Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bombey
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Kovboy
Kovboy (en. cow-inək, boy-oğlan) - Amerikada at belində inək otaranlara və buna yaxın peşəli insanlara verilən ad. == İlk kovboylar == Şimali Amerikaya ilk dəfə avropalılar 17-ci əsrdə gəliblər. Yüz ildən artıq onlar Atlantik okeanının sahilində yaşayıblar. 19-cu əsrin əvvəllərində Birləşmiş Ştatlar (BŞ) qərbə tərəf istiqamət alarkən sərhəd Missisipi çayı boyunca idi. 1845-ci ildə Texas da BŞ-ın tərkibinə daxil oldu. 1853-cü ilədək isə bu ölkə Alyaskanı çıxmaq şərtilə müasir ərazilərə yiyələndi. Bu hadisə 2 mühüm problem yaratdı. Birincisi, minlərlə avropalı, daha doğrusu amerikalı Qərbə miqrasiya etdi ki bu geniş düzənliklərdə və onlardan da kənarlarda yeni həyat başladı. İkincisi isə Vətəndaş müharibəsi oldu (1861-1865).
Lombok
Lombok (ind. Lombok) — Malay arxipelaqına daxil olan, Kiçik Zond adalarına aid adadır. Ada İndoneziyaya məxsusdur. Cənubdan Hind okeanı, şimaldan isə Sakit okeana daxil olan Bali dənizi ilə əhatələnir. Lombok adasını qərbdən Bali adasından Lombok boğazı, şərqdən isə Sumbavadan Alas boğazı ayırır. == Coğrafiyası == Adanın sahəsi təxmini olaraq 5435 km² təşkil edir. Ada ümumilikdə oval formaya malikdir. Onun şimaldan cənuba eni 80 km, şərqdən qərbə uzunluğu isə 70 km-dən bir qədər azdır. Ən hündür nöqtəsi 3726 metr yüksəkliyə malik olan Rincani vulkanıdır Şimal-qərb və şimal-şərq sahillərinə yaxın kiçik adalar vardır. == Təbiəti == Lombokun relyefində kəskin yüksəliş müşahidə edilir.
Tambov
Tambov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Tombolo
Tombolo (relyef) — materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəx. Tombolo (İtaliya) — İtaliyada kommuna.
Tromboz
Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdirir (ateroskleroz, infeksiyalar və s.). Damar divarına bərkiməmiş və qan axını boyunca sərbəst dövr edən qan laxtasına emboliya deyilir . Tromboembolizm, ilkin əmələ gəlmə və fiksasiya yerindən qopmuş trombun parçası ilə qan damarının kəskin tıxanmasıdır. Tromb arteriya lümeninin kəsik sahəsinin 75% -dən çoxunu əhatə etdikdə, qan axını və müvafiq olaraq toxumaya oksigen o qədər azalır ki, hipoksiya əlamətləri və metabolik məhsulların, o cümlədən laktik turşunun yığılması görünür. Obstruksiya 90%-dən çox olduqda, hipoksiya, oksigenin tam çatışmazlığı və bədəndə hüceyrələri və toxumalarının ölümü müşahidə edilə bilər. Trombozun inkişafına aşağıdakı amillər (Virxov triadası) səbəb olur: qanın tərkibi (hiperkoaqulyasiya və ya trombofiliya); damar divarının zədələnməsi (endotel hüceyrələrinin zədələnməsi); qan axınının xarakteri (staz, turbulentlik).
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Qoboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Tobol
Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 km²-dir. Tobol Bozbie çayının Kokpektisay çayı ilə birləşməsindən meydana gəlir. Cənubi Uralsın şərq hissəsi ilə Turqay ovalığının sərhədində formalaşır. Çayın orta və aşağı axını Qərbi Sibir düzənliyində, dolama axara malik geniş bir vadidədir. Tobol hövzəsində ümumi sahəsi 9000 km² olan 20 minə yaxın göl vardır. Sağ sahil soldan yuxarı qalxır, çünki Tobol yer qabığının dərin bir hisssəsi üzərindən axır və Kurgan senkronioriumu və Tobolo-Ubagan yüksəlişi ilə məhdudlaşır. Qidalanmasının əsasını qar suları təşkil edir, yağış suları aşağı axarda üstünülk təşkil edir. Gursululuq yuxarı axarda aprelin birinci yarısından iyunun ortasına qədər, aşağı hissədə avqustun əvvəlinə qədər davam edir.
Keysuke Tsuboy
Keysuke Tsuboy (d. 16 sentyabr 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 40 oyun keçirib.
Kovboy Bibop
Cowboy Bebop (yap. カウボーイビバップ, azərb. Kovboy Bibop‎) — Şiniciro Vatanabe tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Film Takaki Tononun həyatının 10 ildən çoxunu əhatə edir.
Lombok boğazı
Lombok boğazı (ind. Lombok Selat) - Lombok boğazı Malay arxipelaqına aid olan İndoneziyaya məxsus Bali, Nusa Penida və Lombok adalarını ayırır. == Coğrafiyası == Sakit okeanına aid olan Bali dənizini (şimaldan) Hind okeanı (qərbdən) ilə birləşdirir. Boğazın cənub-qərbində Bali və Nusa Penida adaları arasında Badunq boğazına çevrilir. Ən dar yeri 18 km təşkil edir. Nusa Penida adası qərbdə, Lombok adası isə şərqdə yerləşir. Ən dərin yeri 1400 m təşkil edir ki, o da boğazın şimalında yerləşir. Ən dayaz yeri isə 250 m-dən aşağıdır. Boğaz İndoneziyanın iki vilayəti olan Bali və Qərbi Kiçik Zond adaları arasında sərhəd təşkil edir. Sahilində Bali adasında Manqqis və Kubu, Lombok adasında Matarom və Lembar şəhərləri yerləşir.
Necat Toksoy
Necat Toksoy (22 fevral 1946, İstanbul - 9 iyul 2019, İstanbul), — Türk müğənnisi və musiqiçisi. Müğənni və musiqiçi Necat Toksoy 22 fevral 1946-cı ildə İstanbulda anadan olub. İstanbul kişi orta məktəbini bitirmişdir. 1964-cü ildə öz musiqiçi dostları, Çetin Yavuzdoğan, Metin Yavuzdoğan, Cihat Günaydın və Zamir Manisalı ilə birlikdə onların yaratdıqları "mavi işıqlar" musiqi qrupunun solisti oldu. 1965-ci ildə "Qızıl Mikrofon" musiqi müsabiqəsində onlar ilk dəfə qrup kimi iştirak etmiş, Tvist üslubunda ifa etdikləri "Halva Halva" treki ilə ikinci yeri tutmuşlar. Bir il sonra, eyni müsabiqədə, 1966-cı ildə, onlar yenidən qrup kimi rok-stil "Çəmən Çəmən Ot Geze" track ikinci sırada iştirak etdi. Toksoy karyerasını 1960-cı və 1970-ci illərdə qrupla davam etdirərək, müxtəlif təşkilatlarda səhnəyə çıxır və albom üzərində işləyir. Dekadent musiqi işinin dekindən sonra onlar 1990-cı ildən qrupun keçmiş üzvləri ilə yenidən birləşərək musiqi işi ilə məşğul oldular. Toksoy'un səsindən "Yaxşı düşün", "Halva Halva" və "Çəmən Çəmən Ot Geze" parçaları səs gətirdi. Toksoy 1969-cu ildə evləndiyi həyat yoldaşı Leyla Balabandan iki qızı doğurdu.
Norbert Qombos
Norbert Qombos (13 avqust 1990, Qаlаntа) — ATP Çelencer Turunda iştirak edən və Slovakiya Davis Kuboku komandasının üzvü olan Slovakiya tennisçisi. 25 may 2015-ci ildə Dünya ATP reytinqində 103-cü sırada qərarlaşaraq şəxsi rekorduna imza atmışdır.
Nutsara Tomkom
Nutsara Tomkom (7 iyul 1985) – 2016-cı ildən Fənərbaxçanın şərəfini qoruyan toppaylayıcısı. Nutsara karyerasına ölkəsinin Vatbangkhongnoy klubunda başlamışdır. Azərbaycandakı karyerası isə 2010-cu ilə təsadüf edir. Azərreyl Bakıya transferindən sonra voleybolçu uğurlu çıxışı ilə diqqət çəkməyə başlamışdır. Bu səbəbdən də klubu ilə yeni müqavilə imzalayıb 2011–12 mövsümünü də Azərreyldə keçirmişdir. Tomkom 2012–13 mövsümünü də Bakıda keçirmişdir. Belə ki, o Azərreyli digər bir Bakı klubu İqtisadçıya dəyişmişdir. 2013-cü ildə dünyanın ən yaxşısı seçilmişdir. Burada Azərbaycan çempionatının gümüş medallarına da yiyələnən voleybolçu Azərbaycandakı legioner həyatını sonlandırmamağı qərara almışdır. 2013-cü ildə Rabitə Bakıya transfer olunan voleybolçu burada bir-birindən dəyərli təcrübələr qazanmışdır.
