Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səfayət Hümbətov
Səfaiyə
Səfaiyə — İranın Kirman ostanının Rəfsəncan şəhristanının Firdovs bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,961 nəfər və 499 ailədən ibarət idi.
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1981). Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.
Səmayə Quliyeva
Səmayə Əli qızı Quliyeva — Sovet Azərbaycan patofizioloqu, tibb elmləri doktoru, professoru, Azərbaycan SSR əməkdar həkimi. Səmayə Quliyeva 1 iyun 1927-ci ildə Bakı, Azərbaycanda doğulmuşdur. Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun patofiziologiya kafedrasının müdiri olaraq çalışmışdır. Tədqiqatı, əsasən, allergiyaya, eksperimental onkologiyaya və Naftalan nefti probleminə həsr olunmuşdur. Respublika Patofizioloqlar Cəmiyyətinin sədri də olmuşdur.
Səmayə Sadıqova
Səmayə Seyfulla qızı Sadıqova — aktrisa. Səmayə Sadıqova M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. 1955-ci ildən 1977-ci ilə kimi bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. 1995-2000-ci illərdə S.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Sumqayıt Dram Teatrında çalışdığı illərdə ona "Əməkdə fərqlənmə"yə görə medalı və Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilmişdir. 1993-cü ildə Aqşın Babayevin "Oğul" tamaşasında yaratdığı Ana obrazına görə ilin ən yaxşı aktrisası olub, Teatr Xadimlər ittifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Səmayə Əliyeva
Səmayə Əliyeva (1934 və ya 1937, Tütəpeştə, Lənkəran rayonu – 18 oktyabr 2013, Lənkəran) — Sosialist Əməyi Qəhrəmanı (1966); Azərbaycan prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Səmayə Dadaş qızı Əliyeva 1934-cü ildə Lənkəranın Tütəpeştə kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. Lənkəran Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. Rayondakı Dövlət Maşın Sınaq Stansiyasında manqa başçısı, briqadir və sahə aqronomu vəzifələrində çalışmışdır. 1966-cı ildə çaybecərmə sahəsində göstərdiyi yüksək nəticələrə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Bir neçə çağırış SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Dəfələrlə ÜLKGİ və Azərbaycan Kommunist Partiyası qurultaylarının nümayəndəsi, Azərbaycan KP MK-nın üzvü olub. Səmayə Əliyeva 2002-ci ildən Azərbaycan prezidentinin fərdi təqaüdçüsü idi. 2013-cü ilin oktyabr ayında Lənkəranda vəfat etmişdir.
Səfiyə Əli
Səfiyə Əli (türk. Safiye Ali; 2 fevral 1891, Konstantinopol, Osmanlı imperiyası – 5 iyul 1952, Dortmund, Şimali Reyn-Vestfaliya) — Türk həkimi. O, Türkiyə Respublikasının ilk qadın həkimi və tibb təhsili almış ilk qadınıdır. Ana və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən Səfiyə Əli Süd Damlası Evləri ilə tanınır. O, həkim fəaliyyəti ilə yanaşı, İstanbulda başlayan feminist hərəkatına da qatılaraq türk qadınlarının seçilmək hüququ uğrunda mübarizə aparıb. Səfiyə Əli 1894-cü ildə İstanbulda anadan olub. Onun atası Sultan Əbdüləziz və II Əbdülhəmidin köməkçilərindən Əli Kırat Paşa, anası isə Şeyxülhərəm Hacı Emin Paşanın qızı Əminə Hasenə xanımdır. Səfiyə Əli ailədə dörd bacının ən kiçiyi olub. Ailəsi Osmanlı imperiyası dövründə müxtəlif xidmətləri ilə tanınırdı. Onun babası Hacı Emin Paşa 17 il Məkkə Şeyxülislamı olmuş və hələ də fəaliyyət göstərən beş vəqf təsis etmişdir.
