Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samsa
Samsa (qaz. Samsa, qırğ. самса, uyğ. سامسا, özb. сомса, türkm. somsa, türk. Sambusek, tac. самбуса, rum. sambüsa, fars. سمبوسه‎) — Orta Asiya mətbəxlərində qızardılmış xəmir yeməyi.
Samsar dağı
Samsar dağı (gürc. სამსარი) — Samsar silsiləsində dağ.
Samsar silsiləsi
Samsar silsiləsi (gürc. სამსრის ქედი) — Gürcüstanda dağ silsiləsi. == Zirvələri == Dəlidağ — hündürlüyü 2929 m Samsar dağı — hündürlüyü 3284.7 m Qaraquzey dağı — hündürlüyü 2670.1 m Böyük Əbül dağı — hündürlüyü 3300.5 m Kiçik Əbül dağı — hündürlüyü 2799.8 Koroğlu dağı — hündürlüyü 2921 m İvantəpə — hündürlüyü 2933.4 m == Mənbə == Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), Оглавление: Глава I. Топографическое описание поверхности. Горы: Горы Цихе-Джвари, стр.
Pleiarina safsaf
Salix mucronata (lat. Salix mucronata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix safsaf
Salix safsaf Forssk. ex Trautv. — Salix mucronata bitki növünün sinonimi. Salix safsaf Forssk. — Salix mucronata bitki növünün sinonimi.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Dəlidağ (Samsar silsiləsi)
Dəlidağ (gürc. შავნაბადა) — Samsar silsiləsində dağ.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Safsar
Safsar (lat. Vormela peregusna) — Dələlər fəsiləsinə aid növ. == Xarici görünüşü == Digər dələkimilərdən əlvan rənglərinə görə fərqlənir. Başın üz hissəsində ağ-qara maskası vardır. Gözlərinin ətrafı boyunca qara, onun üstündə isə geniş ağ zolaq gedir. Qulaqları nisbətən geniş və uzundur, quyruğu tüklüdür. Belinin sarı tonunda dəyirmi qara xallar səpələnmişdir. Ölçüləri xırdadır, uzun bədənə, qısa ayaqlara malikdir. == Yayılması == Cənub-şərqi Avropa, Balkanlar, Kiçik və Ön Asiya, Qafqaz, Orta Asiya, Tyan-Şan. Azərbaycanda arealı dağətəyi və mərkəzi düzənlik əraziləri, Zuvand yaylasını, Şirvan şəhərini və Naxçıvanı əhatə edir.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. == Ədəbiyyat == Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Samson
Samson (İvrit dilində: שִׁמְשׁוֹן, Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır. == Haqqında == Hakimlərin kitabına görə Samsonun valideynləri Dan tayfasından idi. Allah Qüds yaxınlığındakı Zorada əkinçilik edən Manoa adlı bir kişinin sonsuz qadınina mələklərindən birini göndərir. Mələk qadına sonsuz olduğunu, ancaq hamilə qalacağını və uşaq dünyaya gətirəcəyini söyləyir.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Sapsan
Sapsan (raket sistemi) — qısa mənzilli ballistik raket sistemi
Samosa
Samosa farsca Sambosag (سنبوسگ) sözündəndir (üçbucaqlı xəmir mənasını verir). Cənubi Asiya və Qərbi Asiyanın qızardılmış qəlyanaltısıdır. Bu, əsasən tərəvəz, ədviyyatlı kartof, soğan, noxud, həmçinin vegetarian olmayan ət və ya balıqdan ibarət olan içlikli xəmirdir. Bölgədən asılı olaraq üçbucaq, konus və ya aypara kimi müxtəlif formalarda hazırlanır. == Etimologiya == Samosa sözü Hindustanın "samosa" (urdu سموسہ, hind समोसा) ifadəsindən yaranmışdır. Bu termin orta fars dilindəki "sanbosag" (سنبوسگ) sözündən götürülüb, mənası "üçbucaqlı xəmir"dir. Oxşar xəmirlər ərəb dilində "sambusak" adlanır, və orta əsr ərəb resept kitablarında bəzən "sambusaj" kimi də yazılır. Bu terminlərin hamısı farsca "sanbosaq" sözündən törəmişdir. == Tarix == Cənubi Asiya samosasının, Yaxın Şərqin orta əsrlər dövründə bişirilən və qızardılmayan olduğu düşünülür. Samosanın ən qədim qeydini Abbasilər dövrünün şairi İshaq əl-Mövsili "sanbusaj" adlandıraraq təsvir etmişdir.
