Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ATV (Türkiyə)
ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A. Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftəiçi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır. 4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Ağcaqala (Türkiyə)
Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. == Coğrafiya == Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur. == İqtisadiyyat == Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.
Biləcik (Türkiyə)
Biləcik — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Boomerang (Türkiyə)
«Boomerang» — «Turner Broadcasting System Europe» şirkətinin sahibləndiyi və uşaqlar üçün yayımlanan Türkiyə telekanalı. == Tarixçə == 13 aprel 2016-cı ildə «Turner Broadcasting System Europe» şirkəti 23 aprel 2016-cı ildə Uşaqların Beynəlxalq Müdafiəsi Günü səbəbilə, «Boomerang» telekanalının Türkiyədə yayımına başlayacağını açıqlamışdır. Telekanal Türkiyədə həmin tarixdə yayıma başlayan ilk telekanal olmuşdur. HD kanalı Türkiyədə yalnız «Tivibu» və «D-Smart» operatorlarında yayımlanır.
Dinar (Türkiyə)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
FOX (Türkiyə)
NOW — "The Walt Disney Company" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007-ci il tarixində yayıma başlamışdır. 24 yanvar 2024-cü il tarixində Disneyin FOX üçün aldığı ad haqqının dolması səbəbi ilə Türkiyədə 12 fevral 2024-cü il tarixindən etibarən NOW adını almışdır. == Tarixçə == "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A. Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56,5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
NTV (Türkiyə)
NTV (Nərgiz TV) – Türkiyənin ilk xəbər kanalı. Təqaüddə olan siyasətçi və biznesmen Cavit Çağlar tərəfindən qurulmuş və ilk yayımını 1 noyabr 1996-cı il tarixində etmişdir. 1999-cu ilin yanvarında "Doğuş Qrupu" tərkibinə qatılmışdır. 2000-ci ildən ABŞ-nin MSNBC kabel televiziya kanalı ilə əməkdaşlıq edir.
Nickelodeon (Türkiyə)
Nickelodeon (Türkiyə) — 10 dekabr 1997-ci il fəaliyyətə başlayan rəqəmsal peyk və kabel televiziyası.Kanal Türkiyə və Şimali Kipr Türk Respublikasında 24 saat Türk dilində fəaliyyət göstərir. == Həmçinin bax == Nickelodeon Sonic Nickelodeon Azerbaycan Nickelodeon Rusya Nickelodeon Turkey == Tarixçə == Nickelodeon, 10 dekabr 1997-ci ildə Türkiyənin RTV şirkəti tərəfindən açıldı və Discovery Channel Türkiyə ilə təkrar dolduruldu. 2001-ci ildə Multi Channel Developers Nickelodeonun lisenziyasını əlinə aldı və bununla da 24 saatlıq bir kanal halına gəldi. 31 mart 2010-cu ildə Nickelodeon yeni identlər və yeni bir loqotiplə böyük bir rebrend keçirdi. 22 may 2010-cu ildə Nickelodeon və MTV Türkiyə, çox güman ki, fikir ayrılığı səbəbindən Digitürkdən götürüldü. 2 iyun 2010-cu ildə MCD və Viacom arasındakı mübahisə səbəbiylə Nickelodeon və MTV Türkiyənin saytları bağlandı. 31 avqust 2011-ci ildə Viacom MCD-nin iki kanalın lisenziyasını dayandırdı və bununla da yerli kanallar bağlandı. Nickelodeon və MTV Avropa daha sonra D-Smart-da ingilis dilində yayımlanmağa başladı. 2012-ci ilin fevralında Viacom Digiturk ilə razılaşdı və Nickelodeon və MTV-ni Türkiyəyə gətirdi. 1 Mart 2012-ci il tarixindən başlayaraq Nickelodeon bu gün yenə də türk dilində yayımlanır.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
SAT (Türkiyə)
SAT - Su Altı Taaruz SAS - Su Altı Savunma Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", - deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş. SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı. == Dünyanın ən təhlükəli əsgərləri == Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi.
Survivor Türkiyə
Survivor Türkiyə ümumi adıyla Survivor — məşhur realiti yarışma proqramı olan Survivor-ın yayımının 9-cu ilində, yəni 2005-ci ildə Türkiyədə ilk dəfə Kanal D-də Pelin Akadın təqdimatı ilə yayımlanan yarışma proqramı. Proqram adı əvvəlcə Survivor Türkiyə: Böyük Macəra olmuş, buradakı rəqib komandalar Quzey ve Güney adlandırılmışdır. Fərqli keyfiyyətləri ilə ayrılmayan qarışıq rəqiblər, Quzey və Güney komandalarına bölündü və müxtəlif yarışlarda bir-birlərinə qarşı mübarizə apardılar. Uzun müddətdir davam edən detektiv janrında rol alan Qız Qalasındakı 'emosional' Survivor Uğur Pəktaşın müvəffəqiyyəti Arxa Küçələr lirə və yalnız sağ qalanların mükafatları ilə nəticələndi. 2014-cü ildə istehsal olunan Survivor Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Gökhan Kəsər ikinci, Turabi Çamkıran çempion olmuşdu. 2015-ci ildə istehsal olunan Survivor All Star yarışmasında finalda olan Mərvə Aydın ikinci Turabi Çamkıran isə 2-ci dəfə Könüllülərin çempionu olmuşdu. Sonrakı ildə isə Survivor 2016 Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Sərkay Tütüncü ikinci, Çağan Atakan Arslan isə çempion olmuşdu. 2017 ilində finala qalan Adəm Kılıççı ikinci, Ogeday Girişkən çempion olmuşdu. 2018-ci ilə gələndə isə Survivor All Star-Könüllülər konsepsiyası olmuş, daha sonra ise bu konsepsiya dəyişdirilərək Survivor Məşhurlar-Könüllülər konsepsiyası olmuş, və bu ildə Damla Can altıncı, Turabi Çamkıran beşinci, Hilmi Cem İntəpə dördüncü, Anıl Bərk Baki üçüncü, və son finala qalan Nagihan Karadere ikinci, Adəm Kılıççı çempion olmuşdur. 2019-cu ildə yarışma Türkiyə-Yunanıstan olaraq başlasa da sonradan Siyah Taqım-Bəyaz Taqım halında qarışıq komandalarla olmuşdur.
TV8 (Türkiyə)
TV 8 — 22 fevral 1999-cu il tarixində MNG Medya Grubu şirkəti tabeliyində yayıma başlamış televiziya kanalı. 2013-cü ildən etibarən Acun Medya və Doğuş Yayın Grubu ortaqlığı ilə yayımlanan kanalın mərkəzi İstanbul Sarıyerdə yerləşir. Xəbər kanalı olaraq yayıma başlamış TV 8 2003-cü ildə format və loqo dəyişdirərək əyləncəli kanallar sırasına daxil olmuşdu. Proqramlar Aramizda Kalmasin, O Ses Türkiye, Survivor, Yetenek Sizsiniz Türkiye, Ver Firina, Aile Doktoru, 3 Adam, Hülya Show, Kel Alaska, Arda'nin mutfagi, Aslinda melee oluyor?, 8'de8, Seffaf Oda, Para Bende, Pazar Magazin, Oynat Bakalim, Ninja Warrier Turkey, O Ses Çoçuklar, 100 kisiye Sorduk, Iste Benin Stilim, Ütopya.
Türkiyə (qəzet)
Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur. Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir. Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır. Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.
Türkiyə Cümhuriyyəti
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Türkiyə Kürdüstanı
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır. Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir. Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir.
Türkiyə Ordusu
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyə Respublikası
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Türkiyə Superkuboku
2006 - cı ildən etibarən Türkiyə Futbol Federasiyası tərəfindən Ölkə çempionu ilə Ölkə kubokunun qalibi arasında keçirilir. İlk olaraq 1966 - cı ildə Prezident kuboku adı altında keçirilməyə başlanıb. 1998 - ci ildə fasilə verildikdən sonra 2006 - cı ildən Turkcell Super Kuboku adı ilə keçirilir. == Bütün finallar == Qeyd: Turkiyə futbolunda yaşanan oyun alqı-satqısı qalmaqalına görə 2011-ci il Türkiyə Super Kuboku oynanılmamışdır.
Türkiyə Türkləri
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkiyə Türkü
Anadolu türkləri (türk. Anadolu Türkleri), Türkiyə türkləri (türk. Türkiye Türkleri) və ya sadəcə türklər (türk. Türkler) — əksəriyyəti Osmanlı İmperiyası dağıldıqdan sonra qurulan Türkiyə Cümhuriyyəti torpaqlarında yaşayan türk xalqına verilən addır. Türk xalqları içində etnik cəhətdən oğuz türkləri ilə daha yaxındır. İskitlərin (Sakaların), Kimmerlərin, Hunların, Avarların, Xəzərlərin, Qıpçaqların Anadoluya giriş qapısı olan Qafqaz və Anadolu ən az 7 min illik türk beşiyidir. Xüsusilə Azərbaycan torpaqları Türkiyə ilə Türküstan arasında körpü və tranzit yoludur. Bilməyənlər və/və ya inanmayanlar ulu öndər Qazi Mustafa Kamal Atatürkün hərbi məktəblərdə oxuyarkən yazdığı "Haqq haradadır" şeirini oxumaqla başlaya bilər. Şanlı əcdadlarımızın dediyi kimi; Bilməmək, amma öyrənməmək günahdır (ayıbdır) axı!..
Türkiyə Yəhudiləri
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
"Dövlət nişanı" ordeni (Türkiyə)
"Dövlət nişanı" — Türkiyə Respublikasının ən yüksək mükafatı 1988-ci ildə təsis edilmişdir. Türkiyə prezidenti tərəfindən təqdim edilən "Dövlət nişanı" dövlət başçısının tövsiyəsi əsasında Türkiyə Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Bu mükafata xarici ölkələrin dövlət başçıları ölkələr arasında dostluq əlaqələrinin inkişafı və xalqların bir-biri ilə daha da yaxınlaşmasındakı xidmətlərinə görə layiq görülürlər.
"Manas" Qırğızıstan-Türkiyə Universiteti
"Manas" Qırğızıstan-Türkiyə Universiteti (qırğ. Кыргыз-Түрк «Манас» Университети, türk. Kirgizistan-Türkiye "Manas" Üniversitesi) — Bişkek şəhərində yerləşən ali təhsil müəssisəsi. Əfsanəvi qırğız qəhrəmanının — Manasın adını daşıyır. == Tarixi == Manas Universiteti, fəaliyyətlərinə 1997–1998-ci tədris ilində Qırğızıstanın paytaxtı — Bişkekdə "Qırğız-Türk" Manas "Universitetinin yaradılması haqqında" Sazişin hər iki ölkənin səlahiyyətli orqanlarının təsdiqindən sonra başladı. Bu müqavilə 30 sentyabr 1995-ci ildə İzmirdə Türkiyə Cümhuriyyəti və Qırğızıstan Respublikası Hökumətləri tərəfindən imzalanmışdır. Universitet, Tələbə İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanının nəticələrinə əsasən Qırğızıstandan tələbə qəbul edir. Türk tələbələr, Türkiyə Cümhuriyyətinin İşə Qəbulu və Dağıtım Mərkəzi tərəfindən edilən bir imtahan yolu ilə işə qəbul edilir. Digər Türkdilli dövlətlərin və millətlərin tələbələri, Türkiyə Cümhuriyyəti Türk Dilli Dövlətlər üçün Tələbə İşə Qəbulu və Dağıtımı Mərkəzi tərəfindən də keçirilən imtahan nəticələrinə görə işə qəbul edilir. 2011–2012-ci tədris ilinin birinci semestrinin sonuna 9 fakültədə, 4 ali məktəbdə, 1 peşə məktəbində 3809 lisenziya tələbəsi təhsil alır, 196 lisenziya və aspirant isə 2 institutda təhsillərini davam etdirir.
"İstiqlal" medalı (Türkiyə)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
"İstiqlal" medalı — Türkiyə İstiqlaliyyət müharibəsində böyük xidmətləri olmuş hərbçilərə və mülkilərə, o dövrdə deputat olanlara, müharibəyə qatılan alayların bayraqlarına, Ərzurum və Sivas konqreslərinə qatılanlara "İstiqlal" medalı qanunu adlı xüsusi qanuna görə verilən medaldır. Bu medal 1 noyabr 2006-cı il tarixinə qədər TBMM tərəfindən verilmiş, bu tarixdən sonra müraciət edənlərə isə Milli Müdafiə Nazirliyi tərəfindən verilir. Ümumilikdə 95261 nəfərə verilmişdir. Qanuna görə sağ sinənin üzərinə hər gün taxılır. "İstiqlal" medalının yaradılmasından sonra Osmanlı dövrünə aid bütün medal və nişanlar ləğv edilmişdir. == "İstiqlal" medalı qanunu == Türkiyə İstiqlaliyyət müharibəsi bitdikdən sonra müharibə zamanı cəbhədə və cəbhə gerisində xüsusi xidmət göstərənlərə medal verilməsi mövzusu TBMM-də müzakirə edildi. 29 noyabr 1920-ci ildə məclisdə qəbul edilən 66 saylı qanun, 4 aprel 1921-ci ildə Rəsmi qəzetdə yayımlanaraq qüvvəyə mindi. Daha sonrakı illərdə çıxan bəzi qanunlarla əsas qanun olan 66 saylı qanuna əlavələr edilmişdir. Misal üçün, 1924-cü ildə çəxan 525 saylı qanun "İstiqlal" medalının varislərə keçişi ilə bağlı hökmləri, 1926-cı ildə çıxarılan 869 saylı qanun isə ilk dəfə medal alanlarla bağlı hökmləri əhatə edirdi. == Dizaynı == "İstiqlal" medalı oval formadadır, Latın hərfləri ilə (yeni Türkcə) nəşri edilən medalların həci 35×40 mm, ağırlığı 15,55 qramdır.
2012 Türkiyə Superkuboku
2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır. Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər. == Oyundan əvvəl == === Oyunun biletləri === Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı.
2013-cü il Türkiyə etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
2014 Türkiyə prezident seçkiləri
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
2015 Türkiyə Superkuboku
Türkiyə Superkuboku 2015 — 8 avqust 2015 tarixində 2014-15 Super Liqa çempionu Qalatasaray və 2014-15 Türkiyə Kuboku finalçısı Bursaspor arasında oynalınan 42-ci Super Kubok matçı. Rəqibini 1-0 məğlub edən Qalatasaray, kuboku on dördüncü dəfə öz muzeyinə apardı. Qalatasaray bu qarşılaşma ilə birlikdə ardıcıl dördüncü dəfə, ümumi isə iyirmi ikinci dəfə Super Kubokda mübarizə apardı. Qalatasaray əldə etdiyi bu çempionluqla birlikdə, 2006-cı ildən kuboku ən çox əldən komanda adını qazanıb. Bursaspor isə komanda tarixində üçüncü dəfə Super Liqa təşkilatındada iştirak etdi, ancaq yenə çempionluq sevinci yaşaya bilmədi. Matç Türkiyənin ATV kanalında canlı olaraq ekranlaşdırıldı. Qalatasaray baş məşqçisi Hamza Hamzaoğlu sarı-qırmızılı forma ilə futbolçu olaraq çempion olmuşdur. O, düz iyirmi il sonra Qalatasaray baş məşqçisi olaraq yenə həmin təşkilarda çempion olmuşdur. Beləliklə həm futbolçu, həm də baş məşqçi olaraq Qalatasarayda bir mövsümdə üç kubok qazanma müvəffəqiyyətinə çatdı. Qalatasarayda iki oyunçu, Bursasporda isə ümumi dörd oyunçu bu matçla birlikdə komandaları ilə ilk dəfə rəsmi mübarizəyə çıxmış oldu.
24 TV (Türkiyə)
24 TV (tam adı: 24 Televiziyası, türk. 24 Televizyonu, tələffüzü: İyirmi dörd TV) — Əthəm Sancağın sahib olduğu Esmedya şirkətinin nəzdində fəaliyyət göstərən ölkə-səviyyəli Türkiyə televiziya kanalı. 2007-ci ildən bəri fəaliyyət göstərən televiziya kanalının yayım ərazisi Türkiyədir. == Tarixi == Kanal ilk olaraq Uzan Holdinq tərəfindən Max Haber (azərb. Maks Xəbər‎) adıyla qurulmuşdur, ancaq yayıma Star Haber 24 (azərb. Star Xəbər 24‎) adı ilə başlamışdır. Bu ad ilə qısa bir müddət ərzində yayım etdi, daha sonra isə bağlandı. Tasarruf Mevduatı Sigorta Fonunun Star Media Qrupunu almasından sonra, Star qəzeti və "Kanal 24"-ün ad hüququ 19 milyon dollara satışa çıxarılmışdır, ancaq gözlənilən maraq görülməmişdir. Daha sonra 2006-cı ilin mart ayında keçirilən tenderdə, kanalı 5 milyon 150 min dollara Şimali Kiprli biznesmen Əli Özmən Safa almışdır. Tasarruf Mevduatı Sigorta Fonunun (TMSF) prezidenti Əhməd Ərtürk, Özmənin tenderdə verdiyi 5 milyon 150 min dollarlıq təklifi 8 milyon dollara artırması və həmçinin 4 milyon dollar təzminat istəməsiylə, cəmi 12 milyon dollar verdiyini bildirmişdir.
30 Avqust Qələbə Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
30 Avqust Zəfər Günü (Türkiyə)
Qələbə Günü (türk. 30 Ağustos Zafer Bayramı) — 30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün başkomandirliyində, zəfərlə nəticələnən Böyük Qələbəni xatırlatmaq üçün Türkiyə və Şimali Kipr Türk Respublikasında[1] hər il 30 avqust günü qeyd olunan rəsmi, milli bayram. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulmuşdu. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir. İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır. == Arxa plan == Böyük Saldırı, Türk ordusunun İstiqlaliyyət Müharibəsi əsnasında işğal güclərinə son zərbəni təmin etməsi üçün planlaşdırılan gizli bir əməliyyat idi. Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə başkomandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında almış və hazırlıqları gizli olaraq icra etmişdi. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başladı və Türkiyə torpaqlarının qaytarılması - Türk ordusunun qələbəsi ilə başa çatdı. == Bayramın tarixi == 30 Avqust günü, ilk dəfə 1924 Dumlupınarda Çal Kəndi yaxınlarında Prezident Mustafa Kamalın qatıldığı bir mərasimlə Başkomandir zəfəri adıyla qeyd olunmuşdur. Qələbə Gününü qeyd etmək üçün iki il gözləmənin ən əhəmiyyətli səbəbi 1923-ci il Yeni Türkiyə baxımından həm milli, həm də beynəlxalq sahədə sıxlığın yüksək mərhələdə olması idi.
