Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trim
Trim və ya tənzimləmə flanşı (fletneri) — Hündürlük sükanı, qanadcıq və ya istiqamət rulu kimi daha böyük idarəetmə səthlərinə quraşdırılmış və pilot tərəfindən idarə olunan ikinci dərəcəli nəzarət səthləridir. Trim səthlər pilot tərəfindən bağlandığı səthlə bucaq ilə düzəldilir və təyyarənin istənilən vəziyyətdə çox güc sərf olunmadan uçmasına kömək edir. Azərbaycan aviasiyasında, trim, servo və balans tab kimi bütün ikinci idarəetmə səthlərinə fletner deyilir. Demək olar ki, bütün təyyarələrdə hündürlük sükanı trimi, çox mühərrikli təyyarələrdə istiqamət sükanı trimi, qabaqcıl təyyarələrdə də bundan əlavə qanadcıq trimi vardır. Hündürlük sükanı əvəzinə hamısı hərəkət edən monolitik üfüqi sabitləyici (stabilizator) olan təyyarələrdə hündürlük trim idarəsi bütün stabilizatoru hərəkət etdirir. Trimin iş prinsipi əlavə olunduğu əsas nəzarət səthinə çox bənzəyir. Trim tənzimlənməsi pilot tərəfindən dairə və ya düymə şəklindəki nəzarətedici dəqiq şəkildə istifadə edilərək həyata keçirdilir. Tənzimləyicilərin məqsədi uçuş zamanı uçuş idarəetmə orqanlarındakı yükü götürərək pilot tərəfindən təyyarənin idarə edilməsini asanlaşdırmaq və uçuş təhlükəsizliyini artırmaqdır. Trim hər hansı bir nəzarət səthinin ox (qarmaq) xəttindəki fırlanma anını sıfıra endirmək üçün istifadə olunur. Bu, pilotun istənilən uçuşa nəzarət sisteminə davamlı güc tətbiq etmək ehtiyacını aradan qaldırır.
Baccharis trimera
Baccharis trimera (lat. Baccharis trimera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Baccharis trimeroides
Baccharis trimeroides (lat. Baccharis trimeroides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Brassica trimestris
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Bulbophyllum trimenii
Bulbophyllum trimenii (lat. Bulbophyllum trimenii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Devid Trimbl
Uilyam Devid Trimbl, Baron Trimbl (15 oktyabr 1944[…], Belfast – 25 iyul 2022, Belfast) — 1998-2002-ci illərdə Şimali İrlandiyanın ilk birinci naziri və 1995-2005-ci illərdə Olster Birlik Partiyasının (UUP) lideri olmuş Britaniya siyasətçisi. O, həmçinin 1990-2005-ci illərdə Yuxarı Bann üçün Parlament üzvü (MP) və 1998-2007-ci illərdə Yuxarı Bann üçün Qanunvericilik Assambleyasının (MLA) üzvü olmuşdur. 2006-cı ildə o, Lordlar Palatasının ömürlük həmkarı oldu və bir il sonra Mühafizəkarlar Partiyasına qoşulmaq üçün Olster Birlik Partiyasından ayrıldı. Trimbl 1970-ci illərdə Belfast Kraliçası Universitetində hüquq müəllimliyi karyerasına başladı və bu müddət ərzində o, paramiliterlərlə əlaqəli Avanqard Birlik Tərəqqi Partiyası ilə məşğul olmağa başladı. 1975-ci ildə Şimali İrlandiya Konstitusiya Konvensiyasına seçildi və ABTP-ı dağıldıqdan sonra 1978-ci ildə Olster Birlik Partiyasına qoşuldu. Belfast Universitetində qalaraq, 1990-cı ildə Yuxarı Bann üçün millət vəkili seçilənə qədər akademik karyerasını davam etdirdi. 1995-ci ildə gözlənilmədən Olster Birlik Partiyasının lideri seçildi. O, 1998-ci ildə Belfast sazişi ilə nəticələnən danışıqlarda mühüm rol oynadı və (Con Hyum ilə birlikdə) səylərinə görə həmin il Nobel sülh mükafatına layiq görüldü. Daha sonra o, Şimali İrlandiyanın birinci naziri seçildi. 2005-ci il ümumi seçkilərində məğlub olduqdan sonra Trimbl qısa müddət sonra Olster Birlik Partiyasının rəhbərliyindən istefa verdi.
