Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xocahan
Xocahan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 9 noyabr 2020- ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Xocahan kəndi Həkəri çayının sahilindədir. Oykonim xoca (orta əsrlərdə ticarətlə məşğul olan tacir, habelə məşhur din xadimləri xoca adlanırdı) sözündən və -an (məkan və cəmlik bildirir) şək.-sindən (h iki a səsinin arasına əlavə edilmişdir) ibarət olub "xocalar; xocaların məskunlaşdığı yer" mənasındadır. Yerli əhalinin məlumatına görə, kənd tarixən ticarət yeri olmuşdur. Oykonim Xocaxan variantında daqeydə alınmışdır.
İmtahan
İmtahan — insanın biliyinin qiymətləndirilməsi prosesi. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir. Müxtəlif növ imtahan növləri mövcuddur: orta məktəb, ali məktəb, kurs , test, açıq sual, işə qəbul və s. Onların hamısı müəyyən dövrdə əldə edilmiş biliyin qiymətləndirilməsi üçün keçirilir. hər hansı bir (müəyyən) fənn üzrə keçirilən yoxlama sınağı. Məsələn, imtahan komissiyası; şagird və tələbələrin bilik, bacarıq və vərdişlərini yoxlamaq üsulu. İlk dəfə eramizdan əvvəl II yüzillikdə Çində, sonralar isə dünyanın bir sıra başqa ölkələrində tətbiq edilmişdir. ali və ya orta ixtisas məktəblərinin tədris planında müəyyən fənn üzrə nəzərdə tutulan imtahan dövrü. Bir qayda olaraq, dərs ilində iki – qış (yanvarda) və yaz (iyunda) imtahan-yoxlama sessiyası olur. Sessiyalarda imtahanların sayı tədris planına uyğun olaraq, ali məktəblərdə.
Cahan
Cahan — varlıqların məcmusu, bütün reallıq və ya mövcud olan hər şey. Cahanın təbiəti müxtəlif sahələrdə fərqli konseptuallaşdırılmışdır. Bəzi konsepsiyalar cahanı unikal olaraq görür, digərləri isə "cahanların çoxluğundan" danışır. Monistlər cahana sadə bir obyekt kimi yanaşır, pluralistlər isə cahanı hissələrdən ibarət kompleks kimi təhlil edir. Müxtəlif kontekstlərdə "cahan" termini, məsələn, Yer kürəsi və onun üzərindəki bütün canlılar, bütövlükdə bəşəriyyət, beynəlxalq və ya qitələrarası əhatə dairəsi ilə əlaqəli daha məhdud məna daşıyır. Bu mənada dünya tarixi bütövlükdə bəşəriyyət tarixinə aid edilir, dünya siyasəti millətləri və qitələri aşan məsələləri öyrənən politologiyanın intizamıdır. Digər nümunələrə "dünya dini", "dünya dili", "dünya hökuməti", "dünya müharibəsi", "dünya əhalisi", "dünya iqtisadiyyatı" və ya "dünya çempionatı" kimi terminlər daxildir. == Həmçinin bax == Empirizm Kainat Qlobus == İstinadlar == == Xarici keçidlər == World. The World Factbook. Central Intelligence Agency.
Mahan
Mahan — İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,787 nəfər və 4,138 ailədən ibarət idi.
İmtahan (dəqiqləşdirmə)
İmtahan — İmtahan (film, 1987) — İmtahan (film, 2006) — İmtahan (teleserial, 2017) — Ramin Nəbiyev tərəfindən çəkilmiş Azərbaycan teleserialı.
İmtahan (film)
İmtahan — İmtahan (film, 1987) — İmtahan (film, 2006) — İmtahan (teleserial, 2017) — Ramin Nəbiyev tərəfindən çəkilmiş Azərbaycan teleserialı.
