Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sevil
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Sevil (ansambl)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil (dəqiqləşdirmə)
Sevil (ad) — qadın adı. Əsərlər Sevil (pyes) — Cəfər Cabbarlının 1928-ci ildə yazdığı pyes. Sevil (opera) — Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı opera. Filmlər Sevil (film, 1929) — Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmiş film. Sevil (film, 1970) — dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmış film. Digər Sevil (ansambl) — musiqi qrupu.
Sevil (kvartet)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil (opera)
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır. Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını – ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.
Sevil (pyes)
Sevil — 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən qələmə alınmış pyes. Bu əsər əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir. Bir çox qadın şəhərdəki teatrda tamaşanı izlədikdən sonra hicab geyinməkdən imtina etmişdir. Pyesin sonrakı uyğunlaşdırmaları orijinal əsər ilə müqayisədə insanlara daha az təsir göstərmişdir. 1929-cu ildə bu əsərin eyniadlı filmi çəkilmişdir. Film bütövlükdə Mərkəzi Asiya və Qafqaz regionlarında insanlara nümayiş etdirilmişdir. Əsərdə hadisələr 1918-1919-cu illərdə Bakıda cərəyan edir. Əsərin əsas obrazları olan cütlük - Sevil və Balaş kəndli icmasına məxsus ailələrdə böyüyüb boya-başa çatmışdır. Sevil özünü evinə və ailəsinə həsr etmiş bir qadın ikən, Balaş cəmiyyətdə müəyyən mövqe tutmuşdur və həyat yoldaşı Sevili, hətta onun ən sadə davranışlarına görə belə alçaldaraq təhqir edir. Onların Gündüz adında bir oğlu da vardır.
Sevil Bünyatova
Sevil Bünyatova (5 oktyabr 1989) — Azərbaycanı təmsil edən qılıncoynadan. Sevil Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub. Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevinc Bünyatova da qılıncoynadandır. Sevil Bünyatova 2015-ci ilin 12–28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün dördündə qalib gələn Sevil Bünyatova "F" qrupunu 2-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevil Bünyatova əvvəlcə təsnifat mərhələsində Polşa nümayəndəsi Maqdalena Pasternaya 15:4, sonra isə 1/8 final mərhələsində Rusiya nümayəndəsi Mariya Ridela 15:10 və 1/4 final mərhələsində Yunanıstan nümayəndəsi Vassili Vuqiuya 15:12 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Fransa nümayəndəsi Marqu Rifissa 15:10 hesabı ilə qalib gələn Sevil Bünyatova turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Polşa nümayəndəsi Angelina Vator oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə 14:15 hesabı ilə məğlub olan Sevil Bünyatova I Avropa Oyunlarının gümüş medalına sahib oldu.
Sevil Gültən
Nuriyeva Sevil Məmməd qızı (Sevil Gültən) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib. Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
Sevil Hacıyeva
Sevil Hacıyeva (3 oktyabr 1968, Bakı – 12 sentyabr 2000, Los-Anceles, Kaliforniya) — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti. Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilmiş və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlamışdır. 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilirdi. "Bakı Payızı-88", "Yurmala-89" laureatlarının qalibi olmuşdu. Yurmalada gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. Karvan qrupu dağıldıqdan sonra Sevil Hacıyeva da dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür.
Sevil Mehdiyeva
Mehdiyeva Sevil Hacı qızı (9 sentyabr 1942, Bakı) — filologiya elmləri doktoru (1992), professor (2005), Əməkdar müəllim (2000), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Sevil Mehdiyeva 9 sentyabr 1942-ci ildə Lənkəran şəhərində anadan olmuşdur, 1959-cu ildə Bakının Nərimanov rayonundakı 57 saylı orta məktəbi bitirmiş, həmin ildə də Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1967-ci ilin oktyabrından bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi (indiki Dil tarixi və dialektologiya) şöbəsində baş lobarant, baş elmi işçi, şöbənin müdiri vəzifələrində işləmiş, 2013-cü ildə Akademiyada, eləcə də Dilçilik İnstitutunda aparılan islahatlarla əlaqədar baş elmi işçi vəzifəsində çalışır. 1974-cü ildən filologiya elmləri namizədidir, 1992-ci ildən filologiya elmləri doktorudur. 2005-ci ildən professordur. 2000-ci ildən Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prof. S.H.Mehdiyeva 170-dən artıq elmi, elmi-metodik, elmi-kütləvi məqalənin, 4 monoqrafik tədqiqatın (Yazılı dastanların dili. “Şəhriyar” dastanının materialları əsasında. B., Elm, 1991; Folklor abidələrinin linqvo-poetik tədqiqi.
