tsarisme
tube
OBASTAN VİKİ
AMEA Dilçilik İns­ti­tu­tu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—1951) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası
2016 Rusiya Müdafiə Nazirliyi Tu-154 qəzası, 25 dekabr, 2016-cı il tarixində Moskva saatı ilı (UTC+3) 05:50-də Tupolev Tu-154 tipli təyyarə ilə Moskvadan Latakiyaya gedən Qızıl Ordu heyətindən 65 musiqiçi, jurnalist və əsgərləri daşıyan təyyarənin qəzası. Rusiya Müdafiə Nazirliyinin ilkin məlumatlarına əsasən Tu-154 təyyarəsindən kimsə xilas oluna bilinməyib. Təyyarədə ümumi olaraq 93 nəfərin olduğu rəsmi olaraq açıqlanmışdır.
Tu-154
Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir. Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir. == Dizayn == Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi.
Tu Kayven
Tu Kayven (çin. sadə. 杜 凱文, 28 iyun 1991, Tayçjun) — Yüngül çəki dərəcəsində Tayvanı təmsil edən cüdoçu. Tu Kayven beynəlxalq yarışlarda Tayvanı təmsil edir. 2008-ci ildən Çin Taybeyi yığmasına cəlb olunmuşdur. Londonda təşkil olunan 2012 Yay Olimpiya Oyunlarında iştirak etmiş, Şərqi Asiya çempionatlarının gümüş və bürünc mükafatçısı olmuşdur. Asiyanın gənclər çempionatının gümüş mükafatçısı, milli və beynəlxalq turnirlərinin bir çoxunun iştirakçısıdır. == Bioqrafiyası == Tu Kayven 28 iyun 1991-ci ildə Tayvanın Tayçjun şəhərində anadan olmuşdur. İlk dəfə 2008-ci ildə turnirlərdə iştirak etmişdir. On yeddi yaşlıların yüngül çəki dərəcəsində Taybeyin ev sahibliyi etdiyi beynəlxalq yarışda bürünc medal qazanmışdır.
Tu canción
Tu canción (azərb. Sənin mahnın‎) — İspaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Alfred Qarsiya və Amaya Romero dueti "Tu canción" mahnısı ilə İspaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Raul Qomes və Silviya Santoro tərəfindən bəstələnmişdir.
Tu Yuyu
Tu Yuyu (30 dekabr 127[…], Ninbo, Çjetszyan, Çin Respublikası)—Çin alimi və fitokimyacı. Malyariyaya qarşı dünyanın ən təsirli dərmanlarından biri olan artemisinin kimi tanınan antimalarial maddə qinghaosu təcrid etməsi və tədqiqi ilə məşhur olub. Kəşflərinə görə Tu 2015-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı alıb. == Həyatı == Tu Yuyu 30 dekabr 1930-cu ildə Çinin Çjetszyan-Ninbo şəhərində anadan olub. 1948-ci ildə Ninbo məktəbinə keçməmişdən əvvəl orta məktəbi və liseyin ilk ilini Xiaoshi məktəbində oxuyub. 1951-ci ildən 1955-ci ilə qədər Pekin Universiteti Tibb fakültəsində oxuyub. Tu Əczaçılıq Elmləri Bölməsində oxuyub və 1955-ci ildə oranı bitirib. Sonra iki il yarım ənənəvi Çin təbabəti üzrə təlim keçib. Məktəbi bitirdikdən sonra Pekində ənənəvi Çin Tibb Akademiyasında təhsil alıb. O, 1978-ci ildə Çin iqtisadi islahatının başlanmasından qısa müddət sonra Tədqiqatçı adını alıb.
Antoni Tu Şihua
Antoni Tu Şihua (Noyabr 22, 1919 – Yanvar 4, 2017) — Çin Vətənpərvər Katolik Assosiasiyasının yepiskopu olmuşdur. 1944-cü ildə Roman-Katolik kilsəsinə keşiş təyin olunmuşdur. Tu Şihua Çin Vətənpərvər Katolik Birliyi tərəfindən 1959-cu ildə papanın mandatı kimi Roma-Katolik kilsəsinə yepiskop təyin olundu. Lakin o, Hanyan Roma Katolik Yeparxiyasının yepiskopluğuna qeyri-legitim şəkildə qəbul edilmişdir. Şihua 4 yanvar 2017-ci ildə Pekində 98 yaşında vəfat etmişdir.
