Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlar Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Baycan — yazıçı, publisist. Digər Seymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Abasov
Seymur Abbasov
Seymur Allahverdiyev
Seymur Alızadə
Seymur Baxışov
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin] Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Seymur Bəylərov
Seymur Cabbarov
Seymur Fətəliyev
Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru. 19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb. 2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib. 2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir. 2018–2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Seymur Hüseyn
Seymur Hüseynoğlu
Seymur Hüseyn (20 oktyabr 1993, Şəhriyar, Naxçıvan Muxtar Respublikası – 26 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Həbibov
Seymur Həsənli
Seymur Krey
Seymur Rojer Krey (ing. Seymour Roger Cray; 28 sentyabr 1925 – 5 oktyabr 1996, Kolorado Sprinqs, Kolorado) — amerikalı mühəndis və alim, superkompüterin yaradıcısı. İlk dəfə superkompüter 1975-ci ildə Seymur Krey tərəfindən “CRAY - 1” adı altında yaradılmışdır. Qiyməti 8,8 milyon ABŞ dolları olan bu superkompüter 8 Mbayt əməli yaddaş həcminə malik olmaqla, saniyədə 160 milyon əməliyyat yerinə yetirirdi.
Seymur Mehdiyev
Seymur Musayev
Seymur Məmmədli
Seymur Məmmədov
Seymur Qəhrəman oğlu Məmmədov (18 sentyabr 1971, Füzuli – 1 aprel 1992, Məlikcanlı, Xocavənd rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir. Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi.
Seymur Nəsirov
Seymur Rahim oğlu Nəsirov (12 noyabr 1976, Şuvi, Astara rayonu) — tədqiqatçı-alim, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, "Tərəqqi" medalı laureatı. Seymur Nəsirov Rahim oğlu 1976-cı ildə Astara rayonunun Şüvi kəndində anadan olmuşdur. 1994-cü ildə A. İbrahimov adına Şüvi kənd orta məktəbini, 1998-ci ildə Bakı İslam Universitetini, 2002-ci ildə isə Əl-Əzhər Universitetinin İslamşünaslıq və Ərəb dili fakültəsini bitirmişdir. 2006-cı ildə Misir Fətva İdarəsində dörd il təhsil aldıqdan sonra, keçmiş SSRİ ölkələri arasında ilk dəfə fətva vermək icazəsini qazanmışdır. 2011-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. Magistr dissertasiya işi Azərbaycanda ərəb dili və ədəbiyyatının öyrənilmə tarixinin tədqiqi olmuşdur. 2020-ci ildə Qahirədə Açıq Amerika Universitetində Ərəb dili və ədəbiyyatı ixtisası üzrə dokturluq təhsilini fərqlənmə ilə başa vurmuşdur. Tədqiqat mövzusu "Ərəb elminə xidmətdə azərbaycanlı alimlərin səyləri" olmuşdur. S. Nəsirovun elmi işinə, Əl-Əzhər Universitetindən dəvət olunmuş böyük alimlər rəhbərlik etmişdir. Ailəlidir, iki övladı var.
Seymur Orucov
Seymur Vaqif oğlu Orucov (27 oktyabr 1984, Naxçıvan) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri. Seymur Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə qəbul olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur. 2006–2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. 2010-cu ildə "Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2009–2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Seymur Peypert
Seymur Peypert (ing. Seymour Aubrey Papert; 29 fevral 1928, Pretoriya – 31 iyul 2016[…]) — dünyada riyaziyyat, süni intellekt və təhsil üzrə kompüterdən istifadə sahəsində işlərinə görə görkəmli alim. Seymur Peypert 29 fevral 1928-ci ildə Cənubi Afrika Birliyinin Pretoriya şəhərində anadan olmuşdur. Hələ məktəb illərində ikən, o zaman mövcud olmuş ayrı-seçkilik rejiminə qarşı çıxışlarda iştirak edərək coşqun siyasi hadisələrə qatılır. Bir müddət CAR Kommunist Partiyasına qoşulur, ancaq tezliklə siyasi proseslərdə iştirakdan imtina edir. O, siyasətdən əlavə, riyaziyyat və fəlsəfə ilə maraqlanırdı. Peypert Kembric Universitetində riyaziyyat ixtisası üzrə təhsil alır. Sonra isə Parisə köçərək bir müddət orada yaşayır. 1958-ci ildən 1963-cü ilə qədər Seymur Peypert Cenevrə Universitetində Jan Piaje ilə işləyir. Sonradan bu haqda Peypert belə deyir: "Bu 50-ci illərin sonu idi.
