətdir. Ağız dəliyi baş şöbənin qarın hissəsində yerləşir. Ağızın önündə və arxa tərəfində iki kirpik həlqəsi yerləşir.
Poti
Poti (gürc. ფოთი) — Gürcüstanda Qara dəniz sahilində olan liman şəhər. Rioni çayının Qara dənizə töküldüyü yerdə salınmışdır. Potinin 15–20 km şərqində Rioni və Xobi arasında olan çaylar Bronz, Adlerkin, Narmarnu, Ciquri, Nosiri, Sakire, Ceva, Anaklia, Eki, Senaki, Ergeta, Ureki dövrünün əhalisinin məskunlaşdığı yerlərdir. b.e.ə VI əsrdə burada Yunan koloniyası Phasis (Pasisi) yerləşirdi. Orta əsrlərdə Poti Sameqrelo knyazlığının bir qalasıydı.1578-ci ildə şəhər olaraq qəbul edildi. 29 may, 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanan Amasya müqaviləsi zamanı Poti Osmanlı İmperiyasının itaəti altına keçdi. Səfəvilər dövləti ilə olan müharibələrdən sonra Poti Liva statusuyla Batumi sancağına bağlandı. Şərqi Qara dənizdəki quldurluq halının bitməsi üçün xaraba halda olan Faş qalası 26 iyul, 1579-cu ildə yenidən inşa edildi. 1858-ci ildə şəhər liman statusu almışdır.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Roli
Roli (ing. Raleigh) — Şimali Karolina ştatın paytaxtı.
Rota
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Eli Roth
Eli Raphael Roth (18 aprel 1972, Nyuton[d], Massaçusets), yəhudi mənşəli ABŞ aktyoru və rejissorudur.
Enriko Toti
Enriko Toti (1882-1916) - İtaliyanın milli qəhrəmanı. Enriko, Avropa və Afrikada bir neçə dəfə ekstremal velosiped səyahətləri edən bir ayağını itirmiş əlil idi. Ölümündən sonra İtaliyanın yüksək hərbi mükafatı olan "Hərbi şücaətə görə" qızıl medalla mükafatlandırılmışdı. Tarixdə bu medalı qazanmış yeganə mülki şəxs hesab edilir. == Bioqrafiya == Enriko Toti 1882-ci ildə Romada anadan olub. 14 yaşında donanmaya xidmətə yollanmış və 1905-ci ilə qədər orada xidmət etmişdi. 1905-ci ildən dövlət dəmir yollarında ocaqçı kimi işə düzəldi. 2 mart 1908-ci ildə, Kolleferroda həmkarının səhvinə görə qatarın altına düşmüş və sol ayağını ağır zədələmişdi. Bundan sonra ayağı çanaq hissəsinə qədər amputasiya edilmişdi. Bir müddət 18 iyun 1904-cü ildə Piy qapılarının yanındakı binalardan birində açılan Bersalyerlər muzeyində işləmişdi.
Nino Rota
Covanni Rota Rinaldi (Nino Rota) (it. Nino Rota; 3 dekabr 1911, Milan – 10 aprel 1979[…], Roma) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqi müəllifi. Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi. 1930–1932-ci illərdə o, ABŞ-də yaşamışdır. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır.
