Sevil Mikayılova

Sevil Mikayılova (Sevil Əlirazı qızı Mikayılova 27 iyun 1974, Bakı) — "Trend" informasiya agentliyi baş direktorunun müavini, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü. Azərbaycan Respublikasının Milli Məclisinə 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş VI çağırış millət vəkili, Əməkdar jurnalist[1].

Sevil Mikayılova
Vəzifədədir
10 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyun 1974(1974-06-27) (49 yaş)
Doğum yeri
Təhsili

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015

Həyatı[redaktə | mənbəni redaktə et]

Sevil Mikayılova 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. Rus və ingilis dillərini bilir[2].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1992–1996-cı illərdə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində, 1996–1999-cu illərdə Bakı Elmi-Tədris Mərkəzinin İnformatika və İdarəetmə İnstitutunda ingilis dili müəllimi olmuş, 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999–2001-ci illərdə "Midiya Press" İnformasiya Agentliyində, 2001–2004-cü illərdə "525-ci qəzet"də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə "Trend" informasiya agentliyində tərcüməçi, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə "AzerNews" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən "Trend" informasiya agentliyi baş direktorunun müavinidir[2].

2020-ci il fevralın 9-da Milli Məclisə VI çağırış seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib. Bitərəfdir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür[3].

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Bolqarıstan, Fransa, İsveçrə, İtaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür[4].

Xocalı soyqırımına həsr olunmuş "Sözün bitriyi yer" adlı filmin ingilis dilində redaktoru olub, səsləndirilməsindən iştirak edib. ABŞ Dövlət Departamentinin təşkil etdiyi Beyin Mərkəzlərinin İdarə Olunması üzrə Beynəlxalq Liderlik Proqramında iştirakı ilə bağlı sertifikatla təltif olunub. Kanadanın Ottava "Bir Gənc Dünya" beynəlxalq konfransında Azərbaycan mediasını təmsil edib, həmçinin NATO seminarlarında Azərbaycan nümayəndə heyəti daxilində iştirak edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sevil Mikayılova seçicilərlə növbəti görüşlərini keçirib" (az.). qafqazinfo.az. İstifadə tarixi: 2020-08-30.
  2. 1 2 "TBY talks to Sevil Mikayilova, Editor-in-Chief of AzerNews, on the development of the local media and information sector" (ingilis). thebusinessyear.com. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  3. "Mikayılova Sevil Əlirazı qızı" (az.). meclis.gov.az. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  4. "Sevil Mikayılova: VI çağırış Milli Məclisin 4 aylıq fəaliyyəti çox fərqli bir şəraitdə həyata keçirildi" (az.). azertag.az. İstifadə tarixi: 2020-08-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]