AYSOYLU
AYSULTAN
OBASTAN VİKİ
Aysu
Aysu — qadın adı. Aysu Devrişova — peşəkar Azərbaycan kikboksçusu. Aysu Gülməmmədli — Ukrayna ictimai-siyasi xadimi Aysu Bankoğlu — hüquqşünas və siyasətçi.
Aysu Devrişova
Aysu Dəvrişova
Aysu Gülməmmədli
Aysu Bankoğlu
Aysu Bankoğlu (1989, Bartın) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Aysu Bankoğlu 1989-cu ildə Bartın ilində anadan olub. Koç Universitetinin Hüquq bölməsini bitirib. Birləşmiş Krallığın Kembric Universiteti və Birləşmiş Ştatların Kornell Universitetində təlim proqramları alıb. Koç Universitetinin Sosial Elmlər İnstitutunun İctimai hüquq bölməsində isə magistr dərəcəsi alıb. İstanbul Vəkillər Kollegiyasında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. CHP İctimaiyyətlə əlaqələr üzrə sədr müavini olub. 2023-cü ildən CHP Məclis üzvüdür. 2018 və 2023-cü illərdə Bartın ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Aysultan Nazarbayev
Aysultan Rahat oğlu Nazarbayev (qaz. Aisūltan Rahatūly Nazarbaev; 26 avqust 1990 – 16 avqust 2020, London) — qazaxıstanlı futbolçu, iş adamı, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi və Dəriğə Nazarbayevanın oğlu. == Bioqrafiya == Atası Qazaxıstan siyasətçisi, iş adamı və diplomat Rahat Əliyev (1962-2015), anası isə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dərigə Nazarbayevadır. Orta Yüzün Konırat qəbiləsinin jamanbay nəslindən gəlir. "Beynəlxalq Davamlı Təhsil Kolleci" (Astana) və "Amerikan Beynəlxalq Məktəbi"-ndə (Salzburg, Avstriya) təhsil almışdır. Sandxreste İngilis Kral Hərbi Akademiyasının məzunudur (2009-2010). Qazaxıstan İdarəetmə, İqtisadiyyat və Strateji Tədqiqatlar Universitetini Biznes İdarəetmə (Alma-Ata) dərəcəsi ilə bitirmişdir. Qazaxıstan Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində xidmət etmişdir (2012-2013). Atasının Avstriyadakı səfiri olduğu dövrdə Admira Vakker Mödlinq FK-da futbol oynamağa başlayır. 2006-cı ildə Qazaxıstanın birinci liqasında paytaxt "Raxat" klubunda iki oyununu keçirmiş, 2007-ci ildə Alma-Atanın "Jeleznodorojnik" FK-nun üzvü olmuşdur.
Aysun Bankoğlu