Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TF1
TF 1 — Fransanın 13 fevral 1935-ci ildə qurulmuş ilk milli televiziya kanalı. == Tarixçə == TF1, TF1 qrup tərəfindən idarə edilən Fransanın özəl televiziya kanalıdır. 1988-ci ildən bəri Fransada ən çox izləyiciyə sahib və Avropa Birliyinin ən reytinqli televiziya kanalıdır.
Tofu
Tofu (Çincə:豆腐; Yaponca:豆腐) — soya pendiri və ya Lobya loru, Soya südünün laxtalanması (koaqulasiyası) və sonra əldə edilən lorları basaraq yumşaq ağ bloklar hasil olmaqla hazırlanır. Tofu bir çox Şərqi Asiya və Cənub-Şərqi Asiya mətbəxlərinin komponentidir. == Mənbə == Du Bois, Christine M.; Tan, Chee-Beng. Mintz, Sidney Wilfred (2008), The World of Soy, University of Illinois Press, ISBN 0-252-03341-8 Knopper, Melissa. (Jan 2002), The joy of soy, The Rotarian, Vol. 180, No. 1, p.
Tsu
Tsu (yap. 津市) — Yaponiyanın Hanşu adasının Kansai regionunda yerləşən Mie prefekturasının paytaxtı.
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. == Geomorfolji termin == Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
YFU
YFU (vai-ef-yu) – Youth For Understanding (Gənclik Anlaşma Tərəfdarıdır) şagird və tələbə mübadiləsi üzrə ən iri beynəlxalq ictimai təşkilat. YFU Beynəlxalq ictimai təşkilatının əsası 1951-ci ildə Amerika millioneri və ictimai xadimi Reçel Anderson tərəfindən qoyulmuşdur. ABŞ və Almaniya arasında təşkil olunan ilk mübadilə proqramı İkinci dünya müharibəsi zamanı düşmən olmuş ölkələr arasındakı münasibətlərin bərpasına yönəlmişdi. O dövrdən bəri artıq 60-a yaxın ölkə sözügedən təşkilata üzv olmuşdur. YFU 1994-cü ildən etibarən Avropa Təhsil Mübadiləsi üzrə Şuranın üzvüdür, 1996-cı ildən isə YUNESKO (UNESCO) tərəfindən ilin yekunlarına görə gənclərin beynəlxalq mübadiləsi sahəsində "Ən yaxşı təşkilat" kimi bəyan edilmişdir. Bütün ölkələrdə YFU proqramı iştirakçı ölkələrin hökumətləri tərəfindən dəstəklənir. Hər ölkə öz yerli təşkilatı ilə təmsil olunur və digər üzv təşkilatların bərabərhüquqlu partnyoru qismində çıxış edir. YFU beynəlxalq təşkilatına Almaniya, İsveçrə, Fransa, Hollandiya, Belçika, Daniya, İsveç, Norveç, Finlandiya, ABŞ və s. kimi ölkələr daxildir.
Sun Tzu
Sun Dzı (Çincə: 孫子, E.ə. 544 – E.ə. 496) — Çin hərb nəzəriyyəçisi və strateq. Məşhur "Hərb sənəti" (Çincə:兵法) kitabının müəllifi.Onun bu əsəri 13 bölmədən ibarətdir. Birinci Çin hökmdarı Çin Şi Huanq bu kitabın "Vuruşan krallıqlar" dövrünü bitirmək və birləşmiş krallıq yaratmaqda xüsusi köməyi olduğunu qeyd etmişdi. Dünya hərb nəzəriyyəçilərinin siyahısında ilk yerdə duranlardandır.
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. == Xarakteriskası == Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Tau-saqqız
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau adası
Tau adası-(tay เกาะเต่า)- Tısbağa adası mənası verən bu adalar Siam körfəzində yerləşən Tailanda məxsus ada. == Etimologiyası == Bu adanın sahillərində çoxlu dəniz tısbağaları yaşayıb çoxalmışlar. Son dövrlərdə isə tısbağalar yox olmuşlar. Bu onunla izah olunur ki, yeni doğulmuş dəniz tısbağa balaları daha çox işıqlı sahillərə meyl edirdilər. Belə ki, hal-hazırda sahil əraziləri plyajlar, otellər tutduğu üçün onların dəniz yolunu tutması daha rahatlanmışdır. Bəzi fərziyyələrə görə isə ada formasına görə tısbağanı xatırladırdı. Adanın əsas limanının sahilində dəniz tısbağasının heykəlini görə bilərik. == Coğrafiyası == Qonşu adaların içərisində bu adanın fərqi, dənizlərlə əhatə etməsi, dayvinq, snorklinq idman növlərinin buranın bütün plyajlarında geniş yayılmışdır. Burada həmçinin fridayvinq, bolderinq, tailand boksu, tailand massajı ilə də məşğul olurlar. == Nəqliyyat əlaqələri == Adaya yaxın olan aeroport Samuy adasında yerləşir.
