Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mumiya sağdır (film, 1993)
Mumiya yaşayır (ing. The Mummy Lives) — 1993-cü ildə istehsal olunmuş "Mumiya" haqqında çəkilmiş filmlərdən biridir. Film ABŞ yazıçı və fantastçısı Edqar Allan Ponun əsəri əsasında çəkilmişdir. Filmin mövzusu həm keçmişdə, həm də gələcəkdə baş verən hadisələri əhatə edir. Film "Nə vaxt ki, səmalar bir-birnə birləşəcəksə, Zot, qisas allahı sevgilisinin qayıdışını gözləyəcək və gecə yarısında peyda olacaqdır" ifadəsi ilə başlayır və bürclər haqqında qısa məlumat verilir. Varlı olan eksentrik arxeoloq lord Makston (Cek Koen) Misir səhrasında qəbir aşkar edir. Bu qəbir yuxarı Misir rahibi Əzizə (Toni Körtis) məxsusdur. Həmin rahib Allah Zotun qulluqçusu Kiaya (Lesli Hardi) aşiq olur. Bu səbəbdən Zot onu cəzalandırır. Rahib Əziz diri-diri qəbirdə basdırılır.
Pələng sağdır (film,2017)
Pələng Sağdır-Əli Abbas Zəfər tərəfindən çəkilmiş antiterrorizm şüarında film.Baş qəhrəman Salman xandır. Salman Xan — Avinash "Tiger" #Sinq Ratore Katrina Kaif — Zoya Sinq Rathore Sajjad Delafrooz — İŞİD şeyxi Əbu Osman Pareş Rawal — Firdaus ,Tohbaan Angad Bedi — Namit Khanna Kumud Mishra — Rakesh Prajapati Girish Karnad — Senoy,kompüter hakeri Sal Yusuf — Əmir Əbu bəkr Bağdadi Pareş Pahuca — Azan Əkbər Neha Hinq — Mariya Qavi Çahal — Captain Abrar Anupriya Goenka — Poorna Kəşmir İrani — Pakistan əsilli tibb bacısı Sana Anant Vidhat Şarma — Karan Ivan Rodrigues — Hindistanın İraqdakı səfiri Siddhartha Basu — Hindistan XİN Ancana Om Kaşyap Danis Bhatt — Kapitan Javed Xalida Jan Turay — Pakistanlı tibb bacısı Tibb bacısı Naqma Nawab Şah — Pawan Zachary Coffin — Qari Casey Shannon — Sam Jacobs Najmeddin Al Hadad — Hakim Vibhoutee Sharma — Jiya Sartaaj Kakkar — Junior Jineet Rath — Suriya əsilli Həsən Nimash Dulantha Əvvəlki film hadisələrindən 8 il sonra Tiger və Zoya həm RAW, həm də İŞİD-in gözü qarşısında uzaq bir yerdə, dinc bir həyat sürür. Rəsmi agentliklərinin sənədlərində ölü elan edilmiş Tiger və Zoya, indi evlidirlər və Junior adlı bir oğlu var. Dünya, Tiger və Zoya'nın sonuncusunu təhlükə güclü, hələ naməlum bir düşmən şəklində vurarkən həyatlarını xaosa ataraq gördüklərinə inanır. İraqdakı qaranlıq bir gecədə bir Amerikalı jurnalist, bəzi ISC mühafizəçiləri tərəfindən öldürülməzdən əvvəl CIA-ya xəbərdarlıq mesajı yazır. İkritdə mitinq keçirərkən İSC lideri Əbu Usman İraq Ordusu tərəfindən qolundan vurularaq şəhər xəstəxanasına aparılır. Əbu Usman Hindistan və Pakistan tibb bacılarını girov saxlayır və xəstəxananı öz bazası halına gətirir. ABŞ ordusu Usmanı öldürmək üçün şəhərə hava zərbəsi endirməyə qərar verir. Hindistan tibb bacısı Maria, Bağdaddakı Hindistan səfirliyinə Hindistanın İraqdakı səfirinə zəng edərək hadisə barədə məlumat verdi. CIA, RAW sədri Shenoya tibb bacılarını xilas etmək üçün yeddi gün vaxt verir, bundan sonra hava hücumunu keçirəcəklər.
