Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu. Aysu Gülməmmədli — Ukrayna ictimai-siyasi xadimi Aysu Bankoğlu — hüquqşünas və siyasətçi.
Saybu Swag
Saybu Swag (əsl adı: Səbuhi Məcnunlu; 30 mart 1991, Razin) — azərbaycanlı reper. == Həyatı == === Erkən illəri === İlk mahnıları 2014-2015-ci illərdə işıq üzü görüb. İlk rəsmi musiqi videosu youtube-da 100.000-dən çox baxış toplayan "PSYCHO" adlı mahnısını olmuşdur. 5 aydan sonra o, hal-hazırda youtube-da 115.000+ baxış toplayan "Asta Dur" adlı mahnısını da buraxdı. 2016-cı ildə Orxan Qarabasma ilə tanışmışdır. Həmin il onlar bir layihə üzərində əməkdaşlıq etdilər. Hal-hazırda YouTube-da 1.000.000-dan çox baxış toplayan əməkdaşlıq çox uğurlu oldu. “Qruz Brat” onun karyerasının ən uğurlu layihələrindən biri oldu. === Sonraki illər === 2020-ci ildə o, Pasterin "BINA" adlı albomunda yer almışdır. 2022-ci ildə Azərbaycanda keçiriləcək rep festivalına dəvət almışdır.
Aysu Devrişova
Aysu Dəvrişova
Aysu Gülməmmədli
Aysu Bankoğlu
Aysu Bankoğlu (1989, Bartın) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Aysu Bankoğlu 1989-cu ildə Bartın ilində anadan olub. Koç Universitetinin Hüquq bölməsini bitirib. Birləşmiş Krallığın Kembric Universiteti və Birləşmiş Ştatların Kornell Universitetində təlim proqramları alıb. Koç Universitetinin Sosial Elmlər İnstitutunun İctimai hüquq bölməsində isə magistr dərəcəsi alıb. İstanbul Vəkillər Kollegiyasında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. CHP İctimaiyyətlə əlaqələr üzrə sədr müavini olub. 2023-cü ildən CHP Məclis üzvüdür. 2018 və 2023-cü illərdə Bartın ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Deni Sassu-Nqesso
Deni Sassu-Nqesso (fr. Denis Sassou Nguesso; 23 noyabr 1943[…], Edu[d]) — 1997-ci ildən etibarən Konqo Respublikasının Prezidenti vəzifəsini icra edən konqolu siyasətçi. Sassu-Nqesso üsyançı qüvvələrinin Prezident Paskal Lissubanı devirdiyi Konqo Respublikası vətəndaş müharibəsi zamanı hakimiyyətə qayıtmadan öncə beş il müxalifət lideri oldu. Keçid dövründən sonra müxalifətin demək olar ki, iştirak etmədiyi 2002 prezident seçkilərində qalib gəldi, 2009 prezident seçkilərində yenidən seçildi. 2015-ci ildə referendum yolu ilə qəbul edilən yeni konstitusiyanın tətbiqi Sassu-Nqessonun daha bir müddət vəzifədə qalmasına imkan verdi. 2016-cı il prezident seçkilərində ilk turda səs çoxluğu ilə yenidən seçildi. Sassu-Nqessoya müxtəlif siyasi partiyalar, ən əsası isə KİP dəstək verir. KİP Mərkəzi Komitəsinin prezidentidir. 2021 -ci ilin oktyabrında "Pandora Sənədləri" qalmaqalında Denis Sassou N'Guesso göstərildi. Beynəlxalq jurnalistlər konsorsiumuna görə, Denis Sassou N'Guesso hakimiyyətə qayıtdıqdan dərhal sonra şirkət 1998 -ci ildə idi.
Says-Piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Says piko sazişi
Says-Piko sazişi — Britaniya imperiyası ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə. Müharibənin başlanmasından az sonra gələcək qənimətlərin bölünməsi haqda məsələ Antanta dövlətlərinin əsas müzakirə mövzusu oldu. 1914-cü ilin sentyabrın 5-də Rusiya,İngiltərə və Fransa arasında saziş bağlandı.Tərəflər aşağıdakı öhdəlikəri götürürdülər: Müharibə gedişində separat sülh bağlamamaq. Sülh şərtlərinin müzakirə edilməsi vaxtı çatdıqda müttəfiqlərlə razılaşmadan sülh şərtlərini irəli sürməmək. 1914-cü il sentyabrın 14-də səfirlər gələcək sülhün əsas məqamlarını müəyyən etdilər.Bu proqramda alman imperiyasının və onun müttəfiqlərinin darmadağın edilməsi nəzərdə tutulurdu.Onun məzmunu aşağıdakılardan ibarət idi. Nemanın aşağı hissəsinin,Şərqi Qalisiyanın Rusiyaya birləşdirilməsi.Ponanın,Sileziyanın və Qərbi Qalisiyanın qatılması. Elzas-Lotaringiyanın Fransaya qaytarılması,Reyn vilayətinin bir hissəsinin və Palatinatın ona keçməsi. Alman ərazisi hesabına belçikanın xeyli genişləndirilməsi Şlezviq-Qolşteynin Daniyaya qaytarılması Hannovar krallığının bərpa edilməsi Avstriya-Macarıstanın 3 müstəqil monarxiyaya-Avstriya,Çexiya və Macarıstan monarxiyalarına bölünməsi. Bosniyanın,Hersoqovinanın,Dalmasiyanın və Şimali Albaniyanın Serbiyaya verilməsi. Serb Makedoniyası hesabına Bolqarıstanın mükafatlandırılması və Cənubi Albaniyanın Yunanıstana birləşdirilməsi.
