Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slovakca Vikipediya
Slovakca Vikipediya — Vikipediyanın slovak dilində olan bölməsidir.
O2 Slovakia
O2 Slovakia — Slovakiyada mobil xidmət təchizatçısıdır. O2, Slovakiyada 2007-ci ilin Fevral ayının 2-də ticari xidmətlər ilə təxminən 600 min qeydli istifadəçi ilə Telefonica olaraq və 400 min Slovak aktiv olaraq O2 xidmətini istifadə etməyə başlamışdır. Operator, 2015-ci ilin sentyabr ayının 1-ə qədər 1 milyon 700 min aktiv SİM karta (3 ay aktivdir) malikdir. Şirkət, PPF-ə aid O2 Çex Respublikası'nın filialıdır. Operator tərəfindən əvvəlcədən müəyyən olan Slovak Respublikası Telekommunikasiya Bürosu - (prefiks) müştərilərin operatorlarını müəyyən edir. 0940 - digital GSM və UMTS 0944 - digital GSM və UMTS 0948 - digital GSM və UMTS 0949 - digital GSM və UMTS O2 şəbəkəsi rəqib mobil operator şəbəkələrinə nömrə göndərə bilər. Operatora aid olmaq üçün məlumat xətti operatorunu veb saytı operatoru vasitəsilə doğrulamalıdır. Əlavə olaraq, "Hara çağırım" xidmətini də aktivləşdirə bilərsiniz, avtomatik bir mesaj sizi öz şəbəkəsinin xaricində axtardığınız nömrənin sizi xəbərdarlıq verməsi ilə nəticələnir. O2 Slovakia, rouminq şəriklərinin sayını davamlı genişləndirir. 2007-ci ilin Sentyabr ayının 1-dən etibarən operator, Avropa Komissiyası tərəfindən normativ fəaliyyətlərə və Müdiriyyət uyğun olaraq rouminq rabitə ödənişlərini dəyişdirməyə tabe tutuldu.
Kia Motors Slovakia
Kia Motors Slovakia — Koreyanın Kia Motors şirkətinə məxsus olan avtomobil zavodu. Avtomobil zavodu Slovakiyanın Jilina şəhərində yerləşir. Zavodun tikintisinə 2004-cü ilin oktyabrında başlanılmışdır. Artıq 2005-ci ilin dekabrında tikinti işləri tam olaraq bitir. 2006-cı ilin iyununda zavod test rejimində işə salınır. 7 dekabr 2006-cı ildə ilk avtomobil koveyrdən alınır. Şirkətdə aşağıdakı avtomobil modellərini istehsal edilir: Kia cee’d (beş qapılı) dekabr 2006-cı ildən Kia Sportage iyun 2007-ci ildən Kia cee’d_sw (universal) iyul 2007-ci ildən Kia pro_cee’d (üç qapılı) oktyabr 2007-ci ildən Hyundai ix35 (beş qapılı universal) yanvar 2010-cu ildən Zavodun istehsal gücü il ərzində 300 min avtomobildir. 2008-ci ildə Kia Motors Slovakia zavodunda 201 507 avtomobil buraxılmışdır. Bu isə 2007-ci ilə nisbətdə 38 % çoxdur. 2006-cı ildən 2008-ci ilə qədər konveyrdən 360 623 avtomobil buraxılmışdır.
Slovakiya
Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur. Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.
Slovaklar
Slovaklar (slovak. Slováci, tək sayda Slovák, qadın cinsində Slovenka) Slovakiya əhalisinin əsas hissəsini təşkil edən, slovak dilində danışan, slavyan icmasına aid olan xalq. Slovakların əksər hissəsi müstəqil Slovakiya ərazisində yaşayır. Digər dövlətlərdən isə Çexiya, Xorvatiya, Polşa, Macarıstan və Serbiya ərazilərində etnik azlıq təşkil edirlər. ABŞ, Kanada və Böyük Britaniyada yaşayan immiqrant slovaklar isə həmin ölkələrdəki Slovak diasporunu təşkil edir.
Martin (Slovakiya)
Martin (slovak. Martin, alm. Turz-Sankt Martin‎, mac. Turócszentmárton) — Slovakiyanın şimalında, Jilina bölgəsində şəhər. Əhalisi 659 449 nəfərdir (2004-cü il). Şəhər Mala və Velka Fatra dağ yamaclarının, Turyets və Vaq çaylarının qovuşduğu yerdə yerləşir. == Tarix == Martin ilk dəfə 1284-cü ildə Sklabinya panlığının qəsəbəsi kimi qeyd edilir. 1340-cı ildə Martin şəhər hüquqları alır. Şəhər ilk növbədə Slovak Milli dirçəliş mərkəzi kimi tanınırdı. 1861-ci ildə burada Slovak millətinin yığıncağı keçirilmişdi.