Sərayə əl-Salam
Sərayə əl-Salam (ərəb. سرايا السلام‎, hərf. Sülh bölükləri) — 2014-cü ildə yaradılmış İraq şiə milisi. Onlar Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsidir və "Mehdi Ordusu" qruplaşmasının dirçəlişi cəhdidir. Onlar Müqtəda əs-Sədr tərəfindən şiə ziyarətgahlarını İslam Dövlətindən qorumaq üçün yaradılmışdır. 2014-cü ilin iyun ayında bu "Sülh bölükləri" İraq müharibəsi zamanı "Mehdi Ordusu"nun əsas əməliyyat mərkəzi olması ilə tanınan Bağdadın Mədinət-əs-Sədr gecəqondusunda yürüş etmişdilər. "Sülh bölükləri" türbələri qorumaqla yanaşı 2014-cü ilin oktyabrında Cüfr ən-Nəsr geri alınması kimi hücum əməliyyatlarında iştirak etmişdilər. Onlar 2015-ci ilin fevralında fəaliyyətlərini müvəqqəti dayandırmışdılar, lakin mart ayında İkinci Tikrit döyüşündə fəallıq göstərmişdilər.
Sərayə əl-Xorasani
Sərayə əl-Xorasani və ya Xorasan briqadası (ərəb. سرايا طليعة الخراساني‎, Sərayə Təli-ə əl-Xurasani; hərf. Xorasanın avanqard bölükləri), həmçinin 18-ci Briqada — Xalq Səfərbərlik Qüvvələrinin 2013-cü ildə yaradılmış şiə islamçı milisləri. İraqda ikinci vətəndaş müharibəsi və Suriyada vətəndaş müharibəsində iştirak etmişdir. Qrup adını VIII əsrdə yaşamış müsəlman lideri Əbu Müslim Xorasanidən götürmüşdür. Bu silahlı qrupun üzvləri iraqlı olsa da, onun loqosu İran İslam İnqilabı Keşikçiləri Korpusunun loqosunu təqlid edir. Onun ideologiyası şiə islamına əsaslanır və Əlinin ailəsinə işarə edir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Tsubame Şəhər Sənayə Tarixi Muzeyi
Tsubame Sənaye Materialları Muzeyi (燕市産業史料館, Tsubame-şi Sanqyo Şiryokan) – Yaponiyanın Niiqata prefekturasının Tsubame şəhərində yerləşən tarix və sənaye muzeyi. Muzey Tsubame şəhərinin sənaye tarixinə həsr olunmuşdur. == Tarixi == Tsumabe şəhəri Yaponiyada qaşıq, bıçaq və çəngəl istehsalı ilə məşğul olan əsas yer hesab olunur. Muzey 1973-cü ildə açılmışdır. 1984-cü ildə Maruyama kolleksiyası muzeyə əlavə olunmuşdur. 2008-ci ildə muzeyin yeni binası istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra muzey 19 aprel 2019-cu ildə ildə yenidən açılmışdır. == Ekspozisiya == Muzey əsas bina və yeni bina olmaqla iki tikilidən ibarətdir. Əsas bina iki mərtəbədən ibarətdir. Əsas binanın birinci mərtəbəsi Tsubame şəhərinin metalişləmə sənayesinə, texnologiya tarixinə və ənənələrinə, sənətkar bacarıqlarına həsr olunmuşdur.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Şəfayət Mehdiyev
Mehdiyev Şəfaət Fərhad oğlu (15 dekabr 1910, İran – 15 dekabr 1993, Bakı) — Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, professor. Şəfaət Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olmuşdur. Neftin mənşəyinə, Azərbaycan geologiyası, tektonikası və neftli – qazlığına dair çoxsaylı monoqrafiyaların, xəritələrin, ali məktəblər üçün sanballı dərsliklərin müəllifidir. Şəfaət Mehdiyev 1910-cu il dekabr ayının 15-də İranın Sərab vilayətinin Şalqun kəndində dünyaya göz açmışdır. 4 yaşında atasını itirmiş, uşaqlığı Bakının Sabunçu qəsəbəsində keçmiş və orada birinci dərəcəli məktəbi bitirmişdir. Ailəni saxlamaq üçün o, oxumaqla yanaşı, həm də işləyirdi. 1930-cu ildə Ş. Mehdiyev M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fəkültəsinə daxil olur. Çalışqanlığı və dərin biliyi ilə tezliklə tələbə yoldaşlarının və müəllimlərinin diqqətini cəlb edir. 1932-ci ildə onun rus dilindən Azərbaycan dilinə tərcümə etdiyi professor P. P. Suşinskinin "Kristalloqrafiya kursu" kitabı nəşr olunur. Bu kitab 20–25 il ərzində respublika institutlarının Azərbaycan bölmələrində dərslik kimi istifadə edilir.
