Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Qədiməli Əhməd
Qədiməli Əhməd — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Beynəlxalq "Rəsul Rza" mükafatı laureatı. == Həyatı == Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ilin avqust ayının 27-da Lerik rayonunun Şivlə kəndində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1985-ci ildə həmin universiteti əla qiymətlərlə bitirmiş və təyinatla Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi Cəbrayıl Ağayev adına Biləvər kənd orta məktəbinə göndərilmişdir. Hal-hazırda həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi və məktəbin Həmkarlar ittifaqının sədridir. Qədiməli Əhməd orta məktəbdə oxuduğu illərdə yaradıcılığa başlamışdır. Bədii, elmi və publisistik əsərləri “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və.s. qəzetlərdə, Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və.s. jurnallarda çap olunur. Eyni zamanda kultaz.com mədəniyyət portalında yayımlanır.
Səfərəli Babayev
Səfərəli Yaqub oğlu Babayev – (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü. == Həyatı == S. Y. Babayev Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji institutu coğrafiya fakultəsini bitirmişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur. 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir. 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir. 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi çesilmişdir. 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur. 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri teyin olunub 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
Səfərəli Məmmədov
Məmmədov Səfərəli İbrahim oğlu (30 dekabr 1929, Əhən, İsmayıllı rayonu – 22 mart 2010, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı, Bakı şəhərinin fəxri vətəndaşı, Prezident təqaüdçüsü == Həyatı == Səfərəli Məmmədov 30 dekabr 1929-cu ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1947-ci ildən Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 48 nömrəli tikinti idarəsində 48 il çalışıb. Trestdə fəhləlikdən trestin Həmkarlar İttifaqının sədri vəzifəsinə qədər yüksəlmişdir. Səfərəli Məmmədov 22 mart 2010-cu ildə vəfat etmişdir.
Səfərəli Vəzirov
Vəzirov Səfərəli Ağarza oğlu (28 aprel 1929, Divəzər, Xızı rayonu – 9 noyabr 1982, Bakı) — qarmon ifaçısı. == Həyatı == Qarmon çalmağı atasından öyrənmiş, daha sonra məşhur qarmonçu Kor Əhəddən (1893-1942) və Teyyub Dəmirovdan (1908-1970) dərs almış, ondan musiqi, ifaçılıq sənətinin sirlərini daha mükəmməl mənimsəmişdir. Az müddətdə Səfərəli el arasında öz dəst-xətti ilə tanınır. Səfərəli qarmon ifaçılığını təkmilləşdirməklə bərabər 1948 ildə Xalq Təsərrüfatı İnstituna qəbul olunur. Tələbə ikən institutda yaratdığı x.ç.a. ansamblına rəhbərlik edir. 1951 ildə Polşada keçirilən Beynəlxalq musiqi festivalının qalibi olur. Onun ifasında 1953-cü ildə lentə alınmış bir sıra muğam («Çahargah» dəstgahı) və rəqslər («Qazaxı», «Kolxozu», «Azərbaycan», «14 nömrə», «Qaytağı», «Tərəkəmə», «Vağzalı»), həmçinin özünün bəstələdiyi «Pambıq çöllərində» kompozisiyası AzRT Fondunda qorunur. Səfərəli Vəzirovun oğlanları əməkdar artistlər Ədalət Vəzirov, Kamil Vəzirov, Ramiz, Babək, Qalib musiqi aləmində tanınmış musiqi ifaçılarıdır.
Usta Səfərəli
Usta Səfərəli (Səfərəli İmamqulu oğlu Qarabaği) (1788-1856) — Qarabağ xanlığının papaqçılarından biri == Həyatı == Səfərəli İmamqulu oğlu 1788-ci ildə Şuşa şəhərinin Qurdlar məhəlləsində anadan olmuşdu. Molla yanında oxumuşdu. Papaqçılıqla məşğul olmuşdu. Qarabağ xanlığının elitar təbəqəsinin papağını tikirdi. Usta Səfərəli 1856-cı ildə Şuşa şəhərində vəfat edib. == Ailəsi == Usta Səfərəli Xədicə ilə ailə qurmuşdu. Zeynal, Həsən, Həzrətqulu, Məmmədqulu adlı oğlanları, Püstə adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ xanlığı, Bakı, "Şuşa", 2007. Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Vəzirəli xan
Vəzirəli xan ibn Mirzə Yəhyaəli xan Baranlı (19 aprel 1780, Lakhnau – 15 may 1817) — Aud nəvvabı. == Həyatı == Vəzirəli xan 19 aprel, 1780-ci ildə Lakhnau şəhərində anadan olmuşdu. Vəzirəli xan 15 may 1817-ci ildə vəfat edib.
