Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nashik
Atsik
Atsik — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Kasik
Kasike — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal. Kolumböncəsi Bahama, Antil adaları yerli qəbilələrinin başçılarının qəbul etdikləri titul. İspanların bölgəyə gəlməsi ilə bütün Amerika yerlilərinin başçılarına bu ad deyilməyə başlandı. Titulun qadın forması "kasika"dır. Müasir dövrdə, Latın Amerikası və İberiya ölkələrində siyasətdə gücdən istifadə edənlərə "kasikeçi" deyirlər.
TASİS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir. 1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər. 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
TASİM
TASİM (ing. TRANS-EURASIAN INFORMATION SUPER HIGHWAY) və yaxud Trans-Avrasiya Super İnformasiya Magistralı — 21 dekabr 2009-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyası TASİM haqqında ilk qətnaməni qəbul etmişdir. 30 ölkənin birgə sponsorluğu ilə qəbul edilmiş sənəddə Azərbaycan Respublikasının TASIM-in koordinasiyasında xüsusi rolunu yer verilib. Ümumi uzunluğu 11 000 kilometr təşkil edir. Nyu-York şəhərində təşkil olunan 6-cı Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq dünyanın 13 qlobal layihəsindən biri seçilib. TASİM layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib. TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkədir. 2013-cü ildə BMT Baş Assambleyasının növbəti sessiyasında TASIM-in inşasına dəstək verən ikinci qətnaməni qəbul etmişdir. Baş Asambleyanın 67-ci sessiyasının 98-ci plenar iclasında qəbul edildiyi sənədə İsrail, Türkiyə, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şri Lanka və Yeni Zelandiya qətnamənin müəllifləri kimi qatqıda yer almışdır. "Trans-Avrasiya Super İnformaiya Magistralı" layihəsini reallaşdırmaq üçün beş ölkənin — Rusiya,Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmışdır.
Robert Qaydik
Robert "Slavko" Qaydik (çex. Robert "Slavko" Gajdík, mak. Роберт "Славко" Гајдик; 1923, Zlin – 14 yanvar 1942) ― çexoslovak mənşəli yuqoslav Makedoniya partizanı, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsinin partizanı. Robert Qaydik Zlin şəhərində anadan olmuşdur. Onun atası Yuqoslaviya Krallığının cənubunda yerləşən Matka Kanyonunda su elektrik stansiyası inşa edən Çexoslovakiya şirkətində işləyirdi. Zlíndə "Bata" ayaqqabı fabrikində işləyirdi, almanlar Çexoslovakiyanı işğal etdikdən sonra Yuqoslaviyaya köçdü. Velosipedlə çoxlu səyahət etmişdir. Məktəbdə oxuduğu müddətdə Robert sol hərəkatının nümayəndələri ilə tanış oldu; o, inşaat texnikumunu bitirmiş və 1939-cu ildən Yuqoslaviya Kommunist Gənclər Birliyinin üzvü olmuşdur. 1941-ci ilin birinci yarısında Yuqoslaviya Kommunist Partiyasının Skopye şəhər Komitəsinin əmri ilə Robert "Raduşa" mədənində baş anbardar kimi işə düzəldi, həmçinin bir qrup gənclərlə antifaşist təşviqatına qatıldı. Ölkəsinin işğal atlında düşəndən sonra gizli partizan fəaliyyətinə başladı; 1 mayda isə Skopye mərkəzində "divizion binası" adlanan tikilinin üzərində qırmızı bayraq qaldırdı, iyun ayının əvvəlində isə Skopye aerodromunda yanğın çıxartdı və nəticədə "Junkers Ju 52" nəqliyyat təyyarəsi partladı və yandı.
Talnik (Auırqazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Talnik (Avurğazı)
Talnik (başq. Тальник, rus. Тальник) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 32 km, kənd sovetliyindən (Semenkin): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 30 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (97%) üstünlük təşkil edir.
