Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü.Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
KamAZ "Shuttle"
KamAZ "Shuttle" (KamAZ "Chelnok") — 2016-cı ildə KamAZ və METAAMİ (abr. Mərkəzi Elmi Tədqiqat Avtomobil və Avtomobil Mühərrikləri İnstitutu) tərəfindən birgə istehsal edilən kiçik elektrikli avtobus. İlk dəfə 2016-cı ildə Moskva Beynəlxalq Avtosalonunda nümayiş edilmişdi. Yandex, yol və nəqliyyatın intensivlik məlumatlarının emalı üçün infrastrukturun qurulması üçün məsuliyyət daşıyırdı və ona görə də avtobusun layihə inkişaf komandası ilə əlaqə saxlamışdır. == İstinadlar == == Xarici keçidlər == Engadget:Russia's search giant is making a self-driving shuttle bus. (ing.) КАМАЗ и НАМИ показали автомобиль под названием «Шатл». (rus.) Видео от редакции журнала «Drive2».
Rafiq Subaye
Rafiq Subaye (ərəb. رفيق السبيعي‎‎; 9 Fevral 1930 – 5 Yanvar 2017) — Suriyalı film aktyoru, yazıçı və direktor. == Karyerası == Subaye qədim Dəməşqin ən qədim rayonlarından birində anadan olmuşdur. O, Suriyada dram filmlərində aktyor kimi fəaliyyət göstərmişdir. Subaye həmçinin Əbu Səyyah adı ilə tanınır. Bu ləqəb ona pyeslərdə və televiziya seriallarında oynadığı surətlərin xarakterlərinə görə verilmişdir.
Rubble (pişik)
Rubbl (3 may 1988, Devon qraflığı – 3 iyul 2020, İngiltərə) — 3 may 1988-ci ildən 3 iyul 2020-ci il tarixinə qədər yaşamış dünyanın ən yaşlı pişiyi. Rubbl Ginnesin Rekordlar Kitabına daxil edilmişdir.
Sublet (Vayominq)
Sublet Rayonu (ing. Sublette County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 920 nəfər olmuşdur. Rayonun paytaxtı Payndeyl şəhəridir.
Maykl Buble
Maykl Stiven Buble (ing. Michael Steven Bublé; 9 sentyabr 1975) — italyan və xorvat əsilli Kanada caz müğənnisi. Bir neçə Qremmi mükafatına layiq görülmüş, 2003-cü ildən etibarən eyniadlı albomu Şimali Amerikada, Avstraliyada və Böyük britaniyada ilk onluğa daxil olmuşdur. 2004-cü ildə onun canlı ing. Come Fly with Me video albomu Avstraliyada top albom 40-lığına (ing. Top-40-Album-Charts) daxil olur. 2005-ci ildə "It’s Time" albomu ABŞ-də müvəffəqiyyət əldə edərək, 18 milyondan artıq satılmışdır. == Həyatı == Buble Kanadanın Britaniya Kolumbiyası əyalətinin Bernabi şəhərində italyan mənşəli balıqçı ailəsində dünyaya gəlmişdir. Uşaqlıqda babasının yığmış olduğu caz kolleksiyasına tez-tez qulaq asması onda müğənniliyə və xüsusilə caza maraq oyanmışdır. O, özü sərbəst üç albom yazaraq, onlardan birini məhz babasına həsr və hədiyyə etmişdir.
Norwegian Air Shuttle
Norwegian (Norwegian Air Shuttle) IAG Group şirkətinin nəznində xidmət göstərən Norveçin milli aviaşirkəti.
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Şürele
Rober de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Robert de Sable
Robert IV, senyor de Sable (fr. Robert de Sablé, ? — 28 sentyabr 1193) — 1191-ci ildən 1193-ə qədər tampliyerlər ordeninin böyük magistri. Jerar de Rifdorun ölümündən sonra Məbəd ordeni o qədər zəifləmişdir ki, magistr yeri on səkkiz ay ərzində boş qalmışdır. Üçüncü səlib yürüşü zamanı cəngavərlər ingilis hərbi donanmasını idarə edən Robert de Sableni magistr kimi seçirlər. Avropa cəngavərlərindən ən məğrur və igidləri Fələstinə gəlib tampliyer ordeninin bayrağı altında vuruşmaq istəyirdilər. Böyük magistr bir çox dünyəvi cəngavərlərə rahib-döyüşçülərin sıralarına daxil olmağa və hətta sinələrində qırmızı xaçla döyüşməyə icazə vermişdir. Robert de Sable Akra şəhərinin divarları arxasında tampliyerlərə özünün orden andını vermişdir. Robert de Sablenin adı ilk dəfə İtaliyanın cənubunda, Messinada ingilis donanmasının admiralı kimi çəkilir. Onun ilk uğurlu əməliyyatı isə Səlahəddin Əyyubiyə qarşı Akra şəhəri uğrunda döyüş sayılır.