Sevil Mikayılova
Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist. Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir. 1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir. 2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib.
Sevil Nuriyeva
Nuriyeva Sevil Aydın qızı — jurnalist, televiziya aparıcısı. Sevil Nuriyeva 1973-cü il avqustun 24-də Gəncədə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edib və müvafiq sahə üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Dövlət Televiziyasında, 215 KL studiyasında, Azərbaycanın ilk müstəqil televiziya kanalı olan ANS-də müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib. "Güzgü", "Nəzər Nöqtəsi", "Divan", "Xəbərdar", "Bu bizik", "Əks-səda", "Ötən Həftə" , "Zərif çərşənbə" , "Şənbə gecəsi Sevil Nuriyeva ilə" kimi bir sıra proqramların müəllifi və aparıcısı olub. 1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin "Natəvan", 1998-ci ildə isə "Zərdabi" mükafatlarına, 1998-ci ildə Çingiz Mustafayev adına "İlin ən cəsarətli TV proqram müəllifi və aparıcısı" mükafatına, 1998-1999-cu illərdə Yeni Nəsil Jurnalistlər Birliyinin "İlin TV proqramçısı", 1999-cu ildə Jurnalistlərin Dostu Dərnəyinin "İlin ən cəsur TV proqramçısı və aparıcısı" mükafatlarına, 2000-ci ildə Gürcüstanda "Qafqazın ən obyektiv proqramçısı və aparıcısı" müfakatına layiq görülüb. 1998-ci ildə CNN-də, 1999-cu ildə BBC-də proqram müəllifi stajı keçib. Hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır. Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz mediya mərkəzinin rəhbəridir.
Sevil Qazıyeva
Sevil Həmzət qızı Qazıyeva (1 iyun 1940, Aşağı Tala, Zaqatala rayonu – 23 sentyabr 1963, Jdanov) — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. Sevil Qazıyeva 1940-cı il iyun ayının 1-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirən Sevil sənədlərini Azərbaycan Tibb İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada poliqrafiya sənətini öyrənən Sevil Qazıyeva həm də teatr dərnəyində fəaliyyət göstərir. Ehtiyat Əmək Qüvvələrinin Mədəniyyət Evinin üzvü olan Sevil əvvəlcə Süleyman Sani Axundovun "Laçın yuvası" pyesində Pərican, sonra isə Cəfər Cabbarlının "Sevil" pyesində Sevil obrazlarını canlandırır. Həmin illərdə mətbuatda şeirləri də dərc olunur. 1959-cu ilin dekabrında Sevil qəzetdə bir məqalə oxuyur. Məqalə ilə tanış olan tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə sürücü-mexanik olmağa qərar verir. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi Sevil Qazıyeva və rəfiqələri Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibinə məktub yazıb Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər.
Sevil Xıdırlı
Sevil Xəlilova
Sevil Xəlilova — Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar Artisti. Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970), 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S.Dağlı "Kölgələr pıçıldaşır" Çeşmə, Anar "Şəhərin yay günləri" Qumru, C.Məmmədquluzadə "Dəli yığıncağı" Zəvvar, S.Rəhman "Əliqulu evlənir" Humay, B.Vahabzadə "Kimdir haqlı?" Məlahət, İ.Əfəndiyev "Büllur sarayda" Səadət, Anar "Təhminə və Zaur" Mədinə, B.Brext "Üç quruşluq opera" Kitti, S Rəhman "Nişanlı qız" Zərifə, S.Vurğun "Vaqif" Gülnar, J.Rasin "Fedra" Enona, Elçin "Poçt şöbəsində xəyal" Züleyxa, Ə. Əmirli "Köhnə ev" Mələk, X. Qoca "Hərənin öz payı" Xədicə xala, H.Cavid "Afət" İlçay, Mir Cəlal "Dirilən adam" Telli, C.Məmmədquluzadə "Ölülər" Məşədi Orucun anası, İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın" Güləndam, A.Şaiq "Eloğlu" Cəvahir xanım və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s. Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sevil ansamblı
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Sevil İbrahim
İbrahimova Sevil Həsənağa qızı — rejissor. Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
Sevil İbrahimova
İbrahimova Sevil Həsənağa qızı — rejissor. Sevil İbrahimova 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1977-ci ildə həmin ali təhsil ocağını bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi başlamış, sonralar ikinci rejissor və quruluşçu rejissor olmuşdur. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Ağ işığın möcüzəsi (film, 2006) Atayevlər ailəsi (film, 1978) Atillanın atlıları (film, 2002) Bizim Natəvan (film, 2006) Böyük alim (film, 2001) Böyük elm adamı (film, 2007) Danışır və göstərir Bakı (film, 2006) Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV) Göz həkimi (film) Kişilər (film, 1979) Qonşu qonşu olsa... (film, 1989) Mehmanxana sahibəsi (film, 1978) Mətbuat fədaisi (film, 2007) Olacağa çarə yoxdur (film, 2003) Ömrün yolları (film, 1982) Pəncərədə işıq (film, 1987) Sarıköynəklə Valehin nağılı (film, 1980) Səni axtarıram (film, 1981) Yollar görüşəndə...