Pələng sağdır (film, 2017)
Pələng Sağdır-Əli Abbas Zəfər tərəfindən çəkilmiş antiterrorizm şüarında film.Baş qəhrəman Salman xandır. Salman Xan — Avinash "Tiger" #Sinq Ratore Katrina Kaif — Zoya Sinq Rathore Sajjad Delafrooz — İŞİD şeyxi Əbu Osman Pareş Rawal — Firdaus ,Tohbaan Angad Bedi — Namit Khanna Kumud Mishra — Rakesh Prajapati Girish Karnad — Senoy,kompüter hakeri Sal Yusuf — Əmir Əbu bəkr Bağdadi Pareş Pahuca — Azan Əkbər Neha Hinq — Mariya Qavi Çahal — Captain Abrar Anupriya Goenka — Poorna Kəşmir İrani — Pakistan əsilli tibb bacısı Sana Anant Vidhat Şarma — Karan Ivan Rodrigues — Hindistanın İraqdakı səfiri Siddhartha Basu — Hindistan XİN Ancana Om Kaşyap Danis Bhatt — Kapitan Javed Xalida Jan Turay — Pakistanlı tibb bacısı Tibb bacısı Naqma Nawab Şah — Pawan Zachary Coffin — Qari Casey Shannon — Sam Jacobs Najmeddin Al Hadad — Hakim Vibhoutee Sharma — Jiya Sartaaj Kakkar — Junior Jineet Rath — Suriya əsilli Həsən Nimash Dulantha Əvvəlki film hadisələrindən 8 il sonra Tiger və Zoya həm RAW, həm də İŞİD-in gözü qarşısında uzaq bir yerdə, dinc bir həyat sürür. Rəsmi agentliklərinin sənədlərində ölü elan edilmiş Tiger və Zoya, indi evlidirlər və Junior adlı bir oğlu var. Dünya, Tiger və Zoya'nın sonuncusunu təhlükə güclü, hələ naməlum bir düşmən şəklində vurarkən həyatlarını xaosa ataraq gördüklərinə inanır. İraqdakı qaranlıq bir gecədə bir Amerikalı jurnalist, bəzi ISC mühafizəçiləri tərəfindən öldürülməzdən əvvəl CIA-ya xəbərdarlıq mesajı yazır. İkritdə mitinq keçirərkən İSC lideri Əbu Usman İraq Ordusu tərəfindən qolundan vurularaq şəhər xəstəxanasına aparılır. Əbu Usman Hindistan və Pakistan tibb bacılarını girov saxlayır və xəstəxananı öz bazası halına gətirir. ABŞ ordusu Usmanı öldürmək üçün şəhərə hava zərbəsi endirməyə qərar verir. Hindistan tibb bacısı Maria, Bağdaddakı Hindistan səfirliyinə Hindistanın İraqdakı səfirinə zəng edərək hadisə barədə məlumat verdi. CIA, RAW sədri Shenoya tibb bacılarını xilas etmək üçün yeddi gün vaxt verir, bundan sonra hava hücumunu keçirəcəklər.
Cümə, ayın 13-ü. Ceyson sağdır (film, 1985)
Cümə, ayın 13-ü. Ceyson sağdır (ing. Friday the 13th Part VI: Jason Lives) — 1986-cı ildə istehsal olunmuş ABŞ filmidir.
Cümə, ayın 13-ü. Ceyson sağdır (film, 1986)
Cümə, ayın 13-ü. Ceyson sağdır (ing. Friday the 13th Part VI: Jason Lives) — 1986-cı ildə istehsal olunmuş ABŞ filmidir.
