Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd. Qımırlı — Şəmkir rayonunda yerləşən Dəllər Cırdaxan kəndinin bir hissəsinin tarixi adı.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Timir Pinegin
Timir Alekseyeviç Pinegin (rus. Тимир Алексеевич Пинегин) — sovet yaxtsmeni, yelkənli qayıq idman növü üzrə yay Olimpiya oyunlarında SSRİ-dən olan ilk çempion. Avropa və Şimali Afrika çempionatının qalibi, SSRİ idman ustası (1960), SSRİ əməkdar məşqçisi. 16-qat SSRİ çempionu: "Zvyozdnıy" — 13 qat: 1953—1962, 1964—1965, 1969 "Solinq" — 3 qat: 1970, 1972—1973 Moskvada anadan olmuşdur. Onun babası Aristarx Vladimiroviç İlyin məşhur psixiatr olmuşdur. Timirin atası Aleksey Dmitriyeviç Pinegin Yakutiya MSSR Kanqalas ulusu ərazisində 1903-cü ildə doğulmuşdur. O, milliyyətcə yakut olmuşdur.. Timir Alekseyeviç ilk kiçik uğuru hələ məktəbdə ələ etmişdir. Pineginin anası Aleksandra Aristarxovna İlyina rəssamlığı bacarırdı. Timir Hərbi Dəniz Qüvvələrinin Mərkəzi İdman Klubunun heyətində çıxış etmişdir.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
İmir
İmir (Sarvan)
Məngü Timur
Məngü Timur Özbək — Qızıl ordanın beşinci xanı. Batı xanın nəvəsi idi. Hakimiyyətinin ilk dövründə ruslarla yaxşı əlaqələr qurmuş, Rus Pravoslav kilsəsini vergidən azad etmişdi. 1274-cü ildə müstəqil olan son knyazlıq olan Smolenski də işğal etmişdi. Xubilaya qarşı Kayduya yardım edirdi. Daha sonra Kayduya qarşı gələrək ən sevdiyi oğlu Nomu xanı ona qarşı müharibəyə göndərdi. 1280-ci ildə xan boynundan aldığı zədəyə görə vəfat etdi. Məngü Timur Kunqqirat qəbiləsindən Olcay xatunla evlənmişdi. Övladları: Toxta xan Nomu xan Kokçu xan Toğrulça - Özbək xanın atası Çiçəkxatun (Anna) - Yaroslavl knyazı Fyodor Rostivlaviç ilə evlənmişdi.
Tamir çayı
Tamir çayı (monq. Тамир гол) — Monqolustanın mərkəzində, Arxanqay aymakında, Xanqay dağının dərələri boyunca axan çay. Uzunluğuna görə Tamir çayı iki qola bölünür: Şimali Tamir (monq. Хойт Тамир гол) və Cənubi Tamir (monq. Урд Тамир гол). Şimali Tamir Şalxaqiin Xoyt dağ silsiləsində başlayır, İxtamir sumunun Toqo dağında başa çatır. Cənubi Tamir isə Bulqan sumunun 25 km cənub-qərbində başlayır və Xayrxni dağ silsiləsində başa çatır. Hər iki qol Batsenqel sumunda yekunlaşır. Tamir çayı Orxon çayının əsas qoludur. Onlar Uqiynuur sumunda görüşürlər və Orxon çayı Uqiy-Nuur gölünə tökülür.
Temir Sariyev
Temir Sarıyev (Qırğızca: Темир Сариев; 17 iyun 1963, Toş-Bulak[d], Sokuluk rayonu[d]) — 2015-ci ildən etibarən Qırğızıstan Baş Naziri olan qırğız türkü siyasətçi. 157,005 (6,74%) səs toplayaraq 2009-cu il seçkilərində prezident namizədi olmuşdu.
Temir Xan
Timer (Şaran)
Timer (başq. Тимер, rus. Тимирово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Miçurinsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 68 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Timor dənizi
Timor dənizi (ind. Laut Timor,port. Mar Timor — narıncı dəniz) — Hind okeanında dənizdir. Avstraliya və Timor adası arasında yerləşir. Dənizin sahəsi — 432 min km²-dir. Ən dayaz yeri 200 metrdən az, ən dərin yeri — 3310 metrdir. Dənizin ən böyük körfəzi — Cozef-Bonopart körfəzidir.
Timor plitəsi
Timor plitəsi — mikroplitə olaraq Cənub-şərqi Asiya ərazisində yerləşir. Timor adasının təməlini təşkil edir. Sahəsi 0,0087 steradiondur. Adətən Avrasiya plitəsinin tərkib hissəsini təşkil edir. Hind-Avstraliya plitəsi ilə cənubdan, qərb və şimaldan isə Banda dəniz plitəsi ilə sərhədlənir. Bird, P. "An updated digital model of plate boundaries". Geochemistry, Geophysics, Geosystems. 4 (3). 2003: 1027. doi:10.1029/2001GC000252.