Poti razılaşması
Poti razılaşması — Gürcüstanla Almaniya arasında imzalanmış razılaşma. 1918-ci il mayın 14-də Zaqafqaziya seyminin gürcü fraksiyası seymdəki digər fraksiyaların xəbəri olmadan Almaniyanın regiondakı təmsilçisi Fon Lossov ilə gizli-separat damşıqlara getmək qərarına gəldi. Batum konfransı zamanı Cənubi Qafqaz sülh nümayəndə heyətinin gürcü təmsilçisi konfransda məşvərətçi səs hüququ ilə iştirak edən Fon Lossova bəyanat təqdim etdi. Bəyanatda deyilirdi ki, Gürcü Milli Şurası Gürcüstanın beynəlxalq məsələlərdə hərtərəfli müdafiə olunmasını Almaniyadan xahiş edir. Almaniya ilə damşıqları sürətləndirmək üçün Gürcü Milli Şurasının sədri Noy Jordaniya başda olmaqla nümayəndə heyəti Batuma gəldi. Burada Jordaniya ilə Fon Lossov arasında aparılan danışıqda əldə olunan razılığa əsasən, Gürcüstan tezliklə Zaqafqaziya Federasiyasının tərkibindən çıxaraq, müstəqilliyini elan etməli idi. Almaniya tərəfi isə, Gürcüstanla müqavilə bağlamaqla, onun hökumətini de-fakto tanımağı öhdəsinə götürdü. 1918-ci il mayın 25-də Fon Lossovun rəhbərliyi ilə alman nümayəndə heyəti Batumdan gəmi ilə Potiyə gəldi. Mayın 28-də burada Almaniya ilə Gürcüstan arasında bir sıra məsələləri əhatə edən 5 maddədən (İlkin razılaşma; hər iki tərəfdən olan hərbi əsirlərin tezliklə dəyişdirilməsi haqqında; qarşılıqlı valyuta əlaqələrinin ilkin nizamlanması haqqında; Gürcüstanın tabeliyində olan bütün gəmilərin Almaniyanın sərəncamına verilməsi haqqında; birinci və ikinci razılaşmaya əlavə olaraq, Gürcüstan və Almaniya arasında əlaqələrin öncədən nizamlanması haqqında) ibarət razılaşma imzalandı. Potidə başlayan alman-gürcü danışıqları Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanmasını sürətləndirdi, eyni zamanda, Osmanlı hökumətini Cənubi və Şimali Qafqazda yaşayan müsəlman-türk xalqlarının müstəqilliyi məsələsinə yeni mövqedən yanaşmağa məcbur etdi.
Pyer Loti
Pyer Loti (14 yanvar 1850[…] – 10 iyun 1923[…], Hendaye) — fransız dəniz zabiti və yazıçı. Pyer Loti adının yazıçıya, bəzi qaynaqlara görə tələbəlik illərində, bəzi qaynaqlara görə isə, 1867-ci ildə Okeaniya səfərində Taitili yerlilər tərəfindən verildiyi deyilir. "Loti", ekzotik iqlimlərdə yetişən ekzotik bir çiçəyin adıdır. 1850-ci ildə Fransanın Roşfor şəhərində, protestant ailəsində evin son beşiyi olaraq dünyaya göz açmışdır. 17 yaşında Fransız Dəniz Qüvvələrinə daxil oldu. Dənizçilik təhsilini bitirdikdən sonra, 1881-ci ildə kapitan oldu və növbəti illərdə də polkovnikliyə qədər yüksəldi. Yaxın və Uzaq Şərqdə səfərlərdə oldu. Bir dəniz zabiti kimi romanlarında bəhs etdiyi yad mədəniyyətləri çoxlu yerlər gəzərək öyrənmişdi. Bu səyahətlərində əldə etdiyi təcrübələrini və müşahidələrini kitablarına köçürürdü. 1879-cu ildə ilk romanı olan və Osmanlı İmperiyasındakı təəssüratlarını bölüşdüyü Aziyadenin nəşrinin ardınca, 1878-ci ildə Mariage de Loti (Lotinin Toyu), 1886-cı ildə Pécheur d'Islandeni (İslandiya Balıqçısı) nəşr etdirdi.
Rapa Rozi
Rapa Rozi (rum. "red ravine - qırmızı yarğan) — Rumıniya ərazisində milli park. Təbiət abidələri qorunan milli park ölkənin Alba judetsində yerləşir. Geoloji və flora qoruğu olan Rapa Rozi Sekaşelor yaylasının cənub-qərb ucqarında, Secas çayının sağ sahilindədir. Sebeş şəhəri qoruq ərazisindən 4 km cənubdadır. Sahəsi 24 hektar olan milli park III qorunan ərazilər kateqoriyasına daxildir. Eroziya və səth axınları nəticəsində bölgədə şiş qayalı relyef formaları meydana gəlmişdir. Qayalı ərazilərin sahəsi 10 hektardır. Rapa Rozi qoruğunun yerləşdiyi yüksəkliyin uzunluğu 800 metrdir. Qoruq ərazisinin hündürlüyü 50-125 metr arasında dəyişir.