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Slovakiya Prezidenti
1992-ci il iyulun 17-də Slovakiya Milli Şurası "Slovakiya millətinin dövlət müstəqilliyi haqqında" Bəyannaməni qəbul etdi. 1992-ci il sentyabrın 1-də isə Slovakiya Konstitusiyası qəbul edildi. Konstitusiyaya əsasən Slovakiya Prezidenti vəzifəsi təsis edildi. 1992-ci il iyunun 5-də və 6-da 150 nəfərdən ibarət olan Milli Şuranın qurulması üçün seçimlər baş tutdu. Seçimlərin nəticələrinə əsasən qurulan Milli Şura, iyunun 24-də Vladimir Meçiar Baş nazir vəzifəsinə seçdi. 1993-cü il yanvarın 1-də Slovakiya rəsmən dövlət müstəqilliyini elan etdi. Konstitusiyaya əsasən isə Slovakiya Prezidenti seçilənə qədər, onun bütün səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiara verildi. Prezident seçimləri 1993-cü il yanvarın 26-da 1-ci turla, 27-də 2-ci turla, fevralın 15-də isə həlledici, 3-cü turla baş tutdu. Üç turdan ibarət olan seçimlərin nəticəsində Mixal Kovaç 5 il müddətinə Slovakiyanın Prezidenti seçildi. Onun andiçmə mərasimi martın 2-də baş tutdu.
Slovakiya Respublikası
Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur. Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.
Slovakiya almanları
Slovakiya almanları və ya Karpat almanları (alm. Karpatendeutsche‎, slovak. karpatskí Nemci, mac. kárpátnémetek или Felvidéki németek) — Slovakiya torpaqlarında eləcə də onlara bitişik olan ərailərdə alman dilli azlıqların qrupları üçün verilən ümumi bir ad. Uzun müddət almanlar macarlarla yanaşı Slovakiyada iki ən böyük etnik azlıqdan biri idilər. Beneşin 1945-ci il tarixli fərmanları ilə Çexoslovakiya almanları vətəndaşlıqdan məhrum dildi və onların müharibədən əvvəlki (128 min nəfər) saylarının 85% -i Slovakiyadan Avstriya və Almaniyaya köçürüldü. Qalan 15% -i Slovakiyadan deportasiyaya olunmaqdansa slovakiyalılaşmanı üstün tutdu. Çexiya almanlarından fərqli olaraq Slovakiyadan olanlar XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər güclü şəkildə macarlaşdı. Slovakiyalı almanlar Avstriya-Macarıstanın Macar hissəsində yaşayırdılar. Buna görə də mədəni və linqvistik olaraq Macarıstan almanları və Transvilansiya saksonlarına daha yaxın idilər.
Slovakiya bayrağı
Slovakiya bayrağı — Slovakiyanın Dövlət bayrağı
Slovakiya coğrafiyası
Slovakiya — əsasən dağlıq ərazilərdən ibarət olan ölkə. Mərkəzi Avropa yerləşən və dənizlərə çıxışı olmayan dövlət. Slovakiyanın. sahəsi 49 035 km², sərhədlərinin ümumi uzunluğu isə 1 474 km təşkil edir. Sahəsinə görə dünyada 127-ci sıradadır. Ərazisinin 98,1 % quru, 1,9 % su sahələri təşkil edir. Qonşu dövlətlərlə sərhədləri:Avstriya 91 km, Çexiya 197 km, Macarıstan — 676 km, Polşa 420 km, Ukrayna — 90 km. Reltefi əsasən dağlıqdır. Ərazisinin böyük hissəsi Karpat dağları tutyr. Karpat dağlarının ən hündür hissəsi ölkənin şimalında yerləşir və Tatra adlanır.
