Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simulyasiya
Simulyasiya (lat. simulatio - görünmə, iddia) — vəzifədən və ya işdən azad olmaq, həbsdən yayınmaq, dərman qəbul etmək və həbs cəzasını yüngülləşdirmək kimi arzu olunan nəticəyə nail olmaq üçün nəzərdə tutulmuş fiziki və ya psixoloji simptomların uydurulması, simulyasiyası və ya şişirdilməsi. Simulyasiya tibbi diaqnoz olmasa da, "klinik diqqət mərkəzi" və ya "sağlamlıq xidmətləri ilə əlaqə səbəbi" kimi qeyd edilə bilər. Həm ICD-10 (Xəstəliklərin və əlaqəli sağlamlıq problemlərinin Beynəlxalq Statistik Təsnifatı), həm də DSM-5 (Diaqnostik və Statistik Manual) tərəfindən kodlanır. Simulyatorlar həmişə pis niyyətlə hərəkət etmirlər. Məsələn, evsiz bir şəxs xəstəxanaya yerləşdirilmək üçün özünü ruhi xəstə kimi göstərə bilər. Simulyasiya sığorta, səhiyyə sistemlərinə, ictimai təhlükəsizliyə, veteranların əlillik müavinətlərinə təsir göstərir. Simulyasiya adətən məqsədə çatan kimi başa çatır. Simulyasiya simptomların qəsdən saxtalaşdırılmadığı somatizasiya pozuntusu kimi həddindən artıq xəstə davranışın oxşar formalarından fərqlənir. Digər bir pozuntu, ikinci dərəcəli, xarici fayda üçün heç bir istəyin olmadığı süni bir pozuntudur.
Tərcümədə Təşkilatlanma
Simulyasiya modelləşdirmə
Simulyasiya modelləşdirmə (ing. simulation modeling) — tədqiq olunan sistemin həqiqi sistemi kifayət qədər dəqiqliklə təsvir edən bir modellə əvəz olunduğu bir tədqiqat metodu (qurulmuş model prosesləri gerçəklikdə olduğu kimi təsvir edir) və bu sistem haqqında məlumat əldə etmək üçün təcrübələr aparılır. Belə bir model həm bir test üçün, həm də onların müəyyən bir dəsti üçün vaxtında “oynana” bilər. Bu vəziyyətdə nəticələr proseslərin təsadüfi təbiəti ilə müəyyənləşdiriləcəkdir. Bu məlumatlara əsasən kifayət qədər sabit bir statistika əldə etmək olar. Bir modellə təcrübəyə imitasiya deyilir (simulyasiya hadisənin mahiyyətini həqiqi bir obyekt üzərində təcrübələrə müraciət etmədən başa düşməkdir). Simulyasiya modelləşdirməsi riyazi modelləşdirmənin xüsusi bir vəziyyətidir. Müxtəlif səbəblərə görə analitik modellər işlənməmiş, analitik modelin yaradılması kökündən mümkün olmayan, nəticədə çıxarılan modelin həlli üçün metodlar işlənməmiş və ya həllər qeyri-sabit olan bir obyekt sinfi var. Bu vəziyyətdə analitik model simulyator və ya simulyasiya modeli ilə əvəz olunur. Diferensial tənliklərin analitik həllindən fərqli olaraq, hansı parametrlərin süni sistemə təsir etdiyini və bu parametrlərin bir-biri ilə necə əlaqəli olduğunu aydın şəkildə göstərən bir düstur əldə edildiyi üçün, simulyasiya nəticəsində bir sıra ədədi əldə edilir parametrlər arasında əlaqə qurmağa imkan verməyin.
Simulyasiya oyunu
Simulyasiya videooyunu — adətən real hadisələri yaxından simulyasiya etmək üçün nəzərdə tutulmuş videooyunlar. Simulyasiya oyunları təhsil, təhlil və ya proqnozlaşdırma kimi müxtəlif məqsədlər üçün oyun şəklində real həyatdan müxtəlif fəaliyyətləri təkrarlamağa çalışır. Adətən oyunda dəqiq müəyyən edilmiş məqsədlər yoxdur, burada oyunçuya personaj və ya mühiti sərbəst idarə etməyə imkan verilir. Tanınmış nümunələr müharibə oyunları, iş oyunları və rol simulyasiyalarıdır. BALDRIC, Clark (2009): The Complete Guide to Simulations & Serious Games, John Wiley & Sons BANKS, Jerry (ed.) (1998): Handbook of Simulation, John Wiley & Sons BAUDRILLARD, Jean (1995): Simulacra and Simulation, University of Michigan Press; 17th Printing edition (February 15, 1995) BOX, George E. P.; DRAPER, Norman R. (1987). Empirical Model-Building and Response Surfaces, p. 424, Wiley. ISBN 0-471-81033-9. FERNANDEZ-LIQUIDIZER, Maria Angeles, MUNOZ-TORRES, Maria Jesus, LEON, Raul (Eds.)(2013): Modeling and Simulation in Engineering, Economics and Management, in: Proceedings of the International Conference, MS 2013, Castellated DE la Plans, Spain, June 6–7, 2013, Sp-ringer Heidelberg Rerecord London New York.
