Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Fars
Farslar — əsasən İranda yaşayan xalq. == Məskunlaşmaları və sayları == Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir. == Fars xalqının mənşəyi və "fars" sözünün mənası == Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir. Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar.
Fars Körfəzi
İran körfəzi və ya Fars körfəzi(fars. خلیج فارس - Xəlic-e Fars; - əl-Xəlicül-ərəbi, əl-Xəlic əl-ərəbi) — İran və Ərəbistan yarımadası arasında yerləşən körfəz. Hörmüz boğazı vasitəsilə Oman körfəzi, Ərəbistan dənizi və Hind okeanı ilə birləşir. Bu körfəzin adı ilə bağlı İranla ərəb ölkələri arasında gərginlik var. İranlılar bu körfəzin adının Fars körfəzi olduğunu təkid edirlər, lakin ərəb ölkələri bu körfəzin adını Ərəb körfəzi hesab edirlər. Bu körfəz türkcə Bəsrə körfəzi də adlanır. Bu ad tarixi köklərə malikdir və Osmanlı imperiyası dövründə bu adla tanınıb. Körfəzin sahilində yerləşən ölkələr Oman, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İrandır. Dəclə və Fərat çaylarının qovuşması nəticəsində yaranan Şəttül-Ərəb çayı İran körfəzinə tökülür. Hidroloji, hidrokimyəvi və digər xüsusiyyətlərinə görə İran körfəzi dənizlərlə oxşardır.
Fars bəylərbəyliyi
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi. Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi.
Fars dili
Fars dili (fars. فارسی‎) Farsi endonimi ilə də tanınır, [fɒːɾˈsiː] (qulaq asmaq)) — Hind-Avropa dillərinin Hind-İran bölməsinin İran qoluna aid olan Qərbi İran dilidir. Fars dili, əsasən İran, Əfqanıstan və Tacikistanda danışılan və rəsmi olaraq üç qarşılıqlı başa düşülən standart növdə istifadə olunan plurisentrik bir dildir, yəni İran Fars dili (rəsmi olaraq fars dili kimi tanınır), Dari Fars dili (rəsmi olaraq Dari kimi tanınır) 1964-cü ildən) və tacik fars dili (1999-cu ildən rəsmi olaraq tacik kimi tanınır). Özbəkistanda, eləcə də Böyük İranın mədəni sferasında fars tarixi olan digər bölgələrdə əhəmiyyətli bir əhali tərəfindən tacik çeşidində yerli dildə danışılır. Rəsmi olaraq İran və Əfqanıstan daxilində ərəb qrafikasının törəməsi olan fars əlifbası ilə, Tacikistan daxilində isə kiril qrafikasının törəməsi olan tacik əlifbası ilə yazılıb. Müasir fars dili Sasani İmperiyasının (224–651) rəsmi dili olan Orta Fars dilinin davamıdır, özü də Əhəmənilər imperiyasında (e.ə. 550–330) istifadə edilən qədim fars dilinin davamıdır. İranın cənub-qərbindəki Fars (Fars) bölgəsində yaranmışdır. Onun qrammatikası bir çox Avropa dillərininkinə bənzəyir. Tarix boyu fars dili mərkəzi Qərbi Asiya, Orta Asiya və Cənubi Asiyada olan müxtəlif imperiyalar tərəfindən nüfuzlu bir dil kimi istifadə edilmişdir.
Fars düyünü
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Fars dırmanantəlxəsi
Fars dırmanantəlxəsi (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür. == Təsviri == Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir. Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir.
Fars girdəbaşı
Fars girdəbaşı (lat. Phrynocephalus persicus) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. == Yayılma və yaşayış yerləri == Girdəbaşlara əsasən İranın şimal-qərb rayonlarında rast gəlinir. Keçmişdə Azərbaycannın Zuvand ərazisində aşkarlansa da son görüntü 50 il öncəyə aiddir.