Toşio Tasaki
Toşio Tasaki (田崎俊雄, Tasaki Toşio, 1 noyabr 1974) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Toşio Tasaki Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Toşio Tasaki Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Toşio Tasaki Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Nowy Casnik
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache‎) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. Nowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi.
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır. Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir.
Cadik Sultan
Cadik (XV əsr - 1520 ) – Qazax sultanı, Qazax xanlığının banisi Xan Zhanibekin doqquzuncu oğlu. Məhəmməd Haydar Dulati Cadiqi ən nüfuzlu hökmdarlardan biri hesab edirdi. Jadikin qohumu Qasım xan diplomatik və siyasi işlərdə ona arxalanırdı. Mənbələrdə Jadik haqqında çox az məlumat var. Cadik Şıqayın oğlu Qazax xanlığının xanı idi. Cadik Cılandı Tobe traktında Şıqım Mirzənin başçılıq etdiyi noqaylarla döyüşdə öldü. Kadırqali Kosimulinin sözlərinə görə, Cadikin məzarı Urgançda, Bakırqan Ata ərazisində yerləşir.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Phytoseiulus tardi
Phytoseiulus persimilis (lat. Phytoseiulus persimilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin phytoseiulus cinsinə aid heyvan növü.
Radik İsayev
Əbdürrəhim İsayev (keçmiş adı: Radik) (26 sentyabr 1989; Axtı rayonu, Dağıstan MSSR, Rusiya SFSR) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. 2016-cı ildə Olimpiya Oyunlarının, 2015-ci ildə Dünya Çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2014-cü ildə isə Avropa Çempionatının qalibi olmaqla, dörd nüfuzlu turnirdə çempion olan yeganə Azərbaycan idmançısıdır. İsayev 2014-cü ilin mayında Azərbaycanda baş tutan Avropa Çempionatının qalibi olmaqla, birinci ciddi uğuruna imza atdı. Bir il sonra — 2015-ci ildə isə Rusiyada baş tutan Dünya Çempionatının qızıl medalını qazanmaqla, 14 ildən sonra bu idman növü üzrə Dünya Çempionatının qalibi olmağı bacaran birinci Azərbaycan idmançısı oldu. Həmin ilin iyununda isə o, Azərbaycanda baş tutan Avropa Oyunlarında da bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2016-cı ildə isə İsayev ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının final görüşündə Niger nümayəndəsi Abdulraza İssufu üzərində 6:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın qalibi oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadaların qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. 2018-ci ildə Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatının qalibi olmaqla, Niyaməddin Paşayevdən sonra 2 dəfə həmin turnirin qızıl medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. Karyerası ərzində 66 beynəlxalq turnirdə mübarizə aparan İsayev, onların 15-də qızıl medala, 14-də gümüş medala, 16-da isə bürünc medala sahib olub.
Radik İsmayılov
İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru. Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996-2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. "Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir. Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır. 2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur. 22 iyul 2020-ci ildə "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sasik gölü
Sasik (Sasık, Kunduk) (türk. üfunətli) — Odessa vilayətində süni göl. Vaxtı ilə liman olan Sasik gölü Tatarbunar və Kiliyski rayonlarında yerləşir. Gölün sahəsi 210 km², dərinliyi 2,7 metrdir. Sasik gölü şimaldan cənuba doğru 29 km məsafədə uzanır. Eni isə 3–12 km arasında dəyişir. Sasik limanı 1970-ci illərə kimi kurort zonası idi. Limanın palçığı bir çox müalicəvi xüsusiyyətlərə malik idi. Sonradan liman suyunun şirinləşdirilməsi məqsədi ilə böyük layihə işlənildi. Liman suyunu kənd təsərrüfatında istifadə etmək üçün onu dənizdən bənd vasitəsilə ayırdılar.
Tacik dili
Tacik dili (tac. забо́ни тоҷикӣ́ [za’bɔːni tɔːd͡ʒi’ki], eləcə də форси́и тоҷикӣ́ [fɔːr’siji tɔːd͡ʒi’ki] "tacik fars dili") — Orta Asiyada yaşayan taciklərin(farsların) danışıq dili, Tacikistanın rəsmi dövlət dili.
