Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. == Tarixi == 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Krunk PUA
Krunk (tərcümədə Leylək) - Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A.Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk “Krunk” tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük “Azniv”, “Krunk-25-1” və “Krunk-25-2” PUA-larına da sahibdir. “Krunk” ailəsi 3 modeldə istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur. == Tarixi == Krunk PUA 2011-ci ildən istehsal edilir. “Krunk” PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 “Pioneer” PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib.
Euro Truck Simulator 2
Euro Truck Simulator 2 — Yük avtomobili sürücüsü avtosimulyator janrında kompüter oyunu. 2012-ci ildə Çex SCS Software şirkəti tərəfindən hazırlanmışdır. Euro Truck Simulator oyun seriyasının ikinci buraxılışıdır. == Virtual sürücülər == Proqramçılar yollarda süni intellektin hərəkətlərini reallığa maksimum köçürməyə çalışıblar. Yolda hərəkət edən avtomobillər bir çox hallarda gözlənilmədən davranır. Oyun, yol hərəkəti zamanı yol qaydalarını, həm də real həyatdan götürülmüş bir sıra digər üsulları həyata keçirir. Məsələn, bir oyunçu ikinci dərəcəli yol ilə digər avtomobili ötmək istərsə, digər avtomobil sürəti azaldaraq, sizə ötməsinə icazə verər. == Sürət rejimi == Avtomobilinizin surətini seçmək üçün yol kənarlarındaki işarələrə və ya xəritədəki sürət nişanının üzərinə baxa bilərsiniz. Oyundakı bütün yük maşınlarının maksimum sürəti 90 km/saatdır (Oyun parametrlərində, surət məhdudlaşdırıcısı ləğv edilə bilər). Bəzi istisna hallarda, enişlərdə hərəkət edərkən sürət arta və yoxuşları qalxarkən surət daha çox azala bilər, lakin düz yolda sürət maksimum 90 km/saatdır.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. == İstinadlar == == Mənbə == Пранк — розыгрыш или хулиганство?
Qrunt
Thunb.
Karl Peter Tunberq (isv. Carl Peter Thunberg, 1743—1828) — İsveç alim-təbiətçisi. == Əsas əsərləri == "Flora Japonica" (lat.) Лиц., 1784. "Resa uti Europa, Africa, Asia, förrättad åren 1770-1779" (isveç.) Uppsala, 1788. "Periculum entomologicum" (lat.) Uppsala, 1789. Samuel Törner ilə birgə. "Dissertatio Entomologica novas insectorum species sistens" (lat.) Uppsala, 1781—1791. "Museum naturalium Academiae Upsaliensis" (lat.) "Descriptiones insectorum suecicorum" (lat.) Uppsala, 1792. "Flora Capensis" (lat.) Uppsala, 1818. "Ichneumonidea Insecta" (lat.) СПб., 1822 и 1824.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Toruni
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Trani
Trani — İtaliyanın Apuliya regionunda şəhər.
Trump
Donald Con Tramp (ing. Donald John Trump; 14 iyun 1946[…], Kuins, Nyu-York ştatı) — ABŞ siyasətçisi, iş adamı, ABŞ-nin 45-ci prezidenti (20 yanvar 2017 – 20 yanvar 2021) və АBŞ-nin 47-ci seçilmiş prezidenti. Tramp 1968-ci ildə Pensilvaniya Universitetindən iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə atası tərəfindən daşınmaz əmlak biznesinin prezidenti təyin edilib. O, sonradan bu şirkətin adını "The Trump Organization" olaraq dəyişdirmək qərarına gəlmiş, diqqətini isə hündür binaların, otellərin, kazinoların və qolf meydançalarının tikintisinə və təkmilləşdirilməsinə yönəltmişdir. Ona məxsus olan bu şirkət 1990-cı illərin sonlarında müflis olmuşdur. O, sonrakı illərdə bir sıra uğurlu biznes təşəbbüsləri həyata keçirərək şirkətini yenidən ayağa qaldırıb. Belə ki, o, bir çox müəssisələrin “Trump” adı altında fəaliyyət göstərməsinə razılıq verən lisenziya müqavilələrinə imza atıb. Donald Tramp 2004–2015-ci illərdə efirlərə çıxan biznes realiti şousu "The Apprentice"-nin istehsalını və aparıcılığını etmişdir. Donald Tramp 4000-dən çox məhkəmə işində iştirak etmişdir.
Tranz
Tranz — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca altıncı studiya albomu "The Now Now"-da səsləndirilmiş mahnı. İlk dəfə 29 iyun 2018-ci ildə albomla bir buraxılıb. Həmin ilin 12 sentyabr tarixində sinql şəklində musiqi videosu ilə yanaşı yenidən yayımlanıb. Albom üçün buraxılan axırıncı sinqldır. Deymon Albarn 2014-cü ildə verdiyi müsahibəsində bildirib ki, heroin çəkmək onun yaradıcılıq bacarıqlarına olduqca müsbət təsir göstərib. O, deyir ki, "Afrikanı səyahət etmək onu bir musiqiçi kimi xeyli dəyişib". == Haqqında == "Tranz" albomun ən diqqətçəkən mahnılarından biridir. Mahnının musiqi videosu Britaniya mərkəzli prodakşn şirkətləri olan Blinky və Eddy tərəfindən istehsal olunmuşdur. Bu dəfə Gorillaz dünyasına "The Powerpuff Girls" cizgi serialındakı bandit personajlardan Ace qoşulub. Eys bu albomda səslənən hər bir mahnı üçün bas-gitara ifa edib.