Et tu, Brute?
Et tu, Brute? (pronounced [ɛt ˈtuː ˈbruːtɛ]) — azərbaycanca "Sən də mi Brut?" və ya "Hətta sən də, Brut?" kimi tərcümə olunan məşhur latın sözü. Əfsanəyə görə bu, Yuli Sezarın son sözləridir. Sitat, Uilyam Şekspirin Yuli Sezar pyesinin 3-cü aktında 1-ci səhnəsində görünür, burada Roma diktatoru Yuli Sezar öldürülərkən dostu Mark Yuni Brutu sui-qəsdçilərdən biri kimi tanıdıqdan sonra səslənir. Deyilənə görə, bu ifadənin ilk məlum nümunələri Yelizaveta dövrünə aid iki qədim pyesdə görünür; Şekspirin VI Henri 3-cü fəsil və Riçard Edesin Sezar öldürüldü adlı daha qədim pyesi. Bu ifadə əsasən bir dostun gözlənilməz xəyanətini ifadə etmək üçün istifadə olunur. Tarixi Sezarın bu sözləri söyləməsinə dair heç bir dəlil yoxdur. Tarixi Sezarın son sözləri dəqiq bilinməsə də, hadisədən bir əsr yarım sonra Roma tarixçisi Svetoni qeyd edir ki, Sezar ölərkən heç nə deməyib, lakin başqaları Sezarın Bruta son sözlərinin "sən də, övlad" və ya "sən də, gənc adam" anlamına gələn yunanca Kai su, teknon (Και συ τέκνον) ifadəsi olduğunu bildirirlər. Populyar inancın əksinə olaraq, bu sözlər Sezarın tamaşadakı son sözləri deyil, çünki dərhal sonra "O zaman Sezar yıxılsın!" deyir. == Kontekst == E.ə 44-cü il martın 15-də (Mart İdesi) tarixi Sezar, dostu və çırağı olan Brutus da daxil olmaqla bir qrup senatorun hücumuna məruz qaldı.
Huun-Huur-Tu
«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu. Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir. Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.
Petra-tu-Romiu
Petra-tu-Romiu (yun. Πέτρα του Ρωμιού), Afrodita qayası — Bafda (Kipr) dəniz kekuru (qaya). Ərazinin gözəlliyi və yunan mifologiyasında Afrodita ilahəsinin vətəni olaraq bilinməsi səbəbindən turistləri özünə cəlb edir. Turistlər arasında populyarlığına baxmayaraq, Petra tu Romiou yaxınlığındakı dəniz üzmək üçün təhlükəlidir və qayaya dırmaşmaq qadağandır. Ancaq yaxınlıqda bir restoran, bir turizm pavilyonu və Afrodita Hills kurortu vardır. == Əfsanələr == Bir rəvayətə görə, qayalıq Afrodita sevgi ilahəsinin doğulduğu yerdir. Beləliklə Geya (yer ilahəsi) Kronosun oğullarından birini atası Uranı axtalamağa inandırır. Kronos tərəfindən axtalanan Uranın dənizə düşərək qar kimi ağ köpük əmələ gətirən sperma və qanından Afrodita Kifera adası yaxınlığında anadan olmuşdur. Külək onu Kipr adasına gətirmişdir (ya da Kiferanı sevmədiyi üçün özü oranı üzərək tərk etmişdir). Burada Orlar dəniz dalğalarından çıxaraq onunla görüşmüşdür.
Tupolev Tu-123
Sovet istehsalı Tupolev “TU-123” pilotsuz uçuş aparatı.
Tupolev Tu-141
İstehsalçı: SSRİ İstehsalçı şirkət: Tupolev Tip: Pilotsuz uçuş aparatı İlk uçuş: 1974-cü il İstismara verilib: 1979-cu il İstehsal tarixi: 1979 – 1989-cu il İstehsal sayı: 152 ədəd Kütləsi: 5.370 kq Uzunluğu: 14.33 m Qanad uzunluğu: 3.88 m Qanad sahəsi: 10.0 m² Hündürlüyü: 2.44 m Mühərrik: 1 ədəd Tumansky KR-17A Güc: 19.6 kN (4,409 lbf) Maksimal sürəti: 1.110 km/s; 1.000 km/s (Kreyser (normal) sürəti) Uçuş məsafəsi: 1.000 km Uçuş yüksəkliyi: 6.000 m Minimal uçuş yüksəkliyi: 50 m == İnkişafı == Tu-141, Tupolev Tu-123 PUA-larının davamıydı və nisbətən böyük, orta ölçülü bir pilotsuz uçuş aparatı idi. Transonik sürətlərdə ön cəbhə xətlərinin bir neçə yüz kilometr arxasında kəşfiyyat missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Film kameraları, infraqırmızı müşahidə cihazları, EO müşahidə cihazları və görüntü radarları daxil olmaqla bir sıra qurğuları üzərində yerləşdirmək olardı. Əvvəlki Tupolev modellərində olduğu kimi, dart kimi arxaya monte edilmiş delta qanada, önə quraşdırılmış kanadalara və quyruqdan yuxarıya quraşdırılmış bir KR-17A reaktiv təyyarə mühərrikinə malik idi. Qatı yanacaq ilə işləyən gücləndiricinin köməyi ilə bir treyderdən (buraxıcı qurğu) buraxılırdı və quyruğuna monte edilmiş paraşütün köməyi ilə yerə enirdi Tu-141 1979-1989-cu illərdə SSRİ ordusunda xidmətdə olmuşdur, əsasən Sovet İttifaqının qərb sərhədlərində istifadə edilmişdir. == Döyüşlərdə istifadəsi == Tu-141, Donbass müharibəsi zamanı Ukrayna Hava Qüvvələri tərəfindən təkrar xidmətə qəbul edilmişdir.
Tupolev Tu-144
Tupolev Tu-144 (NATO kod adı: Charger) — 1962-ci ilin yanvar ayından Aleksey Tupolev tərəfindən dizaynı verilmiş dünyanın ilk səsdən sürətli (supersonik) təyyarəsidir. Aviaşirkətlər tərəfindən daha çox ticarət daşınmaları üçün istifadə edilmişdir. Qərb müşahidəçilər Tu-144-ə "Konkord"a oxşarlığından ötrü "Concordski" adını vermişlər. Çünki təyyarə dizayn xüsusiyyətləri baxımından "Konkord"a çox oxşayırdı. Təyyarənin ilk prototipi 1968-ci il 31 dekabr tarixində Moskva yaxınlığında ilk uçuşunu reallaşdırdı. Bu hadisədən iki ay sonra isə Konkord ilk uçuşunu həyata keçirdi. Tu-144 səs sürətini ilk dəfə 1969-cu il 5 iyun tarixində keçdi. Tu-144, 1969-cu il 15 iyul tarixində March 2 sürətini aşan ilk ticari nəqliyyat təyyarəsi və dünya tarixinin ən sürətli ticarət təyyarəsi oldu. 3 iyun 1973-cü ildə Paris Hava Şousunda istehsal olunan ilk Tu-144S təyyarəsi qəzaya uğrayır. Bu qəza layihəyə də böyük zərbə olur.
Tupolev Tu-154
Tupolev Tu-154 Rus istehsalı olan orta mənzilli üç mühərrikli sərnişin təyyarəsidir. Boeing 727-yə oxşar bir dizayna sahibdir. Rusiya, Şərqi Avropa, Kuba, Çexoslovakiya və daha çox ölkədə istifadə olunan Rusiyanın ən çox istehsal olunan sərnişin təyyarəsidir. İstehsal edilən sərnişin təyyarələrinin çoxu Aeroflotda (keçmiş SSRİ və indiki Rusiya Hava yolları) xidmət göstərdi. Hal hazırda 17 fərqli hava yolu şirkətində ildə təxminən 138 milyon sərnişin daşıyır. Təyyarənin dizaynı ona həm torpaq həm də buzlu zolaqlara enməyə imkan verir. Şimal qütbü kimi həddən artıq soyuq şəraitlərdən təsirlənmədən qalxış üçün gözləyə bilər. Tu 154 1 mach sürətə çata bilən ən sürətli sərnişin təyyarələrindən biridir. == Dizayn == Tu 154 Aeroflotda xidmət göstərən köhnə Tu 104 təyyrələrinin yerini doldurmaq üçün dizayn olunmuşdur. Aeroflot sovet təyyarə konsturktorlarından 16-18 ton yük daşıma qabiliyyətli, 2500–4000 km mənzil, operativ sürəti 900 km/saat və ya 6 ton yük daşıma 7000 km-ə qədər mənzil, 850 km/saat uçuş sürətinə sahib yeni bir model dizaynı tələb etdi.
Tupolev Tu-160
Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır. == İstifadəçilər == Rusiya Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu. 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur. 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır.
Tupolev Tu-22
Tu-22, Rus Tupolev şirkəti tərəfindən yaradılmış olan bir bombardmançı təyyarəsidir. NATO kod adı “Blinder” olaraq bilinir. 311 ədəd istehsal edilmişdir.
Tupolev Tu-22M
Tu-22M (Ty-22M) və ya NATO kod adı ilə Backfire – dəyişkən qanad quruluşu olan uzun mənzilli supersonik adi bir bombardmançı. Ən böyük istifadəçisi Rusiyadır. Onlardan biri Osetiya müharibəsi zamanı vurulub. == Dizaynı == TU-22 modelinin əlamətdar bir müvəffəqiyyəti olmasa da, əvvəlki model TU-16-dan daha üstün bir təyyarədir. Onun əməliyyat diapazonu və uçuş performansı təyyarənin zəif nöqtələridir. TU-22 modelinin istehsalı ilə, bu təyyarəni əvəz edəcək növbəti nəslin inkişafına başlanılmışdır. Mig-23 və Su-17 dizaynları ilə dəyişkən həndəsi qanad texnologiyası tərəfindən təklif olunan qısa uçuş zolağından qalxma, yüksək kreyser sürəti, aşağı hündürlükdə uçan zaman mövcud uçuş rahatlığı, səmərəli naviqasiya kimi xüsusiyyətləri nəzərə alaınraq yeni bir təyyarə layihəsi yaradılmışdır. Layihənin nəticəsi yeni dəyişkən həndəsəli Samolyot 145 (Ru. Aeroplane 145) modelidir. Tu-22M, Tu-22 əsaslı silah sistemlərindən istifadə edir və eyni Kh-22 döyüş raketindən istifadə edir.
Tupolev Tu-95
Tupolev Tu-95 (NATO kod adı Bear) – Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş, uzun ömürlü və çox uğurlu strateji bombardmançı və raket daşıyıcı təyyarə. 2011-ci ildə hələ də xidmətdə olan bu təyyarənin, Rusiya Hərbi Hava Qüvvələrinin aldığı qərara əsasən 2040-cı ilə qədər sərhəd təhlükəsizliyi kimi xidmətdə qalması nəzərdə tutulub. Tu-95 dörd ədəd Kuznetsov turboprop tipli mühərrikə malikdir. Bunun sayəsində bütün zamanların ən sürətli və güclü təyyarələrindən biri hesab olunur. İndiyə kimi xidmətə girən tək turboprop motorlu bombardman təyyarəsidir. Donanma kəşfiyyat variantına Tu-142 adı verilmişdir. Bundan başqa, Çar Bombası adlı bomba xüsusi olaraq hazırlanmış Tupolev Tu-95 təyyarəsindən atılıb. "95" təyyarəsinin hazırlanmış variantlarının ümumi sayı, seriya modifikasiyalar, laboratoriyalar və həyata keçməyən layihələr uçan təcrübə nümunələri ilə birlikdə təxminən 500 vahiddir. Suriyada Tu-95 praktiki tətbiq etməsi sübut etdi ki, təyyarə tək "nüvə təmkinliyinin abstrakt vasitəsi" deyil, həmçinin real müasir lokal müharibələrdə istifadə oluna bilər. National Interest qeyd edir ki, Tu-95-i "köhnəlmiş silah" hesab etmək kifayət qədər sadəlövhlükdür.