Tarik Elyunussi
Tarik Elyunussi (d. 23 fevral 1988, Mərakeş) - Azərbaycan Premyer Liqası təmsilçilərindən Qarabağ klubunda çıxış edən, əslən mərakeşli olan norveçli peşəkar futbolçudur. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. 29 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Heerenven”, Norveçin “Lillström” və “Rusenburq”,Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik Elyunussi 9 qolla yadda qalıb.
Tarik Hodziç
Tarik Hodziç (16 oktyabr 1972) — Bosniya və Herseqovinanı təmsil edən stolüstü tennisçi. Tarik Hodziç Bosniya və Herseqovinanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tarik Əliyev
Tarik Əliyev (tam adı: Tarik İsmayıl oğlu Əliyev) — Azərbaycan diplomatı. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Elə həmin gün ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2010-cu il tarixli Sərəncamı ilə hər iki ölkədən – Fransa və Monakodakı vəzifəsindən geri çağırılmışdır. O, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin edilmişdir. 31 oktyabr 2012-ci il tarixli Sərəncama əsasən, iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 11 dekabr 2012-ci il tarixli Sərəncama əsasən, eyni zamanda Portuqaliya Respublikasında, Seneqal Respublikasında və Qambiya Respublikasında, 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mavritaniya İslam Respublikasında, 27 fevral 2013-cü il tarixli Sərəncama əsasən isə, eyni zamanda Mali Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. Tarik Əliyev Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə Tunis Respublikasındakı vəzifəsindən geri çağırılmışdır.
Tasit Korneli
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Duşan Tadiç
Duşan Tadiç (serb-kiril. Душан Тадић; dǔʃan tǎdiːtɕ; 20 noyabr 1988) — Super Liqa klubu "Fənərbaxça"da oynayan və Serbiya millisinin kapitanlarından olan serb peşəkar futbolçu.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Kaşlık
Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır. Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər. XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir.
Taşnak
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Şaşlık
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Thudık
Thudık (vyet. Thủ Đức) — Vyetnamda Hoşimin şəhəri tərəfindən idarə olunan bələdiyyə şəhəri. Şəhər Milli Məclisin komitəsi tərəfindən 9 dekabr 2020-ci ildə 2, 9 və Tuduk rayonundan yaradılmışdır. Şəhərin sahəsi 211.56 km2, əhalisi 2019-cu ilə olan məlumata görə, 1,013,795 nəfərdir. Thudık şəhərinin yaradılmasından sonra o, milli iqtisadi artıma böyük töhfə verməli və əsas cənub iqtisadi zonasının inkişafını sürətləndirməlidir. Thudık şəhəri Hoşimin Ümumi Regional Daxili Məhsulunun (ÜRDM) üçdə birini və milli Ümumi Daxili Məhsulun (ÜDM) 7%-ni təşkil edir. Bu, yalnız Hanoyun ÜDM-dən sonra ikincidir. Резолюция № 1111 / NQ-UBTVQH14 о создании города Тху Дык под управлением Хошимина 14-го Постоянного комитета Национального собрания .
Tapdıq
Tapdıq — kişi adı. Tapdıq Əmiraslanov — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963) Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist Tapdıq Həsənov — coğrafiya elmləri doktoru, professor. Tapdıq Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
II Vaxtanq Tangik
II Vaxtanq Tangik (doğum və vəfat tarixləri bilinmir) – Aşağı Xaçın knyazı. Sərkis Zaxaryan və Saakanduxt Arsruninin qızı olan Xorişə xatunla evlənmiş, üç oğlu və üç qızı olmuşdur: 1214-cü ildə Böyük oğlu Həsən Cəlal Xaçın taxtına oturmuşdur.
Basdı
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. Samir Əliyev — futbolçu.