Amsar
== Kəndlər == Amsar (Quba) — Azərbaycan Respublikasının Quba rayonunda kənd. Amsar (Rutul) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. == Bələdiyyələr == Amsar bələdiyyəsi — Azərbaycan Respublikasının Quba rayonunda bələdiyyə. == Oxşar == Amsarqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Samar
Samar adası var. Samar (12°03′ şm. e. 125°07′ ş. u.) — Filippin arxipelaqının mərkəzində yerləşir. Adanın sahəsi 12 849,4 km² təşkil edir. == Tarixi == Ada ilk dəfə ispaniyalı dənizçi Rui Lopes de Vilyalobos (isp. Ruy López de Villalobos) tərəfindən 1543-cü ildə kəşf edilir. == Əhalisi == Adanın ən iri şəhəri Kalbayoqdur. Ada inzibati cəhətdən Samar (733,377 nəf), Şimali Samar (589,013 nəf) və Şərqi Samar (428 877 nəf) cilayətlərinə bölünür.
Samba
Samba — canlı, ritmik Braziliya rəqsidir. Braziliyalılar samba musiqisinin ritmləri altında 19-cu əsrin sonlarından bəri rəqs etməyə başlayıblar. Sambanı sadə bir rəqs növündən daha çocx rəqslər toplusu adlandırmaq olar. Çünki hanısa bri rəqsin “original” samba olduğunu iddia etmək mümkün deyil. Brazilya Samba üslubu ilə yanaşı digər böyük samba üslubu Ballroom Sambasıdır. Bu üslubda da Brazliya üslubu kimi rəqs partnyorunu qucaqlayaraq və ya açıq pozisiyada rəqs etmək olar. Lakin bu üslub əl-ələ tutmaq və ya yanbayan dayanmaq kimi pozisiyalarla məhdudlaşdırılmır. == Samba no pé == Samba no pé samba musiqisi ifa olunan zaman ekspromt olaraq edilən solo rəqsdir. Əsas elementlər isə bədənin dik tutulması və vaxtında dizlərdən birinin bükülməsidir. Ayaqlar çox asta hərəkət etməlidir.
Samoa
Samoa — dövlət. == Tarix == Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. == İnzibati ərazi bölgüsü == Samoa 11 dairəyə bölünür. == İqtisadiyyat == 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Xamsa
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Jasminum sambac
Sambak jasmini (lat. Jasminum sambac) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Arealı == Cənub və Cənub-şərqi Asiyanın yerli bitkilərindəndir. Filippinin milli gülüdür və orada "sampaguita" adlanır. Həmçinin, İndoneziyanın üç milli gülündən biridir və orada "melati putih" kimi tanınır. == Botaniki xarakteristikası == Cəlbedici və şirincəsinə ətirli gülləri üçün geniş şəkildə becərilir. == İstifadəsi == Gülləri ətriyyat və çay hazırlanması üçün istifadə olunur. == Sinonimləri == === Homotipik sinonimləri === Jasminum fragrans Salisb. Jasminum sambac var. normale Kuntze Mogorium sambac (L.) Lam.