Slovakiya iqtisadiyyatı
Slovakiya iqtisadiyyatı — Slovakiya Respublikasının iqtisadiyyatı. XX əsrin 90-cı illərində Slovakiyada iqtisadi sistem dəyişikliyi baş vermişdir. Belə ki, Çexoslovakiyanın dağılması ilə daha çox inkişaf etmiş vəziyyətdə olan Çex Respublikasından ayrılması nəticəsində qardaş ölkədən mal və pul axınının əhəmiyyətli ölçüdə azalması səbəbindən ölkə iqtisadiyyatı çətin vəziyyətə düşmüşdür. Buna baxmayaraq daxili imkanları sayəsində Slovakiyanın öz iqtisadi sistemi formalaşmışdır. Slovakiya iqtisadiyyatı ilk növbədə sənaye, əkinçilik və heyvandarlığa söykənir. Bundan başqa meşəçilik və turizm də inkişaf etmişdir. Sənaye üzrə daha çox kimya və maşın sənayesi inkişaf etmişdir. Dağlıq bölgələrdə olan mədənlər çıxardılaraq işlənir. Kömür və neft yataqları tapılmamasına baxmayaraq sənayenin təməl enerji ehtiyacı çaylar üzərindəki hidroelektrik stansiyaları vasitəsilə qarşılanar. Yaslovske Bohunisedə bir atom elektrik stansiyası vardır.
Slovakiya italyanları
Slovakiya italyanları (slovak. Taliani na Slovensku) — milli azlıqlardan biri hesab olunur. 2011-ci il siyahıyaalmasına görə, Slovakiyada rəsmi olaraq "digər" millətlərə (9825 nəfər) daxil olan 687 italyan mənşəli insan yaşayırdı (onlardan 65-i Slovakiyada doğulmuşdur). Siyahıyaalma zamanı 551 nəfər italyan dilini ana dili adlandırmış, 2033 nəfər iş və məktəbdə italyan dilində danışır, daha 1436 nəfər isə evdə italyan dilində danışır. Son orta əsrlərdə Slovakiyanın Macarıstan tərəfindən idarə edildiyi zaman, roman dillərində danışan insanlar arasında italyanlar böyük rol oynamışlar. Tokay-Hedyalya və Srem bölgələrində, Eger şəhərində məskunlaşan Valloniyanın yerli sakinlərindən fərqli olaraq, zaman-zaman italyanlar Macarıstana köçdülər. İtalyan mənşəli Macarıstan padşahları Andras III (Venesiya) və Karl Robert (Neapol) özü ilə bərabər bir çox inşaatçı, elm adamı, sənətkar, tacir və burjua nümayəndələrini gətirir. 14-cü əsrdə Apennin yarımadasından ticarətlə məşğul olan çox sayda mühacir (mədənçilik, duz sənayesi, sikkə) Macarıstanda və Slovakiyada meydana çıxdı. Koşitsedə italyanların görünməsi şaxt və bankların yaradılması ilə əlaqələndirilir. XIV-XV əsrlərin sonunda sənədlərə əsasən şəhərdə "qaliki" roman mənşəli mühacirlərin əksəriyyəti italyanlar idi.
Slovakiya xorvatları
Slovakiya xorvatları (xorv. Hrvati u Slovačkoj, slovak. Chorváti na Slovensku) — Slovakiyada yaşayan milli azlıq. 2001-ci il siyahıyaalınmasına görə ölkədə 850 nəfər xorvat yaşayır (Slovakiyada yaşayan xorvat icmasının təxminən 3500 üzvü vardır). Xorvat azlığı Slovakiya Milli Azlıqlar Şurasının üzvüdür. Xorvatlar əsasən Bratislava diyarında yaşayırlar. Xorvatlar Osmanlı ilə müharibə başlayandan sonra Slovakiyaya köçürlər. Miqrasiya əsas 1530-1570-ci illərdə baş verir. Miqrasiyanın başlanğıcı Mohaç döyüşü idi. Torpaqlarını tərk edən xorvatların çoxu Sisak, Kostainitsa, Krijevtsey, Slunya və Slavoniyadan idi.
Slovakiya şəhərləri
Slovakiyada 141 yer var.
Slovakiya əhalisi
Slovakiya əhalisi - Slovakiyada son siyahıya alınma 2011-ci ildə aparılmışdır. Slovaklar 85,8 % Macarlar 9,7 % Qaraçılar 1,7 % Çexlər 0,8 % Ukraynalılar 0,6 % digərləri 1,4 % Slovak 83,9 % Macar 10,7 % Qaraçı 1,8 % Ukrayn 1,1 % Çex 0,9 % digərləri 1,6 % Katolizm 68,9 % Lüteran 6,9 % Yunan-katolizmi 4,1 % Reformatçılar 2,0 % Provaslav 0,9 % Ateislər 13,0 % digərləri 4,2 % Slovakiya ərazisində yayılmış milli azlıqlar arasında macarlar üstünlük təşkil edir. Onlar əsasən ölkənin cənubunda yayılmışlar. İki rayonda isə əhalinin böyük hussəsini təşkil edirlər. Ümumi əhalinin isə 9% təşkil edirlər. Macarların sıx yaşadığı rayonlar: Dunayska-Streda rayonu 83 % Komarno rayonu 69 % Rimavska-Sobota rayonu 41 % Qalanta rayonu 39 % Nove-Zamki rayonu 38 % Malya rayonu 36 % Rojnyava rayonu 31 % Trebişov rayonu 29 % Lusenes rayonu 28 % Levişe rayonu 28 % Velki-Krtiş rayonu 27 % Revuşa rayonu 22 % Senes rayonu 20 % Koşise-Okole rayonu 13 % Mixalovse rayonu 12 % Nitra rayonu 7 % Rusinlər isə Preşovski diyarı ərazində yayılmışlar.
Trnava (Slovakiya)
Trnava (slovak. Trnava, alm. Tyrnau‎, mac. Nagyszombat) — Slovakiyanın qərbində şəhər. Trnava bölgəsinin inzibati mərkəzidir. Əhalisi 68 828 nəfərdir (2005-ci il). Kiçik Karpat dağ yamaclarının cənubunda yerləşir. Trnava kilsələrin çoxluğu ilə fərqlənir, burada slovak arxiyepiskopluğunun iqamətgahı yerləşdiyinə görə, buranı "Slovakiya Roması" adlandırılar. 2001-ci ilə əsasən, şəhərin etnik mənsubiyyatı belə idi: Slovaklar – 96,91 % Çexlər – 0,79 % Qaraçılar – 0,27 % Macarlar – 0,21 % Almanlar – 0,05 % Ukraynalılar – 0,03 % digərlər konfessiyaya görə roma katolikləri – 71,85 % ateistlər – 18,37 % protestantlar (əsasən yevangelizm) – 2,93 % yunan katolikləri - 0,20 % pravoslavlar – 0,11 % digərlər 1990 – 1994 – İmrix Borbelı 1994 – 2010 – Ing. Ştefan Boşnyak 2010– ?
Voevodinada slovaklar
Voevodinada slovaklar — böyük bir milli azlıqdır və muxtar bölgənin serb və macarlardan sonra üçüncü ən böyük etnik qrupudur. 2011-ci il siyahıyaalmasına görə Voevodinadakı slovakların sayı 50 321 nəfər və ya Voevodina əhalisinin 2,61% -i olmuşdur. Slovaklar rəsmi olaraq milli azlıq olaraq tanınıb, slovak dili Voevodinada rəsmi dildir. Onların təhsil, mədəniyyət və informasiya sahəsindəki hüquqları rəsmi olaraq qorunur. Katolik olan əksər etnik slovaklardan fərqli olaraq, Voevodina slovaklarının əksəriyyəti protestantlardır (evangelistlər). Voevodinanın indiki slovakları 18-19-cu əsrlərdə müasir Slovakiya ərazisindən köç edənlərin nəsilləridir. Tatralardan gələn ilk məskunlar VI Karlın hakimiyyəti dövründə Baçkaya köçdülər. 1720-ci ildə Bayşa ətrafına, təxminən 1740-ci ildə Baçi-Petrovasa yerləşdilər və Mariya Tereza dövründə Bezdana yerləşdilər. Bəziləri sonradan Sremə köçür. 1760-cı ildə 120 slovak ailəsi Selençada məskunlaşdı, sonradan bir çoxu Stara Pazova köçdü.
Slovak Telekom
Slovak Telekom (keçmişdə Slovenské telekomunikácie və Slovak Telecom olaraq adlandırılmışdır, sabit xətt məhsullarında istifadə edən marka, 2006-cı ilin Mart ayından 2012-ci ilin Yanvar ayına qədər T-Com olmuşdur. 2012-ci ilə gəlindiyində mobil məhsullar və sabit xətt məhsullarında ancaq bir marka mövcuddur: Telekom) — Slovakiya'da fəaliyyət göstərən ən böyük telekommunikasiya şirkətidir. 2015-ci ildə Slovakiya Respublikası, olan payını (49%) Deutsche Telekom-a olan payını satmışdır. İndi tamamilə Deutsche Telekom-a aiddir. Slovak hökuməti Slovak Telekom'da bir azlıq hissəsinin satışı üçün bir addım daha atmışdır. 2015-ci ilin Aprel ayında dövlət varlığının birjanı ehtiva edəcək şəkildə satılması üçün vasitələri genişlədən özəlləşdirmə üçün, qanununda ediləcək bir dəyişikliyi təsdiqlədi. 2015-ci ilin May ayında Deutsche Telekom, Slovakiya hökumətinin 49% hissəsinin hamısının 900 Milyon €-a alacağını açıqlamışdır. Slovak Telekom, 2013-ci ildə ilk Slovak operatoru olan Slovakiyanın beş şəhərində 4G/LTE şəbəkəsini başlatmışdır. Şəbəkə 1800 MHz'də işləyir və 73Mbit/saniyə endirmə və 23Mbit/saniyə yükləmə maksimum nəzəri sürəti təqdim edir. Dövrə Açarlı Geri Dönüş (DAGD), səsli zənglərin və qısa ismarıcların, 2G/3G dövrə açarlı şəbəkə istifadəsi ilə LTE qurğularına göndərilməsini təmin edir.