Veritas Business Suite
Veritas Business Suite proqramı Veritas Management Systems Şirkətinin idarəetmə sistemlərinin avtomatlaşdırılması xidməti sahəsində hazırladığı proqram təminatı (software) məhsuludur. Proqramın əsas məqsədi şirkətin bütün səviyyələrinin strategiyanın həyata keçirilməsi üçün səfərbər edilməsi və şirkətin strategiyaya uyğun formada effektiv idarə edilməsinə yardım göstərməkdir. "Proqramın əsas funksiyası qəbul edilmiş strateji qərarlarla gündəlik əməliyyat məlumatlarını əlaqələndirmək və şirkətin idarə edilməsində lazımi məlumatları rahat şəkildə menecerlərin istifadəsinə verməkdir". VBS proqramının əsasında Balanslaşdırılmış Göstəricilər Sistemi dayanır. Bu sistem dünyanın ən qabaqcıl 500 şirkətinin əksəriyyəti tərəfindən strateji idarəetmə sistemi kimi uğurla istifadə olunur. Bu sistemin tətbiqi ilə şirkətin bütün təşkilati səviyyələri və əməkdaşları strategiya ilə uyğunlaşdırılır və qısa müddət ərzində uğurlu nəticələr göstərməyə səfərbər edilir. Veritas Business Suite proqramının şirkətə verə biləcəyi əsas faydalar aşağıdakılardır: Göstəricilər paneli vasitəsi ilə şirkətin bütün əməliyyat nəticələri top menecerlərə təqdim edilir. Bu panel onlara çevik strateji qərarvermə imkanları yaradır. Proqram performans məlumatların yığılması, idarə edilməsi və hesabatların hazırlanmasını avtomatlaşdırır. Bu isə həm zaman və əmək sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır, həm də idarəetmədə subyektivliyin aradan qaldırılmasına yardım göstərir.
Şəhr-i Suxte
Şəhr-i Suxte və ya Şəhr-e Suxt və Şəhr-i Soxta (fars. شهر سوخته‎, "Yanmış şəhər" deməkdir) e.ə.3200-2350-ci illər, Helmand mədəniyyəti ilə əlaqəli Tunc dövrünə aid böyük şəhər yaşayış məntəqəsinin arxeoloji ərazisi. İranın cənub-şərqində, Sistan və Bəlucistan ostanında, Helmand çayının sahilində, Zahidan-Zabul yolunun yaxınlığında yerləşir. 2014-cü ilin iyun ayından YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Şəhərin gözlənilməz yüksəlişinin və süqutunun səbəbləri hələ də sirr olaraq qalır. Şəhərdən tapılan artefaktlar o dövrün yaxınlıqdakı sivilizasiyaları ilə özünəməxsus uyğunsuzluq nümayiş etdirir. == Arxeologiyası == 151 hektar ərazini əhatə edən Şəhr-i Suxte şəhərsalma dövrünün başlanğıcında dünyanın ən böyük şəhərlərindən biri idi. O, Yer kürəsinin ən isti yerlərindən biri olan indiki Dəşti-Lüt səhrasının şərqinə yaxın yerdə yerləşir. Ancaq qədim dövrlərdə iqlim daha mülayim idi. O vaxtlar şəhərin yaxınlığında yerləşən Hamun gölünün sahəsi daha böyük idi və ərazidə çoxlu bataqlıqlar var idi.
Sule Olaleye
Sule Olaleye (10 oktyabr 1967) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Sule Olaleye Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sule Olaleye Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Alp va subalp çəmənliyi
Alp va subalp çəmənliyi (kelt. alp - yüksak dağ) —yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır.Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir.Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir.Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir.Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır : zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır.Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir.Məlum olduğu kimi respublikamızın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altında idi.Çox güman ki ,bu ərazilərdə otlaqlara anrtopogen yüklər nisbətən azalmış və landşaftlarda təbii tarazlığın bərpa prosesi sürətlənmişdir. Bu cığırların bitki örtüyünün bərpa olmasına, kiçik yarğanlarda eroziya prosesinin zəifləməsinə, bioloji məhsuldarlığın artmasına səbəb olur. Alp çəmənlikləri - yüksək dağlıq ərazilərin dağ çəmənliyi qurşağıdır.Alp çəmənliklərinin yuxarı sərhəddi daimi qarlara və buzlaqlara çatır.Ondan aşağıda isə subalp çəmənliyi qurşağı yerləşir.Alp çəmənlikləri qurşağının hündürlüyü dağların yerləşdiyi ərazinin coğrafi enliyindən, iqlimindən və yamacların istiqamətlənməsindən asılıdır.Məsələn, Keniya dağ massivində alp çəmənlikləri 400–4800 m, Qərbi Qafqazda 2200–3000 m hündürlükdə yerləşir.Alp çəmənliklərinin fitosenozu növ etibarı ilə zəngin olub, çoxillik ot bitkilərindən ibarətdir. Alp çəmənlikləri əksər hallarda yay otlaqları kimi istifadə edilir.
Alp və subalp çəmənliyi
Alp va subalp çəmənliyi (kelt. alp - yüksak dağ) —yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır.Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir.Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir.Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir.Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır : zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır.Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir.Məlum olduğu kimi respublikamızın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altında idi.Çox güman ki ,bu ərazilərdə otlaqlara anrtopogen yüklər nisbətən azalmış və landşaftlarda təbii tarazlığın bərpa prosesi sürətlənmişdir. Bu cığırların bitki örtüyünün bərpa olmasına, kiçik yarğanlarda eroziya prosesinin zəifləməsinə, bioloji məhsuldarlığın artmasına səbəb olur. Alp çəmənlikləri - yüksək dağlıq ərazilərin dağ çəmənliyi qurşağıdır.Alp çəmənliklərinin yuxarı sərhəddi daimi qarlara və buzlaqlara çatır.Ondan aşağıda isə subalp çəmənliyi qurşağı yerləşir.Alp çəmənlikləri qurşağının hündürlüyü dağların yerləşdiyi ərazinin coğrafi enliyindən, iqlimindən və yamacların istiqamətlənməsindən asılıdır.Məsələn, Keniya dağ massivində alp çəmənlikləri 400–4800 m, Qərbi Qafqazda 2200–3000 m hündürlükdə yerləşir.Alp çəmənliklərinin fitosenozu növ etibarı ilə zəngin olub, çoxillik ot bitkilərindən ibarətdir. Alp çəmənlikləri əksər hallarda yay otlaqları kimi istifadə edilir.
Subalp və alp çəmənlikləri
Subalp və alp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki, təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır. == Antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır == Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır (Y.Ə.Qəribov , 1999): zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir (M.Ə.Süleymanov, 2005). Məlum olduğu kimi respublikamızın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altındadır.
Kütlə
Kütlə (fiziki kəmiyyət) - hər-hansı cismin fiziki çəkisi. Kütlə (sosiologiya) - insan çoxluğu.
Andre Şürrle
Andre Şürrle (alm. André Schürrle‎; 6 noyabr 1990) —Almaniyalı yarımmüdafiəçi və hücumçu. Andre Şürrle Borussiya Dortmund FK-da oynayır. Orada 21 nömrə ilə çıxış edir. 184 santimetr boya malikdir. O, həm də Almaniya milli futbol komandasının oyunçusudur.
Baqrationi sülalə
Baqrationlar və ya Baqrationilər (gürc. ბაგრატიონები) — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır. Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir. == Milli mənşəyi == Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə - b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir. == İlkin Baqrationilər == == Orta əsrlərdə == XI-XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089-1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi.
Qacarlar (sülalə)
Qacarlar sülaləsi (azərb. ‎(ərəb qrafikalı): قاجارلار və ya قَجَرلر, fars. سلسله قاجاریه‎) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə. == Sülalənin mənşəyi == Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb.
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. == Etnogenezi == Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər."VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Tan (sülalə)
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. == Tarixi == VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Xan (sülalə)
Xan sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı == Tarixi == Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lyu Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı ərazisində yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda mübarizə apardılar.
Kütlə spektri
Kütlə spektri- Üzvi maddənin molekul kütləsini və quruluşunu təyin etmək üçündür. == Kütlə spektri cihazının iş prinsipi == Kütlə spektri cihazının iş prinsipi tədqiq olunan maddənin həddindən artıq seyrəkləşdirilmiş buxarlarının güclü elektron seli ilə bombardman edilməsi zamanı əmələ gələn müsbət yüklü qəlpələrin (fraqmentlərin) öyrənilməsi əsaslanır. Elektron selinin təsirinə məruz qalan hər hansı üzvi maddə əmələ gəlməsi mümkün olan müsbət yüklü qəlpələrin hamsımı əmələ gətirir. Müsbət yüklü qəlpələr sürətləndirici lövhələr tərəfindən (onlar ənfi yüklü olur) sürətləndirilir və maqnit vasitəsilə analiz edən kameraya yönəldilir. Onların kütlələri elektrik siqnallarına çevrilib, özüyazan qurğu tərəfindən qeydə alınır. Kütlələlərinə görə alınan “qəlpələrin” təbiəti və onların toplanması ilə tədqiq olunan maddənin quruluşu təyin olunur. == Üstünlüyü == Kütlə spektində ən böyük “qəlpə” həmişə tədqiq olunan maddədən bir elektron qopardıqda əmələ gələn müsbət yüklü ion olur. Buna görə də kütlə spektri maddənin molekul kütləsini təyin etmək üçün ən dəqiq üsuldur. Elektronoqrafik metod da üzvi maddələrin quruluşu haqqında əhəmiyyətli məlumat almağa imkan verir. Bu üsuldan istifadə edərək, elektron dəstəsi vasitəsilə bəzi mürəkəb üzvi molekulların quruluşunu əks etdirmək, onların bir növ şəklini (fotosunu) çəkmək mümkün olmuşdur.
Kütlə təşkilatı
Kütlə təşkilatı - tərkibində müəyyən sosial sinifi və ya müxtəlif sosial qatlardan gələn, eyni peşədən şəxsləri və ya cəmiyyətin eyni xüsusiyyətə sahib müəyyən ünsürlərini birləşdirən, təmsil etdiyi kütlənin iqtisadi-demokratik haqq və mənfətlərini müdafiə edən təşkilatlara verilən ad. == Haqqında == Kütlə təşkilatları kapitalist inkişafın və xüsusilə, monopolist kapitalizmin içində daşıdığı uyuşmazlığın ortaya çıxardığı nəticədir. Anlam və xüsusiyyət baxımından QHT-lərdən fərqlidirlər. QHT-lərin mühüm qismi məqsədli təşkilatlanma içərisində müəyyən mərkəzlərə bağlı fəaliyyət göstərməkdədirlər. Lakin, buna əks olaraq, kütlə təşkilatları kütlələrin məhsulu və səsidir. Bu məhsul demokratik prinsiplərin təşkilatlanmanın onurğasına yerləşmiş olmasından meydana çıxmışdır. Burda bəhs edilən demorkatiya xalqın birbaşa demokratiyasıdır. Yəni, xalqın öz təşkilatı içində özünü ifadə edə bilmə azadlığıdır.Kütlə təşkilatı termininin ingiliscə qarşılığı "Political movement"dir. Bu anlamda bütün siyasi hərəkatları özündə ehtiva edir.
Kütlə vahidləri
Kütlə vahidləri — kütləni ifadə etmək üçün istifadə olunan ölçü vahidi etalondur. Əraziyə və dövrlərdən asılı olaraq, bu fiziki kəmiyyəti ifadə etməyə imkan verən fərqli sistemlər mövcuddur. Kütlənin Beynəlxalq vahidlər sistemi çərçivəsində, beynəlxalq səviyyədə tanınan vahidi kiloqramdır. Metrik sistemdən ilhamlanan Beynəlxalq vahidlər sistemi, dünyada ən çox istifadə edilən vahidlər sistemidir. Bu sistem zaman vahidləri istisna olmaqla, onluq sistemdir. Yəni bir vahid digərindən 10 dəfə böyük, ya da 10 dəfə kiçikdir. Bu sistem daxilində, beynəlxalq səviyyədə tanınan əsas kütlə vahidi kiloqram olaraq müəyyən edilmiş və digər vahidlər də onluq sistemə əsaslanaraq ondan törəmişdir. Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir.
Mixael Şulte
Mixael Şulte (alm. Michael Schulte‎; d. 30 aprel 1990, Ekernförde, Almaniya) — Almaniya müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır. Daha sonra ifaçı Almaniyanın The Voice səs yarışmasında iştirak etmiş və üçüncü yerə layiq görülmüşdür. Onun Wide Awake adlı debüt albomu 2012-ci ildə işıq üzü görmüşdür. Şulte ifa etdiyi "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Mixael Şulte 30 aprel 1990-ci ildə Almaniyanın Dollerup şəhərində anadan olmuşdur. O Danimarka məktəbində təhsilini başa vurmuş və sonra Almaniyada hərbi xidmətə yollanmışdır. == Musiqi karyerası == === 2012–2016: The Voice of Germany === Mixael Şulte öz musiqi karyerasına 2008-ci ildə, Youtube kanalında yerləşdirdiyi videolar ilə başlamışdır.
Molyar kütlə
Nisbi molekulyar atom kütləsi — maddə molekulunun və ya atomunun kütləsinin karbon kütləsinin 1/12-nə olan nisbətidir, Mrkimi işarə olunur. Vahidi yoxdur və təqribən molekulun və ya atomun kütləsinin hidrogen atomunun kütləsindən neçə dəfə çox olduğunu göstərir. Molyar kütlə - maddənin 1 molunun kütləsidir, M ilə işarə olunur və ölçü vahidi BS-də 1kq/mol-dur. Mol - kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır. Avoqadro sabiti - kütləsi 0,012 kq olan karbondakı atomların sayıdır, NA=6,023·1023mol−1-dir. Maddə miqdarı - Verilmiş maddədəki molekullar sayının Avoqadro sabitinə olan nisbətinə deyilir,ν=N/NA. Maddə miqdarının vahidi - BS-də əsas vahiddir və 1 mol-dur.Molyar kütlə M ilə nisbi molekulyar kütlə Mr arasında əlaqə M=Mr·kq/mol-dir. Məsələn, suyun nisbi molekulyar kütləsi Mr=18, molyar kütləsi M=10−3Mr·kq/mol=0,018kq/mol-dur. Yəni bir mol suyun kütləsi 0,018kq=18q-dır. == İstinadlar == M.Murquzov və b.Fizika X S.BAKINƏŞR-2005,səh.129.
Şüalə (1994)
== Məzmun == Uşaqlar üçün nəzərdə tutulmuş nağılabənzər rəvayət filmi zülməti dağıdan günəş şüaları haqqındadır. Burada xeyrin şər üzərində qələbəsi, gözəllik, təmiz duyğu və səmimi insan münasibətləri tərənnüm olunur. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər(titrlərdəki sıraya görə) === Ssenari müəllifi : Tahir Piriyev Quruluşçu rejissor : Tahir Piriyev Quruluşçu rəssam : Tahir Piriyev Fon rəssamı : Hüseyn Cavid İsmayılov Quruluşçu Animator : Rauf Dadaşov Quruluşçu operator : Antonina Korotnitskaya Bəstəkar : Aydın Əzim Kərimoğlu Film müdiri : Aydın Abdullayev Multiplikasiya rəssamı : Firəngiz Quliyeva, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Dilarə Balaxanova, Ruhsanə Topçuyeva (Ruhsanə Topçiyeva kimi), Solmaz Hüseynova, Tamilla Əsgərova, Lalə Məmmədova, Əli Əliyev, Qalina Moldavantseva, Alyona Dontsova, Cəvahir Quliyeva Assistent və Köməkçi : Ruziyyə Şabanova, Antonina Korotnitskaya, İlhamə Muxtarova, Səbinə Əliyeva, Lalə Əsgərova, Gülsənəm Teymurova, Gülşən Qocayeva, Şəlalə Musayeva Musiqi tərtibatçısı : İsmayıl Dadaşov Səs operatoru : Teymur Abdullayev Çalır : Rafiq Babayevin Ansamblı İnzibatçı : Çingiz Əliyev Rəng quraşdırıcısı : Əminə Cəfərova Montaj edən : Nisə Hacıyeva Redaktor : Svetlana İsmayılova == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Altıncı sülalə (Misir)
VI sülalə— Qədim Misirdə Qədim Padşahlıq dövrünə aid sülalə.Təxminən e.ə 2347–2216-cı illədə hakimiyyətdə olmuşlar.Bir çox tarixçilər VI sülalənin Qədim Padşahlıq(Çarlıq) dönəminin sonuncu sülaləsi olaraq qəbul edirlər.Lakin The Oxford History of Ancient Egypt VII və VII sülalələridə bu dövrə aid edir. == Ümumi məlumat == === Sülalənin ilk üzvü Teti === Sülalənin ilk üzvü Teti V sülalə hökmdarı Unisin qızı Iputla evlənmişdi.Manefonun fikrinə görə Teti öz muhafizəçiləri tərəfindən öldürülmüşdü. === I Pepi === Tetinin oğlu I Pepi Sinay yarımadası və Nubiya yürüşləri ilə tanınmışdır.Dövrümüzə çatmış yazılı məlumatlara görə I Pepiyə qarşı sui-qəsd təşkil olunsada uğurlu olmayıb.I Pepi və oğlu II Pepi Qədim Misirin ən qüdrətli fironlarından olmuşdur. == Fironlar == Manefona görə xanədanlıq 203 il hakimiyyətdə olmuşdur. Turin siyahısına görə bu müddət 181 il təşkil edir. Altıncı xanədanın məlum fironları aşağıdakı cədvəldə verilmişdir.