Fars gəvəni
Fars gəvəni (lat. Astragalus persicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanın Zuvand dağlarında təsvir edilmişdir. == Botaniki təsviri == 25 sm hündürlükdə, tikanlı, gümüşü, yumşaq tüklü, yarpağını tökən kolcuqdur. 5-6 cüt ellipsvari, 16 mm-ə qədər uzunluqda, ucu nazik, tikansız yarpaqcıqlıdır. İyulda çiçəkləyir. Çiçəkaltlığı enli və qısa, azca şişdir. Bəzək bitkisi kimi daşlı yamacların örtülməsində istifadə edilə bilər. Bir növ müxtəlifliyi məlumdur: Rapherrianus (Fisch.) Boiss. == Ekologiyası == Dağlıq sahələrdə, quru, daşlı yamaclarda bitir.
Fars mifologiyası
Fars mifologiyası və ya İran mifologiyası — qədim Böyük İranda yayılmış mifologiya. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir. Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı "Şahnamə"dir. Firdovsinin əsəri təkcə "Avesta"dan deyil, həm də "Bundahişn" və "Denkard" kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə "Avesta"dır. İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır. İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
Fars ostanı
Fars — İranın cənub hissəsində ostan. Mərkəzi Şiraz şəhəridir . Fars ostanın ərzisi 122.416 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.336.878 nəfər əhali yaşayır . == Tarixi == === Sasanilər dövrü === === Səfəvilər dövrü === Şah Abbas I (hic.996-1038 / miladi 1588-1629) tərəfindən irana köçürülmüş minlərlə gürcü və çərkəz kəndli idi və Pers kənarındakı kəndlərdə məskunlaşmışdılar. Böyük bir gürcü və ermənilər qrupu, ehtimal ki, 1603-1605-ci illərdə Şahın Osmanlı hücumlarına mane olmaq üçün Azərbaycanın şimalındakı ərazilərdə sistematik bir azalmaya başladığı zaman İsfahanın qərbindəki Faridan bölgəsinə köçürüldü. Ərazilərindən keçən İsfahan-Borucerd yolundan Avropalı səyyahlar nadir hallarda istifadə etdikləri üçün XIX əsrə qədər bu barədə çox az məlumata sahibik. J.M. Kinneir 1810-cu ildə onları ziyarət edərkən bölgədəki gürcülərin sayını min ailəyə hesabladı. O vaxt onlar artıq İslamı qəbul etmişdilər, lakin hələ Farslarla evlənməmişdilər (s. 128).
Fars palıdı
== Təbii yayılması: == Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. == Ekologiyası: == Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Fars psevdosiklofisi
Fars eyrenisi (lat. Pseudocyclophis persicus) — Suilanıkimilər fəsiləsinə aid ilan növü. Pseudocyclophis cinsinə daxil olan yeganə növü == Описание == Kiçik ilanlardır. Eyrenis cinsinə yaxınlığı ilə seçilirlər. Bədəninin nazikliyi ilə seçilirdi. Ümumi uzunluğu 37 sm-dir. Yuxarı hissəsi işiqlı-zeytunu olur və qəhvəyi nöqtəlırlə örtülü olur. Sifət hissəsi parlaq olsa da, başı qara olur. Erkəklərdə bədən bir gəngdə olur. Boğazları isə parlaq olaraq ləkəlidir.
Fars qiyamı
Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar. Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular. Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən döyüşlərdə əsasən madaylar qalib gəir və farsları geri çəkilməyə məcbur edirdilər. Lakin sonradan II Kirin rəhbərliyi ilə çox qüvvətli fars ordusunun qurulması, Midiya hökmdarından narazı olan bəzi maday sərkərdələrinin satqınlıq edərək fars ordusuna keçməsi, nəticədə e.ə. 549-cu ildə üsyana davam gətirə bilməyən Maday dövlətinin süqutuna, hakimiyyətin farsların əlinə keçməsinə səbəb oldu.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Fars yasəməni
Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır. == Botaniki təsviri == İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır.
Firuzabad (Fars)
Firuzabad- İranın Fars ostanının şəhərlərindən və Firuzabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,210 nəfər və 12,888 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Fəthabad (Fars)
Karzin və ya Fəthabad — İranın Fars ostanının Qir və Karzin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,953 nəfər və 1,651 ailədən ibarət idi.
Hacıabad (Fars)
Hacıabad- İranın Fars ostanının şəhərlərindən və Zərrindəşt şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,346 nəfər və 4,195 ailədən ibarət idi.