Sənayə və İnfrakstruktur İnkişafı Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Sənayə və İnfrakstruktur İnkişafı Nazirliyi (qaz. Қазақстан Республикасы Индустрия және инфрақұрылымдық даму министрлігі) — Qazaxıstan Respublikasının mərkəzi icra orqanı. Nazirlik, Qazaxıstan Respublikası Prezidentinin 06.08.2014-cü il tarixli 875 saylı fərmanına uyğun olaraq funksiya və səlahiyyətlərin ona verilməsi ilə yaradıldı: Elektrik enerjisi, atom enerjisi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində funksiya və səlahiyyətlər istisna olmaqla, Qazaxıstan Respublikası Sənaye və Yeni Texnologiyalar Nazirliyi; Arxiv işləri və sənədləşdirmə sahəsində funksiya və səlahiyyətlər istisna olmaqla, Qazaxıstan Respublikasının Rabitə və İnformasiya Agentliyi; sənaye təhlükəsizliyi sahəsində - Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyindən; Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi; Qazaxıstan Respublikasının Milli Kosmik Agentliyi. Aset İsekeşev, Qazaxıstan Respublikası Baş nazirinin müavini - Qazaxıstan Respublikası Sənaye və Yeni Texnologiyalar naziri vəzifəsindən azad edilərək, yeni departamentin naziri təyin edildi. 26 dekabr 2018-ci il tarixində Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyi Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi olaraq yenidən təşkil edildi. İnvestisiyaların cəlb edilməsinə dair dövlət siyasətinin formalaşdırılması sahəsindəki funksiya və səlahiyyətlər Qazaxıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyinə, investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi sahəsində funksiyalar və səlahiyyətlər Xarici İşlər Nazirliyinə verilmişdir Qazaxıstan Respublikasının işləri. İnvestisiya Komitəsi Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətinə verildi. 12 mart 2010-cu il tarixində Enerji və Mineral Ehtiyatlar Nazirliyindən elektrik enerjisi, dağ-mədən və nüvə sənayesindəki funksiyaları ilə qeyri-neft sektoruna nəzarət etmək üçün Sənaye və Yeni Texnologiyalar Nazirliyinə çevrildi. 6 avqust 2014-cü il tarixində Nəqliyyat və Rabitə Nazirliyinin, Milli Kosmik Agentliyin, Rabitə və İnformasiya Agentliyinin funksiyaları İnvestisiya və İnkişaf Nazirliyi olan bir quruma verildi. 26 dekabr 2018-ci il tarixində, funksiyaları Milli İqtisadiyyat Nazirliyinə və Daxili İşlər Nazirliyinə verildikdən sonra Nazirlik Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi olaraq yenidən təşkil edildi.
Səhabə
Səhabə — köməkçi, yoldaş, dost mənalarında işlədilir. Hətta bəzi Şiə mənbələrində[hansı?] İmam Mehdinin 313 səhabəsi olacağı qeyd edilir. İmam Sadiq həmçinin demişdir: Kim ki Sübh namazında 40 gün Əhd duasını oxuyarsa o, İmam Mehdinin səhabələrindən olar. Və əgər o, İmam Mehdinin zühurundan öncə ölsə Allah onu İmam Mehdi zühr etdikdə yenidən dirildər.
Keson sənaye bölgəsi
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir, sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır. Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir. 2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır. 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi.
Maliyyə-sənaye qrupu
Maliyyə qrupu, Maliyyə-sənaye qrupu - qanunla nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur. Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur. Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Maliyyə-sənaye qrupuna muəssisələr, idarələr, təskilatlar, maliyyə-kredit idarələri, investisiya institutları daxil olur. Maliyyə-sənaye qrupları texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və xidmətlər satısının genisləndirilməsinə və rəqabət qabiliyyətinin yuksəldilməsinə yonəldilmis investisiya və digər layihə və proqramların həyata kecirilməsi ucun; istehsalın səmərəlilik və rəqabət qabiliyyətinin yuksəldilməsi, yeni is yerlərinin təskili ucun; səmərələsdirici kooperasiya əlaqələrinin yaradılması, ixrac potensialının artırılması, elmi-texniki tərəqqinin surətləndirilməsi, mudafiə muəssisələrinin konversiyası ucun yaradılır.
