Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Güllü Eldar Tomarlı
Güllü Eldar Tomarlı (Güllü Eldar qızı Alıyeva; 13 iyul 1969, Rustavi) — Azərbaycan şairi, publisist. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Aşıq Pəri Məclisinin sədr müavini (2015–2022). == Həyatı == Güllü Eldar Tomarlı 13 iyul 1969-cu ildə Gürcüstanın Rustavi şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavi Politexnik Texnikomuna daxil olmuşdur. Təhsili bitirdikdən sonra, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmışdır. Rustavi Azərbaycanlılar Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü və Qadınlar şurasının sədri olmuşdur. Güllü Eldar Tomarlı Gürcüstanda, Azərbaycanda çap olunan qəzetlərdə şeirləri, publisistik məqalələri dərc edilib və Tiflis radiosunda səsləndirilmişdir. Tiflisdə nəşr olunan "Gürcüstan" qəzetinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri, "Mirvarid Dilbazi Poeziya Məclisi" ictimai birliyinin sədridir.
Romanov tomaresi
Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir. Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir. Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac. Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur.
Tomardaş
Tomardaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd. Rayon mərkəzindən 7 km şimal-qərbdə, Qotur çayının sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Tumardaş kimi qeyd edilmişdir. Toponim türk dilində «yamyaşıl bitkilər və yeraltı (qrunt) sularla dopdolu bataqlıq, təpəcik, daşlıq, kəsəkli yer>, «dağda, meşəsiz yerdə bataql;q» mənasında işlənən tomar sözündən və «dağ, qaya» mənasında işlənən daş sözündən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardakar (Güllüdaş) qoyulmuşdur.
Tomares Desinens
Tomares desinens (lat. Tomares desinens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Azərbaycanın endemik canlısıdır. 10 may 1971-ci ildə azərbaycanlı və sovet entomoloqu Rüstəm Məmməd-Əmin Əffəndi (1934–1991) Talış dağlarında Tomares cinsinə aid olan kəpənək cinsi aşkarlayır. Bu canlılar Tomares callimachus və Callophrys suaveola kəpənəkləri ilə birlikdə Onobrychis cornuta bitkisinin çiçəkləri üzərində uçurdular. Əffəndi ilk əvvək 10 dişi və 2 erkəkdən ibarət ekzemplyar aşkarlayır. Sonradan altı dəfə eyni əraziyə səfərlər təşkil edilsə də yeni fərdlər aşkarlanmır. Bu səbəbdən növə "Yoxa çıxmış" ləqəbi adı verilir. Ön qanadlarının uzunluğu 11–13 mm olur. Qanadların önü tünd-qəhvəyi olur və orta nahiyəsi tünd qırmızı olur.
Tomarlı
Tomarlı — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. Kəndin keçmiş adı Vanazadır (erm. Վանազա). 1965-ci ildə Vanaza adı dəyişdirilərək kənd Tomarlı adlandırılmışdır. Arxeoloji qazıntılara əsaslanaraq kəndin ərazisinin qədim yaşayış yeri olması fikrini söyləmək münkündür. Vanaza kəndində XVIII əsrin 40-cı illərinə qədər ermənilər yaşamışdır. Kənd 1744-cü ildə Nadir şah Əfşarın bölgəyə hücumu zamanı dağıdılmış və XIX əsrin əvvəllərinə qədər təxminən 55 il boş qalmışdır. XIX əsrin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqazın işğalına başlaması ilə 1801-1804-cü illərdə Borçalı mahalından və Naxçıvan qəzasından sıxışdırılaraq qovulan azərbaycanlılar bu kənddə məskunlaşmışdır. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 47 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 8 km uzaqlıqda yerləşir. 31 dekabr 2016-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 721 nəfər əhali yaşayır.
Tomarza
Tomarza (türk. Tomarza) — Kayseri ilinin ilçəsi.
Şiho Tomari
Şiho Tomari (d. 26 mart 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tomares
Tomares (lat. Tomares) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Tomares romanovi
Romanov tomaresi (lat. Tomares romanovi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin tomares cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir. Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir. Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac. Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur.
Komar
Yuxarı Komar (Culfa)
Tamar
Tamar digər versiyaları Tamara və ya Tamera yəhudi mənşəli qadın adıdır, "xurma", "xurma ağacı", "palma ağacı' mənasını daşıyır.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Toxmar
Toxmar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Toxmar oyk., sadə. Quba r-nunun Talabıqışlaq i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhali bəzən Təhmer do adlandırır. Keçmiş adı Toxmarqışlaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər qışlaq (binə) kimi yaranmış, kəndə çevrildikdən sonra oykonimin tərkibindəki qışlaq komponenti də düşmüşdür. Oykonim toxmar (gödək, qısa) və qışlaq komponentlərindən düzəlib, "gödək qışlaq" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 73 nəfər əhali yaşayır.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Çomar
Çomar — Rəcəb Tayyib Ərdoğanı kor-koranə dəstəkləyən stereotip fanat, dindar, milliyətçi, mühafizəkar və savadsız türklərə istinad etmək üçün istifadə edilən türkcə jarqon. Bu söz əvvəlcə Anadolunun kənd yerlərində sahibinə hədsiz sədaqətləri ilə tanınan iri çoban itləri üçün istifadə edilmişdir. Buna baxmayaraq, bu, Gəzi parkı etirazlarından sonra siyasi sözə çevrilmişdir. Bu söz mahiyyət etibarı ilə "rednek"in türkcə variantıdır. Türk Dil Qurumu bu sözün başqa bir mənasını "dözümsüz, kobud, aqressiv insan" kimi vermişdir.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Toar
Toar (fr. Thoard, oks. Toard) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04217. 2008-ci ildə əhalinin sayı 723 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 415 nəfər (15-64 yaş) arasında 292 nəfər iqtisadi fəal, 123 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 71.3%). 292 fəal şəxsdən 257 nəfəri (131 nəfər və 126 qadın), 35 nəfəri işsizdir (14 kişi və 21 qadın).
Katolikos Tomas
Katolikos Tomas - Albanların LXX (70-ci) katolikosu. == Katolikosluğu == Haqqında heç bir məlumat yoxdur. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Klarens Tomas
Klarens Tomas (23 iyun 1948) — Amerikalı vəkil, 1991-ci ildən bəri ABŞ Ali Məhkəməsinin hakimi. Ali Məhkəmədəki ikinci Afrikalı Amerikalıdır. ABŞ Ali Məhkəməsinin onilliklərdəki ən mühafizəkar hakim hesab edildi. Atası ailəsini erkən tərk etdiyi üçün anası və babası tərəfindən böyüdülmüşdür. Gəncliyində zənci tələbələrin irqi ayrı-seçkiliyə qarşı etirazlarına qatıldı. Vusterdə Müqəddəs Xaç Kollecini və Yel Universiteti Hüquq Fakültəsini bitirib. 1974–1977-ci illərdə Missuri Baş Prokurorluğunda, 1979–1981-ci illərdə senator Con Denfortun köməkçisi olmuşdur. 1981-ci ildə ABŞ-nin İnsan Haqları üzrə Təhsil Katibinin köməkçisi oldu və 1982-ci ildə Məşğulluq Bərabərliyi Komissiyasının prezidenti seçildi. 1990-cı ildə Prezident Corc Buş onu Kolumbiya Bölgəsi Apellyasiya Məhkəməsinin hakimi təyin etdi. Ağır cinayətlər törətmiş əqli cəhətdən geri qalan insanlar üçün edam cəzasının tətbiqini dəstəkləmək də daxil olmaqla bir sıra məsələlərdə sərt fikirləri ilə tanınır.
Otmar Hitsfeld
Ottmar Xitsfeld — Almaniyalı futbol mütəxəssisi Otmar Hitsfeld 12 yanvar 1949-cu ildə anadan olub. 2008-ci ilin yayından İsveçrə yığmasını çalışdıran Hitsfeldin yetirmələri bir il ərzində 10 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlubiyyətə uğrayıb. Bu məğlubiyyət onun debüt matçına təsadüf edib. Baş məşqçi qismində 2 Qitələrarası kubok, 2 Çempionlar Kuboku, 7 Almaniya, 2 İsveçrə çempionluğu, 3 Almaniya və 3 İsveçrə kubokunu qazanıb. 1997-ci və 2001-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Sent-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.
Stafford Tomas
Tomaş Zan
Tomaş Zan (pol. Tomasz Zan, belar. Тамаш Зан; 21 dekabr 1796 – 19 iyul 1855) — Polşa və Belarus şairi. O, Filomatlar Cəmiyyətinin üzvü, Adam Mitskeviç və Yan Çeçotun dostu olmuşdur. Zan yeni "inqilabi romantizm" adlanan ədəbi cərəyanın inkişafında mühüm rol oynamışdır. Vilnüs şairlərindən birincisi Belarus xalq yaradıcılığını siyasi proqramının bölmələrindən biri kimi tanımışdır. Tomaş Zan kasıb bir zadəgan ailəsindən gəlirdi. O, Vilna Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Alman ədəbiyyatı ilə tanış olan Zan Vilnada romantik poeziyanın yetişdiricisinə çevrilmişdir. O, balladalar yazmış, Bürgerin "Lenora" əsərini yenidən yazmış və əsərləri poetik ləyaqətlə parlamasa da, Mitskeviç dahiliyini oyatmışdır.
Luis Tosar
Luis Lopes Tosar (isp. Luis López Tosar; 13 oktyabr 1971) — tanınmış ispan aktyoru. == Həyatı == Luis Tosar 13 oktyabr 1971-ci ildə İspaniyanın Luqo şəhərində doğulub. Aktyorun uşaqlıq və yeniyetmə illəri həmin şəhərdə keçib. == Fəaliyyəti == Luis aktyorluq karyerasına teatr və qısametrajlı filmlərdə oynayaraq başladı, lakin 1998-ci ildə çəkildiyi "Mareas Vivas" serialındakı Andres Dominges rolu ilə məşhurlaşdı. Sonralar isə Tosar bir çox uğurlu filmlərdə ("Te doy mis ojos", "Miami Vice", "Celda 211", "Mientras duermes" və s.) oynayaraq həm tənqidçilərin, həm də tamaşaçıların böyük rəğbətini qazanır. Aktyor üç dəfə İspaniyanın milli film mükafatı "Qoya"ya layiq görülüb. == Filmoqrafiya == 1998 Atilano Presidente 1999 Flores de otro mundo 1999 Celos 1999 El corazón del guerrero 2000 Sé quién eres (I Know Who You Are) 2000 El váter susurra 2000 Leo 2000 La comunidad 2000 Besos para todos (Kisses for Everyone) 2001 Lena 2001 Visionarios 2001 Sin noticias de Dios 2001 Un asunto pendiente 2002 Semana Santa 2002 Los lunes al sol (Mondays in the Sun) 2002 Trece campanadas 2003 El lápiz del carpintero (The Carpenter's Pencil) 2003 El regalo de Silvia (Silvia's Gift) 2003 Te doy mis ojos (Take My Eyes) 2003 La flaqueza del bolchevique (The Weakness of the Bolshevik) 2003 La vida que te espera (Your Next Life) 2004 ¡Hay motivo! Segment: "Por tu propio bien" 2004 Inconscientes (Unconscious) 2005 One Day in Europe 2005 El mundo alrededor 2005 La noche del Hermano 2005 Aupa Etxebeste! 2006 Cargo 2006 El don de la duda 2006 Miami Vice 2006 Las vidas de Celia (Celia's Lives) 2007 Hotel Tívoli 2007 Casual Day 2007 Normal con alas 2008 La noche que dejó de llover 2009 The Limits of Control 2009 Celda 211 (Cell 211) 2010 La sinapsis del códice 2010 Mr.
Tomas Ellis
Tomas Con Ellis (17 noyabr 1978, Kardiff, Uels, Birləşmiş Krallıq) — Uelsli aktyordur. Bu günə qədər, bir çox serial və filmlərdə rol almışdır. 2016-cı ilə yayımlanan Lucifer adlı serialda, başrol olaraq aktoyluğunu etmişdir. Tomas Con Ellis 17 noyabr 1978-ci ildə Kardiffdə dünyaya gəldi. Onun atası Christopher John Ellis anası isə, Marilyn Jean idi. Onun üç bacısı var idi, biri isə onun əkizidir. Onun atası, əmisi və bacılarından biri Baptist vəzirlərindən olmuşdur. Tom John Ellis dünyaya gəldikdən sonra ailəsi İngiltərəyə köçdü və o, Cənubi Yorkşirin Şeffild şəhərində böyüdü. O, Şeffildin Yüksək Storrs Məktəbində oxumuş və Şeffild Şəhər Gənclər Orkestrində fransız buynuzu çalmışdır. Daha sonra Qlazqoda Kral Şotlandiya Musiqi və Dram Akademiyasında Dramatik Tədqiqatlar üzrə bakalavr dərəcəsini qazanmışdır.
Tomas Horsfild
Tomas Horsfild (ing. Thomas Horsfield; 12 may 1773, Filadelfiya, Pensilvaniya – 24 iyul 1859, London) — britaniya həkimi, zooloqu və botaniki. Iomys horsfieldii Cynopterus horsfieldii Crocidura horsfieldi Myotis horsfieldii Testudo horsfieldii Salea horsfieldii Myophonus horsfieldii Pomatorhinus horsfieldii Zoothera horsfieldi Cuculus horsfieldi Paragerydus horsfieldii Arhopala horsfieldi Kallima horsfieldi Horsfieldia An experimental dissertation on the Rhus vernix, Rhus radicans and Rhus glabrum, commonly known in Pennsylvania by the names of poison-ash, poison-vine and common sumach. Cist, Philadelphia 1798. Impressions of dried plants from Java. 1812. Systematic arrangement and description of birds from the island of Java. 1820. The History and antiquities of Lewes and its vicinity. Baxter, Lewes 1824.
Tomas Karleyl
Tomas Karleyl (həmçinin Karlayl ,ing. Thomas Carlyle, 4 dekabr 1795[…] – 5 fevral 1881[…], London) — şotland əsilli Britaniya yazıçısı, publisist, tarixçi və filosof, "Fransız inqilabı" (1837), "Qəhrəmanlar, qəhrəmanlara pərəstiş və tarixdə qəhrəmanlıq" (1841), " Prussiya II Fridrixin həyat tarixi" (1858–65) çoxcildlik əsərlərinin müəllifi. O, romantik "qəhrəman kultu" — öz əməlləri ilə ilahi taleyi yerinə yetirən və bəşəriyyəti irəliyə aparan, məhdud adi insanların izdihamından yuxarı qalxan Napoleon kimi şəxsiyyətləri müstəsna qəbul etmişdir. Viktoriya dövrünün parlaq stilistlərindən biri kimi də tanınır.
Tomas Barker
Tomas Barker (1769[…], Pontipul[d] – 11 dekabr 1847[…], Bat, Somerset qraflığı) — rəssam. Barker 1769-cu ildə Monmutşirdəki Pontipol kəndi yaxınlığındakı Trosnantda anadan olub. Onun atası Benjamin Barker bir vəkil oğlu idi. O həm də rəssamlıqla məşğul olurdu. Atası sadəcə at portleri çəkirdi. Barker heç vaxt rəsm dərsi almamışdır. Buna baxmayaraq yeniyetməlik yaşlarından bəzi fiqur və mənzərə rəsmləri çəkirdi. O, on altı yaşında olanda ailəsi Bata köçdü. Burada Çarlz Spakman adlı varlı adamın yanında istedadı üzə çıxdı və bir sənətkar kimi inkişaf etdi. Barker təxminən əlli il ərzində Kral Akademiyasında və Britaniya İnstitutunda sərgi iştirakçısı olub.