65-ci Türkiyə hökuməti
65-ci Türkiyə hökuməti və ya Yıldırm hökuməti — Hökuməti Ədalət və İnkişaf Partiyasının lideri Binəli Yıldırım qurub. Əhməd Davudoğlu'nun AK Partiya sədri və baş nazir vəzifəsindən istefa verməsindən sonra Binəli Yıldırım 22 may 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hökuməti qurmaq vəzifəsinə təyin edilib; Mayın 24-də Türkiyənin 65-ci hökumətinin kabinet üzvləri açıqlanıb. 65. Türkiyə hökuməti Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlərindən 315 səslə etimad səsverməsi aldı. == Kabinet üzvləri == == Dəyişikliklər == 31 avqust 2016-cı ildə EfkanAlanın istefası ilə boşaldılan Daxili İşlər Naziri vəzifəsinə Əmək və Sosial Müdafiə naziri Süleyman Soylu təyin edilib. Mehmet Müezzinoğlu Soylunun Əmək və Sosial Müdafiə Nazirliyi vəzifəsinə təyin edildi.19 iyul 2017-ci ildə kabinet əsaslı təmir olundu. 6 yeni ad nazir olduğu halda, 5 ad müxtəlif nazirliklərə verilib.
ABŞ–Türkiyə münasibətləri
Türkiyə–ABŞ münasibətləri — ABŞ və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. == Tarix == 1831-ci ildə Amerika Birləşmiş Ştatları Osmanlı İmperiyası ilə diplomatik əlaqələr qurur. Birinci Dünya müharibəsi bitdikdən sonra, ABŞ 1927-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr qurur. 12 iyul 1947-ci ildə ABŞ-nin Truman Doktrini çərçivəsində Türkiyəyə yardım göstərmə siyasətinin məntiqi davamı olan, Sovet İttifaqının təhdidlərinə qarşı durmağa kömək etmək üçün hazırlanmış İqtisadi və Texniki Əməkdaşlıq Sazişi imzalanır. Sovetlərin genişlənməməsini ehtiva edən ortaq maraq, ABŞ və Türkiyə arasında yaxın qırx il ərzində möhkəm münasibətlərin təməlini qoyur. Türkiyə Soyuq müharibədə ABŞ-nin tərəfini tutur: 1950-ci ildə Koreya müharibəsində iştirak etmək üçün hərbi hissələrini göndərir (1950-1953), 1952-ci ildə NATO-ya qatıldı, 1955-ci ildə Mərkəzi Müqavilə Təşkilatının təşkilatçılarından biri olur və eyni zamanda 1957-ci ildə Eyzenhauer doktrinasının əsaslarını təsdiqləyir. 1950-1960-cı illərdə Türkiyə Sovet İttifaqı siyasətini dəstəkləyən Misir, İraq və Suriyanın təsirini zəyiflətmək üçün Yaxın Şərqdəki digər Amerika müttəfiqləri ilə (İran, İsrail və İordaniya) çalışır. Ancaq zaman zaman ABŞ və Türkiyə arasında münaqişə vəziyyətləri və anlaşılmazlıqlar meydana gəlir. 1974-cü ildə münasibətlərinin ən çətin dövrü Şimali Kiprə Türkiyə qoşun çıxartdıqdan sonra başlayır. Türkiyənin Kiprdəki qarşıdurmaya müdaxiləsinə cavab olaraq, ABŞ bu ölkəyə silah tədarükünü dayandırır.
Albaniya–Türkiyə münasibətləri
Türkiyə—Albaniya münasibətləri — Albaniya Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr 1920-ci illərdə rəsmi olaraq quruldu. Albaniya ilə Türkiyə arasındakı münasibətlər mədəni və tarixi amillərə görə ənənəvi olaraq dostluq edir. Albaniyanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu vardır. Türkiyənin Tiranada səfirliyi mövcuddur. == Haqqında == Əhalisi əsasən müsəlman olan hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bunlar eyni zamanda NATO və Aralıq dənizi Birliyinin tam üzvləridir. Türkiyə də AB üçün namizəd ölkə statusuna sahibdir, Albaniya potensial namizəddir. Türkiyədə Albaniya ilə mədəni əlaqələrini itirməyən təxminən 1,3 milyon Alban mənşəli vətəndaş var. Kosovoda güclü Türk azlığı da var. == Əlaqələr == Osmanlı İmperiyası dövründə İslamı qəbul edən bir çox alban, türk sultanlarına xidmət etdi.
Almaniya–Türkiyə münasibətləri
Türkiyə—Almaniya münasibətləri — Almaniya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. Almaniyada böyük türk diasporu yaşayır ki, bu da ölkələr arasındakı münasibətləri tarixən əhəmiyyətli edir. Alman-Türk münasibətləri, 2016-cı ildə Türkiyədə daxili qeyri-sabitlik dövrü başladığından və Die Welt, Dəniz Yücəl, jurnalistlərin həbsi də daxil olmaqla, ölkənin avtoritarizmə doğru dönüşündən sonra xeyli pisləşdi. == Tarixi == === Birinci Dünya Müharibəsi === Alman İmperatorluğunun Bağdada dəmir yolu çəkmək təklifi İngilisləri İngilis Hindistanı ilə əlaqələrini təhdid etdikləri üçün həyəcanlandırdı. 1914-cü ilin fevralında bu ziddiyyətlər sülh yolu ilə həll edildi, lakin imperiyalar arasındakı münasibətlərdə yeni bir böhran dövrü Birinci Dünya Müharibəsinin başlanmasının səbəblərindən biri oldu. 2 avqust 1914-cü ildə, Birinci Dünya Müharibəsinin başlamasından qısa müddət sonra Almaniya ilə Osmanlı İmperiyası arasında Gizli İttifaq Müqaviləsi bağlandı. 1915-ci ilin yanvarında müqavilə əsasında tam hüquqlu hərbi ittifaq bağlandı və Osmanlı İmperiyası Almaniyanın tərəfində müharibəyə başladı. Alman generalı Otto Liman fon Sanders, Çanaqqala əməliyyatı zamanı Osmanlı İmperiyasının 5-ci Ordusuna komandanlıq etdi. Alman generalları Erix fon Falkenhain və Otto Liman fon Sanders, Sinay-Fələstin kampaniyası əsnasında Ordu Qrupu Yıldırıma komandanlıq etdilər. == Ticarət əlaqələri == Almaniya ilə Türkiyə arasında uzun müddət güclü iqtisadi əlaqələr mövcuddur.
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967–1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da "Qanlı bazar günü" kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları "mütəşəkkil faşist zorakılığının nümunəsi" kimi təsvir etmişdir.