Rudnıy Sənaye İnstitutu
Rudnıy Sənaye İnstitutu (qaz. Рудный индустриалдық институты) — Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin şimal bölgəsindəki mədən sənayesi, enerji və tikinti sənayesi üçün mühəndis kadrları üçün bir təlim mərkəzidir. İnstitutun strukturunda 3 fakültə və 6 kafedra var. Orta hesabla tələbə sayı 1243 nəfərdir (1 iyun 2018-ci il tarixinə). Əvvəlcə fakültə Qazaxıstan Politexnik İnstitutunda yaradılmışdır. 1964-cü il institutun filialı oldu. 1978 Rudny Sənaye İnstitutu olaraq quruldu. İnstitut elektromexanika, iqtisadiyyat və informasiya sistemləri, mədənçilik və inşaat fakültələrində 14 fərqli sahə üzrə mühəndis hazırlayır. 21 kafedra vardır.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Sərmayə
İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. == Həyatı == Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Kifayə hərəkatı
Kifayə (ərəb. كفاية‎, [keˈfæːjæ]) — tam adı (ərəb. الحركة المصرية من أجل التغيير‎‎) Misir Ərəb Respublikasında siyasi partiya.
Safiyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.
Riyad Səlamə
Riyad Tofiq Səlamə (ərəb. رياض توفيق سلامة‎ Riyāḍ Tawfīq Salāma; 17 iyul 1950, Əntilyas, Cəbəl Lübnan mühafəzəsi[d]) — 1993-cü ilin aprelindən 2023-cü ilin iyuluna qədər vəzifədə olmuş Livanın mərkəzi bankının keçmiş rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Səfurə Əbdürrəhmanova
== Haqqında == Əbdürrəhmanova Səfurə Dadaş qızı 1929-cu ildə Şəki rayonunun Orta Zəyzid kəndində anadan olmuşdur. 1942–1956-cı illərdə Lenin adına kolxozda manqabaşçısı kimi çalışmışdır. O, 1949-cu ildə 3 hektar sahənin hər hektarından 28,6 sentner "Trabzon" növlü tütün götürərək yüksək əmək göstəricisinə nail ola bilmişdir. 1950-ci ildə "Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif edilmişdir.
Əsmayə Hacıyeva
Əsmayə Hacıyeva — (9 mart 2005 - Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Xırdalan Siti", "8-li İOEUGİM" klubunun və Azərbaycanın qadınlardan ibarət U19 millisinin keçmiş yarımmüdafiəçisi. Əsmayə 2023-cü ildə karyerasını başa vurmuşdur. Hazırda "Sabah" klubun qadınlar ibarət komandasında məşqçi olaraq çıxış edir == Həyatı və Karyerası == 2021/2022-ci il futbol mövsümündə"8-li İOEUGİM" klubunda çıxış edirdi. Bu klubunda ilk ildə çempion tituluna yiylənməşdir. Növbəti sezon, yəni 2022/2023 sezonunda "Xırxalan Siti" klubunda çıxış etmişdir. Bu klubda 3-cülük əldə etmişdir. Daha sonra karyerasını erkən dövrlərdə bitirərək futbol məşqçisi kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycanın gənc məşqçilərdindən biri olaraq tanınır. == Milli Karyerası == 2021-ci ildə Azərbaycanın qadınlardan ibarət U17 millisinə dəvət əldə etmişdir.
Hekayə
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsilə fikirlərdən ibarət olur. == Süjet == Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir: Əhvalatın başlanğıcı Hadisə Fakt Münasibətlərin doğulması Ziddiyyətlərin toqquşması Münaqişənin inkişafı Kulminasiya "Düyünlərin" açılması == Tarixi == Qədim Yunanıstandakı "Ərəb gecələri" adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı. Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun "Dekameron" əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan "vəba" epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.
Secale
Çovdar (lat. Secale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar e.ə. I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI-XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir.