Tomardaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd.[2]
Kənd | |
Tomardaş | |
---|---|
40°40′ şm. e. 43°55′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Şörəyel mahalı |
Rayon | Ərtik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.600 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 7 km şimal-qərbdə, Qotur çayının sağ sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Tumardaş kimi[3] qeyd edilmişdir.
Toponim türk dilində «yamyaşıl bitkilər və yeraltı (qrunt) sularla dopdolu bataqlıq, təpəcik, daşlıq, kəsəkli yer>, «dağda, meşəsiz yerdə bataql;q» mənasında işlənən tomar sözündən[4] və «dağ, qaya» mənasında işlənən daş sözündən əmələ gəlmişdir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vardakar (Güllüdaş) qoyulmuşdur.