Qustavo Tsuboy
Qustavo Tsuboy (31 may 1985) — Braziliyanı təmsil edən stolüstü tennisçi. Qustavo Tsuboy Braziliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Qustavo Tsuboy Braziliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Qustavo Tsuboy Braziliyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Tembot Keraşev
Tembot Məhəmmədoviç Keraşev (rus. Тембот Магометович Кера́шев; 16 avqust 1902 – 8 fevral 1988, Maykop, Krasnodar diyarı) — adıge-sovet yazıçısı, "Stalin" mükafatı laureatı (1948), 1928-ci ildən Sov. İKP(b) üzvü. Tembot Keraşev 16 avqust 1902-ci ildə Koşehabl kəndində (indiki Adıgeya) kəndli ailəsində anadan olmuşdur. O, özəl tatar məktəbini bitirmiş, 1913–1914-cü illərdə Ufada müəllim seminariyasında, 1918–1920-ci illərdə Abinskaya kəndində realnıy məktəbində, daha sonra Krasnodar Politexnik İnstitutunda (indiki Kuban Dövlət Texnologiya Universiteti) oxumuş, 1929-cu ildə Moskva Sənaye-İqtisad İnstitutunu (indiki Dövlət Menecment Universiteti) bitirmişdir. Bundan sonra Keraşev Adıge Muxtar Vilayətinə qayıtmış və burada regional qəzetin redaktoru, adıgey milli nəşriyyatının müdiri olaraq çalışmışdır. O, 1931-ci ildə Adıgey Elmi-Tədqiqat Yerli Tarix İnstitutunun direktoru təyin edilmiş, 1934–1936-cı illərdə Krasnodar İnstitutunda dosent vəzifəsində çalışmış, ardınca Elmi-Tədqiqat Diyarşünaslıq İnstitutuna elmi işçi kimi qayıtmışdır. Keraşev çərkəzlərin şifahi poeziyasından nümunələr toplamış, folklor əsərləri topluları tərtib etmiş və ədəbiyyat üzrə dərsliklər hazırlamışdır. O, 8 fevral 1988-ci ildə vəfat etmiş, Maykopdakı Yeni qəbiristanlıqda dəfn edilmişdir. Keraşevin oğlu Aslanbəy tanınmış jurnalistdir.
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Vilyam Tomson
Vilyam Tomson (general)
Anal tromboz
Anal tromboz — Anal kanal ətrafında hemorroidal damar yumaqcıqlarının (kavernoz cisimciklərin) birinin və ya bir neçəsinin mənfəzinə qan laxtasının toplanması hadisəsidir.
Corc Tomson
Sör Corc Paget Tomson (3 may 1892[…], Kembric – 10 sentyabr 1975[…]) — İngilis fizik. Elektron difraksiyası ilə elektronun dalğa xüsusiyyətlərini kəşf etdiyinə görə 1937-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Cowboy Carter
"Cowboy Carter" (həmçinin "Act II: Cowboy Carter" adlandırılır) — ABŞ müğənnisi Beyoncé tərəfindən 29 mart 2024-cü ildə Parkwood və Columbianın iştirakı ilə çıxarılmış səkkizinci studiya albomudur.
Tomoya Takaişi
Tomoya Takaişi (高石 ともや, Takaişi Tomoya, 9 dekabr 1941 – 17 avqust 2024) və ya doğum adı ilə Tomoya Şiriişi (高石 友也) – Yaponiya xalq müğənnisi. == Həyatı == 1941-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında doğulmuşdur. Tokioda yerləşən Rikkyo Universitetində təhsil alarkən 1966-cı ildə Kansay regionuna səfər etmiş və Osaka işçilərinin musiqi şurası konsertində ifa etmişdir. O, Yaponiyanı səyahət edərək tələbə və işçi aksiyalarında oxumuşdur. Vyetnam müharibəsinə qarşı olan "Beheyren" təşkilatının əsas üzvləri Makoto Oda və Şunsuke Tsurumi, eləcə də, yazıçı Takeşi Kayko ilə dost olmuşdur. Takaişi 1968-ci ildə "Jukensei Blues" sinqlını buraxmışdır. Mahnı böyük uğur qazanmış və 900.000-dən çox nüsxəsi satılmışdır. O, 1971-ci ildə Cunci Şirota və digərləri ilə "The Natarsher Seven" qrupunu qurmuşdur. Kansay regionunun aparıcı xalq müğənnilərindən olan Takaişi 1973-cü ildə Rokusuke Ey və digərləri ilə birlikdə Kiotoda Yoyyoiyama konserti ənənəvi tədbirinin əsasını qoymuşdur. Tədbir 2011-ci ilə qədər davam etmişdir.
Tomoya Şiriişi
Tomoya Takaişi (高石 ともや, Takaişi Tomoya, 9 dekabr 1941 – 17 avqust 2024) və ya doğum adı ilə Tomoya Şiriişi (高石 友也) – Yaponiya xalq müğənnisi. == Həyatı == 1941-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında doğulmuşdur. Tokioda yerləşən Rikkyo Universitetində təhsil alarkən 1966-cı ildə Kansay regionuna səfər etmiş və Osaka işçilərinin musiqi şurası konsertində ifa etmişdir. O, Yaponiyanı səyahət edərək tələbə və işçi aksiyalarında oxumuşdur. Vyetnam müharibəsinə qarşı olan "Beheyren" təşkilatının əsas üzvləri Makoto Oda və Şunsuke Tsurumi, eləcə də, yazıçı Takeşi Kayko ilə dost olmuşdur. Takaişi 1968-ci ildə "Jukensei Blues" sinqlını buraxmışdır. Mahnı böyük uğur qazanmış və 900.000-dən çox nüsxəsi satılmışdır. O, 1971-ci ildə Cunci Şirota və digərləri ilə "The Natarsher Seven" qrupunu qurmuşdur. Kansay regionunun aparıcı xalq müğənnilərindən olan Takaişi 1973-cü ildə Rokusuke Ey və digərləri ilə birlikdə Kiotoda Yoyyoiyama konserti ənənəvi tədbirinin əsasını qoymuşdur. Tədbir 2011-ci ilə qədər davam etmişdir.