Timor çəkçəkisi
Timor çəkçəkisi (lat. Saxicola gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Timur Arslanov
Timur Faritoviç Arslanov (2 yanvar 1991, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — rusiyalı qılınc oynatan. Rusiyanın gənc qılıncoynatma komandasının üzvü (2007), milli komandanın üzvü (2014). Qılıncoynatma üzrə Rusiya idman ustası (2007), komanda üzrə rapira Avropa çempionu (2018). Rusiya çempionatının finalçısı (2013). Kişilər arasında Rusiya Kubokunun qalibi (2010), ölkə çempionatının gümüş medalçısı (2012). Gənclər arasında Avropa çempionatının qalibi (2014). 19 nömrəli Uşaq-gənclər idman məktəbini (birinci məşqçi — F. Arslanov), 5 nömrəli idman profilli respublika internat məktəbini, 19 nömrəli Ufa Uşaq-gənclər idman məktəbi (məşqçilər — L. R. Gruşina, R. R. Nasibullin) bitirmişdir. Başqırd Bədən Tərbiyəsi İnstitutunun tələbəsidir. Prezident təqaüdü laureatı (2007) ("2007–2008 tədris ilində xüsusilə istedadlı tələbələr üçün Başqırdıstan Respublikası Prezidentinin təqaüdlərinin təyin edilməsi haqqında" fərmana görə).
Timur Bekmambetov
Timur Bekmambetov (qaz. Temir Nurbaqıtulı Bekmambetov; 25 iyun 1961, Atırau) — Qazax və Rusiyalı tammetrajlı film və reklam filmləri rejissoru.
Timur Bəy
Timur Bəy (uyğ. تیمور بیگ), və ya Timur Sijan (1886, Küçə[d] – 1933, Qaşqar, Sincan[d]) — briqada generalı, 1933-cü ildə Şərqi Türkistanda Kumul üsyanı zamanı üsyan liderlərindən biri. 1933-cü ildə Qaşqar döyüşündə iştirak etmiş və daha əvvəl Turfan üsyanı rəhbərlərindən olmuşdur (1932). Türk milliyyətçi partiyası Gənc Qaşqar Partiyasına aktiv üzv olmuş və özünü "Timur Şah" olaraq elan etmişdir. Timur Bəydə Xotan əmirləri Buğra qardaşları (Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra) kimi Şərqi Türkistanı Çindən ayrılaraq müstəqil görmək istəyirdi. 1933-cü ilin avqustunda onun qoşunları Qaşqar yaxınlığında general Ma Zçanqın rəhbərliyindəki Çin Respublikası Milli İnqilab Ordusunun hueylərdən ibarət 36-cı Diviziyası tərəfindən hücuma məruz qaldı. Timur Bəy qətlə yetirilərək, başı kəsildi. Ma Zçanq onun başını 1933-cü il avqustun 9-da Qaşqar şəhərində İd Kah məscidin yaxınlığında asaraq ümumi tamaşaya qoydu.
Timur Frunze
Timur Frunze (tam adı Timur Mixayloviç Frunze; rus. Тиму́р Миха́йлович Фру́нзе; 5 aprel 1923, Xarkov – 19 yanvar 1942, Xarkov) — Sovet İttifaqı Qəhrəmanı (16 mart 1942, ölümündən sonra), qırıcı təyyarəçi, leytenant, Böyük Vətən müharibəsi itirakçısı. Hərbi işlər üzrə xalq komissarı Mixail Frunzenin oğlu. 1938-ci ildən ÜİLKGİ üzvü. Timur Frunze Kaçinsk hərbi aviasiya məktəbini bitirmiş (1941), Moskva ətrafında döyüşlərdə və şimal-qərb cəbhəsində gedən vuruşmalarda iştirak etmişdir. Staraya Russa yaxınlığında 8 düşmən qırıcı təyyarəçisi ilə qeyri-bərabər döyüşə girən Timur Frunze iki təyyarə vurub salmış, özü də həlak olmuşdur. Leytenant Frunze hərbi mərasimlə Krestsı qəsəbəsinin Yamski qəbiristanlığında dəfn edilmişdir. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 16 mart 1942-ci il tarixli "Qızıl Ordunun rəhbər heyətinə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi haqqında" qərarı ilə "komandanlığın döyüş tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirdiyinə və bu zaman şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə" görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Müharibədən sonra, 1950-ci illərdə bacısı Tatyananın istəyi ilə məzarı Moskvadakı Novodeviçye qəbiristanlığına köçürülmüşdür. Sovet İttifaqı Qəhrəmanının "Qızıl Ulduz" medalı (ölümündən sonra) — 16 mart 1942 "Lenin" ordeni Xarkov şəhərində Frunze rayonu (1973-cü ildən), 2016-cı ildən — Nemışlyanski rayonu Veliki Novqorod şəhərində Timur Frunze-Olovyanka küçəsi.