Anqola–Türkiyə münasibətləri
Anqola–Türkiyə münasibətləri — Anqola ilə Türkiyə arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Türkiyə Anqolanı 1975-ci ildə müstəqillik qazandıqdan sonra tanıdı. Cənub-Qərbi Afrika Xalqları Təşkilatının (CQAXT) və Anqoladakı Afrika Milli Konqresinin (ANC) Kuba varlığı və əsasları, ABŞ da daxil olmaqla, Qərb dünyasının çox hissəsini belə bir nəticəyə gətirdi. Anqola SSRİ-nin himayə etdiyi dövlətə çevrildi. Anqolanın marksizm-leninizmə olan rəsmi bağlılığına məhəl qoymayan Türkiyə və Avropa İqtisadi Cəmiyyəti, ölkədəki vətəndaş müharibəsi dövründə xarici yardım subsidiyalarını artırdı. Kubanın Anqolada olması və Cənubi Afrika Respublikasının (RSA) Anqolanı işğal etməsi 1980-ci illərdə Anqolanın xarici siyasətini əhəmiyyətli dərəcədə müəyyənləşdirdi. Cənubi Afrikanın Namibiyanın qanunsuz işğalına son qoyulması üçün aparılan danışıqlar əsnasında Türkiyə Namibiyanın müstəqilliyi, Angoladakı Kuba qoşunları və aparteid məsələlərini ayırmağa çalışdı. Cənubi Afrika, müstəqil Namibiyanın Sovet İttifaqı ilə əlaqəli ölkələr üçün mövcud olan ərazini genişləndirəcəyi əsasda Namibiya işğalını davam etdirdi. Neytral mövqe tutmağa çalışan Türkiyə, Anqoladakı Kuba qoşunlarını qınadı, eyni zamanda Cənubi Afrikanın Anqolaya hücumunu da qınadı. Ölkələri bir araya gətirmək üçün Türkiyə, Kuba qoşunlarının Amerika və Türkiyə şirkətlərini ABŞ-dən kömək alan Cənubi Afrika komandolarının hücumlarından qoruduğuna diqqət çəkdi.
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı
Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı — 6 mart 1995-ci il tarixində Ankara müqaviləsi ilə qurulan AT-Türkiyə Əməkdaşlıq Şurasının tətbiq qərarı almasıyla 31 dekabr 1995 tarixindən qüvvədə olan gömrük ittifaqı. Hər iki tərəf arasında ticari məhsullar hər hansı bir gömrük məhdudiyyəti olmadan satıla bilər. Gömrük İttifaqı əsas iqtisadi sahələrdə (kənd təsərrüfatı kimi) ikitərəfli ticarət güzəştlərini, xidmət və ya dövlət satınalmalarını tətbiq etmir. 1996-ci ildə Avropa Kömür və Polad Birliyi üzrə məhsulların satışı üçün Türkiyə və Avropa Birliyi arasında bir sərbəst ticarət bölgəsi qurulmuşdur. Birlik Şurasının 1/98 saylı qərarı kənd təsərrüfatı məhsullarının ticarətini əhatə edir.
Avstriya–Türkiyə münasibətləri
Avstriya–Türkiyə münasibətləri — Avstriya ilə Türkiyə və onların əvvəlki dövlətləri arasındakı münasibət. == Habsburglar və Osmanlılar == Orta əsrlərdən XX əsrə qədər bugünkü Avstriya və Türkiyə daha böyük imperiyaların mərkəzi bölgələri idi. Avstriya Habsburglar Evinin oturduğu yer idi və Türkiyəni Osman Evi (Osmanlı sülaləsi olaraq da bilinir) idarə edirdi. Habsburg və Osmanlı dövlətləri, fəthlə dəstəklənən böyük çoxmillətli konqlomeratlar idi. Bu rəqib imperiyalar Mərkəzi Avropa və Balkanların çox hissəsinə nəzarət etmək üçün bir-birləri ilə tez -tez müharibələr apardılar. Osmanlı İmperiyası, çiçəkləndiyi dövrdə iki dəfə Avstriyanın paytaxtı Vyananı ələ keçirməklə hədələdi: 1529 və 1683-cü illərdə. Lakin Osmanlı İmperatorluğunun Vyanada ikinci məğlubiyyətindən və 1699 -cu ildə Böyük Türk Müharibəsinin sona çatmasından sonra Habsburqlar üstünlük əldə edərək Macarıstan və Xorvatiyanı Osmanlıdan ələ keçirdilər. Bu irəliləyişlərin ardınca, Şərq sualı olaraq bilinən çıxılmaz vəziyyətdə və mübahisədə Rusiyanın rəqabətli təsiri səbəbindən Avstriya artıq Balkanlara girə bilmədi. Balkanlarda Osmanlı nəzarəti azalsa da, avstriyalılar 1908 -ci ildə Bosniyaya qədər yeni əraziləri ilhaq edə bilmədilər və hətta bu diplomatik böhrana (Bosniya böhranı) səbəb oldu. Bu arada Rusiya, Balkanlarda bir neçə millətin Osmanlıya qarşı üsyan qaldırmasına və Balkanlarda ayrı millət dövlətləri yaratmasına kömək etdi.