Simulyasiya video oyunu
Simulyasiya videooyunu — adətən real hadisələri yaxından simulyasiya etmək üçün nəzərdə tutulmuş videooyunlar. Simulyasiya oyunları təhsil, təhlil və ya proqnozlaşdırma kimi müxtəlif məqsədlər üçün oyun şəklində real həyatdan müxtəlif fəaliyyətləri təkrarlamağa çalışır. Adətən oyunda dəqiq müəyyən edilmiş məqsədlər yoxdur, burada oyunçuya personaj və ya mühiti sərbəst idarə etməyə imkan verilir. Tanınmış nümunələr müharibə oyunları, iş oyunları və rol simulyasiyalarıdır. BALDRIC, Clark (2009): The Complete Guide to Simulations & Serious Games, John Wiley & Sons BANKS, Jerry (ed.) (1998): Handbook of Simulation, John Wiley & Sons BAUDRILLARD, Jean (1995): Simulacra and Simulation, University of Michigan Press; 17th Printing edition (February 15, 1995) BOX, George E. P.; DRAPER, Norman R. (1987). Empirical Model-Building and Response Surfaces, p. 424, Wiley. ISBN 0-471-81033-9. FERNANDEZ-LIQUIDIZER, Maria Angeles, MUNOZ-TORRES, Maria Jesus, LEON, Raul (Eds.)(2013): Modeling and Simulation in Engineering, Economics and Management, in: Proceedings of the International Conference, MS 2013, Castellated DE la Plans, Spain, June 6–7, 2013, Sp-ringer Heidelberg Rerecord London New York.
Sirkulyasiya tipləri
Q. Y. Vanqeymin təklif etdiyi təsnifat Yer kürəsinin atlantika-avropa sektorunda müşahidə olunan atmosfer dövranı üzrə tədqiqatlarını Vanqenqeym 1933-cü ildən başlamışdır. Makroproseslərin inkişaf mərhələsini tədqiq etdiyi zaman o, müəyyən etmişdir ki, müəyyən zaman intervalında əsas barik əsas barik sistemlərində və əsas hava axınlarının paylanmasında müəyyən qanunauyğunluqlar müşahidə olunur. Həmin zaman müddəti 3–5 sutkaya bərabər olub və bu zaman müşahidə olunan prosesləri Vanqenqeym elementar sinoptik proseslər adlandırmışdır. (ESP) Vanqenqeym 42 illik məlumatları təhlil edərək bu sektorda müşahidə olunan bütün prosesləri 26 tipdə ümumiləşdirir. Ümumiləşdirmə zamanı aşağıdakı kriteriyalardan istifadə edilmişdir: Troposfer qatında barik və termik qradiyentlərin olması; Barik mərkəzlərinin yerdəyişməsinin istiqaməti; Hündürlüklərdə əsas axınların istiqaməti. Bu kriteriyalardan istifadə edərək Vanqenqeym müəyyən etdiyi 26 tipi 3 formada ümumiləşdirmişdir: Qərb (W) forması Şərq (E) forması Meridional (C) forması Bu zaman 26 tipdən 9-u W formasına, 10-u E formasına və 7-si C formasına aid edilmişdir.
Yerli sirkulyasiya
Yer kürəsi üzərində irimiqyaslı hava axınları sistemi atmosferin ümumi sirkulyasiyası adlanır. Belə axınlar öz ölçülərinə görə materik və okeanların böyük bir hissəsi ilə müqayisə oluna bilər.Atmosferin ümumi sirkulyasiyasının müxtəlif formada özünü büruzə verməsi atmosferdə müxtəlif cür inkişaf edən və yerdəyişməyə məruz qalan nəhəng dalğa və burulğanların meydana gəlməsindən asılıdır. Yerli sirkulyasiyaya dəniz sahillərində brizlər, dağ- dərə küləkləri, buz üstündən əsən küləklər və s. misal ola bilər.Bu yerli sirkulyasiya bəzi vaxtlarda və müəyyən rayonlarda ümumi sirkulyasiya axını ilə üst- üstə düşə bilər.
