Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sazbəndlik
Sazbəndlik – saz hazırlama sənəti. Sazbənd saz alətini hazırlayan ustalara verilən addır. Sazbəndlik elə bir sənətdir ki, onun daşıyıcısı həm dülgər, həm tərtibatçı-rəssam, həm musiqiçi, həm də saz-söz sənətinə yaxşı bələd olmalıdır. "Zəri zərgərdən, sazı sazbənddən alarlar" deyimi də təsadüfi deyilməmişdir. Usta sazbəndlər təkcə saz düzəltməmiş, həm də zaman-zaman sazı təkmilləşdirmişlər. Sazbənd Xudu Məmmədov sazın qol, beçə və sinə pərdələrinin sayını 23-ə çatdırmışdır. Aşıqlar kimi sazbəndlər də bu sənətin sirlərini şagirdlərinə öyrətməklə onu yaşatmağa çalışırlar. Sazbəndlik sənətinin bir sıra peşə özəllikləri vardır. Mahir sazbənd ilk növbədə material seçməklə işə başlayır. Ağac seçərkən də onun güneydə (dəmyədə) və ya quzeydə (sulu yerdə) bitməsinə, möhkəmliyinə, çəkisinə diqqət yetirir.
Sazbəndlik sənəti
Sazbəndlik – saz hazırlama sənəti. Sazbənd saz alətini hazırlayan ustalara verilən addır. Sazbəndlik elə bir sənətdir ki, onun daşıyıcısı həm dülgər, həm tərtibatçı-rəssam, həm musiqiçi, həm də saz-söz sənətinə yaxşı bələd olmalıdır. "Zəri zərgərdən, sazı sazbənddən alarlar" deyimi də təsadüfi deyilməmişdir. Usta sazbəndlər təkcə saz düzəltməmiş, həm də zaman-zaman sazı təkmilləşdirmişlər. Sazbənd Xudu Məmmədov sazın qol, beçə və sinə pərdələrinin sayını 23-ə çatdırmışdır. Aşıqlar kimi sazbəndlər də bu sənətin sirlərini şagirdlərinə öyrətməklə onu yaşatmağa çalışırlar. Sazbəndlik sənətinin bir sıra peşə özəllikləri vardır. Mahir sazbənd ilk növbədə material seçməklə işə başlayır. Ağac seçərkən də onun güneydə (dəmyədə) və ya quzeydə (sulu yerdə) bitməsinə, möhkəmliyinə, çəkisinə diqqət yetirir.
Salbənd (Maku)
Salbənd (fars. سالبند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (25 ailə).
Şazənd
Şazənd — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Şazənd şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,353 nəfər və 5,265 ailədən ibarət idi.
Astana (Şazənd)
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Şazənd şəhristanı
Şazənd şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Şazənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 118,789 nəfər və 31,228 ailədən ibarət idi.
Nalbənd
Nalbəndlik — peşə. Nalbənd (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Nalbənd (Çaypara) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. Nalbənd (ağac) — Qaraağac fəsiləsinin qaraağac cinsinə aid bitki.
Yüzbənd
Yüzbənd (Əhər)
Ağbənd
Ağbənd – Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində qəsəbə. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Tarixi == Ağbənd qəsəbəsi Araz çayının sahilində, Ağbənd dağının ətəyindədir. Yaşayış məntəqəsi adını ətəyində salındığı dağın adından almışdır. 1958-ci ildə meydana gəlmiş bu qəsəbəni Bartaz, Vejneli, Dəlləkli, Əmirxanlı, Baharlı, Çöpədərə və Sürtük kəndlərindən gəlmiş ailələr salmışdır. Qazaxıstanın Selinoqrad vilayətində Akbənt qəsəbəsi qeydə alınmışdır. == Ağbənd dağı == Zəngilan rayonu ərazisində dağ. Ağbənd qəsəbəsinin cənub-şərqindədir. Süxurları ağ rəngdə olan dağ Araz çayının dərəsinə doğru bəndi xatırladan formada uzandığı üçün belə adlandırılmışdır.
Rabənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Salənd
Salənd— İranın Xuzistan ostanının Dezful şəhristanının Sərdəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,841 nəfər və 394 ailədən ibarət idi.
Daşbənd (Bukan)
Daşbənd (fars. داش‌بند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.801 nəfər yaşayır (353 ailə).
Nalbənd (Pəmbək)
Nalbənd — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu illərdə Leninakan adlı rayonun tabeliyində olmuşdur. Burada 30 - cu illərdə Nalbənd adlı dörd toponim olmuşdur. Nalbənd kəndi, Nalbənd qışlağı, Nalbənd vağzalı, Nalbənd dəmiryolu. Toponim Azərbaycan dilində peşə mənasında işlənən nalbənd (nalçı, heyvanların ayağına nalvuran adam) sözü əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Nalbənd (Çaypara)
Nalbənd (fars. نعلبند‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (54 ailə).
Sərbənd (Nəmin)
Sərbənd (fars. سربند‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (41 ailə).
Yüzbənd (Kəleybər)
Yüzbənd (fars. يوزبند‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Yüzbənd (Əhər)
Yüzbənd (fars. يوزبند‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Şamkənd
Şamkənd — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Türk dilində şam sucaq yer, bataqlı, qamışlıq deməkdir.Azərbaycan dilində şam sözü bir neçə mənada işlədilir. Yerli əhalinin verdiyi məlumata görə kəndin salındığı ərazi olduqca çox sıx və hündür boylu meşə – şamlax olmuşdur. Şamlax və ya şamlıq kimi tanınan bu ərazidə kənd mövcud olduqdan sonra Şam adlandırılmış. Bir müddət sonra Şam sözünə kənd sözü də əlavə edilmiş və Şamkənd formasını almışdır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Qasımuşağı tayfasına mənsub cəmi 3 ailənin Şam adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Şamkənd kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.
Abdulla Şahbəndə
Şahənd gəvəni
Şahənd gəvəni (lat. Astragalus sahendi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir. Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir. Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.
Şizənd (Xürrəmdəşt)
Şizənd (az.-əbcəd. شیزَند‎, fars. شیزند‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 866 nəfər yaşayır (305 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Sautend-on-Si
Sauthend-on-Si (ing. Southend-on-Sea) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Şahbəndə xan Pörnək-Türkman
Şahbəndə xan Pörnək-Türkman — Təbrizin bəylərbəyi. Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. O, 1625-ci ilə qədər Təbriz bəylərbəyi olub (Arada az müddətə Qaraçaqay xan Təbriz bəylərbəyi seçilir). Şahbəndə xan Gürcüstanda vuruşmada öldürüldükdən sonra Şah onun üç yaşlı oğluna II Pirbudaq adı, həm də xan titulu verib Təbriz bəylərbəyi təyin edir. İ.P.Petruşevski Türkman tayfasının Pornak şaxəsindən olan kiçik yaşlı Pirbudaq xanın bəylərbəyi təyin edilməsi haqqında yazır ki, üç yaşlı uşağın bəylərbəyi təyin edilməsi Şah Abbasın güclü dövlət yaratmaq istəklərinə baxmayaraq, Türkman tayfası başçılarının Təbriz bəylərbəyiliyinə bir inzibati mənsəb kimi yox, oranı özlərinin irsi idarə əmlakı hesab etmələri ilə Şahın hesablaşdığını göstərir.