.tf
.tf — Fransanın Cənub və Antarktika ərazilərinin internet kodu.
Scorzonera tau-saghyz
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau-Tona mədəni
Tau-Tona mədəni — dünyanın ən dərin mədəni. Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Ştefani tsu Quttenberq
Ştefani Frayfrau fon und tsu Quttenberq (alm. Stephanie Freifrau von und zu Guttenberg‎, əsl soyadı - Ştefani Grefin fon Bismark-Şönhauzen; 24 noyabr 1976, Münhen) — alman aktivisti, uşaqlara qarşı zorakılıq hərəkatının fəalı. Bu sahədə bir neçə kitab müəllifidir. Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor tsu Quttenberqin həyat yoldaşıdır. Kansler Otto fon Bismarkın kötücəsi, keçmiş xarici işlər naziri Herbert Bismarkın nəticəsidir. O, həmçinin torpedonun ixtiraçısı Robert Uaythedin və diplomat qraf Oyosun nəslindəndir.
Du Fu
Du Fu(Çincə:杜甫, 712[…] – 770[…]) — Tan dönəminin Çin şairi.
Kunq-fu
Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənəti. "Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur. Kunq Fu bədənin və fikrin güclənməsinə və təkminləşməsinə xidmət edir. Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Kunq Fu yarandığı vaxtlarda onu yalnız çinlilərə öyrətmək olardı, indi isə o bütün dünyada məşhurdur. Kunq Funu bütün dünyada tanıdan aktyorlar Brüs Li, Ceki Çan və Cet Lidir. == Kunq Funun tarixi == Kunq Funu Konfutsi və Lao Çe bizim eranın 400-cü ilində yaradıblar.
Kunq Fu
Kunq Fu (功夫, Pinyin: gōngfu) — Çində yaranmış döyüş sənəti. "Kunq" sözünün mənası "nailiyyət","əməl","Fu" sözü isə "insan" deməkdir. Beləliklə, "Kunq Fu" "İnsan nailiyyəti" kimi tərcümə olunur. Kunq Fu bədənin və fikrin güclənməsinə və təkminləşməsinə xidmət edir. Kunq Fu əslində üç əsrdən çox olan Uşunun məşq rejimidir. Kunq Funun 400-dən çox fəndi var. Bu fəndlərdən ən çox tanınanları Pələng, Meymun, Kobra, Qartal, Durna və Sərxoş adam fəndləridir. Kunq Fu yarandığı vaxtlarda onu yalnız çinlilərə öyrətmək olardı, indi isə o bütün dünyada məşhurdur. Kunq Funu bütün dünyada tanıdan aktyorlar Brüs Li, Ceki Çan və Cet Lidir. == Kunq Funun tarixi == Kunq Funu Konfutsi və Lao Çe bizim eranın 400-cü ilində yaradıblar.
Skunk Fu!
Skunk Fu! - döyüş sənətlərindən istifadə edərək vadilərini qoruyan antromorfik heyvanların macəralarından bəhs edən cizgi serial. Əsas süjet Skunkun sərgüzəştləri üzərində qurulmuşdur. Kunq-fu müəllimi Panda, Dovşan, Tülkü, Tısbağa və digərləri ya birbaşa, ya da dolayı yolla Skunka kömək edirlər. Şou "Ən yaxşı animasiya" kateqoriyası üzrə İFTA mükatını qazanıb. İngilis səsyazmasına əlavə olaraq irland, fransız, yapon və holland dillərində səsyazmalar hazırlanmışdır. == Özət == Skunk və Pandanın başçılıq etdiyi digər vadi heyvanları Əjdahanın Babun və nindza meymunlar ilə dağlardakı yuvalarından vadiyə keçmək cəhdlərinin qarşısını alırlar. Əvvəllər Panda ilə Əjdaha çox yaxın dost idi. Amma Əjdaha təkəbbüründən dolayı cənnətdən qovulduğu üçün bunda vadi heyvanlarını təqsirkar bildi (öz hərəkətlərinin məsuliyyətini qəbul etməyərək). Beləliklə, vadi heyvanlarını məhv etməyə çalışır.