Beşinci sülalə (Misir)
V sülalə — Qədim Misirdə Qədim Çarlıq dövrünə aid sülalə. Təxminən e.ə 2504–2347 illərdə hakimiyyətdə olmuşdur. == Ümumi məlumat == Bu sülalənin hakimiyyəti dövründə dini inanclarda mühüm dəyişikliklər baş verir. Piramidalarda mətnlər həkk olunmağa başlayır. Bu yazılar Misirdə cənazə ədəbiyyatının ilk nümunələridir. Baş Allah Ranın kultu daha da inkişaf edir. Absirdə baş allahın şərəfinə məbədlər tikilir. Osirisə inam genişlənir.
Birinci sülalə (Misir)
I sülalə — Qədim Misiri idarə edən ilk sülalə. == Ümumi məlumat == Yuxarı Misir nomu Narmer (Manefonun fikrincə onun adı Mina idi) Aşağı Misiri məğlub edərək Misiri vahid halda birləşdirir və adını tarixə birinci firon kimi yazdırmışdır. Bu dövrdə padşahlığın mərkəzi Tinis şəhəri idi. I sülalənin dəqiq olaraq hansı dövrdə hakimiyyətdə olmasını dəqiq olaraq demək mümkün deyil. Güman edilir ki, bu sülalə XXXIV və XXX əsrlərdə hökmdarlıq edib. Radiokarbon üsulu ilə aparılan analizə əsasən I xanədanlığın hakimiyyət illəri təxminən e.ə. 3218–3035 illər kimi göstərirlir. Təəssüf ki, bu dövrə aid yazılı abidələrin azlığından baş verən hadisələr yaxşı öyrənilməmişdir. Əsas məlumat mənbəyi "Narmer paleti" adlandırılan daş löhvədir. Ümumiyyətlə ilk sülalələrlə bağlı məlumatlar dəqiq deyildir və müəyyən mənada əfsanəvi xarakter daşıyır.
Doqquzuncu sülalə (Misir)
IX sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə. == Ümumi məlumat == Herakleopolis nomarxı I Xeti VIII sülaləni devirərək yeni hakim sülalənin əsasını qoymuşdur. Manefona görə IX və X sülalələr eyni bir sülalə olub Herakleopol hakimlərinin nəslindən gəlir. Roma tarixçisi Yevseyiyə görə Herakleopol sülaləsi IX və X adları ilə ümumilikdə 285 il hakimiyyətdə olmuşdur. Sekst Arikan isə bu xanədanın 185 illik hökmranlığını göstərir. Yurqen fon Bekerstuya görə IX sülalə hakimiyyətə təxminən e.ə 2192–2120-ci illər arasında gəlib. Digər mütəxəssislər bu hadisənin təxminən e.ə 2118/2141 illər aralığında baş verdiyini bildirirlər.. Manefona görə I Xeti bütün Misiri öz hakimiyyəti altında birləşdirmişdi. IX sülalə taxta güc yolu ilə çıxmışdılar. Manefon I Xeti zalımlığı ilə görə seçildiyi yazmışdı.