Sevil Şaide
Sevil Şaide (4 dekabr 1964-cü il) — Rumıniya iqtisadçısı, dövlət və siyasi xadimi. tatar mənşəlidir, müsəlmandır. 1987-ci ildə Buxarest İqtisadi Elmlər Akademiyasının iqtisadi planlaşdırma və kibernetika fakültəsini bitirib. Konstand vilayətinin dövlət administrasiyasında işləyib, layihələr üzrə baş direktorlarının rəhbəri olub.. 2012-ci ildən Rumıniya regional inkişaf nazirliyinin dövlət katibi vəzifəsini tutub. . 2015-ci ilin may-noyabr aylarında sosial-demokrat Viktor Pontanın hğkumətində reginal inkişaf və dövlət idarəetmə naziri olub.. 21 dekabr 2016-cı ildə Rumıniyanın sosial-demokrat və liberallar və demokratlar alyansı partiyalarının birgə təklifi ilə Sevil Şaide baş nazir vəzifəsinə namizəd irəli sürülüb. .
Sevil Əliyeva
Sevil Heydər qızı Əliyeva (12 oktyabr 1955, Bakı) — "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri — Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusudur. Londonda yaşayır. Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.Ailəlidir, bir qızı, iki oğlu var. Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirən S. Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi "Ana" elegiyasının müəllifidir. O, həm də "Space" Televiziyasının qurucusudur. 1961–1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir. 1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.
Sevil Əmirova
Sevil Fikrət qızı Əmirova (4 noyabr 1953, Bakı) — Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, İctimai xadim, musiqiçi. 1953-cü il noyabrın 4-də Bakı şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub. Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı "Sevil" operasının qəhrəmanı ilə bağlıdır. 1961–1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alib. 1978-ci-ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1978–1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb. 1995–2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının (Association FEMMES D’EUROPE a.i.s.b.l.) üzvü, "Belçika-Azərbaycan Alyansı" mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub. 2004–2009-cu illərdə Yunanıstanın Afina şəhərində "Beynəlxalq Qadınlar Klubu"nun (Women’s International Club) üzvü olaraq fəaliyyət göstərib. 2012–2016-cı illərdə Hollandiyanın Haaqa şəhərində "Ambassadors Spouses Association" qadınlar cəmiyyətinin üzvü seçilib.
Sevim Gözay
Sevim Gözay (türk. Sevim Gözay; 19 dekabr 1972, İstanbul – 14 yanvar 2021, İstanbul) — Türkiyəli jurnalist, yazıçı və televiziya proqramçısı. Gözay 19 dekabr 1972-ci ildə İstanbulda anadan olub. 1993-cü ildə media sənayesinə qədəm qoydu. Hazırlamış və təqdim etdiyi; CNN Türk-də yayımlanan "Cosmopolis" və TV8-də yayımlanan "Cinematic Portağal" aktual xəbərləri ilə tanındı. Kanal D, TV8, ATV, Show TV, Xəbərtürk, Sky 360, CNN Türk və TRT kanallarında çalışıb. 2001 və 2002-ci illərdə iki dəfə Türkiyə Jurnalistlər Cəmiyyəti Televiziya Mədəniyyət Sənət Uğur Mükafatı ilə mükafatlandırıldı. Son verilişi 2020-ci ildə Allianz Motto Music kanalında Sevim Gözay ilə Maraq Edirəm oldu. Gözay, 14 yanvar 2021-ci ildə İstanbulun Kartal şəhərində, 48 yaşında limfa xərçəngi səbəbiylə öldü. Cənazəsi, Samandıra'daki Veysəl Qarani qəbiristanlığında dəfn edildi.