Anar Qədirli
Anar Ələsgər oğlu Qədirli - jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “Strateji Kommunikasiyalar Mərkəzi” ictimai birliyinin rəhbəri. == Həyatı və təhsili == 14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür. == Əmək fəaliyyəti == 1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru 1993-1995-ci illərdə “Los Angeles Times” qəzetinin regional müxbiri1993-1996-cı illərdə “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru 1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini 1997-1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant 1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini 2006-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri 2015-2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.
Elnur Qədirli
Elnur Rəcəb oğlu Qədirli (27 avqust 1997, İsmayıllı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Elnur Qədirli 1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. == Hərbi xidməti == Elnur Qədirli 2020-ci il sentyabrın 29-da Hərbi Komissarlıq tərəfindən Vətən müharibəsinə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qədirli oktyabrın 7-də Madagizin azad edilməsi zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Elnur Qədirliyə "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Elnur Qədirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Elnur Qədirli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi Fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb.Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur. 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib oldu və millətvəkili seçildi.
Möhsün Qədirli
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). == Həyatı == Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ildə Lənkəran, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V. S. Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir.
Qədirli (Masallı)
Qədirli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1094 nəfərdir. Qədirli kəndinin ilk ziyalıları Əlimərdan Verdiəliyev(Eynalov), Hacıbaba Fətullayev, Eyvaz Eynalov, Fərəc Ağayev, Məmməd Eynalov, Bibiş Eynalova, Hacıxan Fətullayev, Eynal Eynalov,Loğman Eynalov == Toponimiyası == Kəndin tam adı Qoçaq Qədirli olmuş, sonralar Qoçaq sözü götürülmüşdür. == Tarixi == 16-cı əsrdə Şah Abbasın tərəfdarları tərəfindən əvvəl mövcud olmuş, əsasən türkdilli tayfaların (təklə, qədirli, beydili, qaradağlı, əhmədli və s.) birliyi yaradılmış, həmin birliyə Şahsevənlər adı verilmişdir. XVII əsrin sonlarında Şah Abbasın göstərişi ilə şahsevən tayfaları Ərdəbil ətrafından Muğan bölgəsinə köçürülmüşlər. Təsadüfi deyil ki,Türkiyə, Qərbi Azərbaycan,İran , o cümlədən Qobustan,Tovuz,Qubadlı,Şamaxı rayonları ərazisində Qədirli toponiminə rast gəlinir.(İranın Leriklə həmsərhəd bölgəsində Qədirli,,Həsənli kəndləri biri-biriylə qonşu yerləşir) Qədirli kəndinin qərb hissəsi (Dəlləkli kəndi ilə Qədirli kəndinin arası) yaşlı nəslin bildirməsinə görə Ərəb Qədirlisi adlanırmış. Amma bu ərazidə eramızdan 3 min il əvvəlki dövrə aid küp qəbirlər, şumer yazıları, ilkin orta əsr maddi-mədəniyyət nümunələri, erkən orta əsr qəbirləri (hazırda ziyarətgahdır) və s. vardır. Qədirli kəndinin hazırda əhali məskunlaşmış hissəsində orta əsr islam qəbirləri mövcuddur. Qədirlinin ötən əsrin 50-60-cı illərinə kimi vəfat etmiş şəxsləri Qızılağac kəndində dəfn edilmişdir.
Qədirli (Qobustan)
Qədirli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.
Qədirli (Tovuz)
Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Oykonim Azərbaycan xalqının forma­laşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovul­muş, kənd ilkin adından məhrum olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qədirli (Vedibasar)
Qədirli və ya Qədili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km cənub-şərqdə, Qədili kanalının yanında, Varsaq dağının ətəyində, Çapan çayının kənarında yerləşmişdir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Qədli kimi, Qafqazın 5 verstlik xəritəsində Qadılu fonetik formasında qeyd edilmişdir. Kəndin adı XVIII əsr mənbəyində Ağkilsə erməni mənbələrində Qədirli kimi də göstərilir. Kəndin tarixi adı Qədili olsa da, Sovet hakimiyyəti illərində Qədirli kimi rəsmiləşdirilmişdir. Toponim türk mənşəli qədili nəsil adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi olmuşdur. Patronomik toponimdir. Quruluşca düzəltmə toponimdir. Erm.