Ardıc
Ardıc (lat. Juniperus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. XVII əsr müəllifi Məhəmməd Möminə görə, ardıc həlimi sidikqovucu təsirə malikdir, ələş xəstəliyində və bağırsaqda bəzi qurd növlərinə qarşı kömək еdir. Ovxalanmış ardıcın iynəyarpağından hazırlanmış komprеs xoralarda, bədənin kеyiməsində, uyuzda xеyirlidir. Ovxalanmış mеyvələrinin sirkə ilə mərhəmi saç töküldükdə xеyirlidir. Ardıc mеyvələri və əncirdən hazırlanmış məlhəm bədən donmasında tətbiq еdilir. Təngənəfəslikdə 30 q ardıq mеyvələrinin, 15 q kərə yağı və 60 q balın qarışığı məsləhət görülür. Həddindən artıq qəbul еdildikdə, ardıc qaraciyərə ziyandır. Bu zaman quluncan köməyə gəlir. Ardıc mədəyə ziyan vеrməsin dеyə onu bal ilə qarışdırmaq lazımdır.
Sağrı
Sağrı (lat. Clunis) - çanağın arxa və yan hissələrini əhatə edən bir cüt yarımkürə şəkilli yumuşaq toxuma, dərialtı piy qatı və sarğı əzələlərindən (böyük sağrı əzələsi,orta sağrı əzələsi,kiçik sağrı əzələsi) formalaşan insan bədəninin bir hissəsi. Hər bir sağrı yarımkürəsi yuxarı nahiyyədən bel-oma rombu və qalça sümüyü qanadları ilə, aşağıdan isə sarğı büküşü və aralıqla, iç tərəfdən sağrı yarığı ilə nəhayətlənir.
Sandıq (1982)
Film sehrli sandıqla bağlı maraqlı əhvalatdan bəhs edir. Film şair Yuri Yakovlevin şeri əsasında çəkilmişdir. Film rejissor Vahid Talıbovun diplom işidir. Əsərin müəllifi: Yuri Yakovlev (titrlərdə yoxdur) Ssenari müəllifi: Yuri Koval Quruluşçu rejissor: Vahid Talıbov Quruluşçu rəssam: Teymur Məmmədov Quruluşçu operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Mahnı ifa edən: Oleq Anofriyev Emalatxana: R.Kaçanov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Ağıriyli ardıc
Ağıriyli ardıc (lat. Juniperus foetidissima) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növdür. 5-6 (16) m-ə qədər hündürlüyə malik ağac və ya 1,5- hündürlüyündə koldur. Yarpaqları tünd-yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqdır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1-2 və bəzən 3 ədəd olub, oval və ya yumurtavari, açıq-qəhvəyi rəngdədir. Aprel-may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr-dekabr aylarında tamam yetişir.
Birtoxumlu ardıc
Birtoxumlu ardıc (lat. Juniperus monosperma) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Cırtdan ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Fikrət Sadıq
Sadıqov Fikrət Abbas oğlu — şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1990). Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində, Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl etmişdir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s.
Hündür ardıc
Hündür ardıc (lat. Juniperus excelsa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Qara dəniz sahillərində, Krasnodar vilayətində, Krımda, Balkanda və Kiçik Asiyada yayılmışdır. Dəniz səviyyəsindən 360-400 m-ə qədər hündürlükdə dağ yamaclarında bitir. Toxumla çoxalır, palıdla, ardıcların digər növləri ilə birlikdə meşə qruplaşmalrında bitir. Toxumvermə bir ildən sonra müşahidə edilir. 600 ilə qədər yaşayır. 1941-1943-cü illərin hərbi hərəkatları, ardıc meşələrinin sistemsiz qırılması əkinlərə böyük ziyan vurmuşdur. Bundan əlavə 1951-1957-ci illərin quraqlıqları, zərərverici və xəstəliklərin kütləvi yayılması meşələrin vəziyyətinə mənfi təsir göstərmişdir. Hazırda Şimal-Qərbi Qafqazın hündür ardıc meşələrinin vəziyyəti acınacaqlıdır.