Azərbaycan-Türkiyə (Aygün Kazımovanın mahnısı)
Azərbaycan-Türkiyə (mahnı)
Azərbaycan-Türkiyə futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 09.04.1996 Bakı YO Azərbaycan – Türkiyə 0:1 11.10.2000 Bakı DÇSO Azərbaycan – Türkiyə 0:1 02.06.2001 İstanbul DÇSO Türkiyə – Azərbaycan 3:0 12.04.2006 Bakı YO Azərbaycan – Türkiyə 1:1 02.06.2009 Kayseri YO Türkiyə – Azərbaycan 2:0 12.10.2010 Bakı AÇSO Azərbaycan – Türkiyə 1:0 11.10.2011 AÇSO Türkiyə – Azərbaycan 1:0 27.05.2021 Alaniya YO Türkiyə – Azərbaycan 2:1 === U-21 === 10.10.2000 Bakı DÇSO Azərbaycan – Türkiyə 1:2 01.06.2001 İstanbul DÇSO Türkiyə – Azərbaycan 3:0 3.06.2009 YO Türkiyə-Azərbaycan 2:0 28.03.2017 İstanbul YO Türkiyə – Azərbaycan 4:0 14.08.2022 Konya İslamiada Türkiyə (U-23) – Azərbaycan (U-23) 1:0 17.06.2023 İstanbul YO Türkiyə – Azərbaycan 1:0 === U-19 === 14.04.2010 Əskişəhər, Türkiyə AÇEM Türkiyə - Azərbaycan 2:0 06.01.2010 Sankt-Peterburq BT Türkiyə – Azərbaycan 2:1 12.11.2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Türkiyə 0:1 27.08.2022 Bakı, Azərbaycan YO Azərbaycan (U-18) – Türkiyə (U-18) 0:1 30.08.2022 Bakı, Azərbaycan YO Azərbaycan (U-18) – Türkiyə (U-18) 0:0 === U-17 === 29.04.2012 Almatı, Qazaxıstan BT Türkiyə – Azərbaycan 0:2 05.06.2013 Bakı, Azərbaycan BT Azərbaycan – Türkiyə 1:4 03.09.2021 Türkiyə YO Türkiyə – Azərbaycan 4:1 06.09.2021 Türkiyə YO Türkiyə – Azərbaycan 2:0 27.09.2022 Ərzurum Türkiyə YO Türkiyə (U-16) – Azərbaycan (U-16) 3:1 29.09.2022 Ərzurum Türkiyə YO Türkiyə (U-16) – Azərbaycan (U-16) 0:0 09.09.2023 İstanbul, Türkiyə YO Türkiyə – Azərbaycan 1:2 12.09.2023 İstanbul, Türkiyə YO Türkiyə – Azərbaycan -:- === U-16 === 23.04.2013 Bakı, YO Azərbaycan - Türkiyə 0:2 25.04.2013 Bakı, YO Azərbaycan - Türkiyə 0:2 21.01.2014 Türkiyə, BT Türkiyə - Azərbaycan 7:1 23.11.2017 Türkiyə BT Türkiyə – Azərbaycan 6:0 23.04.2018 Antalya, Türkiyə, BT Türkiyə (U-15) - Azərbaycan (U-14) 1:1 25.04.2018 Antalya, Türkiyə, BT Türkiyə - Azərbaycan 4:0 === Klublar === 11.07.1960 Bakı, Azərbaycan, YO, Neftçi - Qalatasaray 3:1 17.01.1993 İstanbul, Türkiyə, YO, Qalatasaray - Neftçi 2:2 09.08.1994 İstanbul, Türkiyə, UEFA Kub., Fənərbaxça - Turan 5:0 23.08.1994 Tovuz, Azərbaycan, UEFA Kub., Turan - Fənərbaxça 0:2 16.08.2008 İstanbul, Türkiyə, YO, Beşiktaş - Xəzər Lənkəran 4:0 16.07.2009 İzmit, Türkiyə, YO, Kayserispor - Neftçi 1:6 19.07.2009 İzmit, Türkiyə, YO, Ərciyəspor - Neftçi 0:3 03.07.2010 Bişofsfoxen, Avstriya, YG, Beşiktaş - Neftçi 1:1 07.07.2013 Antalya, Türkiyə, YO, Trabzonspor - Qəbələ 2:0 13.07.2013 Antalya, Türkiyə, YO, Antalyaspor - Qəbələ 2:2 21.07.2013 Lənkəran, Azərbaycan, YO, Xəzər-Lənkəran - Fənərbaxça 0:4 22.07.2013 Tirol, Avstriya, YO, İstanbul B.B. - Simurq 1:1 23.07.2013 Zaltsburq, Avstriya, YO, Gənclərbirliyi - Qəbələ 3:1 24.07.2013 Tirol, Avstriya, YO, Beşiktaş - Simurq 2:1 24.07.2013 Maribor, Sloveniya YO Kardemir Karabükspor – Rəvan 2:2 14.01.2013 Antalya, Türkiyə, YO, Rizespor - Xəzər Lənkəran 0:0 16.01.2014 Antalya, Türkiyə YG Konyaspor – Qəbələ 4:2 18.01.2013 Antalya, Türkiyə, YO, Gənclərbirliyi - Xəzər Lənkəran 2:0 18.01.2013 Antalya, Türkiyə, YO, Fənərbaxça - Neftçi 0:0 19.01.2013 Antalya, Türkiyə, YO, Antalyaspor - Azərbaycan (U-21) 3:5 20.07.2014 Gerede, Türkiyə, YO, Mersin İdmanyurdu - AZAL 1:2 23.07.2014 Bolu, Türkiyə, YO, Balıkesirspor - AZAL 2:1 25.07.2014 Bolu, Türkiyə, YO, Antalyaspor - AZAL 1:2 14.01.2015 Antalya, Türkiyə, YO, Eskişehirspor - Qəbələ 3:1 17.01.2015 Antalya, Türkiyə, YO, Adanaspor - Qəbələ 2:3 17.01.2015 Antalya, Türkiyə, YO, Ərciyəspor - Neftçi 0:0 17.01.2015 Antalya, Türkiyə, YO, Kasımpaşa - İnter Bakı 1:3 19.01.2015 Antalya YO Kunduspor – Azərbaycan (U-17) 0:8 20.01.2015 Antalya YO Elaziğspor – Neftçi 1:0 14.07.2015 Nevşehir YO Kasımpaşa – Xəzər Lənkəran 2:0 21.07.2015 Kappadokiya YO Kayserispor – Xəzər Lənkəran 1:1 23.07.2015 Afyon YO Alanyaspor – Neftçi 1:1 31.07.2015 Afyon YO Antalyaspor – Neftçi 0:2 21.01.2016 Antalya, Türkiyə, YO, Antalyaspor-2 - Qəbələ-2 1:3 14.07.2016 Türkiyə YO Kasımpaşa – İnter Bakı 1:2 22.07.2016 Ankara, Türkiyə YO Elaziğspor – İnter Bakı 0:0 24.07.2016 Ankara, Türkiyə YO Gənclərbirliyi – İnter Bakı 0:4 25.07.2016 Bolu, Türkiyə YO Qaziantep B.B. – Zirə 0:1 25.07.2016 Bolu, Türkiyə YO Giresunspor – Sumqayıt 2:1 29.07.2016 Bolu, Türkiyə YO Göztəpə – Zirə 1:1 08.01.2017 Antalya YO Sivasspor – Neftçi 0:0 12.01.2017 Antalya YO Kuşadası – Şəmkir 0:1 17.01.2017 Antalya YO Manavqatspor – Qəbələ-2 1:4 17.07.2017 