Rene Koti
Rene Koti (fr.
Riçard Rorti
Riçard Makkey Rorti (ing. Richard McKay Rorty; 4 oktyabr 1931[…], Nyu-York, Nyu-York ştatı – 8 iyun 2007[…], Palo-Alto[d], Kaliforniya) — ABŞ filosofu. Analitik fəlsəfənin nümayəndələrindən biri. Prinston Universitetinin professoru idi. Riçard Makkey Rorti 4 oktyabr 1931-ci ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdu. Onun valideynləri Ceyms və Uinifred Rorti yazıçı və sosial-demokratlar idilər. Çikaqo Universitetində oxumuşdu. Riçard Rorti 8 iyun 2007-ci ildə Palo-Alto şəhərində vəfat edib. Bir çox digər fransız postmodernistlərdən fərqli olaraq Rorti bir amerikan olaraq incəsənətdən daha çox, praqmatizmə meyilli idi. Onun nöqteyi‐nəzərincə, bilik fəaliyyətə xidmət etməlidir, fəlsəfə dünyanın hansısa mahiyyətinin, başlanğıcının axtarışında olmamalıdır, insan fəaliyyəti üçün vasitələr axtarib‐tapmalıdır.
Roki Qrey
Roki tuneli
Roki tuneli (oset. Ручъы тъунел) — Baş Qafqaz silsiləsində yerləşən Roki aşırınından çəkilmiş avtomobil tuneli. Şimali Osetiya ilə Cənubi Osetiyanı birləşdirən Transqafqaz avtomagistralınım 93-cü kilometrində yerləşir. Tunelin uzunluğu 3730 metrdir. İstifadəyəyə verildiyi dövrdə SSRİ məkanında ən uzun tunel olmuşdur. Tunel 2 km dəniz səviyyəsindən hündürlükdə yerləşir (şimal giriş — 2040 m, cənub giriş — 2112 m). Tunelin tikilməsini vacib edən şərtlərdən biri dəmir yolu, avtomobillə SSRİ məkanında Cənubi Qafqaza yük daşımaları əsasən Qara dəniz və Xəzər dənizi vastəsi ilə mümkün idi. Yolu qısaltmaq və sərnişin daşımada digər yolların üzərinə düşən yükləri azaltmaq məqsədilə inşa edilmişdir. Bu gün Roki tunelindən transqafqaz avtomagistralı keçir. hazırda Rusiyanı Cənubi Osetiyaya birləşirən əsas xətdir.
Romi Şnayder
Romi Şnayder, əsl adı Rozmari Maqdalina Albax (23 sentyabr 1938, Vyana - 29 may 1982, Paris)—Avstriya aktrisası. Romi Şnayder əsl adı (Rozmari Maqdalina Albax) 1938-ci il sentyabrın 23-də Vyana şəhərində anadan olub. Ailənin tək övladı olan gələcək aktrisanın dörd yaşı tamam olanda valideynləri boşanırlar. Rominin anası ikinci dəfə restoran sahibi ilə ailə qurur. Başları öz həyatlarına qarışdığından valideynləri Romini tərbiyə olunması üçün monastra verirlər. Rominin on beş yaşı olanda anası onu monastrdan götürüb öz yanına gətirir. Həmin zaman onun anası Vyana teatrlarının birində prodüser vəzifəsində çalışırdı. Rominin nənəsi Avstryanın Sara Bernar titulunu qazanmış Roza Albax Petti də həmin teatrda vaxtilə aparıcı rolları ifa edən qocaman aktrisa kimi fəaliyyət göstərirdi. Rozamri də həmin teatr tamaşalarında rollar ifa etməyə başlayır. Bir il sonra Rozmari “Feyerverk” filminə çəkilir.
