Bu məqalə sürətli silmə kriteriyalarına əsasən yaxın vaxtda silinə bilər. Göstərilmiş səbəb: Azərbaycan dilli Vikipediyada istifadəçi çoxluğunun 12 iyul 2024-cü il tarixli SNS-də əldə edilən ümumi razılığı əsasən Vətən Müharibəsi Qəhrəmanı adı alan və ya Zəfər ordeni ilə təltif edilən və ya VP:ŞEƏ və ya VP:HƏRBÇİ şərtlərini tam ödəyən şəhidlər istisna olmaqla digər məqalələr silinir. Məqalənin məzmunları tam formada Unudulmazlar, Memorial və s. plaftormalarda olduğu üçün məqalənin məzmunu itmir və Google axtarış sistemində şəhidin adı qeyd olunanda həmin mənbələr birinci sırada çıxır
Əgər səhifənin silinməsini düzgün hesab etmirsinizsə, bu barədə müzakirə səhifəsində fikrinizi bildirə bilərsiniz.
Bu məqalə sonuncu dəfə 15 saat əvvəl Grenzsoldat (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Tacəddin Elşən oğlu Abışov (27 noyabr 2001; Xəlfəli, İmişli, Azərbaycan — 9 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Tacəddin Abışov | |
---|---|
Tacəddin Elşən oğlu Abışov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Xəlfəli, İmişli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan döyüşləri |
Təltifləri | 2020 2021 2020 |
Tacəddin Abışov 2001-ci il noyabrın 27-də İmişli rayon Xəlfəli kəndində anadan olub.[1] Orta təhsilini İmişli rayon Xəlfəli kənd tam orta məktəbində alıb. 2020-ci il yanvar ayında hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman döyüşlərə qatılıb. Suqovuşanın və Ağdamın azad olunmasında qəhrəmancasına iştirak edib. 10 oktyabr 2020-ci ildə Ağdərədə şəhidlik zirvəsinə ucalıb. Subay idi. Ölümündən sonra 4 medalla təltif edilib. İmişli rayon Xəlfəli kəndində dəfn olunub.
Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tacəddin Abışov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. İmişli rayon Xəlfəli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Abışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]