Mirzə Sadıq
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar. Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.
Qalınqabıq ardıc
Qalınqabıq ardıc (lat. Juniperus deppeana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qoxumuş ardıc
Ağıriyli ardıc (lat. Juniperus foetidissima) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir - NT. Azərbaycanın nadir növdür. 5-6 (16) m-ə qədər hündürlüyə malik ağac və ya 1,5- hündürlüyündə koldur. Yarpaqları tünd-yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqdır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1-2 və bəzən 3 ədəd olub, oval və ya yumurtavari, açıq-qəhvəyi rəngdədir. Aprel-may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr-dekabr aylarında tamam yetişir.
Qurbanəliyev sadıq
Sadıq Bağırov
Sadıq Bağırov (1940—2015) — azərbaycanlı əməkdar rəssam. Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır. O, Rusiya prezidenti Vladimir Putinin mədəniyyət məsələləri ilə bağlı Kaluqa vilayəti üzrə müşaviri olmuşdur. 20 may 2015-ci ildə vəfat etmişdir. Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Sadıq Dadaşov
Sadıq Ələkbər oğlu Dadaşov (2 (15) aprel 1905, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 24 dekabr 1946, Moskva) — Azərbaycan-sovet memarı, memarlıq tarixçisi, Azərbaycan sovet memarlığının banilərindən biri, professor, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), "Stalin" mükafatı laureatı (1941). Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda anadan olmuşdur. Sadıq Dadasov 1929-cu ildə M. Əzizbəyov adına Bakı Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir. O, 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olmuşdur. Sadıq Dadaşov 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə yeni yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilmişdir. 1940-cı ildə ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilmiş və 1941-ci ildə SSRİ Dövlət mükafati laureatı olmuşdur. O, "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilmişdir. Sadıq Dadaşov 24 dekabr 1946-cı ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur. Sadıq Dadaşov Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O, Azərbaycan memarlığı tarixinin öyrənilməsinin əsasını qoymuş, bu məqsədlə 1934–1940 və 1944–1946 illərdə Azərbaycanın bir sıra rayonlarına elmi səfərlər təşkil etmişdir.
Sadıq Elcanlı
Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari müəllifi, kino redaktoru. Sadıq Elcanlı 12 yanvar 1956-cı ildə Dəvəçinin Surra kəndində anadan olub. Universitetin flologiya fakültəsində təhsil alıb (1974-1979). 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində işləyir, ədəbiyyat və incəsənət redaksiyasında baş redaktordur. "Sirli səsin sorağı", "Əbədi sevginin xatirələri" povest və hekayələr kitabının müəllifi, əməkdar jurnalistdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy tərəfindən “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — ssenari müəllifi "Atikva" ümid deməkdir (film, 1994) Avşarlar (film, 1996) Bəsdir, ağlama! (film, 1999) Bir ömrün xatirəsi (film, 2007) Böyük ömrün davamı (film, 2007) Dahi qurucu (film, 2009) Dünya bir pəncərədir (veriliş, 2007) Etnoqrafik etüdlər (film, 1996) Ey, Vətən! (film, 1995) Əbədi zirvə (film, 1998) Əbədiyyət ünvanı (film, 2004) Güllələnmiş heykəllər (film, 2002) Hacı Arif (film, 1995) Heydər Əliyev və Azərbaycan dili (film, 1997) Xilaskar. I film (film, 2003) Xilaskar.