Fars yəhudiləri
Fars Yəhudiləri ( ivr. ‏יהודים פרסים‏‎ ‏ ‎ fars. یهودیان ایرانی‎ یهودیان ‎ - Yəhudilərin etno-linqvistik qrupu. "Fars Yəhudiləri" termini, Yəhudi-İran dillərində danışan ( Əfqanıstan, Orta Asiya və Şərqi Qafqazın Dağ Yəhudiləri kimi) İran Yəhudi icmasının əksəriyyətinə istinad etmək üçün istifadə olunur (İranda yaşayan əhalidən fərqli olaraq, İbrani-Arami dilini qoruyub saxlayan Kürdüstan Yəhudilərinin dili, eləcə də türk dilinin Miandoabi İbrani ləhcəsi). == Terminologiya == "Fars Yəhudiləri" termini geniş şəkildə XVI əsrin əvvəllərindən bəri Əfqan və Buxara Yəhudilərinə də aiddir, belə ki, İran, Orta Asiya və Əfqanıstan yəhudiləri demək olar ki, vahid bir cəmiyyət təşkil edirdilər. XVI əsrin əvvəllərində bu böyük toplumun süqutu. Bu böyük icmanın XVI əsrin əvvəlində iran yəhudiləri və Orta Siya, Əfqanıstan yəhudiləri icmasına bölünməsi XVIII əsrin ikinci yarısından müstəqil əfqan və buxara yəhudiləru icmasına bölünməsi müvafiq bölgələrdə yaşayan yəhudilər arasında əlaqələrin zəifləməsinə səbəb olan siyasi hadisələrlə əlaqələndirilir. == Tarix == Orta əsrlər boyu Fars Yəhudilərinin yazı dili geniş mənada (İran, Əfqanıstan, Orta Asiya və Zaqafqaziyanın cənub-şərqi) İbrani-Fars dili idi. XIX əsrdə buxara yəhudilərinin ədəbi yaradıcılığının yəhudi-fars dilindən yəhudi-tacik dilinə keçidi baş verdi. Hal-hazırda Fars Yəhudilərinin əksəriyyəti İsrail (ikinci nəsil daxil olmaqla 1993-cü ildə 75 min) və ABŞ-da (45 min, yalnız birinci nəsil) cəmləşmişdir.
Fars çayı
Fars (adıq Фарз) — Adıge Respublikasında və Krasnodar diyarında çay. Fars Laba çayının sol qolu olub Kuban hövzəsinə aiddir. == Xarakteriskası == Fars çayı öz başlanğıcını Qayalı silsiləsinin şimal yamacında yerləşən mağaradan çıxan bulaqdan götürür. Yaxınlıqda Ekvesopko dağı yerləşir. Mənbədən 4,3 km cənub-şərqdə Pobeda qəsəbəsi yerləşir. Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 70 metr yüksəklikdədir. Mənbənin hündürlüyü — dəniz səviyyəsindən 1010 metrdir. Yuxarı axınlarda çay əhəng daşılı süxurlardan keçir və dərədən çıxdıqdan çay kənarında olan ilk yaşayış məntəqəsi olan Novosvobodnaya kəndindən keçir. Maxoşevskaya kəndi yaxınlığında dağ-meşə zonasından çıxır. Yaroslavskaya kəndində sağ qolu olan — Psefir çayı ilə birləşir.
Adi sar
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Tüklüayaq sar
Tüklüayaq sar (lat. Buteo lagopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 51-61 sm, kütləsi 800—1300 q. olur. Adi sara oxşayır, lakin bədəninin aşağı hissəsi parlaqdır. Tülküayaq sar Avrasiya və Şimali Amerikada yayılmışdır.
Əsl sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qızılquyruq sar
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.
SARS-CoV-2
SARS-CoV-2 virusu (ing. Severe acute respiratory syndrome coronavirus 2; Ağır kəskin respirator sindrom koronavirusu 2) — Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV adlandırılan, eyni zamanda Uhan koronavirusu, Uhan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uhan pnevmoniyası kimi də tanınan və müsbət istiqamətləndirilmiş və tək telli RNT virusu olan yeni koronavirus ilk dəfə 2019-cu ildə aşkar edilmişdir. Virus, 2019–2020 Uhan pnevmoniya xəstəliyi zamanı sətəlcəm olan bir xəstədə, müsbət bir nümunə üzərində keçirilən nuklein turşusu testindən sonra genomik olaraq ardıcıllıqla sıralandı. CoV adi "soyuqlama" halından Orta Şərq Tənəffüs sindromu (Meadle East Respiratory Syndrome, MERS-CoV) və Ağır Kəskin Tənəffüs sindromu (Severe Acute Respiratory Syndrome, SARS-CoV) kimi daha ciddi xəstəliklərə səbəb olan virus ailəsidir. Aparılan geniş araşdırmalar əsasında SARS-CoV misk pişiklərindən, MERS-CoV isə təkhürgüclü dəvələrdən insana keçdiyi müəyyənləşdirilib. Günümüzdə hələ insanlara yoluxmamış, ancaq heyvanlarda izlənən çoxlu CoV növü mövcuddur. CoV-ların insanlar arasında dolaşan alt-tipləri (HCoV-229E, HCoV-OC43, HCoV-NL63 ve HKU1-CoV) əhali arasında "soyuqdəymə" kimi bilinən hallara səbəb olur. 2020-ci ilin yanvarında, epidemiyanı araşdıran Tibb Komissiyasının rəhbəri Zhong Nanshan'nın məlumatına görə, Çin'in Guangdong əyalətində, virusun insandan insana yoluxması təsdiqləndi. Yeni virus üçün hazırda xüsusi bir müalicə yoxdur, ancaq mövcud anti-əyilmələrin istifadə olunma ehtimalı var. "COVID-19" ilə yoluxmuş şəxslər simptomsuz ola və ya öskürək, yüksək hərarət və təngnəfəslik əlamətlərini sərgiləyə bilər.
Far Cry 2
Far Cry 2 — 2008-ci ildə Ubisoft Montreal tərəfindən hazırlanmış və Ubisoft tərəfindən Microsoft Windows, PlayStation 3 və Xbox 360 üçün nəşr edilmiş birinci şəxs atıcı oyundur. Gameloft tərəfindən hazırlanmış və nəşr edilmiş mobil telefonlar üçün verisyası da mövcuddur. Bu, Far Cry seriyasındakı ikinci əsas girişdir. Vətəndaş müharibəsinə qərq olmuş qondarma Afrika ölkəsində keçən hekayə münaqişəni alovlandıran silah taciri Jackal'ı öldürmək tapşırığı almış muzdlu əsgərdən bəhs edir. Oyunçu sağlamlıqlarını və avadanlıqlarını idarə edərkən Buddys adlı qruplar və müttəfiqlər üçün tapşırıqları tamamlayaraq açıq dünyanı gəzir. Rəqabətli multiplayer rejimi oyunçulara komandalarda və ya fərdi şəkildə mübarizə aparmağa imkan verir. == Oynanış == Oynana bilən personaj doqquz mövcud muzdludan ibarət bir hovuzdan seçilir; Qalan səkkiz və bəzi başqa oynanmayan muzdlu personajlar oyun başlayanda dünyaya paylanır. Ətraf mühit səhradan savanna və meşəyə qədər müxtəlif əraziləri əhatə edir. Muzdlu hərbçinin tapançalar, hücum tüfəngləri, raketatanlar, snayper tüfəngləri və minaatanlar da daxil olmaqla otuz odlu silahdan seçim etmək imkanı var. Oyunda təkcə uzaqdan döyüş silahları yox, həmçinin yaxın döyüş sevənlər üçün də silahlar vardır.
Far Cry 3
Far Cry 3 — Kanadanın videooyun istehsalçısı komandası “Ubisoft Montreal” tərəfindən hazırlanmış və “Ubisoft” şirkəti tərəfindən satışa çıxarılmış 2012-ci ilin birinci şəxs atıcı videooyunu. Bu, “Far Cry” videooyun seriyasının üçüncü seriyasıdır. Oyundakı hadisələr, oyunçuların sərbəst şəkildə gəzə və kəşf edə biləcəyi tropik bir arxipelaq olan “Ruk adaları”nda (ing. Rook Islands) cərəyan edir. Oyun mübarizə və yeni elementlərin aşkarlanması ətrafında cəmlənir. “Far Cry 3”də oyunçular müxtəlif silahlardan istifadə edərək düşmənləri məhv etməli, eyni zamanda vəhşi təbiətin ağır şərtlərində sağ qalmaq üçün lazımi resursları toplamalıdırlar. Oyunun baş qəhrəmanı olan gənc amerikalı oğlan Ceyson Brodi, dostları ilə birlikdə Tailandın Banqkok şəhərinə səyahətə çıxmışdı. O, və dostları bilmədən bu ölkədəki amansız piratların məskunlaşdığı Ruk adalarına ayaq basır və onların əsirinə çevrilirlər. Bəxti gətirən Ceyson onlardan qaça bilir, lakin dostları isə Vaas Monteneqro və onun başçılıq etdiyi piratların əlində qalır. Dostlarını Vaasdan azad etmək və adadan qaçmağın yolunu tapmaq missiyası indi Ceysonun üzərinə düşür.
Far Cry 4
Far Cry 4 — Ubisoft Montreal tərəfindən hazırlanmış və Ubisoft tərəfindən nəşr edilmiş 2014-cü il birinci şəxs atıcı oyunudur. Oyun 2012-ci il Far Cry 3 video oyununun davamçısıdır və Far Cry seriyasının dördüncü əsas hissəsidir. Uydurma Himalay ölkəsi Kyratda qurulan oyun, zalım kral Paqan Min tərəfindən idarə olunan Kirat Kral Ordusu ilə Qızıl Yol adlı üsyançı hərəkat arasında vətəndaş müharibəsində yaxalanmış gənc Kirati-Amerikalı Ajay Ghale-nin izləyir. Gameplay döyüş və kəşfiyyata yönəlib; Oyunçular müxtəlif silahlardan istifadə edərək düşmən əsgərləri və təhlükəli vəhşi təbiətlə döyüşürlər. Oyun, şaxələnmiş hekayə və yan tapşırıqlar kimi rol oyunlarında tapılan bir çox elementi ehtiva edir. Oyun həmçinin xəritə redaktoru və həm kooperativ, həm də rəqabətli multiplayer rejimlərinə malikdir. Oyun özü əvvəlki seriyanın 3 oyununa bənzəsə belə özünəxas atmosferi və daha üstün qrafikası ilə oyunçulara həm əvvəlki oyunların nostalgiyasını yaşadır, həm də Far Cry sevənlər üçün əla layihə olur. 2014-cü ilin may ayında elan edilmiş Far Cry 4-ün inkişafı Assassin's Creed III-ün 2012-ci ilin sonunda buraxılmasından qısa müddət sonra başladı. Komanda əvvəlcə Far Cry 3-ün hekayəsini davam etdirən birbaşa davam filmi hazırlamaq niyyətində idi, lakin sonradan bu fikir bir kənara qoyuldu və komanda oyun üçün yeni quruluş və hekayə hazırlamağa qərar verdi. Far Cry 4-ün bəzi aspektləri Nepal Vətəndaş Müharibəsindən ilhamlanıb və oyunun antaqonisti Paqan Minin dizaynı Yapon filmləri Ichi the Killer və Brother-dan ilhamlanıb.
Far Cry 5
Far Cry 5 — Ubisoft Montreal və Ubisoft Toronto tərəfindən hazırlanmış və Ubisoft tərəfindən nəşr edilmiş 2018-ci il birinci şəxs atıcı oyunudur. Oyun 2014-cü ildə Far Cry 4-ün varisi və Far Cry seriyasının beşinci əsas hissəsidir. Amerika Birləşmiş Ştatlarının Montana ştatının qondarma bölgəsi olan Hope County-də qurulan oyun, xarizmatik və güclü lideri Cozef Seedin əmri ilə mahalı ələ keçirmiş qiyamət kultu olan Project Eden's Gate ətrafında cərəyan edir. Oyunçular Hope County-də tələyə düşmüş adı açıqlanmayan şerif müavininə nəzarət edir və bölgəni Toxumların və Eden Qapısının despotik idarəçiliyindən xilas etmək üçün müxtəlif müqavimət qrupları ilə işləməli olurlar. Oyunun özü əvvəlki oyunlarda olduğu kimi döyüş və kəşfiyyata yönəlib; Oyunçular müxtəlif silahlardan istifadə edərək düşmən əsgərləri və təhlükəli vəhşi təbiətlə döyüşürlər. Oyun, şaxələnmiş hekayə və yan tapşırıqlar kimi rol oyunlarında tapılan bir çox elementi ehtiva edir. Oyun həmçinin xəritə redaktoru, kooperativ multiplayer rejimi və rəqabətli multiplayer rejiminə malikdir. 2017-ci ilin əvvəlində elan edilmiş Far Cry 5-in inkişaf prosesi olduqca geniş idi. Komanda Amerikada yerləşməyə qərar verməzdən əvvəl müxtəlif konsepsiyaları araşdırdı. Oyun Soyuq Müharibə və 11 Sentyabr hücumları kimi müasir tarixdə baş verən müxtəlif ictimai-siyasi hadisələrdən çox ilhamlanıb.
Far Cry 6
Far Cry 6 — Ubisoft Toronto tərəfindən hazırlanmış və Ubisoft tərəfindən nəşr edilmiş 2021 birinci şəxs atıcısıdır. Bu, Far Cry seriyasının altıncı əsas hissəsidir və 2018-ci ildə Far Cry 5-in davamçısıdır. Oyun "El Presidente" Anton Castillo (Ciancarlo Esposito tərəfindən canlandırılan) tərəfindən diktatura kimi idarə olunan və oğlu Dieqonu (Anthony Gonzales) onun hakimiyyətinə riayət etmək üçün böyüdən, Karib dənizinin qondarma Yara adasında qurulur. Oyunçular Castillo və onun rejimini devirməyə çalışan partizan döyüşçüsü Dani Rojas (nisa Gündüz və ya Sean Rey tərəfindən səslənir) rolunu alırlar. Gameplay döyüş və kəşfiyyata yönəlib; Oyunçular müxtəlif silah və nəqliyyat vasitələrindən istifadə edərək düşmən əsgərləri və təhlükəli vəhşi təbiətlə döyüşürlər. Oyunda rol oynayan oyunlarda tapılan bir çox element var, məsələn, səviyyə sistemi və yan tapşırıqlar. Kooperativ multiplayer rejimi də var. Far Cry 6-nın inkişafı təxminən 2016-cı ildə başladı və geniş iş aparıldı. Oyunun təsviri üçün komanda yaxın tarixdəki müxtəlif inqilabları, xüsusən 1953-1959-cu illərdəki Kuba İnqilabını araşdırdı. Oyun bir millətdə faşizmin yüksəlişi, imperializmin dəyəri və azad və ədalətli seçkilərə ehtiyac kimi mövzuları əhatə edən Far Cry 5-in yaratdığı mübahisələrə cavab olaraq "siyasi" olmaq üçün hazırlanmışdır.
Sarı şam
Sarı şam (lat. Pinus ponderosa) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Təbii halda Şimali Amerika nın qərbində, İngiltərə də, Kolumbiya da, Cənubi Kaliforniya da, eləcə də Avropa nın bir çox ölkələrində bitir. Hündürlüyü 50 m olan, ensiz-konusşəkilli, açıq çətirli, sonradan enli-piramidal forma alan möhkəm, ağacdır. Gövdəsinin qabığı qırmızı-qonur və ya qara rəngli olub, 10 sm qalınlığındadır, iri qatlarla ayrılan qalın qabıqla örtülmüşdür. Diametri 180 sm-dir. Azsaylı şaxələnmiş, çox vaxt qövsşəkilli əyilmiş, qısa budaqları ağaca xüsusi gözəllik verir. Cavan zoğlarının qalınlığı 8–20 mm-ə qədərdir. Qınların uzunluğu 20–27 mm-dir. İynəyarpaqları tünd-yaşıl, ucu biz, sıxdır, uzunluğu 30 sm-ə qədərdir, 2-5 ədədi bəzən bir dəstədə yığılır.
Fars ədəbiyyatı
İran ədəbiyyatı — İranlı şair və yazıçıların İran mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İran ədəbiyyatı da digər xalqların ədəbiyyatları kimi başlığını şifahi xalq ədəbiyyatından götürmüş daha sonralar isə yazılı xalq ədəbiyyatına keçmişlər. Şifahi xalq ədəbiyyatının nümunələri: laylalar, tapmacalar, nağıllar, zərbolməsəllər yəni atalar sözləri və s.
Meymand (Fars)
Meymənd — İranın Fars ostanının Firuzabad şəhristanının Meymənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,615 nəfər və 2,138 ailədən ibarət idi.