Sertan Taşkın
Sertan Taşkın (8 oktyabr 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda və Azərbaycan milli futbol komandasının müdafiəçisi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Futbol üzrə Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun qızıl medallarının sahibidir. Taşkın İnter Bakı PİK akademiyası vasitəsilə inkişaf etmişdir. Taşkın əsas komanda ilə debütünü 28 may 2015-ci ildə etmişdir. O, Sumqayıt FK klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə İnter Azərbaycan Premyer Liqası görüşündə Sumqayıta 3-1 hesabı ilə məğlub olmuşdur. Keşlə FK ilə UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində 2 rəsmi matçda meydanda olub. Azərbaycan milli futbol komandasının da şərəfini qoruyan Sertan, U19 və U21 millimizin də əsas üzvlərindən biri olub. O, Azərbaycan Milli Futbol Komandasının 19 yaşlılardan ibarət seçməsində 2 rəsmi oyun keçirib. U21 millimizin heyətində isə 12 rəsmi matçda meydanda olub.
Tapdıq Abbas
Abbas Tapdıq Əlikişi oğlu (4 sentyabr 1952, Əlinəzərli, Jdanov rayonu) — Qarabağ müharibəsinin veteranıdır, 1991–1993-cü illərdə 849 saylı özünümüdafiə batalionunda döyüşüb, Prezident tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, Pedaqogika üzrə fəlsəfə doktoru, 2008–2018-ci illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub. 1952-ci il 4 sentyabrda Beyləqan rayonunun Əlinəzərli kəndində kolxozçu ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1975–1983-cü illərdə Beyləqan rayonun orta məktəblərində müəllim, məktəb direktoru və inspektor vəzifələrində işləyib. 1983–1985-ci illərdə Beyləqan rayon təhsil şöbəsində inspektor-metodkabinet müdiri vəzifəsində işləyib. 1985–1991-ci illərdə Partiys Komitə Katibi, şöbə müdiri kimi partiya işində çalışıb. 1991-ci ildə Azərbaycan SSR Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri seçilib. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, AXC Beyləqan rayon şöbəsi İdarə heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri olub. 1991–1993-cü illərdə Xocavənd ərazisində gedən döyüşlərdə könüllü kimi Qarabağ müharibəsində fəal iştirak edib, 1993-cü ilin dekabr ayında erməni quldurlarının Beyləqan ətrafında məğlub edilməsində iştirak edib. 1992–1993-cü illərdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Tapdıq Ağayev
Tapdıq Çingiz oğlu Ağayev (2 dekabr 1990, Tüntül, Qutqaşen rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Tapdıq Ağayev 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə isə Sənaye-Pedaqoji Kollecində təhsil alıb. Tapdıq Ağayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tapdıq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Ağayev oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Tüntül kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tapdıq Həsənov
Tapdıq Həsənov Güləhməd oğlu (1937, Təzəkənd, Qarayazı rayonu) — coğrafiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi Tapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkəndində anadan olmuş, 1961-ci ildə hazırkı Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır. 1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb. Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52. Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası.
Tapdıq Kamalov
Tapdıq Cəlal oğlu Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1939-cu il aprelin 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Subaydır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 70 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini olmuşdur.
Tapdıq Quluzadə
Tapdıq Qurbanəliyev
Tapdıq Dövlətxan oğlu Qurbanəliyev (21 dekabr 1978; Şəki rayonu, Azərbaycan SSR — 16 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Tapdıq Qurbanəliyev 1978-ci il dekabrın 21-də Şəki rayonunun Aydınbulaq kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Tapdıq Qurbanəliyev 1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş giziri olan Tapdıq Qurbanəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Qurbanəliyev oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şəki rayonundə Aydınbulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Qurbanəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Tapdıq Əlibəyli
Tapdıq Abış oğlu Əlibəyli (1 iyul 1961, Bürzünbül, Yardımlı rayonu) — Azərbaycan şairi, publisist, "Konstitusiya" qəzeti, "Heyrət" dərgisinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır. 1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyası üzvü, VHP-nin Nizami rayon təşkilatının Ağsaqqallar Şurasının sədridir. Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş "Azərbaycan" adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvü, "Heyrət" dərgisi və "Konstitusiya" qəzetinin təsisçisidir. Ədəbi yaradıcılığı "Qızıl qələm" media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Fəxri diplom" və "Hərbi vətənpərvərlik — 80" Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Təşəkkürnamə" və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Haqqa dayaq doğulmuşuq (şeirlər). Bakı: Mütərcim, 1997, 60 səh.