Sadıq Hüseynov
Sadıq Hüseynov (aktyor)
Sadıq Həsənzadə
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Sadıq Murtuzayev
Sadıq (Sadıx) Nəbi oğlu Murtuzayev (25 iyul 1927, İlisu, Zaqatala qəzası[d] – 4 fevral 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi, Şəki, Abşeron və Ağdam Rayon Partiya Komitələrinin birinci katibi. S. Murtuzayev 1956-cı ildə Zaqatala rayon Partiya Komitəsinin ikinci katibi seçilir. Bir qədər sonra namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik adı alır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov onun bu işini alqışlayır, digər partiya işçilərinə nümunə göstərir. Sadıq müəllim tez-tez respublika mətbuatında aktual mövzularla çıxışlar edir. 1959-cu ildə Zaqatala rayon Partiya Komitəsinin birinci katib seçilən S. Murtuzayev cəmi ilyarım sonra SSRİ Ali Sovetinın deputatı olur və Sov. İKP-nin XXII qurultayına nümayəndə seçilir, Lenin orderinə layiq görülür. 1962-ci ildə Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri, 1963-cü ildən 1990-cı ilin sonunadək Abşeron, Şəki, Ağdam və yenidən Abşeron rayonlarının birinci katibi vəzifələrində çalışır. O, eyni zamanda 30 ilə yaxın Azərbaycan KP MK-nın üzvü, Sov. İKP-nın XXII, XXIII qurultaylarının və XIX Ümumittifaq Partiya Konfransının nümayəndəsi olur.
Sadıq Nurumbetov
Sadıq Nurumbetov (1900-1972) - Özbəkistanın və Qaraqalpaqstanın xalq şairi, Berdax adına Dövlət mükafatı laureatı, qaraqalpaq poeziyasının görkəmli nümayəndələrindən biri. Sadıq Nurumbetov 1900-cü ildə Kegeyli rayonunda dünyaya göz açmışdır. Şair ilk şeirləri yumoristik və satirik formada qələmə almışdır. Bu əsərlərdə Sadıq Nurumbetov insanlardakı zəif cəhətləri və eybəcərlikləri qeydə almışdır. Abbas Dabılovdan fərqli olaraq psixoloji lirika ustası olan Sadıq Nurumbetov şeirlərində vətəndaş lirikasına daha çox yer verirdi. Onun xalqlar dostluğu haqqında şeirləri yüksək bədii keyfiyyətləri ilə seçilirdi. Şairin satirik və yumoristik şeirləri «Şamanlar», «Tənbəllər» və başqaları qrotesklə dolu və gülüş doğuran əsərlərdən ibarət idi. Bu əsərlər məhz onu yumor ustası kimi tanınmasına səbəb olmuşdur. «Qardaşlar» poema-dastanında isə müəllif Xarəzm ərazisində yaşayan xalqların dostluğunu vəsf etməklə, həm də onların yeni dövr və cəmiyyətin qurulmasında iştirakını tərənnüm edirdi. Abbas Dabılov kimi Nurumbetov da şifahi epik yaradıcılığın ənənələrini uğurla davam etdirirdi.
Sadıq Nəcəfi
Sadıq Nəcəfi Təbrizin əlli beşinci bələdiyyə başçısı.O, 1960-cı ildə Əcəbşir şəhristanının Xızırlı şəhərində dünyaya gəlibdir.
Uzunsov ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Yarımkürəşəkilli ardıc
Juniperus semiglobosa (lat. Juniperus semiglobosa) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Orta Asiya dağlarında, Pamir-Altay dağlıq sahəsində, Qərbi və Mərkəzi Tyan-Şanda yayılmışdır. Hündürlüyü 15 m-ə qədər olan ağacdır. Dəniz səviyyəsindən 1500–3000 m hündürlükdə dağ meşələrində bitir. 20 yaşında hündürlüyü 1,5 m, çətirinin diametri 30 sm olur. Xırda yarpaqlarının uzunluğu 2–3 mm, eni təxminən 1 mm, rombvarı və ya yumurtavarı rombvarı, ucu küt, kürəyində uzunsov vəziciklidir. Qozagiləmeyvələri şarşəkillidir. Vegetasiyası may ayından başlayır. İllik boy artımı 1 sm-ə qədərdir, yavaş böyüyür.