Roni Blekli
Roni Blekli (ing. Ronee Blakley, 24 avqust 1945, Aydaho, ABŞ) — ABŞ aktrisası, rejissoru, prodüseri, ssenaristi və müğənnisidir. Roni Blekli 1945-ci ildə ABŞ-nin Aydaho şəhərində Don Blekli və Kerolun ailəsində dünyay gəlmişdi. Onun atası mühəndis olmuşdur. Orta təhsili bitirdikdən sonra Stanford Universitetinin Culyard məktəbində təhsil almışdır.Bu məktəbdə mədəniyyət haqqında öyrənmişdir. 1970-ci illərdə bir sıra albomlar çıxarmışdır. 1975-ci ildə çəkilən qara komediya "Neşvill" filminə görə Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatına layiq görülmüşdür. Bu film onun ilk rol aldığı film olmuşdur. 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilən Qarağac küçəsində qarabasma filmində Marc Tompson rolunda oynamışdır. Bu film də ona böyük uğur gətirmişdir.
Rori Pek
Rori Pek (ing. Rory Peck; 1956-cı il 13 dekabr-1993-cü il 3 oktyabr) - Azad reportyor və anqlo-irland əsilli operator. O, Əfqanıstanda olan müharibəni işıqlandırmış, 1989-cu ildə Buxarestdə Nikolae Çauşeskunun devrilməsi ilə nəticələnən üsyanda üsyançıların tərəfində iştirak etmişdir. O, Fars körfəzi və Bosniya və Herseqovinada olan müharibəni çəkmiş və SSRİ-nin ən “qaynar” münaqişə ocaqlarında olmuşdur. 1993-cü il 3 oktyabr hadisələri zamanı Moskvada yerləşən “Ostankino” telemərkəzində Almaniyanın ARD telekompaniyası üçün çəkilişlər aparan zaman həlak olmuşdur. Rori Pek günün ikinci yarısı Rusiya xüsusi bölməsi olan “Vityaz” orqanının əsgərləri tərəfindən güllələnmişdir. Prezident Boris Yeltsinin sərəncamı ilə Rori Pek 1993-cü ilin dekabrında “Şəxsi cəsarətinə görə ” ordenlə təltif edilmişdir. R.Pekin xatirəsinə xeyriyyə fondu yaradılmışdır. Bu fond tele və kino operatorları öz vəzifələrini yerinə yetirərkən qarşılaşdığı çətinliklərə görə dəstək göstərir. Jüri qalibləri 4 nominasiyada: xəbərlər, sənədli filmlər, “Sony” firmasının xüsusi prizi və 2006-cı ildə Somalidə öldürülmüş məşhur jurnalist Martin Adlerin adını daşıyan prizlə mükafatlandırılır.
Rozi Alfaro
Mariya del Rosio "Rozi" Alfaro (ing. Maria del Rosio "Rosie" Alfaro; d. ABŞ, Kaliforniya, Anahaym, 12 oktyabr 1971-ci il) — Kaliforniya ştatının Anahaym şəhərində 1990-cı ildə 9 yaşlı Otem Vollesin öldürülməsində günahkar hesab edilən amerikalı qadın. O, hal-hazırda ölüm cərgəsindədir. Rozi Alfaro Kaliforniya ştatının Anahaym şəhərində böyüyüb. O, 13 yaşında narkoman, 14 yaşında fahişə, 15 yaşında tək ana, 18 yaşında 4 uşaq anası və həmçinin, 18 yaşında qatıl oldu. O, Kaliforniyanın Orinc qraflığında 20 yaşında ölüm cəzasını almış ilk qadın kimi məşhurdur. 15 iyun 1990-cı ildə Kaliforniya ştatının Anahaym şəhərində yaşayan 9 yaşlı Otem Volles evdə anasının və böyük bacısının işdən evə qayıtmasını gözləyirdi. Alfaro Volles Otemin ailəsini çox yaxşı tanıyırdı və böyük qızlarından biri ilə dost idi. O, onların evdə olmadığını bilib satmaq üçün evdən əşyalar oğurlaya biləcəyini düşündü.