Dövlət İmtahan Mərkəzi
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
İmtahan (film, 1987)
Filmin mərkəzində Qiyas müəllimlə (Hamlet Xanızadə) onun əmisi, professor Bəhramın (Rauf Atakişiyev) həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın ağarəfilərə, şamxallara, firuzlara qarşı kəskin müübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır. Film azpersonajlıdır. Lakin qəhrəmanların hər biri öz xarakterinə görə çox mürəkkəbdir. Film yazıçı Anarın XX əsrin 70-ci illərinin axırlarında böyük səhnə müvəffəqiyyəti qazanan və Respublika Dövlət Mükafatına layiq görülən "Şəhərin yay günləri" pyesinin motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Gülbəniz Əzimzadə, Şahmar Ələkbərov Quruluşçu operator: Rəşid Nağıyev Quruluşçu rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Azər Dadaşov Səs operatoru: Tatyana Kərimova Rejissor: Rafiq Dadaşov Operator: Tərlan Babayev Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Namiq Manafov Montaj edən: Lidiya Vyalsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: N.Cəlilov, Rafiq Orucov Operator assistenti: Z.Bədəlov Rəssam assistenti: İ.Əliyev Montaj üzrə assistent: A.Budaqova İşıq ustası: A.Orucov İşıqçı: Nataliya Qudovskaya İnzibatçı: Aydın Hüseynov Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Ansamblın rəhbəri: Rafiq Babayev Filmin direktoru: Rimma Abdullayeva Hamlet Xanızadə — Qiyas Səfurə İbrahimova — Dilarə Rauf Atakişiyev — Bəhram Fuad Poladov — Şamxal Rafiq Əliyev — Firuz Təvəkkül İsmayılov — Ağarəfi Samir Rzayev — Namiq Gülzar Qurbanova — Qumru Şamil Nəcəfzadə — Rasim Nəzakət Qazıyeva — Ruxsarə Şükufə Yusupova — Tamara Sona Mikayılova — Qumrunun anası Nazim İbrahimov V.Ağayev O.Musayev Məlahət Abbasova — Suğra S.Nikoladze İlyas Hüseynov Ömür Nağıyev — ofisiant Nübar Novruzova — fahişə Nəcibə Hüseynova — qonaq Mərkəzi Televiziya (Moskva) Qiyas: Hardandır bu pullar? Dilarə: Qardaşımdan borc almışam! Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
İmtahan (film, 2006)
İmtahan - 2006-ci il türk dram filmi. Film İstanbul Beykozda Baybaros Heyrəddin Paşa Anadolu Dənizçilik Peşə Liseyində çəkilmişdir. Mərd (İsmail Hacıoğlu), Sinan (Yağmur Atacan), Qəmzə (Röya Önal), Kaan (Caner Özyurdlu) və Uluç (Volkan Dəmirox) gələcək qayğısı, ailə basqısı, ağır məktəb həyatı və imtahan stressi səbəbiylə hər şeydən bezib. Komandanın ilk olaraq məktəbdəki yazılı imtahanların suallarını ələ keçirməklə başlayan macərası ÖSS Sual Bankı soyğununa qədər uzanır.
İmtahan (teleserial, 2017)
İmtahan — 2017-2020-ci ildə Ramin Nəbiyev tərəfindən çəkilmiş Azərbaycan serialı. Ekran işi adından göründüyü kimi tələbə və universitet həyatı, onların təkcə tədrislə bağlı yox, həm də həyatda qarşılaşacaqları imtahanlarla bağlıdır. Serial həftəiçi 5 gün tamaşaçıların görüşünə gələcək. Serialın əsas ssenari müəllifi Valeh Əhmədov, quruluşçu rejissoru isə Ramin Nəbiyevdir.
Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır. == Həyatı == Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.
Cahan Holding
Cahan Holdinq — 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkətlər qrupudur. Hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, hazırda bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir. Prezidenti Vüqar Abbasov olan "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı yarandığı gündən indiyədək Azərbaycan Respublikasında fəaliyyət göstərməklə Respublikamızın sosial iqtisadi inkişafında, bir sıra yeni iş yerlərinin açılmasında həmçinin respublika vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasında öz töhfələrini vermişdir.
Cahan Holdinq

Cahan Məmmədov
Cahan Məmmədov — 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, "Şərəf nişanı" ordeni təltifçisi. == Həyat və fəaliyyəti == 1949-cu ildə Tovuz rayonunda anadan olub. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək, iqtisadçı ixtisasını almışdır. 1968–1970-ci illərdə Almaniya DR-da hərbi xidmətdə olub. 1970–1972-ci illərdə Bakı Baş tikinti idarəsinin 12 №-li Tikinti Quraşdırma İdarəsində çilingər; 1972–1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı; 1976–1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində texniki rezin məmulatları şöbəsində böyük mühəndis-iqtisadçı, Xüsusi geyim, təsərrüfat malları və avadanlıqların təckizatı şöbəsinin rəisi, Tikinti Materiallarının təchizatı şöbəsinin rəisi, Maşın, avadanlıq və istehsal təyinatlı malların təchizatı üzrə Baş idarəsinin rəisi; 1986–1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Maddi-Texniki Təchizat üzrə Baş idarənin rəis müavini, rəisin birinci müavini; 1991–1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Maddi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi həmin Nazirliyin "Azəraqro-təchizatmexanikləşdirmə" Respublika İstehsalat Birliyində sədrin birinci müavini; 1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində "Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı" mövzusunda iqtisad elmləri namizədi dərəcəsi almaq üçün müdafiə edib. 1994–2015-ci illərdə "Marketinq" kafedrasında saathesabı müəllim işləyib. 1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışmışdır. 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir. Çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri çapdan çıxmışdır.