Saqqız
Saqqız — udulmadan çeynəmək üçün nəzərdə tutulmuş yumşaq, yapışqan maddə. Müasir saqqız dadlandırıcılar, yumşaldıcılar/plastikləşdiricilər, aromatizatorlar, rəngləndiricilər və adətən sərt olan poliol örtüyündən ibarətdir. Onun elastik-plastik, yapışqan, çeynəmə xüsusiyyətlərinə kömək edən polimer, plastifikator və qatran komponentlərinin fiziki-kimyəvi xüsusiyyətlərinə görə onun teksturası kauçuku xatırladır. Saqqız çeynəmə ənənəsi görünür ki, təkamül prosesi ilə zaman-zaman inkişaf etmişdir, çünki bu vərdişin izləri bir çox müxtəlif erkən sivilizasiyalarda müşahidə olunur. Saqqız müxtəlif formalarda Neolit dövründən bəri mövcuddur. Finlandiyanın Kierikki şəhərində ağcaqayın qabığının qatranından hazırlanmış, üzərində diş izləri olan 5 min illik saqqız tapılmışdır. Saqqızın hazırlandığı qatran belə hesab edilirdi ki, antiseptik xüsusiyyətlərə və digər müalicəvi faydalara malikdir. O, kimyəvi cəhətdən neft qatranına bənzəyir və bu baxımdan digər erkən saqqızlardan fərqlidir. Mayyalılar və asteklər saqqızın müsbət xüsusiyyətlərindən ilk dəfə istifadə etmişdilər. Onlar saqqız kimi bir maddə hazırlamaq üçün və gündəlik istifadədə əşyaları bir-birinə yapışdırmaq üçün əsas kimi təbii ağac saqqızından istifadə etdilər.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Ağdis
Ağdis Tiflis quberniyasının Qori qəzasında kənd adı. Ağdis- Tiflis quberniyasının Qori qəzasında kənd adı. İrəvan quberniyasının Sürməli qəzasında Ağdiz kənd adı (yenə-orada) ilə mənşəcə eynidir. Rəng bildirən ağ və farsca dizə "qala" sözlərindəndir.
Sadiq
Sadiq — ad.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Almaniyanı təmsil etmiş Azərbaycan şahmatçısı, qrosmeyster (2001). 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.
David Mandiç
David Mandiç (d. 14 sentyabr 1997-ci il, Lyubuşki) - Xorvat milli həndbolçu. "RK Prvo plinarsko društvo Zagreb" komandasının oyunçusudur. Xorvatiyanın həndbol milli komandasının məşqçisi Lino Çervar 2017-ci ilin aprrelində onu da 2017-ci ilin may ayında əldə olunan razılaşma əsasında yığmanın heyətinə dəvət etdi. Xorvatiya milli həndbol komanasının heyətində böyüklər arasında o 2018-ci ildə Tarraqonedə Aralıq dənizi oyunlarında qızıl medal qazanmışdır.
Kok-saqqız
Kök-saqqız (lat. Taraxacum kok-saghyz) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Krım-saqqız
Payız zəncirotu və ya Krım-saqqız (lat. Taraxacum hybernum) — mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü.