TF-X
TF-X - Türkiyənin 5-ci nəsil qırıcı təyyarə layihəsi. İlkin olaraq TF-X-in 2023-cü ildə uçuşa hazır olmasının hədəf götürüldüyü bildirilsə də, sonradan bu tarix 2025-ci ilə təyin olunub. Təyyarənin mühərriki Böyük Britaniyanın BAE Systems şirkəti ilə birlikdə hazırlanır. Mühərrik İnkişaf Etdirmə proqramı çərçivəsində Türkiyənin “TR Motor” şirkəti isə mühərriklərin kritik alt sistemi və komponentlərini inkişaf etdirəcək.
Tu-154
Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir. Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir. == Dizayn == Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi.
Tu Kayven
Tu Kayven (çin. sadə. 杜 凱文, 28 iyun 1991, Tayçjun) — Yüngül çəki dərəcəsində Tayvanı təmsil edən cüdoçu. Tu Kayven beynəlxalq yarışlarda Tayvanı təmsil edir. 2008-ci ildən Çin Taybeyi yığmasına cəlb olunmuşdur. Londonda təşkil olunan 2012 Yay Olimpiya Oyunlarında iştirak etmiş, Şərqi Asiya çempionatlarının gümüş və bürünc mükafatçısı olmuşdur. Asiyanın gənclər çempionatının gümüş mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çoxunun iştirakçısıdır. == Bioqrafiyası == Tu Kayven 28 iyun 1991-ci ildə Tayvanın Tayçjun şəhərində anadan olmuşdur. İlk dəfə 2008-ci ildə turnirlərdə iştirak etmişdir. On yeddi yaşlıların yüngül çəki dərəcəsində Taybeyin ev sahibliyi etdiyi beynəlxalq yarışda bürünc medal qazanmışdır.
Tu canción
Tu canción (azərb. Sənin mahnın‎) — İspaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Alfred Qarsiya və Amaya Romero dueti "Tu canción" mahnısı ilə İspaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Raul Qomes və Silviya Santoro tərəfindən bəstələnmişdir.
Tu Yuyu
Tu Yuyu (30 dekabr 1930[…], Ninbo, Çjetszyan, Çin Respublikası[d])—Çin alimi və fitokimyacı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı alıb. == Həyatı == Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olub. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxuyub. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxuyub. Tu Əczaçılıq Elmləri Bölməsində oxuyub və 1955-ci ildə oranı bitirib. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçib. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil alıb. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra Tədqiqatçı adını alıb.
Aydağ seolitləşmiş tuf yatağı
Aydağ seolitləşmiş tuf yatağı — Həsənsu və Tovuzçay çaylarının arasında Tovuz şəhərindən 5-6 km. şimal-şərqdə yerləşən yataq. Yataq 1960-ci ildə aşkar olunmuşdur. 1969-cu ildə burada qiymətləndirmə işləri, 1970-ci ildə isə ilkin kəşfiyyat işləri aparılmışdır. Tərkibində yüksək miqdarda seolitlər olan kül tufları sənayenin və xalq təsərrüfatının müxtəlif sahəsində, müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Yataqda 1955-ci ildə dəqiq kəşfiyyat işləri başa çatmış yatağın ehtiyatı B+C1+C2 kateqoriyası üzrə 12,6 mln. ton hesablanmışdır.
Karl-Teodor tsu Quttenberq
Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq — Almaniyanın müdafiə naziri (2009-2011) Almaniyanın müdafiə naziri Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq 2011-ci il martın 1-də istefa verib. Xristian Sosial Birlik Partiyasının üzvü olan Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberqin istefasına onun doktorluq dissertasiyasının saxta olması ilə bağlı mübahisələr səbəb olub. Karl-Teodor Mariya Nikolaus İohann Yakob Filipp Frants İosif Silvestr Bul-Frayherr fon und tsu Quttenberq elmi işinin bir hissəsini başqa müəlliflərdən köçürməkdə və onlara istinad etməməkdə günahlandırılmışdı. Mübahisələr onun doktorluq dərəcəsindən məhrum edilməsi ilə nəticələnmişdi.
Teü
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).