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Elementar sirkulyasiya mexanizmləri
== Elementar sirkulyasiya mexanizmləri == Multanovskinin yaratdığı elmi məktəbin ideaları B.L.Dzedzeyevskinin tədqiqatlarında öz əksini tapmışdır. Dzedzeyevski şimal yarımkürəsində baş verən makro proseslərin təsnifatını vermişdir. O yer səthində baş verən proseslərin dinamikasını təhlil etdiyi zaman müəyyən etmişdir ki, müxtəlif sirkulyasiya situasiyaları tez-tez təkrarlanır. Həmin situasiyaları sonradan Dzedzeyevski elementar sirkulyasiya mexanizmləri adlandırmışdır. == Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti == Elementar sirkulyasiya mexanizmlərinin fəaliyyət müddəti 1-10 günə bərabərdir. ESM dəyişilməsi sıçrayışla baş verdiyi müəyyən olmuşdur. Təhlil zamanı Dzedzeyevski 1899-1948 ilə kimi ABŞ-də nəşr olunan sinoptik xəritələrin və 1949-cu ildən başlayaraq isə SSRİ hidrometeoroloji mərkəzinin Mərkəzi Proqnozlar İnstitutunun çap etdiyi xəritədəki məlumatlardan istifadə etmişdir. == Elementar sirkulyasiya mexanizmlərinin əsas tipləri == Elementar sirkulyasiya mexanizmlərinin tipləşdirməsi zamanı onların aşağıdakı xassələrindən istifadə edilmişdir: Polyar hövzədən daxil olan əsas hava kütlələrinin sayı və istiqaməti Tropik zonadan daxil edilən hava kütlələri (cənub kütlələr) Dzedzeyevski müəyyən etdiyi 4 elementar sirkulyasiya mexanizmlırini 13 əsas tipdə birləşdirmişdir. Apardığı tədqiqatlar nəticəsində alim şimal yarımkürəsində baş verən makroproseslərini ümumiləşdirərək 4 qrup sirkulyasiyaya ayırmışdır: Zonal sirkulyasiya. 1-2 tipləri əhatə edir Zonallığın olmadığı sirkulyasiya.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Poetik tərcümələr
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə — internet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Hərfi tərcümə
Hərfi tərcümə – tərcümə edilmiş sözün və ya cümlənin tərcümə edildiyi dilin qrammatika və orfoqrafiya qaydalarına əməl edilmədən tərcümə edilməsi üsuludur. Əsasən hər bir sözün cümlə daxilindəki roluna fikir verilmədən, sadəcə olaraq sözün növünə müvafiq olaraq lüğətdəki birinci mənası əsas götürülərək edilmiş motamot tərcümə üsuludur.
Maşın tərcümə
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Sinxron tərcümə
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq mümkündür. Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və iştirakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və ya «konfrans tərcüməsi» də deyilir. Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə Azərbaycanda sinxron tərcüməçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır.
Tərcümə lüğəti
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Tərcümə proqramları
Tərcümə proqramları dedikdə mətni bir dildən digər dilə çevirən tətbiqi kompüter proqramları nəzərdə tutulur. Tərcümə proqramları iki cür olur: Sözlərin ayrı-ayrılıqda tərcüməsini yerinə yetirən proqramlar – Polyglot, Lingvo, Lingvosoft Dictionary və s. Mətnin ümumi tərcüməsini yerinə yetirən proqramlar – Dilmanc, PROMT, Systran, SOKRAT, Cevirt və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Elementar sirkulyasiya mexanizmlərinin tipləri
Poetik tərcümələr (kitab)
Adil Əfəndiyev (tərcüməçi)
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Cəlil Xəlilov (tərcüməçi)
Cəlil Əliheydər oğlu Xəlilov (14 mart 1924, Nuxa – 7 dekabr 2004, Bakı) — Azərbaycanlı tərcüməçi-filoloq; SSRİ Jurnalistlər İttifaqının üzvü (1957), Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1969), AMEA Terminologiya Komitəsinin üzvü. == Həyat və fəaliyyəti == Cəlil Xəlilov 14 mart 1924-cü il tarixində Nuxa şəhərində anadan olub. 1940-cı ildə Mirzə Fətəli Axundov adına Nuxa şəhər 2 nömrəli tam orta məktəbi bitirmişdir. Elə həmin ildə də Şəki şəhərində müəllimlər institutunun ikiillik fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1942-1946-cı illərdə ordu sıralarında xidmət etdikdən sonra Şəki şəhərinə qayıdıb M.Qorki adına 10 nömrəli orta məktəbdə rus dili müəllimi işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Tərcüməçi kimi əmək fəaliyyətini 1950-ci ildə Azərbaycan Teleqraf Agentliyində (AzərTA) başlamışdır. Müxtəlif illərdə həmin agentliydə tərcüməçi-redaktor və direktor müavini vəzifələrində çalışmışdır. 1974-1986-cı illər ərzində "Kommunist" qəzeti redaksiyasında tərcümə şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1987-ci ildə isə MK yanında Partiya tarixi institunda partiya tarixi bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır. Təqaüdə cıxdıqdan sonra, müasir Azərbaycanda 1992-1993-cü illərdə Dövlət Statistika Komitəsində ümumi şöbənin baş müfəttiş-tərcüməçi vəzifəsində, 1993-2000-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında protokol şöbəsinin aparıcı və baş mütəxəssis-tərcüməçisi vəzifələrini yerinə yetirmişdir.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.