Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Speed Metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Kodansha Box
Kodansha Box (講談社BOX) – Yaponiyanın əsas nəşriyyatlarından biri olan Kodansha-nın nəşriyyat xətti. Hər bir buraxılan kitab gümüş üzlüklə nəşr olunur. Katsuşi Ota tərəfindən təkbaşına redaktə olunan kitablar barədə müəllif deyir: "Yeniyetmə psixologiyasının mövzularına əsaslanan əsərlər kolleksiyası. Ümid edirəm ki, bu, bir gün Yaponiya populyar mədəniyyətinin indeksinin bir növünə çevriləcək". Kodansha Box nəşrə 2006-cı ilin noyabrında "Hər şey qutulaşdırılıb" şüarı ilə başlamışdır. Nisio İsin Ryuusui Seyryoin Kinoko Nasu Otaro Mayco Ryukishi07 2008-ci ilin fevralında Kodansha Box "Pandora" adlı ədəbi jurnal nəşr etməyə başlamışdır. Jurnalın şüarına görə sən heç vaxt növbəti buraxılışda nələrin olacağını bilməyəcəksən.
Björn "Speed" Strid
Björn "Speed" Strid — Soilwork qrupunun vokalisti Byörn Ove Ingemar Strid. 10 sentyabr 1978-ci ildə İsveçdə anadan olmuşdur. 1995-ci ildə Soilwork qrpunun əsasını qoymuşdur.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.
Internet-in-a-Box
Internet-in-a-Box — yaxınlıqdakı istifadəçilərin əlaqə saxlaya biləcəyi, simsiz giriş nöqtəsindən ibarət ucuz qiymətli bir rəqamsal kitabxanadır. Avadanlıq və proqram təminatı sahəsində həyata keçirilməsinə 2012-ci ildən başlanılıb. İndiyə qədər daha da təkmilləşdirilmişdir. 2017-ci ildən etibarən onun avadanlıqları əvəzedici yaddaş kartı olan Raspberry Pi-dən ibarətdir. 2016-cı ildə Kolumbiya Universitetinin İnkişaf Tətbiqi İctimai İdarəsinin mütəxəssisləri Dominikan Respublikasında bu qutulardan istifadə edərək üç ay araşdırma aparmışdırlar. Bu rəqəmsal kitabxana bir neçə moduldan ibarətdir. Modullara nümunə olaraq, Vikipediyanı müəyyən bir dil versiyası, Vikipediyanın Tibbi Ensiklopediyası, Xan Akademiyasını və OpenStreetMap daxildir . Konsepsiya, uşaqların məktəb server layihəsi üzrə bir noutbukdan hazırlanmağa başlamışdır.
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
Spred
Spred (ing. spread "yayılma") — hər hansı aktiv (səhm, əmtəə, valyuta, fyuçers, opsion) üçün eyni vaxtda satmaq (sahib etmək) və almaq (təklif etmək)sifarişlərinin ən yaxşı qiymətləri arasındakı fərq. Spred sözünə də deyilir: açıq bazarlarda satılan iki müxtəlif oxşar malın qiymətlərindəki fərq (məsələn, müxtəlif markalı neftin qiymətlərindəki fərq); adətən əks istiqamətlərə və/yaxud müxtəlif əsas aktivlərə və/yaxud müxtəlif son tarixlərə malik olan iki açıq mövqedən ibarət sintetik törəmə maliyyə aləti; müxtəlif maliyyə alətləri üzrə gəlirlilik səviyyələrində fərq. Mübadilə təcrübəsində spredlər pulla deyil, ballarla ölçülür. Məsələn, avronun ABŞ dollarına qarşı cari kotirovkası (EUR/USD) 1,2345/1,2350 kimi göstərilibsə, spred 0,0005 dollar və ya 5 bənd təşkil edəcək. Ballarla ölçülməsi müxtəlif ticarət maddələri üzrə yayılmaları daha müqayisəli edir. Bazar likvidliyini təmin etmək üçün birjalar adətən maksimum yayılma ölçüsü təyin edirlər. Bu limit keçərsə, ticarət dayandırıla bilər. Spred nə qədər kiçik olsa, aktiv bir o qədər likviddir və əksinə. Bəzi hallarda, bir bazar operatoru həm alışı, həm də satışı eyni vaxtda təmin etdikdə, kotirovka dəyişdikdə dəyişməyən sabit spred yaradır.