Erigeron trimorphopsis
Erigeron trimorphopsis (lat. Erigeron trimorphopsis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Mikania trimeria
Mikania trimeria (lat. Mikania trimeria) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Trimalxio
Trimalxio (lat. Trimalchio) — Qədim Roma Satirikon romanından sonradan varlanmış və azad edilmiş qul olsa da kölə zövqlü, əqidə və ədəb-ərkanlı bir personaj. Trimalxio adı malaxio — yun. αηδής — murdar, mənfur və lat. tri — üçlü sözlərinin birləşməsindən yaranmış üçqat murdar mənasını daşıyır. Romanda Trimalxio Qədim Roma ənənəsinə görə piröncəsi hamama daxil olan Enkolpiy və Askilt (əsər qəhrəmanları) ilə qarşılaşaraq təsvir edilmişdir. Bu zaman daz qoca Trimalxio çəhrayı köynəkdə yekəpər qullar və qıvrımsaç oğlan uşaqları ilə firuzəyi rəngli topla oynayır. Onun qullarından biri əlində onun gündəlik təbi təlabatını icra etməsi üçün gümüş ləyən tutmuşdur. Trimalxio "işini" bitirdikdən sonra əllərini qulluqçunun saçlarına silir. Təşkil etdiyi orq məclislərində utanmadan öz cinsi həyatından, on dörd il öz ağasına qadın nəvazişi göstərməsindən, və onun xanımının da "dadına" baxmasından danışardı.
Trimalxion
Trimalxio (lat. Trimalchio) — Qədim Roma Satirikon romanından sonradan varlanmış və azad edilmiş qul olsa da kölə zövqlü, əqidə və ədəb-ərkanlı bir personaj. Trimalxio adı malaxio — yun. αηδής — murdar, mənfur və lat. tri — üçlü sözlərinin birləşməsindən yaranmış üçqat murdar mənasını daşıyır. Romanda Trimalxio Qədim Roma ənənəsinə görə piröncəsi hamama daxil olan Enkolpiy və Askilt (əsər qəhrəmanları) ilə qarşılaşaraq təsvir edilmişdir. Bu zaman daz qoca Trimalxio çəhrayı köynəkdə yekəpər qullar və qıvrımsaç oğlan uşaqları ilə firuzəyi rəngli topla oynayır. Onun qullarından biri əlində onun gündəlik təbi təlabatını icra etməsi üçün gümüş ləyən tutmuşdur. Trimalxio "işini" bitirdikdən sonra əllərini qulluqçunun saçlarına silir. Təşkil etdiyi orq məclislərində utanmadan öz cinsi həyatından, on dörd il öz ağasına qadın nəvazişi göstərməsindən, və onun xanımının da "dadına" baxmasından danışardı.
Trimetoprim/sulfametoksazol
Trimetoprim/sulfametoksazol (TMP/SMX), yaxud, ko-trimoksazol (ing. Trimethoprim/sulfamethoxazole) — müxtəlif bakterial infeksiyaların müalicə və profilaktikasında istifadə edilən antibiotik xassəli preparat. 6-da 1 hissəsi trimetoprim, 6-da 5 hissəsi isə isə sulfametoksazoldur. Yaxud, adi Trimetoprim/sulfametoksazol həbləri 80 milliqram trimetoprimdən və 400 milliqram sulfametoksazoldan ibarət olur. Bu sidik yollarının infeksiyası, MRSA dəri infeksiyası, ishal, tənəffüs yolları infeksiyası, vəba və bu tip digər xəstəliklərə qarşı istifadə olunur. Bu həm də HIV/QİÇS xəstələri üçün pnevmosist pnevmoniyanın profilaktika və müalicəsində də tətbiq edilə bilər. Bu ağız yolu ilə, yaxud daxilə yeridilmə yolu ilə qəbul edilir. Əks-təsir kimi, əsasən ürək bulanma, qusma, səpmə və diareya, bəzən isə ciddi allergiya reaksiyaları və Psevdomembranoz kolit də baş verə bilər. Ondan hamiləliyin sonuna yaxın istifadə edilməsi məsləhət görülmür. Döş əmizdirmə dövründə də bu pereparatdan istifadə edilməməlidir, əgər mümkündürsə.
Trimorpha
Xırdaləçək (lat. Erigeron) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Conyzoides Fabr. Panios Adans.
Trimorpha lonchophylla
Erigeron lonchophyllus (lat. Erigeron lonchophyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Trimorphaea
Trimurti
Trimurti (sanskr. त्रिमूर्ति, trimūrtiIAST) — hinduist panteonuna daxil olan üç əsas tanrını (Brahma-yaradıcı, Vişnu-qoruyucu və Şiva-dağıdıcı) birləşdirən triada. Hindistan ariləri dünyanın yaradıcısı olan Tanrıya da inanırdılar və onu Brahma, yəni əzəli və əbədi olan varlıq adlandırırdılar. Onların ilk zamanlarda bütləri və bütxanaları yox idi. Dini mərasimlərini isə açıq havada həyata keçirirdilər və onların sitayiş etdikləri Tanrılar səma cismləri olan erkək Tanrılar idilər. Sonrakı dövrlərdə saysız-hesabsız bütlər və bütxanalar meydana çıxdı və Ana ilahə, yer ilahəsi, Kobra ilanı və sair məfhumları da Tanrılaşdıraraq öz Tanrılarının cərgəsinə əlavə etdilər. Brahma qədim hindlilərdə baş tanrı, yaradıcı tanrı, kainatın yaradıcısıdır. Adətən ququşu üstündə oturmuş halda, qırmızı, şanagülləyi gözlü, saqqallı təsvir olunur, dörd üzü, dörd bədəni, səkkiz əli var və bu əllərdə Vedanın dörd kitabı, hakimiyyət bildirən əsa, Qanq çayının suyu ilə doldurulmuş qab, qurban qaşığı, bəzən şanagüllə çiçəyi, mirvari dəsti və ox var. Brahma əqlin gücü ilə qızıl yumurtanı iki yerə böldü: birindən Yeri yaratdı, digərindən isə səmanı; onların arasında hava qatı əmələ gəldi. Sonra beş ünsür (su, od, torpaq, hava, efir) əmələ gəldi, bundan sonra şüur, daha sonra isə tanrılar, qurbanvermə, Vedanın üç kitabı, ulduzlar, zaman, dağlar, düzənlər, dənizlər, çaylar, nəhayət, insanlar, danışıq, qəzəb, sevinc, ehtiras, etiraf, ziddiyyetlər (isti - soyuq, quru - nəm, kədər - sevinc 81 və s.) meydana gəldi.
Paraseiulus trimediosetus
Paraseiulus soleiger (lat. Paraseiulus soleiger) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Trifolium tridentatum f. trimorphum
Trifolium willdenovii (lat. Trifolium willdenovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Trifolium willdenovii var.
Trifolium trimorphum
Trifolium willdenovii (lat. Trifolium willdenovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. Trifolium willdenovii var.
Trimeris
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Trimerisma
Platylophus (lat. Platylophus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Qrim
Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir. Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur.
Trir
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Tim
Tim — vəzifəsi yüz metrlik bir sahəsi atəş gücüylə idarə altına almaq olan iç təhlükəsizlik hərəkatında vəzifə yerinə yetirən ən kiçik əsgəri vahiddir. Komandiri ümumiyyətlə Çavuş olmaq üzrə ən az Kapral rütbəsindədir.
Fatih Terim
Fatih Terim (4 sentyabr 1953, Adana) — Qalatasarayın və Türkiyə millisinin keçmiş baş məşqçisi. Terim 2013–2017-ci illərdə İtaliyada (Milan və Fiorentina) və Türkiyədə bir neçə kluba, həmçinin Türkiyə milli futbol komandasına rəhbərlik edib. == Həyatı == 4 sentyabr 1953-cü ildə Adanada anadan olub. Futbolçu karyerasında Türkiyə millisinin və Qalatasarayda yarımmüdafiəçi kimi çıxış edib. == Karyera == Türkiyənin ən uğurlu məşqçisi Fatih Terim indiyədək xaricdə "Fiorentina" və "Milan" klublarının baş məşqçisi olub. 58 yaşlı mütəxəssis, 2013-cü ilin sentyabrın 24-nə qədər Qalatasaray klubuna rəhbərlik edirdi. Fatih Terim klub tərəfindən sentyabrın 24-ü istefaya göndərilmişdir və Türkiyə millisinin baş məşqçi postuna gətirilmişdir.
Georgi Brim
Georgi Brim (18 sentyabr 1935, Kirovka, Qazax rayonu – 19 may 1999, Landshut, Bavariya) — rəssam.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Trir kürfürstlüyü
Trir kürfürstlüyü (alm. Kurfürstentum Trier‎ və ya alm. Kurtrier‎; fr. Électorat de Trèves) IX əsrin sonundan XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-yepiskopluğu idi. Bu kürfürstlük avtomatik Trir yeparxiyasının arxiyepiskopuna verilirdi. İmperiyada Trir kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Köln kürfürstlüyü. Kürfürstlərin paytaxtı Trir idi; XVI əsrdən etibarən isə kürfürstün əsas iqamətgahı Koblensdə idi. 1803-cü ildə alman vasitəçiliyi zamanı kürfürstlük dünyəviləşdirildi. Trir kürfürstü arxiyepiskop kimi ərazisi kürfürstlüyə uyğun gəlməyən Trir yeparxiyasını da idarə edirdi.
W-Trio
W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.