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Göysu
Göysu — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Irəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Əslində «köy» (kənd) və «su» (çаy) sözlərindən ibаrətdir. «Çаy kənd» mənаsındаdır. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 23 km məsаfədə yеrləşir. == Əhalisi == Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914 - cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə ermənilər tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922-1924 - cü illərdə ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər, 1939 - cu ildə 314 nəfər, 1959 - cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 531 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi�etnik vətənlərindən qovulmuşlar.
Hayku
Hayku (yap. 俳句) - yapon poeziyasındakı janrlardan biridir. Hayku 3 sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır.
Kayzu
Kayzu (海津市, Kaizu-shi) — Yaponiyanın Gifu prefekturasında yerləşən şəhər. Müasir Kayzu şəhəri 28 mart 2005-ci ildə keçmiş Kayzu şəhərinin, Hirata və Nanno şəhərlərinin (hamısı keçmiş Kayzu qəzasının tərkib hissəsi idilər) qurulmuşdur. Şəhərin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir, buna görə də Kayzu dambaları ilə məşhurdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 36.030 nəfərdir, hər km² ərazidə 321 nəfər yaşayır. Şəhərin sahəsi 112,31 km²-dir. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhər dambaları ilə məşhurdur. Şəhərin qərb hissəsi Gifu və Mie prefekturalarının sərhədində yerləşir. Burada şimaldan cənuba Yoro dağları uzanır və Nobi düzənliyində 3 çay — İbi, Naqara və Kiso çayları birləşir. Şəhərin içi ilə Tsuya, Oqure və Oe çayları axır.
Lassu
Lassu (fr. Lassouts, oks. Las Sots) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Espalyon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12124. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 28 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 316 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər arasında (15-64 yaş arasında) 118 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə bu 69.2%).
Matsu
Matszu (çin. 妈祖, azərb. Ana əcdad, ana, nənə‎) — Daoizm inancında dəniz ilahəsi, dənizçilərin və balıqçıların himayədarı və qoruyucusudur. Matsuya ibadət sonq sülaləsinin dövründə başlanıb. Matsuya Şərqi və Cənub-Şərqi Asiyada daosizmin yayıldığı yerlərdə daha çox sahil ətrafı bölgələrdə ibadət edilir. == İstinadlar == == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Qansu
Qansu (çin. sadə. 甘肃省, pinyin: Gānsù Shěng) — Çinin mərkəzindən şimalda olan əyalət. == Ümumi məlumat == Bu əyalət ilə uyğurların yaşadığı Sincan əyalətləri qonşudur. Uyğurlarla çinlilər arasında ən böyük qarşıdurmalar məhz bu sərhəddə meydana gəlmişdir. Ən qanlı çarpışmalar isə 2011–2012-ci illərə təsadüf edir.
Qaxsu
Qaxsu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Kəndə ermənilər İrandan köçürülmüşdür. Toponim türk dilində «bərk, möhkəm» mənasında işlənən qax (əsli xax > qaq) sözü ilə su sözünün birləşməsindən əmələ gələn hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Qaysa
Qaysa — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Balakən rayonunun Qaysa kənd Soveti Qaysa kəndinin ərazisinin bir hissəsi Qabaqçöl qəsəbə Sovetinin tərkibinə verilmişdir.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Sadhu
Sadhu (sanskr. साधु, sādhuIAST) Sadhu Hinduizmdə və Hindistan mədəniyyətində artıq hinduizmdə həyatın üç məqsədinə çatmağa can atmayan asketlər, müqəddəslər və yogilər üçün istifadə edilən bir termindir: kama (hissi həzz), artha (maddi inkişaf) və hətta dharma (vəzifə). Bir sadhu meditasiya və Allahı tanımaqla mokşaya (azadlığa) nail olmağa tam sadiqdir. Sadhular imtinanı simvolizə etmək üçün tez-tez oxra paltar geyinirlər. == Müasir Hindistanda sadhular == Adətən sadhular dünyadan və maddi həzzlərdən imtina etmiş rahiblərdir. Onlar Hindistanın mağaralarında, meşələrində və ya məbədlərində yaşayırlar. Sadə insanlar çox vaxt sadhuya baba deyirlər. Bir çox hind dillərində baba ata və ya əmi deməkdir. Bəzən babaya hörmət göstəricisi olan ci — babaci şəkilçisi əlavə olunur. 2007-ci ilin statistikasına əsasən Hindistanda 4 ilə 5 milyon arasında sadhu var idi.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Salsk
Salsk — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Samsun
Samsun — Türkiyənin Samsun ilinin inzibati mərkəzi.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Sayad
Sayad (Xaçmaz)
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Şanyü
Şanyü — Xaqandan öncə hunlar arasında istifadə olunan titul.