Maqliç (qəsr)
Magliç (serb-kiril. Маглич) ― Serbiyada, Kralyevo şəhərindən təxminən 20 km məsafədə yerləşən 13-cü əsrə aid qəsr. Qəsr İbar çayının ətrafından döbdüyü, çaydan təxminən 100 m yüksəklikdə yerləşən təpənin üstündədir. Qala əvvəllər Böyük Morava vadisi ilə Kosovo-Pole şəhərlərini birləşdirən yeganə yolu qoruyurdu. Qəsrin adı seb dilində "duman" mənasını verən "Maqla" (serb-kiril. Магла) sözündən götürülüb. Maglič 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidələri" siyahısına daxil edilmişdir. Maqliç 13-cü əsrin ilk yarısında ya Stefan Nemaniç ya da oğlu I Stefan Uroş tərəfindən inşa edilmişdir. Qala iki mühüm monastırı: Sopoçani və Studenitsa monastırlarını qorumaq və gələcəkdə Serbiya torpaqlarına daha dərin monqol hücumunun qarşısını almaq üçün inşa edilmişdir. Serbiya imperiyası dövründə Magliç orada yaşayan məşhur aqioqraf və regioqraf olan baş yepiskop II Danilonun iqamətgahı idi.
Maqliç dağı
Maqliç (Şablon:Dil-sr-cyr)) - Bosniya və Hersoqovinada ən yüksək dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 2386 metr yüksəklikdə yerləşir. Zirvə Monteneqro ilə olan sərhəddə yerləşir. Şimal-qərbdən cənub-şərq istiqamətdə uzanır. Dağ Suteska milli parkının ərazisinə daxildir. Park 1962-ci ildə yaradılmışdır. Sahəsi 175 km2-dır. Milli park şərqdən Pivska dağı (1.775 m) və Piva çayı, cənub-qərbdən Moqliç dağı (2386 metr), Voluyak dağı (2337 metr) və Bioç dağı (2388 metr) ilə, qərbdən Zelenqro dağı (2014 metr) dağı ilə əhatə olunub Park ərazisini Suteska çayı kəsib keçir. Maqliç dağı ərazisində böyük olmayan kanyon dərəsi yaradıb. Foça şəhəri Monteneqro sərhəddinin 20 km-də yerləşir.
Martin Naydiç
Martin Naydiç (17 dekabr 1990) — Argentinalı üzgüçü. Martin Naydiç Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Martin Naydiç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:39.93 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nataşa Kandiç
Nataşa Kandiç (serb. Nataša Kandić; 16 dekabr 1946) — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Humanitar Hüquq Mərkəzinin təsisçisi və icraçı direktoru (Belqrad). Kandiçin tədqiqat işi Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində cinayətlərin araşdırılması üçün istifadə edilmişdir. Nataşa Kandiç 1946-cı ildə Kraqujevac şəhərində (Serbiya) anadan olmuşdur. Təhsilinə görə bir sosioloqdur. Yuqoslaviyadakı hərbi qarşıdurmalardan əvvəl həmkarlar ittifaqı analitiki vəzifəsində çalışmışdır. Onun yazdığı “Kosovo Düyünü: Aç və ya kəs?” kitabının nəşrindən sonra Kandiç həmkarlar ittifaqından qovulur (1990). Xorvatiyada müharibənin başlaması ilə Kandiç və dostları dövlətin siyasətinə qarşı hərəkətlər edir. 8 oktyabr 1991-ci ildən 8 fevral 1992-ci ilədək hər gün Serbiya Prezidentinin sarayı qarşısında müharibədə ölənlərin xatirəsinə şam yandırırlar.
Saqdat Sadıkov
Saqdat Kabiroviç Sadıkov (qaz. Сағдат Қабірұлы Садықов; 29 iyul 1973, Ust-Kamenoqorsk) — Yüngül çəki dərəcəsində Qazaxıstanı təmsil edən cüdoçu. 1990-cı illərin sonlarında Qazaxıstanın yığmasında iştirak edirdi. 2000-ci illərin ortalarına qədər bir neçə yarışda Qırğızıstanı təmsil etdi. İki Yay Olimpiya Oyunlarının iştirakçısı, Asiya Çempionatının gümüş medalının sahibi, Osakada keçirilən Şərqi Asiya Oyunlarının və Düşənbədə keçirilən Mərkəzi Asiya Oyunlarının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çox yarışlarının qalibidir. Saqdat Sadıkov 29 iyul 1973-cü ildə Qazaxıstan SSR-in Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində anadan olmuşdur. Yüngül çəki dərəcəsində Kanadada keçirilən tələbələrin dünya çempionatında bürünc medalı qazanmışdır. İlk dəfə turnirlərdə 1996-cı il mövsümündə iştirak etmişdir. Bir il sonra Parisdə keçirilən Sülh Kuboku turnirində ilk dəfə çıxış etmişdir. Növbəti ildə də Moskvada keçirilən Sülh Kuboku turnirində iştirak etmişdir.