Bolu, Türkiyə YO Osmanlıspor – Sumqayıt 2:1 20.07.2017 Ərzurum, Türkiyə YO Samsunspor – Kəpəz 2:1 21.07.2017 Ərzurum, Türkiyə YO Ankaragücü – Kəpəz 2:0 23.07.2017 Bolu, Türkiyə YO Sivasspor – Sumqayıt 4:0 24.07.2017 Ərzurum, Türkiyə YO Elaziğspor – Kəpəz 0:0 25.07.2017 Bolu, Türkiyə YO Adana Dəmirspor – Sumqayıt 2:1 10.01.2018 Antalya, Türkiyə YO Akhisar Belediyespor – Qəbələ 1:1 16.01.2018 Antalya, Türkiyə YO Alanyaspor (U-21) – Azərbaycan (U-21) 1:3 24.01.2018 Antalya, Türkiyə YO Kəmərspor – Xəzər 1:2 30.01.2018 Antalya, Türkiyə YO Antalyaspor (U-19) – Azərbaycan (U-19) 1:0 09.07.2018 Ankara, Türkiyə YO Gənclərbirliyi – Səbail 3:0 18.07.2018 Türkiyə YO Girensunspor – Sabah 1:1 19.07.2018 Ankara, Türkiyə YO Sivasspor – Səbail 2:1 21.07.2018 Türkiyə YO Osmanlıspor – Sabah 1:1 22.07.2018 Türkiyə YO Alanyaspor – Sumqayıt 7:0 22.07.2018 Türkiyə YO İstanbulspor – Səbail 1:0 23.07.2018 Türkiyə YO Girensunspor – Zirə 0:0 25.07.2018 Türkiyə YO Sancaktepe Belediyespor – Sabah 2:2 25.07.2018 Türkiyə YO Yeni Malatyaspor – Sumqayıt 1:3 28.07.2018 Türkiyə YO Giresunspor – Sumqayıt 0:1 28.07.2018 Türkiyə YO Alanyaspor – Sabah 1:1 12.01.2019 Türkiyə YO Eskişeherspor – Sabah 0:1 17.07.2019 Bolu, Türkiyə YO Boluspor – Qəbələ 1:2 24.07.2019 Türkiyə YO Diyarbəkirspor – Sumqayıt 1:0 26.07.2019 Türkiyə YO Adana Demirspor – Zirə 3:2 28.07.2019 Türkiyə YO Kemerspor – Sabah 1:2 29.07.2019 Ankara, Türkiyə YO Gençlerbirliği – Sumqayıt 1:1 31.07.2019 Türkiyə YO Osmanlıspor – Keşlə 0:0 01.08.2019 Ankara, Türkiyə YO Akhisarspor – Sumqayıt 0:0 02.08.2019 Türkiyə YO Çaykur Rizespor – Keşlə 3:0 04.08.2019 Türkiyə YO Batman Petrolspor – Keşlə 0:2 05.08.2019 Türkiyə YO Gençlerbirliği – Sabah 4:2 11.01.2020 Antalya, Türkiyə YO Ümraniyespor – Zirə 3:0 22.01.2020 Antalya, Türkiyə YO Antalyaspor (U-19) – Azərbaycan (U-19) 2:4 17.09.2020 Bakı, Azərbaycan, UEFA AL, Neftçi - Qalatasaray 1:3 05.11.2020 Sivas, Türkiyə UEFA AL, Sivasspor – Qarabağ 2:0 26.11.2020 İstanbul, Türkiyə, UEFA AL, Qarabağ - Sivasspor 2:3 05.07.2021 Ankara, Türkiyə, YO, Keçiörengücü - Sumqayıt 2:1 10.07.2021 Ankara, Türkiyə, YO, Sivasspor - Sumqayıt 2:0 14.07.2021 Ankara, Türkiyə, YO, Qaziantep - Sumqayıt 2:1 24.08.2021 Afyonkarahisar, Türkiyə, YO, Berqama Belediyespor - Neftçi-2 1:0 25.08.2021 Afyonkarahisar, Türkiyə, YO, Ergene Velimeşe - Neftçi-2 0:1 29.08.2021 Afyonkarahisar, Türkiyə, YO, İspartaspor - Neftçi-2 3:1 05.07.2022 Bolu, Türkiyə, YO, Qaziantep - Qəbələ 2:1 06.07.2022 Bolu, Türkiyə, YO, Sakaryaspor - Neftçi 1:1 11.07.2022 Bolu, Türkiyə, YO, Sivasspor - Neftçi 1:0 14.07.2022 Bolu, Türkiyə, YO, Qaziantep - Neftçi 0:0 20.07.2022 Ankara, Türkiyə, YO, Bandırmaspor - Sumqayıt 2:2 25.07.2022 Ankara, Türkiyə, YO, Samsunspor - Sumqayıt 2:0 26.03.2023 Bakı, Azərbaycan, YO, Qarabağ - Qalatasaray 1:2 13.05.2023 Bakı, Azərbaycan, YO, Sabah - Beşiktaş 3:3 15.07.2023 Sankt-Peterburq, Rusiya BT Neftçi - Fənərbaxça 0:1 16.07.2023 Ərzurum, Türkiyə, YO, Ərzurumspor - Səbail 3:4 17.07.2023 Bolu, Türkiyə, YO, Adana Demirspor - Turan-Tovuz 2:0 19.07.2023 Ərzurum, Türkiyə, YO, Sivasspor - Səbail 1:1 21.07.2023 Ərzurum, Türkiyə, YO, Konyaspor - Səbail 0:2 21.07.2023 Bolu, Türkiyə, YO, Fatih Karagümrük - Zirə 0:0 22.07.2023 Bolu, Türkiyə, YO, Eyübspor - Turan-Tovuz 1:2 22.07.2023 Ərzurum, Türkiyə, YO, Sivasspor - Sumqayıt 1:0 26.07.2023 Ərzurum, Türkiyə, YO, Ərzurumspor - Sumqayıt 4:3 28.07.2023 Bolu, Türkiyə, YO, Kocaelispor - Zirə 0:0 10.08.2023 Bakı, Azərbaycan, UEFA KL, Neftçi - Beşiktaş 1:3 17.08.2023 İstanbul, Türkiyə, UEFA KL, Beşiktaş - Neftçi 2:1 06.01.2024 Bələk, Türkiyə, YO, Erzurumspor - Neftçi 3:1 == Qadınlar == === Əsas milli komanda === 25.06.2022, Türkiyə YO Türkiyə - Azərbaycan 2:0 28.06.2022, Türkiyə YO Türkiyə - Azərbaycan 2:2 08.04.2023, Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 0:1 11.04.2023, Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 0:0 31.05.2024, Bakı, Azərbaycan AÇSO Azərbaycan - Türkiyə -:- 04.06.2024, Türkiyə AÇSO Türkiyə - Azərbaycan -:- === U-21 === === U-19 === 26.11.2013 Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 1:1 28.11.2013 Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 0:1 24.02.2014 Antalya, Türkiyə YO Türkiyə - Azərbaycan 1:0 29.03.2014 Soçi, Rusiya BT Türkiyə - Azərbaycan 2:0 12.06.2016 Rumıniya BT Türkiyə - Azərbaycan 2:1 03.10.2018 Antalya, Türkiyə AÇSO Türkiyə - Azərbaycan 2:0 14.09.2022 İstanbul, Türkiyə YO Türkiyə - Azərbaycan 3:0 17.09.2022 