Nihad Erim
İsmayıl Nihad Erim (1912[…], Kandıra[d], Kocaeli ili – 19 iyul 1980[…], Qartal[d], İstanbul ili və ya İstanbul) – Türkiyəli siyasətçi və hüquqşünas. O, 1971-ci ildə Türkiyə hərbi memorandumundan sonra təxminən 14 aya yaxın müddətdə Türkiyənin 13-cü Baş naziri olaraq çalışıb. O, 1980-ci ildə İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası/Cəbhəsi tərəfindən öldürülüb. Nihad Erim Rəif Erim və Məcidə Erimin övladı olaraq Türkiyənin Qocaəli vilayətinin Kandıra qəsəbəsində doğulub. Qalatasarayda orta məktəbi bitirib. 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra o, 1939-cu ildə Parisdə Hüquq fakültəsində doktorluq dərəcəsində təhsil alıb. Sonra Türkiyəyə qayıdıb və 1939-cu ildə dosent və 1942-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsinin professoru olub. O, 1943-cü ildə hələ universitetdə oxuduğu müddətdə Türkiyə Xarici İşlər Nazirliyinə hüquq məsləhətçisi təyin edilib. Həmçinin o, 1945-ci ildə San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının yaradılmasına dair konfransda Türkiyə komitəsində məsləhətçi olaraq çalışıb. Həmin il o, TBMM-də Qocaəli vilayətinin nümayəndəsi seçilib və parlamentdəki Cümhuriyyət Xalq Partiyası qrupuna qoşulub.
Ahmedowsky Trio
Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu. == Bioqrafiya == 2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub. Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam və ya asid caz kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival, Türkiyədə İstanbul Caz Festivalında və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi. Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Krim Paff
Krim Paff (ing. Creme Puff; 3 avqust 1967, Austin, Texas, ABŞ — 6 avqust 2005, orada.) — 38 il 3 gün yaşayan bir pişik. Ginnesin Rekordlar Kitabına 2010-cu ilə qədər qeydə alınan ən uzun ömürlü pişik kimi daxil edilmişdir . Dünyanın ən uzun ömür sürən pişiyinin İngiltərənin Cənubi Uelsdəki Lanelli şəhərində yaşayan Luci adlı bir pişik olduğu iddia edilirdi. O, 2015-ci ildə 43 yaşında öldü, ancaq bu rekord təsdiqlənməmiş və Ginnesin Rekordlar Kitabında qeyd olunmamışdır. == Ceyk Perri və pişikləri == Krim Paff, sahibi Ceyk Perri ilə birlikdə ABŞ-nin Texas, Ostin (Austin) şəhərində yaşayırdı. Perri ayrıca Granpa Reks Allen adlı bir Sfinks pişiyinə də sahib idi. Granpanın 1964-cü ildə Parisdə doğulduğuna və 1998-ci ildə 34 yaş 2 aylığında öldüyünə inanılır. Pişik ölümündən sonra 1999-cu ildə "Cats and Kittens" jurnalı tərəfindən "İlin pişiyi" adına layiq görülmüşdür. Granpa əvvəllər rekordu Krim Paff tərəfindən qırılana qədər ən uzun ömür sürən pişik kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Oliver Tri
Oliver Tri Nikell (29 iyun 1993, Santa-Kruz[d], Kaliforniya) — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü. Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb". Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.
Rim Yaquzin
Rim Yaquzin (başq. Рим Зәйнәғәбит улы Янғужин; 15 noyabr 1941, Sterlitamak rayonu, Başqırd MSSR – 11 noyabr 2007, Ufa, Başqurdıstan, Rusiya) — Sovet və rus etnoqrafı, başqırdların etnogenezi və etnik tarixi problemləri, eləcə də onların ənənəvi iqtisadiyyatı və sosial quruluşunun öyrənilməsi üzrə mütəxəssis. Tarix elmləri doktoru (1990), professor (1991). 5 noyabr 1941-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sterlitamak rayonunun Ayuçevo kəndində anadan olmuşdur. İşimbay şəhərinin 3 nömrəli orta məktəbini (sonradan 2 saylı internat məktəbi), 1964-cü ildə isə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini qızıl medalla bitirmişdir. Moskva Dövlət Universitetinin Etnoqrafiya kafedrasında aspiranturada oxumuş və 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1968-ci ildən Başqırd Dövlət Universitetində çalışmış, baş müəllim, dosent, professor və SSRİ tarixi kafedrasının müdiri, 1991-ci ildən Başqırdıstan tarixi və etnoqrafiya kafedrasının müdiri olmuşdur. 1989-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetində "18-19-cu əsrlərdə Başqırd xalqının iqtisadiyyatı və sosial quruluşu" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiya müdafiə etmişdir. Rim Yaquzin ictimai işlərdə çox iştirak edir. Kəndlərdə və qəsəbələrdə Başqırdların etnologiyasından mühazirələr oxuyur.
Tim Bak
Timoti Bak (ing. Timothy Buck; 6 yanvar 1891 – 11 mart 1973, Toronto) — Kanada kommunist və fəhlə hərəkatı xadimi. O, Kanada Kommunist Partiyasının (KKP) təşkilatcılarından biri olmuşdur. Tim Bak 6 yanvar 1891-ci ildə Birləşmiş Krallıqda anadan olmuşdur. O, 1910-cu ildə Kanadaya mühacirət etmişdir. Bak 1921–1929-cu illərdə Kanada Həmkarlar İttifaqları Birliyi Liqasının, 1929–1962 illərdə isə Kanada Kommunist Partiyasının (KKP) baş katibi idi. O, 1935–1943-cü illərdə Kominternin İcraiyyə Komitəsinin üzvü olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1962–1973-cü illərdə KKP-nin sədri idi. Progress Books Online Contains PDF versions of Put Monopoly Under Control and Canada and the Russian Revolution by Tim Buck Tim Buck, Too by Morris Wolfe on Tim Buck's 1931 trial.