Timur Kozayev
Timur Vadimoviç Kozayev (rus. Тимур Вадимович Козаев; 28 aprel 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Spartak Vladiqafqaz klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. Kozayev öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Spartak Vladiqafqaz klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Çayka Peşanokopskoye klubuna qarşı oyunda etmişdir.
Təmir xan
Şmuel Tamir
Şmuel Tamir (ivr. ‏שמואל תמיר‏‎; 10 mart 1923, Qüds – 29 iyun 1987, Herzliya, Təl-Əviv dairəsi) — İsrail müstəqillik inqilabçısı, vəkil, Knesset üzvü idi. İngilislərlə uğurlu bir karyera mübarizəsindən sonra 1965–1980-ci illərdə Knessetə daxil oldu, 1977-ci ildən 1980-ci ilə qədər Menaxem hökumətində Ədliyyə naziriliyinə yüksəldi.Əsasən günahkarlar və müharibə cinayətkarlarını mühakimə etmək üçün məhkəmə işlərinə baxırdı.Tamirin xəyanətkar siyasəti nəhayət onu millətçi partiyalarla bir neçə koalisiyanın ardınca bir partiyaya daxil oldu.
Timur Kocaoğlu
Timur Kocaoğlu (1947 və ya 31 may 1947, İstanbul) — özbək əsilli türk tarixçisi, dilçilik və siyasət elmləri üzrə ekspert. Kolumbiya Universitetində doktorluq dissertasiyasını müdafiə edən ilk özbək alimi. 1947-ci ildə İstanbulda Buxara Xalq Sovet Cümhuriyyətinin rəhbərlərindən olan Osman Kocaoğlunun ailəsində anadan olmuşdur. 1971-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Türk Dili və Ədəbiyyatı bölməsini bitirmişdir. 1977-ci ildə Kolumbiya Universitetində (Nyu-York) İncəsənət, Yaxın Şərq Dilləri və Mədəniyyətləri Departamentində (MELAC) təhsil alıb, sonra 1979-cu ildə Kolumbiya Universitetinin Beynəlxalq Araşdırmalar Departamentində siyasi elmlər üzrə iki magistr dissertasiyası müdafiə edib. 1982-ci ildə Kolumbiya Universitetində çalışmış məşhur professor Edvard Allvortun elmi rəhbərliyi altında o, "National Identity in Soviet Central Asian Prose Fiction of the Post-Stalin Period: 1953–1982" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Timur Kocaoğlu bu tezisi müdafiə etdikdən sonra uzun illər Azad Avropa Radiosunda çalışdı. Timur Kocaoğlu 31 may 1947-ci ildə İstanbulda anadan olub. Həmin vaxt atası Osman Kocaoğlu siyasi təzyiqlər və iş üçün tez-tez Türkiyəni tərk etməli olur. Timur dörd yaşında olanda ailəsi ilə birlikdə Pakistanın Pişəvər şəhərinə köçdü.