İstanbul, Türkiyə YO Türkiyə - Azərbaycan 1:1 === U-17 === 13.08.2014 Tallin BT Türkiyə - Azərbaycan 2:0 === U-15 === 03.10.2013 Türkiyə YO Türkiyə - Azərbaycan 4:2 04.10.2013 Türkiyə YO Türkiyə - Azərbaycan 1:2 === Klublar === 16.01.2018 Antalya YO Antalyaspor (U-19) - Azərbaycan (U-17) 1:6 18.01.2018 Antalya, Türkiyə YO Antalyaspor (U-19) – Azərbaycan (U-17) 2:3 == Futzal == === A milli === 10.12.2013 İstanbul, Türkiyə YO Türkiyə - Azərbaycan 1:4 12.12.2013 İstanbul, Türkiyə YO Türkiyə - Azərbaycan 6:4 07.04.2018 Bakı, Azərbaycan BT Azərbaycan - Türkiyə 9:2 19.02.2019 Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 3:5 21.02.2019 Bakı, Azərbaycan YO Azərbaycan U19 - Türkiyə U19 1:10 === Klublar === 23.08.2023 Riqa, Latviya UEFA ÇL i.m. Araz-Naxçıvan - İstanbul Şişli 9:1 == Çimərlik futbolu == === A milli === 15.05.2010 Alanya, Türkiyə BT Türkiyə - Azərbaycan 5:3 23.06.2010 Bakı, Azərbaycan YG Azərbaycan - Türkiyə 2:2 p- 11:12 27.08.2010 Lissabon, Portuqaliya Avroliqa 2010 Türkiyə - Azərbaycan 5:4 04.08.2012 Berlin, Almaniya Avroliqa 2012 Türkiyə - Azərbaycan 1:2 15.06.2013 Terracina, İtaliya Avroliqa 2013 Türkiyə – Azərbaycan 6:2 17.08.2014 Torredembarra, İspaniya Avroliqa 2014 Türkiyə – Azərbaycan 3:5 22.08.2015 Pyarnu, Estoniya AL Azərbaycan – Türkiyə 4:4 pen. 3:2 25.08.2016 Kataniya, Azərbaycan AL Türkiyə – Azərbaycan 3:5 09.09.2016 Ezolo, İtaliya DÇSO Azərbaycan – Türkiyə 3:1 07.07.2019 Nazare, Portuqaliya BT, Türkiyə – Azərbaycan 6:2 03.05.2023 Antalya, Türkiyə YO Türkiyə - Azərbaycan 4:3 04.05.2023 Antalya, Türkiyə YO Türkiyə - Azərbaycan 4:2 05.05.2023 Antalya, Türkiyə YO Türkiyə - Azərbaycan 2:4 01.06.2023 Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 5:6 03.06.2023 Bakı, Azərbaycan YO Azərbaycan - Türkiyə 4:4 pen.
Azərbaycan-Türkiyə münasibətləri
Azərbaycan–Türkiyə münasibətləri — Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == SSRİ dağılandan sonra rəsmi şəkildə Azərbaycan və Türkiyə arasında ilk diplomatik əlaqələr quruldu. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. === Səfirliklər və konsulluqlar === Azərbaycanın Türkiyədə: Ankarada Azərbaycan səfirliyi İstanbulda General-Konsulluq Qarsda General-Konsulluq İğdırda konsulluq nümayəndəliyi Türkiyənin Azərbaycanda: Bakıda Türkiyə səfirliyi Naxçıvanda General-Konsulluq Gəncədə General-Konsulluq == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Vilayət Quliyev olmuşdur. 4 mart 2016-cı il tarixindən Əhliman Əmiraslanov işçi qrupunun rəhbəridir. == Qarabağ müharibəsi == Kəlbəcər rayonunun işğalından sonra Türkiyə Ermənistan ilə olan sərhədini bağlamışdır. Sərhəd hazırda da bağlı olaraq qalır. == Diaspora == === Türkiyə azərbaycanlıları === == İqtisadi əlaqələr == === Bakı-Tbilisi-Ceyhan === 13 iyul 2006-cı ildə Bakıda başlayıb Ceyhanda bitən və 3 dövlət (Azərbaycan,Gürcüstan və Türkiyə) ərazilərindən keçən neft borusu. Bakı-Tbilisi-Ceyhan borusu MDB-də Rusiya ərazisindən keçməyən ilk borudur.
Azərbaycan-Türkiyə sərhədi
Azərbaycan-Türkiyə sərhədi — iki ölkə arasında uzunluğu 15 km olan sərhəd. Bu hər iki ölkə üçün ən qısa sərhəd xəttidir. Sərhəd Türkiyədə İğdırın cənub-şərqində və Naxçıvan MR-in şimal-qərbindən keçir. Sərhəd Rusiya və Türkiyə arasında 1921-ci ilin martın 16-da bağlanmış müqavilə əsasında yaradılmışdır. Sərhəd xətti Araz çayı boyunca müəyyən edilmişdir. == Coğrafiyası == Araz çayı boyu sərhəd uzanır. Dərhal yaxınlığında olan torpaq düz və inkişafsız, dörd xətli yol və iki gömrük keçid məntəqəsi var. Sərhəddən təxminən 7 km aralı Azərbaycan Respublikası daxilində Sədərək yaşayış məntəqəsi yerləşir. Türkiyə tərəfdə isə ənyaxın yaşayış məntəqəsi 28 km məsafədə yerlşən Aralıq kəndidir. == Keçid == 22 may 1992-ci ildə Araz çayı üzərində 2 ölkənin sərhəd keçid məntəqələrini birləşdirən Ümid körpüsü istifadəyə verilib.
Türkiye
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
TLC Türkiye
«TLC Türkiye» — «Discovery Communications» şirkətinin 6 noyabr 2015-ci ildə «CNBC-e» telekanalının yerinə qurduğu teleseriallar və realiti şoular yayımlayan Türkiyə özəl telekanalı. Telekanalın günorta yayımı əsasən həyat tərzi mövzulu verilişlərdən, gecə yayımı isə Gəzən ölülər, Vikinqlər və Dolça kimi teleseriallardan ibarətdir.
Türkiye (qəzet)
Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur. Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir. Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır. Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.