Rendi Sevic
Randy Mario Poffo (15 noyabr 1952, Kolumbus – 20 may 2011, Seminol[d], Florida, ABŞ) — (15 noyabr 1952 - 20 may 2011), daha çox "Maço Adam" rinq adı ilə tanınan Randy Savage , Dünya Güləş Federasiyasında (WWF) vaxtilə tanınan Amerikalı peşəkar güləşçi idi və Güləş üzrə Dünya Çempionatı (WCW). Savage, idman yazıçısı Bill Simmons tərəfindən "indiyə qədər yaşamış ən böyük peşəkar güləşçilərdən biri" kimi təsvir edildi - bu, bir çox sənaye ifaçıları tərəfindən səsləndi. O, güləş pərəstişkarları tərəfindən özünəməxsus parlaq ring geyimi və xırıltılı səsi, rinqdə və rinqdən kənarda nümayiş etdirilən intensivliyi, giriş musiqisi kimi Elqarın " Pamp və Circustance March №1 " mahnısının finalından istifadə etməsi ilə tanınırdı. İmza ifadəsi, "Oooh yeah!" WWF və WCW-dəki fəaliyyətinin əksəriyyətində Savage real həyat yoldaşı Miss Elizabeth Hulette tərəfindən idarə olunurdu . Savage, 32 illik karyerası ərzində altı dünya çempionu oldu, o cümlədən ikisi WWF Dünya Ağır Çəkisi çempionu və dördü WCW Dünya Ağır Çəkisi Çempionu oldu . WWF Çempionu kimi o, Hulk Hoqan kimi rəsm gücünə sahib idi . Birdəfəlik WWF Qitələrarası Ağırçəkili Çempionu , o , WWE tərəfindən bütün zamanların ən böyük titul sahibi kimi adlandırılmış və "rinqdaxili heyrətamiz çıxışları ilə titulun daha yüksək səviyyəli etibarını" gətirdiyinə görə hesab edilmişdir. Savage 1987-ci ildə WWF King of the Ring və 1995-ci ildə WCW 3-cü Dünya Müharibəsi qalibi olub. O, karyerası boyu bir çox baxış başına ödənişli hadisələrə başçılıq etdi, o cümlədən WrestleManias IV , V , və VIII ( VIII-də ikiqat əsas tədbirin bir hissəsi olmaqla ), ilk beş SummerSlam şousundan ikisi və 1995 Starrcade . O, 2015-ci ildə ölümündən sonra WWE Şöhrət Zalına təqdim edilməklə, 1996-cı ildə təsis edildiyi vaxtda Güləş Müşahidəçisinin Şöhrət Zalına daxil edilmişdir .
Sevim Arbana
Sevim Arbana (1951) — Albaniya qadın hüquqları müdafiəçisi və "Alban Qadınlarına Faydalı" və "Sülh və Anlaşma üçün Qadın Körpüsü" adlı qeyri-hökumət təşkilatlarının təsisçisi. Sevim Arbana 1951-ci ildə anadan olub. Sevimin atası Albaniyadakı Azadlıq Ordusunun üzvü kimi İkinci Dünya müharibəsində almanlara qarşı vuruşub. O, müharibədən sonra anti-kommunist Qanunçuluq Partiyasına qoşulmuş və nəticədə "xalq düşməni" kimi damğalanaraq Ənvər Xocanın hakimiyyəti dövründə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Atasının siyasi baxışlarına görə Arbananın ailəsi Albaniya hökuməti tərəfindən daim təqiblərə məruz qalırdı; bununla da Sevimin Tirana şəhərində yerləşən İncəsənət Məktəbində təhsilini başa vurmaqla bağlı çətinliyi yaranmışdı. 1991-ci ildə Arbana Kosovoda keçirilən bir forumda özünün qadın hüquqları təşkilatlarının aldığı maliyyə çatışmazlığına etiraz edərkən Serbiya polisi tərəfindən həbs olunmuşdu. Bundan əlavə, Sevim Arbana əvvəllər MJAFT! (azərb. Bəsdir!‎) hərəkatında iştirak etmiş Tirana meri Eryon Veliay ilə birgə çalışmışdı. Arbana onu qadın hüquqlarını dəstəkləmədiyinə görə tənqid etmiş və Veliayın həmin vəzifəyə seçilməsindən sonra onunla əməkdaşlığını dayandırmışdı.