Tim Conway
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tim Dankan
Tim Dankan, (25 aprel 1976[…]) karyerasını başa vurmuş, 19 il NBA komandalarından olan San-Antonio Spörs forması geymiş peşəkar amerikalı basketbolçu. Tim Dankan NBA tarixində ilk 3 mövsümdə liqanın bütün simvolik komandalarına düşən 2–ci basketbolçudur. 1976-cı ildə anadan olan Dankan basketbolla 9-cu sinifdən məşğul olmağa başlayıb. Uşaqlıqda üzgüçülüyə gedən Tim 400 metr məsafəyə sərbəst üsulda öz yaş qrupunda ölkə çempionu olub. Lakin 1989-cu ildə Xyuqo Uraqanı hovuzu yararsız hala gətirdikdən sonra o üzgüçülüklə vidalaşır. Veyk Forestdə psixolgiyadan təhsil alan Dankan soyuq silah kolleksiyası toplayır. Onun kolleksiyasında hətta uzunluğu 92 santimetr olan Samuray qılıncı da var. San-Antonio Spörs komandasının bütün ev oyunlarında xeyriyyə məqsədilə 25 bilet alaraq azarkeşlərə verən Dankan 2000-ci ildə boulinq turniri təşkil edərək, oradan əldə edilən 100000 dolları xarçənglə mübarizə edən xəstəlik fonduna yönəldib. Həmçinin bir neçə şirkətlə reklam müqavilələrindən gələn gəliri də ehtiyacı olan xərçəng xəstələrinin müalicəsinə ünvanlayıb. Bundan əlavə ənənəvi qolf turniri təşkil edərək mənfəəti Kids sorts Netvork təşkilatına keçirir.
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Tim Don
Tim Don (14 yanvar 1978) — Birləşmiş Krallıqı təmsil edən triatlonçu. Tim Don Birləşmiş Krallıqı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 10-cu pillədə başa vurdu. Daha sonra Tim Don Birləşmiş Krallıqı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 18-ci pillədə başa vurdu. Növbəti dəfə Tim Don Birləşmiş Krallıqı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Tri (havar)
Sir — Qafqaz Albaniyası ərazisində qədim şəhər və nahiyə. Qədim-qayım Qarabağın tarixi mahallarından biri də Sirdir. Tarix boyu Ermənistanın sərhədləri içərisinə daxil olmamış bu ərazini erməni saxtakarları özününküləşdirirlər. Dərsliklərinə, "Tarix" kitablarına salıblar. Gəlin tarixə nəzər salaq. Qədim Alban (Aran) tarixçisi M. Kalankatuklu yazır ki, Sir Albaniyanın ərazisindədir. Hətta buranı şəhər kimi təqdim edir. O yazır: "Isanın naminə şəhid olan müqəddəslərin qaxımış cəsədləri olan yerdə, Tsri adlanan şəhərdə çoxlu əlamətdar hadisə və möcüzələr baş vermişdi. M. Kalankatuklu kitabının 17 fəslində Sirdən vilayət kimi bəhs edir: "Elə həmin ildə beyləqanlılar (pavlikilər-Ə. Ç.) gəldilər və Sünik, Tsri (Sir-Ə. Ç.) və Amaras vilayətlərini talan etdilər". Sir şəhərini və vilayətini erməni müəllifləri Tsri kimi qeyd edirlər.
Tim Kuk
Timothy D. "Tim" Cook (1 noyabr 1960, Mobil, Alabama) — Stiv Jobsun 24 avqust 2011 tarixində Apple-ın CEO-luğundan ayrılmasından sonra təyin olunan CEO-su. Kuk Apple-da 1998-ci ildən işləyir.
Tim Makkord
Tim Pik
Tim Pik (ing. Timothy Nigel Peake; 7 aprel 1972, Çiçester[d]) — Avropa Kosmik Agentliyinin astronavtı. Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.]. — London : Century, 2016. — 239 p. — ISBN 978-1780897158. — OCLC 975302603. Peake T. Hello, is this planet Earth? : my View from the International Space Station : [англ.].
Tim Robbins
Tim Robbins (16 oktyabr 1958[…]) — amerikalı aktyor, kinorejissor və musiqiçi. O, The Şouşenkdən qaçış (1994) filmində Endi Dyufrey obrazı ilə tanınır və Oyunçu (1992) və Mistik çay (2003) filmlərindəki rollarına görə Akademiya Mükafatı və iki Qızıl Qlobus Mükafatı qazanıb.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
Krım
Krım, Krım yarımadası (ukr. Крим, rus. Крым) və ya Qırım, Qırım yarımadası (krımtat. Qırım, türk. Kırım, osman. قريم, azərb-əbcəd. قريم) — Ukraynanın tərkibində yarımada. Yarımadada Krım Respublikası yerləşir. Yarımada Or bərzəxi vasitəsilə materikə birləşir. 2014-cü ildən Rusiya Federasiyasının işğalı altındadır.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
Dəstgirdə (Tarım)
Dəstgirdə (az.-əski. دستگیرده‎, fars. دستجرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,169 nəfər yaşayır (386 ailə).