Seymur Qocayev
Seymur Quliyev
Sərsurə
Sərsurə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 190 nəfərdir ki onunda 87 nəfəri kişi, 103 nəfəri qadındır.
Sendre
Sendre (fr. Cindré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalini-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03079. 2008-ci ildə əhalinin sayı 313 nəfər təşkil edirdi. 2007-ci ildə 199 əmək qabiliyyətli şəxsdən (15-64 yaş) İqtisadi cəhətdən aktiv, 64 hərəkətsiz (67.8% iş, 1999-cu ildə 72.0%). Fəal olan 135122 işsizdən (65 kişi və 57 qadın) və 13 işsizdən (7 kişi və 6 qadın). Aktiv olmayan 18 tələbə və ya tələbədən 25-i təqaüdə çıxmış, 21-i digər səbəblərə görə fəaliyyətsizdir.
Səyyarə Mollazadə
Mollazadə (Fərhadova) Səyyarə Məmməd qızı (22 fevral 1930, İlisu, Zaqatala dairəsi – 19 oktyabr 2015, Bakı) — Filologiya elmləri doktoru, Professor S. Mollazadə Qaxın İlisu kəndində 1933-cü ildə doğulub. Atası Məmməd Fərhadov dövrünün savad sahiblərindən olub. Anası Səfiyyə xanım evdar qadın idi. Səyyarə 2–3 yaşında olanda atasının iş yerini Bakıya dəyişirlər və ailə Bakıya köçür. Müharibə başlayanda atası orduya səfərbər edilir. Buna görə də ailə təzədən İlisuya — babasının və nənəsinin yanına qayıdır. Səyyarə xanım 132 nömrəli məktəbdə oxuyub (atası müharibədən yaralı qayıdandan sonra yenidən Bakıya köçmüşdülər). Səyyarə o, zamankı ADU-nun filologiya fakültəsinə daxil olur. Səyyarə xanımın bir kursda oxuduğu tələbələr arasında gələcəkdə ölkənin şəxslər də var idi: mərhum şairlər Xəlil Rza, Əliağa Kürçaylı, akademik Bəkir Nəbiev. İstedadlı jurnalist və yazıçı Əlfi Qasımov, nəğməkar şair İslam Səfərli, müğənni Gülağa Məmmədov və s.
Səyyarə Məmmədli
Səyyarə Oruc qızı Məmmədli (25 yanvar 1961, Kəsəmən, Basarkeçər rayonu) — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007), Azərbaycan Milli Kitabxanasında şöbə müdiri (2003-indiyədək). Səyyarə Məmmədli (İsmayılova) 25 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində müəllim ailəsində anadan olub. 1969-cu ildən Basarkeçər rayonu Kəsəmən kənd orta məktəbində oxuyub və 1978-ci ildə həmin məktəbi bitirmişdir. 1979-cu ildə indiki BDU-nun kitabxanaçılıq fakültəsinə qəbul olmuş, 1984-cü ildə isə universiteti bitirmişdir. 2003-cü ildən Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013-cü ildə Prezident təqaüdünə layiq görülmüş, 2014-cü ildə AYB-nin və Nəşriyyat-Poliqrafiya Birliyinin birgə keçirdiyi "Ən yaxşı şeir müsabiqəsi"ndə ilk onluqda yer tutmuşdur. Ailəlidir, 3 övladı var. Şeir yazmağa orta məktəb illərindən başlamışdır. Əsasən qoşma, satirik və sərbəst janrlarda yazan Səyyarə Məmmədlinin şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədalət", "Kredo", "525-ci qəzet" və başqa qəzetlərdə dərc olunur.