Ogün Samast
Ogün Samast (28 iyun 1990, Üsküdar, İstanbul ili) — 19 yanvar 2007-ci ildə, İstanbulun Osmanbey bölgəsinin Halaskarqazi küçəsində yerləşən "Agos" qəzeti binasının qarşısında jurnalist Hrant Dinki öldürən şəxs. == Həyatı == Samast Türkiyənin Trabzon şəhərində dünyaya gəlmişdir.Valideynləri bir-birindən ayrı yaşayan Ogün Samast orta məktəb məzunudur. === Hrant Dink suiqəsdi === 19 Yanvar 2007 tarixində Hrant Dinki iş yerinin qarşısında silahla 3 dəfə atəş açaraq öldürmüşdür. === Həbs olunması === Ogünün atası Əhməd Samast televizorda oğlunun cinayət şübhəlisi olduğunu görəndə polisə zəng edərək oğlunu şikayət etmişdir.Cinayəttən 36 saat sonra Ogün Trabzona gedərkən jandarm tərəfindən saxlanılır və həbs olunur.
Pinxos Sabsay
Sabsay Pinxos (Pyotr) Vladimiroviç (19 iyun (1 iyul) 1893 və ya 19 iyun 1893, Odessa, Xerson quberniyası – 25 aprel 1980, Bakı) — sovet heykəltəraşı, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1947), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ xalq rəssamı (1973), 1-ci dərəcəli Stalin mükafatı laureatı. == Həyatı == Pinxos Sabsay Odessa Rəssamlıq Texnikumunu və Peterburq Rəssamlıq Akademiyasını bitirib. 1917-ci ildə Odessa Təsviri İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 1918-ci ildə Vladimir İliç Leninin portret heykəllərini, "Əmək" monumental barelyefini yaradıb. 1928-ci ildən başlayaraq Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayıb. İki il sonra onun Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. Bakıda monumental heykəllərlə yanaşı, həm də barelyeflərin üzərində işləyib. 1932-ci ildə Sabsay 55 fiqurdan ibarət olan 22 metr hündürlüyündə "İdmandan əməyə və müdafiəyə doğru" barelyefi yaradır. Bu əsər Bakıda İdman Sarayında qoyulub. 1933-cü ildə Bakı Fəhlə Teatrının foyesində onun müəllifi olduğu bir sıra barelyeflər yer alıb.
Ramsar konvensiyası
Ramsar Konvensiyası — xüsusilə su quşlarının yaşayış yeri olduğu üçün beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin qorunması və davamlı istifadəsi üçün beynəlxalq müqavilədir. Su-bataqlıq əraziləri haqqında Konvensiya kimi də tanınır. 1971-ci ildə Konvensiyanın imzalandığı İranın Ramsər şəhərinin adını daşıyır. Hər üç ildən bir konvensiyanı imzalamış tərəflərin nümayəndələri konvensiyanın işinə rəhbərlik etmək və onun işini yaxşılaşdırmaq barədə qərar (qətnamələr və tövsiyələr) qəbul edən və konvensiyanın siyasət aparan orqanı olan "Razılığa gələn Tərəflərin Konfransı" (ing. Conference of the Contracting Parties) (COP) olaraq toplaşırlar. Tərəflər öz məqsədlərini həyata keçirə bilirlər. COP12 2015-ci ildə Uruqvayın Punta del Este şəhərində, COP13 isə 2018-ci ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. == Beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin siyahısı ("Ramsar siyahısı") == 2,331 ərazinin daxili olduğu və 2.1 milyon km2 ərazini əhatə edən "Beynəlxalq Əhəmiyyətli Bataqlıqlar siyahısı" 2018-ci ilin may ayında hazırlandı. Siyahıda ən çox əraziyə malik olan ölkələrə 175 ərazi ilə Birləşmiş Krallıq və 142 ərazi ilə Meksika daxildir. Siyahıya salınmış bataqlıq ərazilərin ən geniş olduğu ölkə təxminən 148,000 km2 ərazi ilə Boliviyadır.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Şümşad
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi. Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya). Ərəb dilindəki "شمس" (şəms - günəş) sözü ilə şamaş eyni mənşəli sözlərdir.