Gilvan (Tarım)
Gilvan- İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,508 nəfər yaşayır (803 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Gövhər (Tarım)
Gövhər (az.-əski. گؤوهر‎, fars. گوهر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 604 nəfər yaşayır (199 ailə).
Həriş (Tarım)
Həriş (az.-əski. هریش‎, fars. آرشت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 526 nəfər yaşayır (170 ailə).
Krım-saqqız
Payız zəncirotu (lat. Taraxacum hybernum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin zəncirotu cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Taraxacum pobedimoviae Schischk.
Krım MR
Krım Muxtar Respublikası (rus. Автономная Республика Крым; ukr. Автономна Республіка Крим; krımtat. Qırım Muhtar Cumhuriyeti) — Ukrayna tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublikadır. 2014-cü ildən etibarən referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. İnzibati mərkəzi Simferopol şəhəridir. == Əhalisi == 1 fevral 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 1.965.538 nəfərdir. Onlardan 1.233.451 nəfəri şəhərlərdə, 732.087 nəfəri isə kəndlərdə yaşayır. === Milli tərkibi === == İnzibati quruluşu == Krım Muxtar Respublikası 14 rayondan və 10 respublika tabeli şəhərdən ibarətdir. Yarımadada yerləşən Sevastopol şəhəri Krım Muxtar Respublikasına daxil deyil.
Krım Platforması
Krım Platforması (ukr. Кримська платформа, ing. Crimea Platform, krımtat. Qırım platforması) — Bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin yaratdığı diplomatik təşəbbüsdür. 2014-cü ildə Krımın Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini ləğv etmək və Rusiya-Ukrayna münasibətlərini bərpa etmək üçün beynəlxalq koordinasiya mexanizmi olaraq hazırlanmışdır. Sammitdə Krım tatarlarının insan hüquqlarının qorunması, ətraf mühitin pozulması və Qara və Azov dənizi bölgəsindəki ticarətin qarşısının alınması da müzakirə olunur. Platformanın açılış zirvəsi 23 avqust 2021-ci ildə Ukraynanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində baş tutmuşdur.
Krım Respublikası
Krım Respublikası (rus. Республика Крым, ukr. Республіка Крим, krh. Qırım Cumhuriyeti) — Rusiyanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar respublika, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. Paytaxtı Simferopol (Ağməscid) şəhəridir. == Tarix == 2014-cü ilə qədər Ukraynanın tərkibində, eyniadlı yarımadada yerləşən muxtar əyalət idi. 2014-cü ildən Rusiyanın işğalına məruz qalıb. == İnzibati quruluşu == Krım Respublikası və Sevastopol (Ağyar) birlikdə Rusiyanın Krım Federal Bölgəsində yerləşdirilib. Krım Respublikası 14 rayondan və 10 respublika tabeliyində olan şəhərdən ibarətdir. Krım Respublikasının iri şəhərləri Simferopol (Ağməscid), Kerç (Keriç), Yevpatoriya (Kezlev), Feodosiya (Kefe), Yalta, Canköy və Bağçasaraydır.
Krım Tatarcası
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım buxurkolu
Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Krım dağları
Krım dağları (ukr. Кримські гори, krımtat. Qırım dağları, Къырым дагълары), keçmişdə həm də Tavr dağları adlanırdı — Krım yarımadasının cənub və cənub-şərq hissəsini əhatə edən dağ silsiləsi. Krım dağları üç silsiləyə bölünür. Dağların uzunluğu 160 km, eni isə 50 km təşkil edir. Dağların daxili silsiləsi 750 metr hündürlüyə malikdir. Maksimal hündürlüyü isə 1545 metr olan Roman-Koş dağı Babuqan yaylasında yerləşir. == İqlimi == Dağların iqlimi mülayim-sərin və rütubətlidir. Yağıntılar Aralıq dənizi iqliminə xasdır. Qış oktyabrın ortalarından martın sonlarına qədər davam edir.