Tapdıq Əliyev
Tapdıq Əliyev — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Alekseyevski adına elmi-tədqiqat su təsərrüfatı institutunun hidrotexnika tikinti şöbəsinin rəisi, Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1970). 1970-1973-cü illərdə Azərbaycan Su Problemləri İnstitutunda kiçik elmi işçi olmuşdur. Moskvada Kostyakov adına Ümumittifaq Elmi–Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun aspiranturasında oxumuş (1974-1977), 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə “Əlaqəli və əlaqəsiz qruntlarda kanalların hidrodinamiki dayanıqlılığı'” mövzusunda doktorluq dissertasiyası mudafiə etmişdir. 1979--1993-cü illərdə Alekseyevski adına elmi–tədqiqat Su Təsərrüfatı İnstitutunda hidrotexniki tikinti şöbəsinin rəisi işləmişdir. 1993-cü ildən Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavinidir. Eyni zamanda Moskva Kommunal Təsərrufat və Tikinti İnstitutunda şəhər tikintisi kafedrasının professorudur. Rusiya və xarici ölkələrdə 200-dən artıq elmi əsəri çap olunmuşdur. On monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20–dən artıq elmlər namizədi və doktoru hazırlanmışdır.
Tapdıq Əmiraslanov
Tapdıq Əmiraslanov (Tapdıq Muxtar oğlu Əmiraslanov; 1918, Zod – 1976, Vardenis rayonu) — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963); orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun xalq maarif şöbəsinin müdiri (1960–1976). Tapdıq Əmiraslanov 1918-ci ildə Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1933–1937-ci illərdə İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. T. M. Əmiraslanov 1937–1950-ci illər ərzində gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışmışdır. Qaraqoyunlu yeddiillik məktəbinin direktoru işləmişdir. 1950–1951-ci illərdə Basarkeçər rayon partiya komitəsinin təşkilat şöbə müdiri, 1951–1960-cı illərdə raykomun katibi və 1954-cü ildən rayonun ikinci katibi işləmişdir. 1960-cı ildən ömrünün sonunadək RXMŞ-nin müdiri olmuşdur. T. Əmiraslanov 25 il fasiləsiz rayon partiya komitəsi bürosunun üzvü olmuş, Ermənistan KP qurultaylarına nümayəndə seçilmiş, rayon sovetinin deputatı olmuşdur. Tapdıq Əmiraslanov 1976-cı ildə Ermənistan SSR-nin Basarkeçər rayonunda vəfat etmiş, Zod kəndində dəfn olunmuşdur.
Taştıp aymağı
Taştıp aymağı (xakasca:Таштып аймағы / Taştıp aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Taştıp kəndidir. Rayon 1924-cü ildə Yenisey quberniyasının Minusinsk rayonunun iki volostu əsasında - Tashtypskaya və Seyskaya, 25 may 1925-ci ildən Xakassky dairəsinin tərkibinə daxil olmuş və bu da öz növbəsində Sibir ərazisinin bir hissəsi olmuşdur. Rayonun tərkibinə 10 kənd məclisi daxil idi. Sərhədlər və inzibati bölgülər dəfələrlə dəyişdirilib. 1963-cü ildə rayonun ərazisi yenidən qurulmuş Abazin sənaye rayonu ilə Abaza kəndində bir mərkəz və kəndin mərkəzi olan Əskiz kənd təsərrüfatı bölgəsi arasında bölündü. Askiz. 1965-ci ildə rayon yenidən əvvəlki sərhədlərinə qaytarıldı, ancaq 1968-ci ilə qədər rayon mərkəzi Abaza şəhəri oldu. 1968-ci ildə rayon mərkəzi statusu ilə geri qaytarıldı. Tashtyp.