Qədirli (İcrud)
Qədirli (fars. قادرلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (5 ailə).
Qədirli bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İsmayıl Qədirli
İsmayıl Elçin oğlu Qədirli (16 sentyabr 1998, Biləsuvar rayonu – 28 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qədirli İsmayıl Elçin oğlu 1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. Məktəb vaxtlarından idmana marağı olan İsmayıl taekvondo idman növü ilə məşğul olmağa başlasa da, ayağında yaranan problemə görə davam etdirə bilmir. 2015-ci ildə orta məktəbi bitirib işə başlayır. == Hərbi xidməti == O, 2017-ci ildə hərbi xidmətə çağırılır. Xidmət etdiyi hərbi hissə komandiri tərəfindən ailəsinə təşşəkkürnamə göndərilir. 2018-ci ildə hərbi xidmətini bitirib, yenidən iş həyatına qayıdır. 27 sentyabr Vətən Müharibəsi başlayanda İsmayıl rayonuna qayıdır və adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-u isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur.
Əmirəli Lahrudi
Əmirəli Lahrudi (1924 – 2014) — Cənubi Azərbaycan Milli hökumətinin nümayəndəsi, tərcüməçi. == Həyatı == Əmirəli Lahrudi Əhmədoğlu 1924-ci ildə Meşkin mahalının Lahrud kəndində anadan olub. 1943-cü ildə Hizi Tudeyi İran təşkilatına üzv olub. 1944-ci ildə partiyanın şərqi Meşkin mahal komitəsinin sədri kimi çalışıb. Əmirəli Lahrudi 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin(ADF) üzvü və Meşkin mahal komitəsinin sədr müavini seçilib. 1946-ci ilin oktyabr ayında Təbrizdə hüquq və siyasi məktəbin tələbəsi olub. Cənubi Azərbaycanda qurulmuş Milli Hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib, siyasi fəaliyətini ADF-nin Ağdam və Quba təşkilatında davam etdiib. 1960-ci ildə Azərbaican Demokrat Firqəsi Hizbi Tudeyi İran ilə birləşdikdən sonra partiyanın mərkəzi komitə üzvü və icraiyyə komitəsinin üzvü seçilib. Əmirəli Lahrudi 1960-dan 1968-ci ilə qədər Almaniyanin Leyipsik şəhərində yerləşən partiyanın mərkəzidə işləmiş,1968-ci ildə Azərbaycana qayıtmış və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində öz fəaliyyətini davam etdirmişdir.Hizbi Tudeyi İranın 16-cı plenumunda (1979-cu il) icraiyyə heyətinin üzvü seçilmişdir. Əmirəli Lahrudi eyni zamanda «Azərbaycan» jurnalının redaktoru vəzifəsində çalışıb,1979-cu ildən bu günə qədər ADF-nin sədridir.
Əmirəli Tahircallı
Əmirəli Tahircallı (1790, Quba xanlığı — 1846, Həcc) — XIX əsr ləzgi əsilli Azərbaycan şairi . == Bioqrafiya == Əmirəli 1790-cı ildə ləzgi kəndi Tahircalda anadan olub. Gəncliyində oradan Kürə rayonuna köçmüş və Yuxarı-Yaraq kəndində mədrəsəsində Məhəmməd Əfəndi Yaraqi müəllimdən elmlər öyrənmiş, sonra onunla birlikdə Avaristana qaçmış və ona xidmət edərək öz payını almışdır. Aşkar və məxfi elmlər baxımından faydalar əldə etmiş, həmçinin qardaşı Məhəmməd Əfəndinin Meymunat adlı qızı ilə evlənmiş və ondan bir oğlu olmuşdur. 1835-ci ildə şair dostu Abdulla ilə birlikdə Quba qəzasının Amsar kəndinə Abbasquli ağa Bakıxanovun yanına gəlir. Sonuncu dostlarının məsləhəti ilə Gülüstan ədəbi dərnəyini təşkil edir və Əmirəli də bu dərnəyin işində iştirak edir . Sonralar Əmirəli oradan Kyurinski rayonuna qayıdıb ailəsini Yuxarı-Yaraq kəndində məskunlaşdırdı və özü də Məkkəyə həcc ziyarətinə getdi və 1846-cı ildə bu səfərdə vəfat etdi . == Yaradıcılığı == Əmirəli Tahircallı poetik irsi iki dövrə bölünür: sürgünə qədərki və sürgündə yazılmış əsərlər. Şair sürgünə qədər əsasən sevgi şeirləri yazıb. Onun sevgi lirikalarına "Sevdiyim", "Aman günüdür", "Deyilmi" ("Elə deyilmi") kimi əsərləri daxildir .