Trick
Trick — ABŞ musiqiçisi Alex G-nin üçüncü studiya albomu. 5 noyabr 2012-ci ildə buraxılıb.
Prayers of the Last Prophet
Prayers of the Last Prophet — Yusuf İslamın 1999-cu ildə çıxartdığı albom.
Hans Frank
Hans Frank (alm. Hans Frank‎; 23 may 1900[…], Karlsrue – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) — 1920–1930-cu illərdə Nasional Sosialist Alman Fəhlə Partiyası üçün fəaliyyət göstərmiş alman vəkil.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
Kruni buxtası
Kruni buxtası (bolq. залив Круни, ‘Zaliv Kruni’ \'za-liv 'kru-ni\) — 900 m uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.15 km şərqdə yerləşmişdir. Qaliçe qayasından, Somovit burnundan şimalda, Kitçen burnundan cənubda yerləşmişdir. Buxta şimal-şərqi Bolqarıstanda yerləşən qədim Frakiya şəhəri olan Kruninin adını daşıyır. == Yerləşməsi == Kruni buxtası 62°23′34″ c. e. 59°21′20″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Kuadri Aruna
Kuadri Aruna (9 avqust 1988) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kuadri Aruna Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Kuadri Aruna Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
La-Tronş
La-Tronş (fr. La Tronche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38516. Kommunanın 2012-ci il üçün əhalisi 6627 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 1045 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 3 km şimal-qərbdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Tanınmış şəxslər == Qreqori Lemarşal (1983–2007) — Fransız müğənnisi, Fransadakı Ulduz Akademiyası musiqi layihəsinin 4-cü mövsümünün qalibi (2004), ən nüfuzlu musiqi mükafatlarından biri — "İlin kəşfi" mükafatı laureatı NRJ Music Awards (2006).
Leonardo Bruni
Leonardo Bruni (və ya Leonardo Aretino ; 1369 və ya 1370, Arezzo, Toskana – 1444, Florensiya) — italyan humanist, tarixçi və dövlət xadimi, tez-tez erkən İntibah dövrünün ən mühüm humanist tarixçisi kimi tanınırdı. Onu ilk müasir tarixçi adlandırırlar. O, tarixə üç dövr baxışından istifadə edərək yazan ən erkən insan idi: Antik, Orta əsrlər və Müasir dövr. Bruninin dövrləri müəyyən etmək üçün istifadə etdiyi tarixlər müasir tarixçilərin bu gün istifadə etdikləri tam olaraq deyil, lakin o, tarixin üçtərəfli bölünməsi üçün konseptual zəmin qoyub. == Həyatı == Leonardo Bruni təxminən 1370-ci ildə Toskana əyalətinin Arezzo şəhərində anadan olub. Bruni siyasi və mədəni lider Coluccio Salutatinin şagirdi idi, o , Florensiyanın kansleri vəzifəsini yerinə yetirdi və onun himayəsi altında vətəndaş humanizmi ideyasını inkişaf etdirdi. O, həmçinin dörd papanın (1405–1414) apostol katibi vəzifəsində çalışmışdır. Bruninin kansler olduğu illər, 1410–1411 və yenidən 1427-ci ildən 1444-cü ildə ölümünə qədər müharibə ilə üzləşdi. Ən yüksək siyasi vəzifələrdən birini tutmasına baxmayaraq, Bruni Albizzi və Mediçi ailələri ilə müqayisədə nisbətən gücsüz idi. Tarixçi Artur Field, Brunini 1437-ci ildə Kosimo de' Mediciyə qarşı açıq-aşkar bir sui-qəsdçi kimi müəyyən etdi.
Tryuk
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . == Kinoda tryuk == Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Maqda Frank
Maqda Frank Fişer (tam adı: Maqda Frank, mac. Magda Frank; 20 iyul 1914, Kluj-Napoka – 23 iyun 2010, Buenos-Ayres) — Macarıstan-Argentina heykəltəraşı. == Həyatı == Maqda Frank Transilvaniyada Kluj-Napoka şəhərində anadan olmuşdur. Həmin dövrdə Macarıstanın ərazisi olsa da, 1918-ci ildə şəhər Rumıniyanın tərkibinə daxil edilmişdir. Faşist təqibi səbəbi ilə Maqda Frank Macarıstanı tərk etmiş və İsveçrədə məskunlaşmışdır. İllər sonra Jülian Akademiyasında təhsil almaq üçün Parisə köçmüşdür. 1950-ci ildə Argentinanın Buenos-Ayres şəhərinə gəlib həyatda qalan yeganə ailə üzvünü - qardaşını ziyarət etmişdir. O, burada professor təyin olunmuş və Pizarro Qalereyasında əsərlərini nümayiş etdirmişdir. Buenos-Ayres Premio Palanzaya qatılmışdır. Eduardo Sivori Muzeyində Benito Kinkela Martin mükafatı almış və Argentina Senatı tərəfindən təltif olunmuşdur.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Brüsk
Brüsk (fr. Brusque, oks. Brusca) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamare kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12039. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 75 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 157 nəfər (15-64 yaş arası) arasında 107 nəfər iqtisadi cəhətdən, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə bu 62.6%).
Le-Trüel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).