BMX
BMX (ing. BMX /ˌbiːemˈeks/- Bicycle MotoCross /ˈbaɪsɪkl ˈməʊ.tə.krɒs/- velosiped motosiklet yarışı) — fəndlərin ifası və maneələrin öhdəsindən gəlməsi məqsədilə velosipeddə diyirlənməni təşkil edən ekstremal idman bir növüdür. Bu idman növü üçün xüsusi BMX velosipedi istifadə olunur Racing (/ˈreɪsɪŋ/, azərb. yarış‎) - motosiklet yarışı üçün yolun oxşarlığını təşkil edən treyin sürət keçməsi: əyri-üyrü, çala-çuxur relyef, bir çox tramplinlə və maneəylə. Adətən səkkiz idmançıya qədər yarışırlar; Flatland (/flætlænd/, ingilis dilindən flat - səth, land - torpaq)- yastı səth (tramplinlsiz və s.) üzrə BMX-da fəndlərin ifası; Freestyle (/ˈfriː.staɪl/ , ingilis dilindən free - azad, style - tərz) - BMX-da akrobatika; Vert (ingilis dilindən vertical /ˈvɜːtɪkl/ sözünün azaltması) - rampada freestyle: sürücü gəzir və rampa daxilində fəndləri icra edir; Dirt (/dɜːt/, ingilis dilində süxur deməkdir) - sürücü yüksək təpə-tramplinlərlə qrunt yolunda fəndləri yerinə yetirir. Bəzən intizamı dirt jumping adlandırırlar; Street (/striːt/, ingilis dilində küçə deməkdir) - məxsusla şəhər şəraitində fəndlərin ifası şəhərə relyeflə: nərdivanlar, hədlər, məhəccərlər və s.; Park - parkda diyirlənmə, müxtəlif maneələrlə (məhəccərlərlə, tramplinlərlə, hədlərlə və s.).
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası[…] – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası[…]) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər.Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir. Bax ailəsinin musiqi nailiyyətləri ilə fəxr edir və sonralar özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır.
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Bon
Bon Jovi
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Boz
Boz – rəng çaları. Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
Fox
Fox (Norveç) — Norveç əyləncə telekanalı. Fox (Türkiyə) — Türkiyə telekanalı. Fox Broadcasting Company — ABŞ telekanalı. 21st Century Fox — ABŞ-də kino şirkəti. White Fox — Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası.
Xbox
Xbox — Microsoft firmasının oyun konsolu bazarında pay sahibi olmaq məqsədilə istehsal etdiyi və 2001-ci ildə bazara çıxartdığı yeni bir oyun konsolu. Digər oyun konsollarının çıxış tarixləri çox köhnədir. Ancaq Xbox yeni məhsul olmasına baxmayaraq, bu bazarda özünə yer tapmışdır. Başqa tərəfdən, bazarda PlayStation 2-nin qaldığı qədər uzun müddət qalmamışdır.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
Pox
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Bob Sinkler
Bob Sinkler (doğum adı Kristof Le Friа́n fr. Christophe Le Friant; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı. Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi. Sinklerin bir neçə mahnısı beynəxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi.
Bob Veaton
Bob Veaton (28 dekabr 1941, Viktoriya) — Kanadalı keçmiş üzgüçü. Bob Veaton Kanadanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Bob Veaton birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.7 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bob Vudvord
Robert Apşer "Bob" Vudvord (ing. Robert Upshur "Bob" Woodward; 26 mart 1943[…]) — "Pulitzer" mükafatlı jurnalist. 1972–1974-cü illərdə Outerqeyt qalmaqalı zamanı Vaşinqton post qəzetinin müxbiri olaraq ABŞ prezidenti Riçard Niksonun istefa etməsinə məcbur olacaq faktları üzə çıxararaq böyük uğur qazanmışdır.
Albert Şpeer
Albert Şpeer (alm. Albert Speer‎; 19 mart 1905[…], Manhaym, Almaniya imperiyası – 1 sentyabr 1981[…], London)) — Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri. Albert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir.
Səəd Həriri
Səəd əl-Həriri (ərəb. سعد الحريري‎; tam adı Sə’dəddin Rəfiq əl-Həriri; ərəb. سعد الدين رفيق الحريري‎; 18 aprel 1970[…], Ər-Riyad) — livanlı siyasətçi və milyarder, 2016- ci ildən etibarən Livanın baş naziri olmuşdur. Həmçinin, o, 2009-cu ilin noyabr ayından 2011-ci ilin iyun ayına qədər Baş nazir vəzifəsində çalışmışdır. O, 2005-ci ildə öldürülən keçmiş Livan baş naziri Rəfiq Həririnin ikinci oğludur. Həriri, 2005-ci ildən "Gələcək hərəkatı "nın lideri olmuşdur. O, 14 mart Koalisiyasının "ən güclü namizədidir". 3 il xaricdə yaşadıqdan sonra 2014-cü il 8 avqustda Livana döndü və 3 noyabr 2016-cı ildə baş nazir təyin edildi. 4 noyabr 2017-ci ildə Səudiyyə dövlət televiziyasında yayımlanan Həriri'nin istefa etmək niyyəti gözlənilməz olmuş, İran-Səudiyyə Ərəbistan vasitəçilik müharibəsinin Livanda bir hissəsi kimi qəbul edilmiş və Livan və Səudiyyə Ərəbistanı arasındakı mübahisəyə səbəb oldu. Prezident Mişel Övnün çıxışından sonra 5 dekabrda Həriri istefasını təxirə saldı.
Böv
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Məsud Səəd Salman
Məsud Səəd Salman (1046–1121) — İran şairi. Məsud 1046-cı ildə Lahorda anadan olub. Şairin ailəsi Həmədandan olsa da sonra Qəzvinə köçmüşlər. Onun atası 60 il Qəznəvilər dövlətinin əyanlarından (mustovfi) biri olmuş və müxtəlif dövlət işlərini görmüşdür. Bu barədə şair şeirlərinin birində deyir: Şair hələ gənc yaşlarından yaxşı təhsil almış və dövlət işlərini, maliyyə hesablarını yaxşı bilmişdir. Eləcə də özündən əvvəlki poeziyanı dərindən öyrənmişdir. Mənbələrin verdiyi məlumata görə, onun üç dildə: dəri, ərəb və hind dilində divanı olmuşdur. Şairin həmin divanlarından yalnız dəri dilindəki divanı bizə gəlib çatmışdır. Ərəb dilində yazdığı şeirlərdən isə təkcə bir beyt Vətvatın divanından bizə məlumdur. Vətvat onu çox sevmişdir və şeirlərindən nümunələr vermiş, onlara nəzirə yazmışdır.
Safed
Safed — İsraildə, şimal bölgəsində olan bir şəhər. Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir və Kobudla təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. 2003-cü ilə olan əhalisi 26.600-dür.
Sepedi
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Smend
Heckeperre Setepenre, Smend — Misirin iyirmi birinci sülaləsinin banisi olan firondur. Aşağı Misiri idarə edən XI. Ramzesin ölümündən sonra taxta çıxmışdır. "Mendesin Sahibi" mənasına gələn Nesbanebced adı ilə doğulmuş olmasına baxmayaraq, İosifus və Sext Afrikan kimi yunan yazarlar tərəfindən "Smendes" olaraq adlandırılmışdır. Mənşəyi tam olaraq bilinməməklə birlikdə, XI. Ramzesin yüksəlişi dövründə Aşağı Misirdə olduğu və Tanis bölgəsinin idarəsindən məsuliyyətli olduğu düşünülür.
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Steud.
Ernst Gottlieb von Steudel (alm. Ernst Gottlieb von Steudel‎) (1783–1856) — alman həkimi və botaniki (XIX əsrin birinci yarısı). Johann Gottlob Kurr: Vorträge. In: Verein Vaterländische Naturkunde Württemberg (Hrsg.), Jahresheft Nr.13, S. 17–24, Stuttgart 1857. (alm.) Christian Gottfried Daniel Nees von Esenbeck: Dr. Ernst Gottlieb von Steudel.
Szeged
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.