Krım dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım körpüsü
Krım körpüsü və ya Kerç körpüsü — Kerç boğazından keçən transport körpüsü. Körpü Kerç və Taman yarımadalarını birləşdirir. Körpü həm də Tuzla adası ilə Tuzla dilini birləşdirir. Körpü iki paralel hissədən — avtomobil yolundan (A-290) və dəmiryol xəttindən ibarətdir. Körpünün ümumi uzunluğu 19 km-dir. Krım körpüsü Rusiya ərazisində tikilən ən uzun körpü hesab olunur. Bəzi mənbələrdə isə körpü Avropanın ən uzun körpüsü hesab olunur.Ancaq nəzərə almaq lazımdır ki, körpünün bir hissəsi mübahisəli Krım ərazisinə daxildir. Körpünün tikilməsi ideyası Krımın Rusiyaya birləşdirilməsindən sonra meydana gəldi. Ukrayna və Rusiya arasında olan münasibətlərin korlanmasından sonra ruslar Krımın Ukraynadan asılılığını azaltmaq üçün körpü tikintisinə start verdilər. Avtomobil yolu 2018-ci ildə istifadəyə verilsə də, dəmiryol xətti 2019-2020-ci illərdə mərhələli şəkildə istifadəyə verildi.
Krım kəkotusu
Arif Məhərrəmov (alim)
Arif Musa oğlu Məhərrəmov (22 yanvar 1952, Qursalı, Hamamlı rayonu – 14 dekabr 2020) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Kooperasiya Universitetində pedaqoji fakultənin dekanı. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiri. == Həyatı == Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anaqdan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakultəsini, Moskvada SSSR-i EA-nın Kimyavi Fizika İnstitutunun aspiranturasını bitirib. AMEA-nın Radiasiya Problemləri İnstitutunda laboratoriya müdiridir. 2017-ci ildə "İlin nüfuzlu alimi" ali media mükafatına layiq görülüb. Azərbaycan Kooperasiya Universitetində tədris edir, professordur, pedaqoji fakultənin dekanıdır. 14 dekabr 2020-ci ildə COVID-19 xəstəliyi səbəbindən vəfat etdi. == Elmi fəaliyyəti == Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir.
Arif Məmmədov (alim)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Axim fon Arnim
Karl Yoahim Fridrix Lüdviq fon Arnim ( 26 yanvar 1781 - 21 yanvar 1831 ) Alman şairi yazıçısı və alman romantizminin aparıcı simalarından biri. == Bioqrafiya == Arnim Berlində anadan olub, ilk dəfə 1204-cü ildə adı çəkilən Brandenburgian Uradel zadəgan ailəsindəndir. Onun atası Prussiya kamerası ( Kammerherr ) Joachim Erdmann von Arnim (1741-1804), Kopenhagen və Drezdendəki kral elçisi olub və sonradan fəal direktor kimi fəaliyyət göstərmişdir. Anası Amalia Caroline von Labes (1761-1781) Arnimin doğulmasından üç həftə sonra vəfat etdi. Arnim və böyük qardaşı Karl Otto uşaqlıqlarını Zernikowda və Berlində Maykl Qabriel Fredersdorfun dul arvadı olan ana nənələri Marie Elisabeth von Labes ilə keçirdi. 1798-ci ildə Halle Universitetində hüquq, təbiət elmləri və riyaziyyat üzrə təhsil almağa davam etdi. Onun ilk yazılarında elmi jurnallar üçün çoxsaylı məqalələr daxil idi. Onun ilk böyük işi olan Theorie der elektrischen Erscheinungen (Elektrik hadisələri nəzəriyyəsi) alman romantikləri arasında yayılmış fövqəltəbiiliyə meyl göstərdi. Halledə görkəmli bəstəkar İohann Fridrix Reyxardt ilə əlaqə saxladı və onun evində romantik şair Lüdviq Tiklə tanış oldu. 1800-cü ildən Göttingen Universitetində təhsilini davam etdirərək Johann Wolfgang von Goethe və Clemens Brentano ilə tanış olsa da, təbiət elmlərindən ədəbiyyata meyl etdi.
Krım kərtənkələsi
Krım kərtənkələsi (lat. Podarcis tauricus) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin divar kərtənkələsi cinsinə aid heyvan növü. == Ümumi məlumat == Ümumi uzunluğu 20-24 sm təşkil edir. Üzəri yaşımtıl rəngdə olub iki uzunsov tünd ləkəyə malik olur. Buxax hissəsi erkəklərdə yaşıl və ya narıncı, dişilərdə isə yaşıl və ya ağ rəngdə olur. Başları qısa, quyruqları isə uzun olur. Əsasən otlu əraziləri, çöllükləri, yol kənarlarını xoşlayırlar. Hündürlüyü 1800 metrə qədər olan ərazilərdə rast gəlinir. Quyruqlarını atma xüsusiyyətlərinə malik olurlar. Yumurta qoymaqla çoxalırlar ящерица.