Dizac Səfərəli (Vərziqan)
Dizac Səfərəli (fars. ديزج صفرعلي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 495 nəfər yaşayır (115 ailə).
Səfərəli bəy Kəbirli
Səfərəli bəy Kəbirli — Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri, Zəngəzur mahalının naibi, poruçik. == Həyatı == Səfərəli bəy Əli bəy oğlu Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı.
Səfərəli bəy Vəlibəyov
Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov (1861, Şuşa – 31 avqust 1902, Şuşa) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarif xadimi, pedaqoq, publisist. Səfərəli bəy Vəlibəyov XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. O, Zaqafqaziya (Qori) müəllimlər seminariyasını bitirən ilk üç Azərbaycanlıdan biri olmuş,[mənbə göstərin] ömrünün 16 ilini pedaqoji işə sərf etmişdir. Bu müddət ərzində C.Məmmədquluzadə, N.Nərimanov, S.S. Axundov kimi şəxsiyyətlər ibtidai təhsillərini Vəlibəyovdan almışdır. == Həyatı == Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. 1875–1879-cu illərdə Şuşa şəhər rus məktəbində təhsil almışdır.1879-cu ildə Aleksey Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci sinfinə qəbul etmişdir. Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirini göstərmişdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işgüzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir, dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında təhsil alır. == Fəaliyyəti == Qori müəllimlər seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və Rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar.
Səfərəli bəy Əbdürrəhmanbəyov
Səfərəli bəy Məşədi Hacı bəy oğlu Əbdürrəhmanbəyov (1878-17 may 1899)—Qarabağ bəylərindən. == Həyatı == Hacı bəyin ikinci oğlu Səfərəli bəy 1878-ci ildə Cəbrayıl qəzasının Əbdürrəhmanbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə keçinirdi. Səfərəli bəy 17 may 1899-cu ildə qaçaqlar tərəfindən öldürüldü. Hadisənin təfsilatı: Zəngəzur qəzasının Sisyan nahiyəsinin Pul kəndi yaxınlığında Əbdürrəhmanbəyli köçü qaçaqlarla üzləşdi. Qaçaqlardan Qaragüvəndikli Cabbar Hüseyn oğlu və Əbdülhəsən Bədəl oğlu Səfərəli bəydən qızıl pul tələb etdilər. Səfərəli bəy onlara bir neçə qoç təklif etdi ki, aparın şişlik çəkin. Qızılım yoxdur. Mübahisə edib, çəplşdilər.
Seyidəli Muxtarzadə
Seyidəli Əli oğlu Muxtarzadə (1872-1960)—Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri. == Həyatı == 1905-1911-ci illər İran İnqilabının və Cənubi Azərbaycanda Demokratik Hərəkatın rəhbərlərindən biri Muxtarzadə Seyidəli Əli oğlu İranda, Cənubi Azərbaycanın Urmuyə şəhərində 1872-ci ilin may ayının 19-da anadan olub. Muxtarzədə Seyidəli gənc yaşlarından şah üsuli idarəsinə qarşı vuruşmuş, silahlı partizan dəstələri yaratmışdır. O, 1905-ci ildə İranda, o cümlədən Cənubi Azərbaycanda genişlənən milli-azadlıq hərəkata qoşulmuşdur. Eyni zamanda «Həqiqəti Əncümənin» üzvü olmuşdur. 1906-cı ildə Təbriz üsyanında Mücahidlərə rəhbərlik edənlərdən biri olmuşdur. 1908-ci il iyun ayının 23-də üsyanı boğmaq istəyən irticaçı qüvvələr 40 minlik şah qoşunu ilə Təbrizə daxil oldu. Muxtarzadənin rəhbərliyi ilə fədai dəstələri əksinqilabi qüvvələrə ağır zərbə vuraraq, onları Təbrizdən qovdular. 11 ay davam edən bu vuruşmada Muxtarzadə mahir bir sərkərdə kimi özünü göstərdi. Təbriz üsyanı zamanı İnqilabi Hökumətin Hərbi Şurası yaradıldı.
