Səxavət Zeyniş oğlu Talıbzadə (1 yanvar 1998; Qaracalar, Saatlı, Azərbaycan — 3 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Səxavət Talıbzadə | |
---|---|
Səxavət Zeyniş oğlu Talıbzadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaracalar, Saatlı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Saatlı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021, 2022 |
Səxavət Talıbzadə 1998-ci il yanvarın 1-i Salyan rayonunda anadan olmuşdur. Saatlı rayonunun Qaracalar kəndində doğulub. Ailədə bir bacı, iki qardaş olublar. 2014-cü ildə Saatlı rayonu Qaracalar kənd tam orta məktəbini bitirdikdən sonra Azərbaycan Dənizçilik Kollecinə daxil olub. 2016-cı ildə hərbi xidmətə çağırılıb və hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildə MAHHXHQ kimi xidmətini davam etdirmişdir.[2][3][4]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səxavət Talıbzadə Suqovuşan və Murov doyüşlərində iştirak edib. 3 oktyabr 2020-ci ildə Suqovuşanda şəhid olub. Salyanda dəfn edilmişdir.[5][6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səxavət Talıbzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[9]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Talıbzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[10]