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən "Tu-134" təyyarəsinin qəzası. == Hadisə == Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Pilot təyyarəni şumlanmış sahəyə endirməyə qərar verib. Yüksək gərginlikli elektrik xəttinə toxunan təyyarə alışıb, 82 nəfərdən 52-si həlak olub.
"Tufan" dağ-xizək kompleksi
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. == Coğrafiyası == Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. == Açılışı == Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. == İnfrastruktur == Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.
2006 Amsterdam turniri
2006 Amsterdam turniri — 4 avqust ilə 5 avqust 2006-cı il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Portu FK, İnter Milan FK və Mançester Yunayted FK komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Mançester Yunayted FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2007 Amsterdam turniri
2007 Amsterdam turniri — 2 avqust ilə 4 avqust 2007-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Arsenal FK, Latsio FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Arsenal FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2008 Amsterdam turniri
2008 Amsterdam turniri — 8 avqust və 9 avqust 2008-ci il tarixləri arasında Ayaks komandasının ev sahibliyi ilə, Arsenal FK, İnter Milan FK və Sevilya FK komandlarının iştirakı ilə təşkil edilən turnirdir. Turnirin qalibi 8 xalla Arsenal FK olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2009 Amsterdam turniri
2009 Amsterdam turniri — 24 iyul ilə 26 iyul 2009-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Sanderlend AFK, Benfika FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Benfika FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2014 Nepal qar tufanı fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Medal sıralanması ==
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri (Kişilər, 60 kq.)
2016 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Məlumat == Cüdo üzrə Böyük Dəbilqə turniri 6-8 may tarixləri arasında Heydər Əliyev adına İdman Arenasında baş tutdu. == Nəticə == === Kişilərin yarışı === === Qadınların yarışı === == İdmançıların sayı == Bakı şəhərində baş tutan 2016 Böyük Dəbilqə turniriə 75 ölkənin 447 idmançısı qatıldı.
2017 Toulon Turniri
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır. Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir. Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir. Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular. == İştirakçı ölkələr == 2017-ci ilin aprel ayında dəqiqləşən 12 milli komanda aşağıdakılardır. == Məkanlar == == Heyətlər == == Qrup mərhələsi == Komandalar dörd komanda olmaqla üç qrupda mübarizə aparır.
2017 Tulon Turniri
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır. Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir. Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir. Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular. == İştirakçı ölkələr == 2017-ci ilin aprel ayında dəqiqləşən 12 milli komanda aşağıdakılardır. == Məkanlar == == Heyətlər == == Qrup mərhələsi == Komandalar dörd komanda olmaqla üç qrupda mübarizə aparır.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. 1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı. Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
A.N.Tupolev adına Kazan Milli Tədqiqat Texniki Universiteti
A.N. Tupolev Kazan Milli Tədqiqat Texniki Universiteti — Kazanda tanınmış bir texniki universitetdir. Kazan Dövlət Aviasiya İnstitutu, 5 mart 1932-ci il tarixində, Aviasiya Sənayesi Baş İdarəsinin qərarı ilə Kazan Dövlət Universitetinin aerodinamik şöbəsi əsasında quruldu. Başlanğıcda institut aerodinamik və təyyarə istehsalı adlanan iki şöbədən ibarət idi. 1934-cü ildə təyyarə mühəndisliyi fakültəsi rəsmi olaraq açıldı. İnstituta Nikolay Çetayev rəhbərlik edirdi. O illərdə Ümumi Mexanika Məktəbində tədqiqat işlərinə rəhbərlik etdi. 1933-cü ildən bəri institut "KAI xidmətləri" adlı elmi məqalələr toplusunu nəşr edən ilk aviasiya universitetlərindən biridir. Elə həmin il namizədlik dissertasiyaları müdafiə olunmağa başladı. 1937-ci ildə institutda doktorluq dissertasiyaları müdafiə olunmağa başladı. 1939-cu ildə mühərrik fakültəsi açılmışdır.