Yaqub Şakirəli
Yaqub Şakirəli — krım tatar yazıçı, və şairi. == Haqqında == Yaqub Şakirəli 1890-cı ildə Baxçasarayda xırda tacirin ailəsində anadan olub. İbtidai və orta təhsilini Baxçasarayda alıb. 1905-ci ildə Tərcüman qəzetinin nəşriyyatında mətn yığan kimi işə başlayır. İlk dəfə elə bu qəzetdə öz əsərlərini yayımlamağa başlayır. 1916-cı ildən müəllim kimi fəaliyyət göstərir. Türkiyəyə və Kazana yerli ziyalılarla münasibət qurmaq üçün səfərlər edib. "Oxu yaz" (1915), "Məktəb və milli dil" (1916) kimi əsərləri yaradıb. Yaradıcılığında "Qış", "Dan", "Dəniz ilə yel" şeirləri xüsusən fərqlənir. 1917-ci ildə müəllimlər cəmiyyəti onun "Duyğularım" adlı əsərlər toplusunu Baxçasarayda çap etdirir.
Viktor Şirəli
Viktor Heydər oğlu Şirəlizadə (7 may 1945 – 19 fevral 2018) — Azərbaycan əsilli Rusiya şairi. Leninqrad anderqraundunun nümayəndəsi. == Həyatı == Viktor Heydər oğlu Şirəlizadə 1945-ci il mayın 9-da Leninqrad şəhərində anadan olub və Böyük Vətən müharibəsindəki qələbənin şərəfinə və Leninqradın blokadası zamanı aclıqdan ölən babasının şərəfinə adlandırılıb. Viktor Şirəlinin özünün dediyinə görə, atası Heydər Həsən oğlu Şirəlizadə, əslən Cənubi Azərbaycandandır. O, 1916-cı ildə anadan olub və əczaçı işləyib. Şairin dediyinə görə atası türkcə (azərbaycanca) şeirlər yazırdı. Anası Mariya Viktorovna Lazareva, 1925-ci ildə Pskov quberniyasından olan kəndli ailəsində anadan olub. Onun dediyinə görə atası ilə anası müharibə zamanı atasının döyüşdüyü Leninqrad yaxınlığında tanış olublar. 1955-ci ildə onlar ayrılıblar. 1963-cü ildə məktəbi bitirdikdən sonra V.Şirəli elektrik, radiomontajçı, təchizat agenti, rəqs pavilyonunun inzibatçısı, kitabxanaçı, qayıq stansiyasında gözətçi kimi işləyib.
İskəndər Şirəli
İskəndər Yaqub oğlu Şirəli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestinin müdiri (2007), Elmlər doktoru (2014), Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü (2014), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professoru (2015). == Həyatı == İskəndər Yaqub oğlu Şirəli 1960-ci il noyabrın 21-də Neftçala rayonu, Novovasilyevka kəndində anadan olub. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunu “Dağ mühəndisi” ixtisası üzrə fərqlənmə (qırmızı) diplomu ilə bitirib. Ailəlidir, 4 övladı, 4 nəvəsi var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1983-cü ildə “Xəzərdənizneft” İstehsalat Birliyi, “Səngəçal” Dəniz Qazma İşləri İdarəsində qazmaçı köməkçisi peşəsindən başlayıb. 1984-cü ildə həmin idarədə buruq ustası, 1990-cı ildə 2 saylı rayon Mühəndis - Texnoloji Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. 1991-1992-ci illərdə Sankt-Peterburq, “Zond” istehsalat müəssisəsinin Bakı filialının rəisi vəzifəsində işləyib. 1992-ci ildən “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsində Baş mühəndis, 1993-cü ildən “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin rəisi, 2006-cı ildən Abşeron Qazma İşləri İdarəsinin rəisi, 2007-ci ildən SOCARın “Kompleks qazma işləri” trestinin müdir vəzifələrində çalışıb. 2019-cu ilin may ayından SOCARın Sənaye Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyir. == Elmi fəaliyyəti == 2001-ci ildə Texnika Elmlər namizədi alimlik dərəcəsi, 2014-cü ildə Elmlər doktoru elmi dərəcəsi alıb.