Seymur Mahir oğlu Qocayev (26 oktyabr 1996, Bağbanlı, Quba, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Seymur Qocayev | |
---|---|
Seymur Mahir oğlu Qocayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bağbanlı, Quba, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Quba Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | , , , |
Seymur Qocayev 29 yanvar 1996-cı ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya gəlib.[2][3] Məktəbi bitirdikdən sonra 2014–2016-cı illərdə müddətli hərbi xidmət çəkib.[4]
Hərbi xidmətdən sonra yenidən Orduda xidmət etməyə başlayır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Seymur Qocayev Murovdağ zirvəsi, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşanın azad edilməsində savaşıb. Xüsusi Təyinatlı Qüvvələr'in tərkibində kəşfiyyatçı vəzifəsini icra edib. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Seymur Qocayev 12 noyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[9]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Qocayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[10]