ABCS turniri
ABCS turniri (ing. ABCS Tournament) — Karib Futbol İttifaqının üzvü olan dörd milli komandanın iştirakı ilə keçirilən beynəlxalq futbol turniri. Turnirin adı həmin millilərin adlarının baş hərflərindən götürülmüşdür: Aruba, Bonaire, Curaçao, Suriname. İndiyə kimi baş tutmuş bütün turnirlər olimpiya sistemi üzrə keçirilmişdir. == Bütün nəticələr == === 2010 ABCS turniri === Kürasaonun ev sahibliyi etdiyi bu turnir 2010-cu ilin 29 – 31 oktyabr tarixlərində keçirilmişdir. Bütün matçlar Villemştad şəhərinin Ergilio Hato stadionunda oynanılmışdır. Bu turnir həm də "Pais Positivo Cup 2010" adlanırdı. ==== 1/2 final ==== ==== Üçüncülük oyunu ==== 1 Boneyr oyunçuları özlərinə qarşı anlaşılmazlıq nəticəsində verilən bir cəza ilə əlaqədar meydanı tərk etdi. Üçüncü yer Arubaya verildi. ==== Final ==== === 2011 ABCS turniri === Surinamnın ev sahibliyi etdiyi bu turnir 2011-ci ilin 2 – 4 dekabr tarixlərində keçirilmişdir.
Aba Tura
Aba Tura — Qədim türk şəhəri, Aba Tura (müasir Kuznetsk) Kemerevo vilayətində (Rusiya) iri metallurgiya şəhəri. == Tarixi == Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı.
Abarema turbinata
Abarema turbinata (lat. Abarema turbinata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin abarema cinsinə aid bitki növü.
Abbas Tufarqanlı
Aşıq Abbas Tufarqanlı (1600, Azərşəhr, Şərqi Azərbaycan ostanı – Azərşəhr, Şərqi Azərbaycan ostanı) — XVI əsr Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Abbas Tufarqanlı Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı olan "Abbas-Gülgəz" dastanı da Azərbaycan folklorunun qiymətli örnəklərindəndir: Yaşa, sevdicəyim, yaşaYazılanlar gələr başaBir yandan özün bas daşaBir yandan el car eyləsin. və ya: Abbas ağlar zarı-zarıGetməz könlünün qübarıİlqarından dönən yarıTanrı tez bazar eyləsin. == Haqqında film == Abbas və Gülgəz (film, 2000) == Mənbə == Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010.
Abdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abdulla Tuqay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. == Həyatı == Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. == Yaradıcılığı == Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Abiyentin turşusu
Abiyentin turşusu - təbii qatran turşusu (C19H19COOH), kanifolun əsas tərkib hissəsi, 174-175oC-də əriyən kristal maddə. Efir, spirt və b. həlledicidə asan həll olur, suda həll olmur. == Tətbiqi == Saf formada quruducuların, boya və lakların, emulqatorların istehsalında istifadə olunur. Bu turşunun spirtləri (abietol, dihidroabietol) sabun (pambıq çapında istifadə olunan qatran sabunu adlanır), kosmetika istehsalında istifadə olunur. Turşu duzlarına abietatlar deyilir və yağların və sabunların qurudulması üçün qatılaşdırıcı kimi istifadə olunur. Ətir istehsalında da istifadə olunur. == Təhlükəsizlik == Zəif kontaktda alergendir. == Mənbə == A.Məhərrəmov, M.Allahverdiyev "Kiçik kimya ensklopediyası", Bakı-1997.
Acacia turgida
Acacia cornigera (lat. Acacia cornigera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia campecheana Schenck Acacia cornigera var. americana DC. Acacia cubensis Schenck Acacia furcella Saff. Acacia hernandezii Saff. Acacia interjecta Schenck Acacia rossiana Schenck Acacia spadicigera Schldl. & Cham. Acacia turgida Saff. Mimosa cornigera L. Tauroceras cornigerum (L.)Britton & Rose Tauroceras spadicigerum (Schldl.
Acalypha tunguraguae
Acalypha padifolia (lat. Acalypha padifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Achyrocline turneri
Achyrocline turneri (lat. Achyrocline turneri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.

Значение слова в других словарях