Tomas Nyukomen
Tomas Nyukomen (ing. Thomas Newcomen; 24 fevral 1663, Dartmut[d], Devon qraflığı – 5 avqust 1729, London) — ingilis ixtiraçısı; Nyukomenin buxar maşını kimi tanınan ilk istilik (buxar) mühərrikinin yaradıcılarından biri. 1705-ci ildə Dartmutlu şüşə ustası Con Kolli ilə birlikdə silindrinin olması ilə Severi maşınından fərqlənən ilk buxar (buxar-atmosfer) maşını qurdular. bir porşen və buxarın kondensasiyası (kondensasiyası) silindrin xarici hissəsinin su ilə yuyulması ilə həyata keçirilir. 1711-ci ildə Nyukomen buxar kondensasiyası texnologiyasını silindrin üzərinə xaricdən su tökməkdən silindrin içərisinə su vurmağa dəyişdirdi, bu da maşının sürətini əhəmiyyətli dərəcədə sürətləndirdi , lakin maşın hələ də vakuum olaraq qaldı, yüksək buxar təzyiqi ilə deyil, isti su buxarı olan bir silindrə soyuq suyun vurulmasından sonra yaranan aşağı vakuum təzyiqi ilə yəni iş vuruşu idi. Nyukomen öz ixtirası üçün patent ala bilmədi, çünki buxarlı su qaldırıcısı artıq 1698-ci ildə T. Severi tərəfindən patentləşdirilib və bununla da su buxarından istifadənin hər hansı imkanları təmin edilib; позднее они начали работать совместно; sonralar birlikdə işləməyə başladılar. Newcomenin üstünlüyü ondan ibarətdir ki, o, mexaniki işlərin istehsalı üçün buxardan istifadə ideyasını ilk həyata keçirənlərdən biri olmuşdur . Böyük Britaniya Texnologiya Tarixçiləri Cəmiyyəti onun adını daşıyır. 7 avqust 1729-cu ildə Londonda vəfat etmişdir. Maşın Denis Papin tərəfindən yaradılmış buxar qazanının prinsipinə əsaslanırdı, burada buxar silindri və nasosu konstruktiv olaraq qazanın özündən kənarda yerləşirdi.
Tomas Stafford
Tomas Patten Stafford (ing. Thomas Patten Stafford; 17 sentyabr 1930, Vezerford[d], Oklahoma – 18 mart 2024, Satellit Biç (Florida), Florida) — ABŞ astronavtı, HHQ briqada generalı. 1952-ci ildə ABŞ Hərbi Dəniz Akademiyasını bitirmişdir. 1962-ci ildə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) astronavtlar qrupuna daxil edilmişdir. 1965-ci il dekabrın 15–16-da "Cemini-6" kosmik gəmisinin 2. pilotu kimi kosmosa uçmuş (U. Şirra ilə birlikdə), 25 saat 51 dəqiqə ərzində Yer ətrafında 17 dövr etmişdilər. 1966-cı ilin iyulun 3–6-da "Cemini-9" kosmik gəmisinin komandiri kimi kosmosa uçmuş (Y. Sernanla birlikdə), 72 saat 21 dəqiqə ərzində Yer ətrafında 45 dövrə vurmuşdur (1.8 milyon kilometrdən çox). 1969-cu ilin mayın 18–26-da "Apollon-10" kosmik gəmisində Ayın süni peyki orbitinə çıxmış (C. Yanq və Y. Sernanla birlikdə), kosmik gəmidən ayrılan Ay kabinəsində Ayın səthinə 15 km yaxınlaşmışdır (Y. Sernanla). 8 saatdan sonra Ay kabinəsi təkrar kosmik gəmi ilə birləşmişdir. Uçuş 192 saat 3 dəqiqə davam etmişdir.