Səyyarə İbadullayeva
Səyyarə Cəmşid qızı İbadullayeva (22 fevral 1957, Naxçıvan) — biologiya elmləri doktoru, professor, AMEA Botanika İnstitutunun direktoru. Səyyarə İbadullayeva 22 fevral 1957-ci ildə Naxçıvan şəhərində anadan оlub. 1980-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiət-Coğrafiya fakültəsini bitirib. Universiteti bitirdiyi il Azərbaycan Еlmlər Akademiyası Naхçıvan Regional Еlm Mərkəzində, daha sonralar isə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına "Araz" Elm-İstehsalat Birliyində kiçik elmi işçi kimi işləyib. 1993-cü ildə Bakı şəhərinə işə dəvət edilib və fəaliyyətini AMEA Eroziya və Suvarma İnstitutunda (Aqroekologiya Elm Mərkəzində) davam etdirib. 1990–1994-ci illərdə AMEA Botanika İnstitutunun dissertantı olub və Botanika ixtisası üzrə "Naxçıvan MR florasında Baldırğan (Heracleum L.) növlərinin bioekoloji xüsusiyyətləri və efiryağlılığı" mövzusunda namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ildə AMЕA Bоtanika İnstitutunda əvvəlcə elmi fəaliyyət göstərib, daha sonra isə Botanika institutunun Еtnоbоtanika şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Bakı Dövlət Universitetində "Azərbaycan florasının kərəvüzkimiləri — Apiaceae Lindl" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir (2005). 2012-ci ildə artıq yüksək elmi fəaliyyəti layiqincə qiymətləndirilmiş və professor elmi adına layiq görülmüşdür. Oktyabrın 18-də AMEA Botanika İnstitutunda keçirilən Elmi şuranın növbəti iclasında AMEA prezidentinin sərəncamı ilə biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva Botanika İnstitutun icraçı direktoru vəzifəsinə təyin edilmişdir.
Səyyarə Əliyeva
Səyyarə Əliyeva (tam adı: Səyyarə Qulam qızı Əliyeva) — Azərbaycan alimi, texnika elmləri doktoru, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasının müdiri. Səyyarə Qulam qızı Əliyeva 30 avqust 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakının Sabunçu rayonundakı 155 saylı orta məktəbi 1967-ci ildə bitirmiş və həmin ildə, Azərbaycan Neft - Kimya İnstitutunun (indiki ADNA) kimya-texnologiya fakultəsinə daxil olmuş və 1972-ci ildə kimyaçi texnoloq mühəndisi ixtisası ilə bitirmişdir. 1972-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Reaktiv və dizel yanacaqları” laboratoriyasında ali təhsilli laborant kimi işə başlamışdır. 1974-cü ildə mühəndis, 1980-cı ildə kiçik elmi işçi vəzifəsinə təyin edilib. 1982-ci ildə istehsalatdan ayrılmadan, Azərbaycan SSR EA-nın Y.H.Məmmədəliyev adına NKPI-nin nəzdində «Yanacaqların və qazın kimyəvi texnologiyası» ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ilin mayında «Azərbaycanın parafinli neftlərindən və katalitik krekinq məhsulları əsasında reaktiv yanacaqların alınması» mövzusunda «Məxfi» qriflə namizədlik dissertasiyası müdafiə edib. 1993-cü ildə attestasiyanın nəticələrinə görə elmi işçi, 1994-cü ildə attestasiyanın nəticələrinə görə baş elmi işçi vəzifəsinə təyin edilib. 1997-ci ildən baş elmi işçi elmi dərəcəsinə layiq görülüb. 2002-ci ildən etibarən, Əliyeva S.Q. aparıcı elmi işçi vəzifəsində reaktiv və dizel yanacaqların alınması, onların ehtiyatını öyrənmək, keyfiyyətini yaxşılaşdırmaq və hidravlik aviasiya yağının baza məhsulunun alınma, texnologiya-sının işlənməsi istiqamətində aparılan işlərə rəhbərlik etmişdir.
Zərnurə Həmidova