Saqqız (şəhər)
Saqqız (fars. سقز‎) — İranda şəhər, Kürdüstan ostanının Saqqız şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 131,348 nəfər və 31,336 ailədən ibarət idi.
Saqqız ağacı
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Saqqız şəhristanı
Saqqız şəhristanı- İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Saqqız şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 205,250 nəfər və 45,909 ailədən ibarət idi.
Saqqız şəhəri
Saqqız (fars. سقز‎) — İranda şəhər, Kürdüstan ostanının Saqqız şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 131,348 nəfər və 31,336 ailədən ibarət idi.
Sardin dili
Sardiniya dili(sard. sardu, limba / lingua sarda, it. sardo, lingua sarda) İtaliyanın Sardiniya adasının əksər yerlərində danışılan və yazılan Roman dillərindəndir. 1997-ci ildən Sardiniya dili adada danışılan başqa dilləri ilə birlikdə, Sardiniyanın rəsmi dili olmuşdur.
Sığdil (Nir)
Sığdil (fars. سقدل‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 41 nəfər yaşayır (8 ailə).
Tau-saqqız
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Saqqız Sancağı
Saqqız Sancağı və ya Xios — ikinci səviyyəli Osmanlı vilayəti (sancak və ya liva). Sancağın mərkəzi Egey dənizinin şərqindəki Xios (Saqqız) adasında yerləşib. Yunan dilində ada Xios adlanır. Türklər isə adaya burda bitən məhsula, saqqız ağacına görə belə ad veriblər. 1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları (və ona bitişik Psara və İnous adaları) 1566-cı ildə Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanması tərəfindən müqavimətsiz şəkildə ələ keçirildi. Bu bir il əvvəl Maltanı tuta bilməməyin əvəzini çıxmaq üçün edildi. Çünki Malta hücumu zamanı adadan Malta cəngavərlərinı kömək göndərilmişdi. Saqqızın Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu.
Şahzadə Saqqız
Şahzadə Bonnibel Saqqız (həmçinin Bonni, PB və P-bubs kimi bilinir) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının personajlarından biri. Hynden Walch tərəfindən səsləndirilmişdir. Şahzadə Saqqız konfet insanların yaşadığı Konfet Krallığını idarə edir. O, serialın baş qəhrəmanları Finn və Ceyk ilə yaxın dostdur və ilk dəfə serialın 2008-ci ildəki pilot epizodunda görünüb. Bonni LGBT cəmiyyətinin üzvüdür, serialın "Come Along with Me" adlı final epizodunda o, Marselin ilə öpüşərək bunu təsdiqləmişdir. Onun seksuallığı məlum olmasa da, onun lezbiyan, biseksual, queer və ya non-binar ola biləcəyi güman edilir. Saqqız çox mədəni və qayğıkeşdir, o, doğru olanı etməyə inanır. Ancaq kimsə onu əsəbləşdirsə, o, istəmədən pis tərəfini göstərə bilər. O, inanılmaz dərəcədə ağıllı və istedadlıdır, Konfet insanları yaratmış, həmçinin zaman maşını daxil olmaqla müxtəlif ixtiralara imza atmışdır. Almanca və Koreya dilində sərbəst şəkildə danışmağı bacarır.