Timur Məmmədov
Timur Əli oğlu Məmmədov (25 aprel 1925 – 26 iyun 1992) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1984–1987). Timur Əli oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 1941-ci ildə mühasib kimi başlamış, qısa müddət sonra Sovet Ordusunda xidmət etmiş və Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1950-ci ildən Qasım İsmayılov rayon istehlak cəmiyyətinin şöbə rəisi, "Azərittifaq"ın müfəttişi, şöbə və idarə rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Bakı Ərazi İstehsal Sovxozlar İdarəsinin böyük iqtisadçı-maliyyəçisi, Bakı Şəhər İctimai İaşə İdarəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonradan idarənin rəisi, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin ticarət şöbəsinin referenti, baş referenti olmuşdur. Timur Məmmədov 1974-cü ildən Azərbaycan SSR Ticarət Nazirliyində şöbə rəisi, "Azərittifaq" sədrinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə rəisi, Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin ticarət və məişət xidməti şöbəsinin müdiri olmuşdur. 12 may 1984-cü ildə Azərbaycan SSR ticarət naziri vəzifəsinə təyin edilmişdir. Timur Məmmədov 1949-cu ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Mamır
Mamırlar — ən az inkişaf etmiş ali bitkilər. Onların təxminən 25000 növü mövcuddur. Yosunlar və mamırlar quruluşuna və çoxalmasına görə eynidir. Müxtəlif yerlərdə müxtəlif adlanır. Daha yüksək inkişaf etmiş bitkilərdir. Onların quruluşunun mürəkkəbləşməsi yerüstü həyat şəraitinə uyğunlaşması ilə əlaqədardır. Mamırlar avtotrof orqanizmlərdir, onlarda xloroplastlar yaxşı inkişaf etmişdir. Mamırların hündürlüyü 20–30 sm-dən çox olmur. Mamırlar ən çox rütubətli yerlərdə yayılmışdır. Ümumiyyətlə mamırlar rütubətsevən bitkidir.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Sıfır
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd. Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir. İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur. İstənilən ədədin 0-a hasili sıfra bərabərdir. Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir. 0 nə tək ədəddir, nə də cüt ədəddir. 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
Sığır
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Tembr
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Xızır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Zıxır
Zıxır — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Zuxur oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Qudyal çayının sahilində, dağətəyi ərazidədir. Yerli adı Züxürdür. Kənd mənşəcə həmin r-ndakı Xanəgah kəndindən köçmüş bir qrup ailənin Züxür adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerin adı isə tat dilindəki zil (dərə) və xiir (qüllə, saray) sözlərindən ibarət olub, “qüllə dərəsi** mənasındadır. Kəndin yaxınlığında Kəllahi adlı qəd. qala xarabalıqları var. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 116 nəfər əhali yaşayır.
Şıbır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Xıdır
Xızır — türk, İslam və Yaxın Şərq inanclarında adı çəkilən şəxs. Bəzi mənbələrdə "Xıdır" olaraq da adlandırılmışdır. Çətin anlarda insanların köməyinə çatan, başqalarının cildinə girə bilən, fövqəladə xüsusiyyətlərə malik bir insan, zaman-zaman peyğəmbər kimi də təsvir olunur. Quran-ı Kərimdə adı birbaşa keçməsə də, bir sıra alimlər tərəfindən Kəhf surəsində təsvir olunan şəxsin Xızır olduğu iddia olunmuşdur.
Temur
Temur — Gürcü kişi adı. Temur Abazov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. Temur Çxeidze — sovet, gürcü və rus teatr rejissoru, aktyoru. Temur Babluani — kinorejissor.
Elmir Məmmədov (baş gizir)
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Marsela Temer
Marsela Temer (port. Marcela Tedeschi Araújo Temer; d. 16 may 1983, Pauliniya, San-Paulu, Braziliya) — Braziliyanın vitse-prezidenti Mişel Temerin həyat yoldaşı. 12 may 2016-cı ildə Braziliya Senatının prezident Dilma Rousseffin vəzifəsindən 180 gün müddətinə uzaqlaşdırılmasından sonra onun əri Mişel Temer prezident səlahiyyətlərini icra etməyə başlamışdır ki, bundan sonra Marsela Temer də ölkənin birinci xanımı olmuşdur. == Həyatı == 16 may 1983-cü ildə San-Paulu ştatının Pauliniya şəhərində anadan olmuşdur. Marsela Temer əvvəllər fotomodel işləyib. O, ərindən 42 yaş balacadır. Marsela ölkədə daim qalmaqallarla gündəmə gəlir. Onun çılpaq bacısını və şəxsi məqsədləri üçün şəkillərini çəkən minlərlə insan tənqidi dərəcədə bəyənildi.. Əri Mişel Temer dövlət büdcəsindən milyonlar xərcləyərək xanımına eksklüziv geyimlər, aksessuarlar, ev və avtomobillər alıb.
Michel Temer
Michel Miguel Elias Temer Lulia (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|['miʃɛw mi'ɡɛw e'liɐs 'temeɾ lu'liɐ]]]; 23 sentyabr 1940[…]) — Braziliyalı vəkil və siyasətçi. yanvar 2011 tarixindən etibarən Braziliya Prezident müavini olmuşdur. 2010 seçkilərində İşçi Partiyası namizədi Dilma Rousseff və namizədi olaraq gözlədildikdən sonra vəzifəyə başladı. 12 may 2016-da, prezident Dilma Rousseff 'in müvəqqəti olaraq vəzifədən alınmasından sonra Braziliya prezidenti Vəkili olaraq prezident səlahiyyətlərini və vəzifələrini boynuna götürdü. dövlət başçısı Rousseff'in 31 avqust 2016 tarixi etibarilə senat tərəfindən həqiqətən vəzifədən alınması ilə birlikdə söz mövzusu tarix etibarilə rəsmi olaraq dövlət başçısı olaraq vəzifəsini boynuna götürmüşdür.