Krım müharibəsi
Krım müharibəsi — 1853–1856-cı illəri əhatə edən rus-türk müharibəsi. Böyük Britaniya, Fransa və Sardiniya krallığının Osmanlı dövlətinin tərəfində müharibəyə qatılması ilə bu müharibə Avropa dövlətlərinin Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq məqsədilə apardığı bir müharibəyə çevrilmişdir. Müharibə müttəfiqlərin, yəni Osmanlının qələbəsi ilə başa çatmışdır. == Tələbləri == Rusiyanın Türkiyəyə təzyiq göstərməsi köhnə əhvalat idi. Böyük Pyotr isti sulara can atırdı, II Yekaterina özünün Yunan lahiyəsinə malik idi. I Aleksandr Balkan federasiyasını qurmağı arzulayırdı. Hər bir yetişən yeni nəsil özünün türk-rus müharibəsini görürdü. 1768–1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci parçalanması ilə başa çatdı. 1787–1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı(bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı). 1806–1812-ci illər müharibəsində ruslar Bessarabiyanı və Qafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı.
Krım qotları
Krım qotları — Qara dəniz ətrafındakı torpaqlarda, xüsusən də Krımda yaşamış qot tayfasıdır. Onların dili olan Krım qot dili XVII-XVIII əsrlərdə tarix səhnəsindən silinmişdir. V əsrdən başlayaraq, digər qot xalqları kimi xristianlaşan Krım qotları da 500-cü illərdə Konstantinopoldakı pravoslav kilsəsinə tamamilə bağlandılar. Xəzərlər 787-ci ildə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını ələ keçirdilər və bununla da Krımda qotların hökmranlığına son qoydular.
Arif Quliyev (neftçi alim)
Arif Quliyev (Quliyev Arif Mehdi oğlu; d. 15.12.1933, Füzuli rayonu, Gecəgözlü kəndi) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Quliyev Arif Mehdi oğlu 1933-cü ildə Azərbaycanın Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, "Balaxanıneft" mədənlərində əmək fəaliyyətinə başlamışdır. Sonralar Azərbaycan EA-nın Neft Ekspedisiyasında baş laborant, elmi işçi olub. 1958-1960-cı illərdə isə AzETNÇİ-da "Yeraltı hidrodinamika" laboratoriyasında kiçik elmi işçi, böyük mühəndis kimi çalışmışdır. 1963-cü ildə "Qaz-neft layının hidrodinamikasının bəzi ünsürləri" mövzusunda namizədlik, 1974-cü ildə isə "Çoxlaylı neft və qaz yataqlarının işlənilməsinin qazhidrodinamiki hesabatı üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri işləyib. 1989-cu ildə Quliyev A.M. Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA-nın Geologiya və Geofizika İnstitutunda "Neft yataqlarının işlənilməsi və neft-qaz hasilatının proqnozlaşdırılması" şöbəsinin rəhbəridir.
Arif Həsənov (Seysmoloq Alim)
Arif Həsən oğlu Həsənov (6 iyun 1939, Bakı – 24 yanvar 2008, Azərbaycan) — Azərbaycanlı; geologiya-mineralogiya elmləri doktoru; Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor == Həyatı == Arif Həsənov 1939-cu il iyun 6-da Bakı şəhərində böyük ictimai-siyasi xadim Həsən Məmməd oğlu Həsənovun ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakıda 160 saylı orta məktəb]i bitirərək, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə bitirmişdir. Arif Həsənov seysmologiya və zəlzələnin proqnozu sahələrində görkəmli mütəxəssis və tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsinə, seysmoloji məlumatlara əsasən respublika ərazisinin seysmikliyinin, seysmik sahənin kinematik və dinamik parametrlərinin, zəlzələ ocağı meхanizmlərinin öyrənilməsinə, seysmotektonik elementlərin və seysmogen bölgələrin neftli-qazlılıq perspektivlərinin dəqiqləşdirilməsinə yönəldilmişdir. == Elmi fəaliyyəti == Arif Həsənov elmi fəaliyyətə 1961-ci ildə "Neft və qaz yataqlarının geokimyası" laboratoriyasında baş laborant kimi başlamışdır. Həmin ildən kiçik elmi işçi kimi "Aşağı Kür çökəkliyi Abşeron yarusunun neft-qaz yataqlarının öyrənilməsi" mövzusu ilə məşğul olmuşdur. 1967-ci ildə "Kürovdağ, Qarabağın, Babazənən sahələrində geoloji struktur və litofasial xüsusiyyətləri ilə əlaqədar neft və qazın Abşeron çöküntülərində yatım şəraiti" mövzusunda dissertasiya işini müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. A.H.Həsənov Azərbaycanın neftli-qazlı bölgələrinin geoloji xüsusiyyətləri və neftin fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə məşğul olmağa başlamışdır. Tədqiqatların nəticəsi Azərbaycan EA-nın elmi nəşrlərində, keçmiş SSRİ EA-nın mərkəzi nəşrlərində və xarici ölkələrdə dərc olunmuşdur. A.Həsənova 1991-ci ildə Respublikanın neftli-qazlı yataqlarının tədqiqatlarında olan xidmətlərinə görə "Azərbaycan SSR-nin neft və qaz sənayesinin əməkdar işçisi" Fəxri adı verilmişdir.