Çəkicvuran Rozi
Çəkicvuran Rozi (ing. Rosie the Riveter) — ABŞ-də İkinci dünya müharibəsi dövrünün əməkçi qadın simvolu. Əsasən feminizm və qadınların iqtisadi gücünün bir simvolu olaraq istifadə edilir. İkinci dünya müharibəsi dövründə ABŞ-də milyonlarla qadın Avropada hərbi əməliyyatların gedişini təmin etmək üçün işçi qüvvəsi sıralarına qoşuldu. Bunun əsas səbəbi işçi qüvvəsinin mühüm hissəsini təşkil edən kişilərin müharibəyə getməsi ilə bağlı idi. 1940-1945-ci illər arasında ABŞ-də qadınlar əmək bazarında işçi qüvvəsinin 37 faizini təşkil edirdi və hər dörd ailəli qadından biri işləyirdi. Qadınlar hərbi sənaye sahəsi də daxil olmaqla bütün istehsal sahələrində təmsil olunmuşdu. Altı milyondan çox amerikalı qadın təyyarə, bomba, tank və digər hərbi texnikanın hazırlanmasında iştirak edərək müttəfiq qüvvələrin İkinci dünya müharibəsində qələbəsinə böyük töhfə vermişdir. Eyni zamanda, ABŞ hökuməti həmin dövrdə qadınların əmək bazarına cəlb edilməsi üçün kampaniya başlatmışdı. Bu kampaniyanın qəhrəmanı "Çəkicvuran Rozi" idi.
Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
Rogi Viq
Robert Qabor Şarl "Rogi" Viq (nid. Rogi Wieg, Robert Gabor Charles Wieg; 21 avqust 1962, Delft, Cənubi Hollandiya – 15 iyul 2015, Amsterdam, Niderland) — Niderland şairi, romançısı və musiqiçisi. Robert Qabor Şarl Viq 21 avqust 1962-ci ildə Niderladın Delft şəhərində anadan olmuşdur. Onun valideynləri 1956-cı ildə Macarıstandan qaçmış və bir il sonra Niderlanda məskunlaşmışdılar. Viq gənclik illərində klassik musiqidə təhsil almışdı, lakin on altı yaşında blüz musiqisinə və holland şansonuna üstünlük verməyə başlamışdır. Viq "Tirade" və "Measure" ədəbi jurnallarının redaktoru idi. 1986–1999-cu illərdə "Het Parool"da poeziya tənqidçisi olmuşdur. 1999-cu ildə Viq rəsm çəkməyə başlamışdır. Onun həyatı ağır depressiya ilə yadda qalmışdır. O, elektroşok terapiyası keçmək üçün mütəmadi olaraq ruhi xəstəxanalara yerləşdirilmiş və üç dəfə intihara cəhd etmişdir.
Reti debütü
Reti debütü — Şahmat termini. Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.
Rori Kalkin
Rori Kalkin (ing. Rory Culkin; 21 iyul 1989, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Onun hər iki böyük qardaşı da aktyordur: Makaley Kalkin və Kiran Kalkin. Rori Hyu Kalkin 21 iyul 1989-cu ildə Nyu-York şəhərində anadan olub. O keçmiş brodvey aktyoru Kit Kalkinin ailəsində dünyaya gələn yeddi uşağın ən kiçiyidir. Rorinin bibisi aktrisa Bonnie Bedelia-dır.
Crepis royi
Crepis pygmaea (lat. Crepis pygmaea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tayaotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hieracium pygmaeum (L.) Lam. Omalocline pygmaea (L.) Rchb.f.
Elvin Rot
Elvin Rot (ing. Alvin Eliot Roth; 18 dekabr 1951 və ya 19 dekabr 1951, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı. 2012-ci ildə Lloyd Şepli ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Elvin Rot yəhudi əsilli bir ailənin övladıdır. Evlidir və iki uşağı var. Elvin Rot Universitet diplomunu Nyu Yorkdakı Kolumbiya Universitetindən 1971-ci ildə almışdır. Sonra Stanford Universitetində Əməliyyatlar tədqiqatı sahəsində çalışmış və burada 1973-cü ildə magistr, 1974-cü ildə doktorluq dərəcəsinə yüksəlmişdir. Stanford Universitetində təhsildən sonra 1974–1982-ci illərdə İllinoys Universitetində işləmişdir. Sonra Pitsburq Universitetində işləmiş və tədqiqatlar aparmışdır. 1982–1985-ci illərdə "A.U.Mellon İqtisad Professoru" və 1985–1998-ci illərdə Biznes İnzibatçılığı Professoru vəzifələrində çalışmışdır.
Röşti
Röşti (alm. Rösti‎, [ˈrøːʃti]) və ya rööşti - əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.