Slovak dili
Slovak dili (/ˈsloʊvæk, -vɑːk/ /ˈsloʊvæk, -vɑːk/ ) və ya alternativ olaraq Slovakca, Çex – Slovak qrupunun Qərbi Slavyan dilidir.Təxminən 5 milyon insanın ana dili kimi danışdığı, Slovakiyanın rəsmi dili və Avropa Birliyinin 24 rəsmi dilindən biri olaraq xidmət edir.
Qazaxıstan–Slovakiya münasibətləri
Qazaxıstan–Slovakiya münasibətləri — Slovakiya və Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr. Diplomatik əlaqələr 1 yanvar 1993-cü ildə qurulmuşdur. 2005-ci ildə Slovakiya Respublikasının Qazaxıstandakı səfirliyi açıldı. 2006-cı ildə Bratislavada Qazaxıstan Respublikasının səfirinin Praqadakı daimi iqamətgahı ilə Qazaxıstan Respublikasının diplomatik nümayəndəliyi açıldı. 2009-cu ildə Çexiya və Slovakiyada Qazaxıstan Respublikasının Səfirliyinin Konsulluq Bölümü açıldı. 2019-cu ildə Qazaxıstan Respublikasının Slovakiyadakı səfirliyi açıldı. 2018-ci ilin iyun ayından etibarən Milan Kollar Slovakiya Respublikasının Qazaxıstan Respublikasındakı səfiridir. 2019-cu ilin dekabrından Roman Vasilenko Qazaxıstan Respublikasının SR -dəki səfiridir. — Qazaxıstan Respublikası Məclisi və Parlamenti Senatının deputatları (1999-cu ildən 2017-ci ilə qədər 6 dəfə); -Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı K. Sultanov, 2017–2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinə Qazaxıstan Respublikasının namizədliyini irəli sürmək üçün Qazaxıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olaraq. (23–24 fevral 2015); — Bratislavada NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikası Məclisi və Senatının deputatları (31 may-3 iyun 2019).
Quş adası (Slovakiya)
Quş adası (slovak. Vtáčí ostrov) — Slovakiyanın qərbində yerləşən ada. Adanın sahəsi 6,86 ha təşkil edir. Ada Qruşov su anbarının ərazisində yerləşir. Su anbarının sahəsi 2518 hektar təşkil edir. Qabçikov kaskadına daxildir. Ada isə Slovakiyanın Şamiron şəhərindən cənub-qərbdə qərar tutur. Suni şəkildə meydana gəlmişdir. Belə ki, Dunay çayıda dambanın inşası ilə ortaya çıxmışdır. Qabçikov-Nadmaroş bəndinin inşasının əsas səbəbi Dunyarın ətraf əraziləri basmasınln qarşısını almaqdlr.
Serb Respublikasında slovaklar
Serb Respublikasında slovaklar (serb. Словаци у Републици Српској, slovak. Slováci v Republike srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 109 slovak yaşayır. Slovaklar Serb Respublikası ərazisində ilk slovaklar 1885-ci ilə meydana gəlmişdir: bu zaman 12 kəndli ailəsidən ibarət icma idi. Onlar Pivnise, Kovaçisa, Lyoba, Binqula və Baçki-Petovasdan insanlar gələrək Bielinada yerləşmişlər. Gəlmələr əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Köçkünlər arasında ən məşhurlarından biri XIX — əsrin sonları XX əsrin əvvəlləri bölgəyə gəlmiş İosip Senixradski olmuşdur.
Slovakiya Dəmir Yolları
Slovakiya Dəmir Yolları (slovak. Železnice Slovenskej republiky, ŽSR) — Slovakiyada dəmiryol infrastrukturunun idarə olunmasını həyata keçirən dövlət müəsissəsi. 1993-cü ilin 1 mayında təsis edilmişdir. Ona qədər «Çexslovakiya Dəmir Yolları» dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi. 2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: «Železničná spoločnosť Slovensko, a. s.» (ZSSK) sərnişin daşıma sahəsində,«Železničná spoločnosť Cargo Slovakia, a.