Cahan Məmmədzadə
Cahan Pəhləvan
Məhəmməd Cahan Pəhləvan (fars. محمد جهان پهلوا‎; tam adı: Cahan Pəhləvan Şəms əd-Diniyə va-d-Din Əbu Cəfər Məhəmməd ibn Eldəniz, fars. نصرت الدین محمد بن ایل دنیز‎; Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan; 1136 və ya 1137, Ərdəbil, Eldənizlər və ya Naxçıvan – fevral 1186 və ya aprel 1186, Həmədan, Eldənizlər) — Atabəylər dövlətinin ikinci hökmdarı, Atabəy Şəmsəddin Eldənizin oğlu, sərkərdə. 1175-ci ildə Atabəy Şəmsəddin Eldənizin ölümündən sonra taxt-taca sahib oldu. Atabəy Şəmsəddin Eldəniz 1175-ci ilin oktyabr-noyabr aylarında vəfat etdi. Onun ölüm xəbəri o zaman Həmədanda olan oğlu Cahan Pəhləvana yetişəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və taxt-tacın əmlakını, eləcə də bütün qoşunları öz nəzarəti altına saldı. Eldənizin siyasətindən narazı olan İraq əmirləri Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, Sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər, lakin Zəncanda xəstələnərək, Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı Həmədana dəvət edir, dövlət idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələr onun Atabəy tərəfindən zəhərlənməsini də təsdiq edir. Rəqibini aradan götürən atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu sultanlıq taxtına əyləşdirir, özü də onun atabəyi olur. Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlanın çıxışını yatırmalı oldu.
Cahan Talışinskaya
Cahan Rza qızı Talışinskaya (9 fevral 1909, Lənkəran, Lənkəran qəzası – 1 mart 1967, Bakı) — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == === İlk illəri === Cahan xanım Talışinskaya 1909-cu ildə fevral ayının 9-da Lənkəran şəhərində anadan olmuşdur. O, Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı idi. 1918-ci ildə onun ailəsi Bakıya köçür. Cahan böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım "Yeni yol" qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. O, Azərbaycan qızlar seminariyasına qəbul olundu və eyni zamanda musiqi və vokal ilə marağlanırdı. Bacısının evində piano var idi və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. Beləliklə, xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi. Xanəndənin oğlu, Azərbaycanın əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində Cahan xanımın hər hansı bir alətdə, – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla çalmağından danışır.
Cahan Teymur
İzzəddin Cahan Teymur — Elxanlılar sülaləsindən, elxanlığa iddiaçı. Atası Keyxatunun oğlu Alafranq idi. == Həyatı == 1339-cu ildə Tacəddin Həsən noyon tərəfindən taxta gətirilmişdi. Haqqında çox məlumat yoxdur. Adına sikkə kəsilən bölgələrə Bağdad, Bəsrə, Ərzincan, Mosul, Samsun, Sincar daxil idi. 1340-cı ildən sonra Həsən Cəlayir müstəqil hakimiyyətə başladı.
Cahan şah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Nur Cahan
Nur Cahan (pənc. نور جہاں ; urdu نور جہاں ; ing. Noor Jehan, 21 sentyabr 1926, Kasur[d], Britaniya Hindistanı – 23 dekabr 2000, Kəraçi) — Pakistanlı ifaçı və aktrisa idi. O, Hindistan yarımqitəsində dövrünün ən böyük müğənnilərindən biri kimi tanınır və ona Məlikəye tərənnüm (Urdu: ملکہ ترنم, melodiya kraliçası) fəxri adı verilmişdir. O, 1965-ci ildə ifa etdiyi vətənpərvər mahnıları ilə Pakistanda xüsusi milli tanınma və populyarlıq qazandı və bu, onu əlamətdar səviyyəyə qaldırdı. O, hind, pəncab, sindhi və urdu dillərində 10 mindən çox mahnı oxuyub. O, həmçinin Pakistanın ilk qadın kinorejissoru hesab olunur.
Dövlət İmtahan Mərkəzi (Azərbaycan)
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxs. Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma 2000-ci ildən Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbə Komissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.
Gülcahan Güləhmədova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
Gülcahan Salamova
Gülcahan Əhməd qızı Salamova (1 mart 1963) — Azərbaycannın teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Gülcahan Salamova 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir. G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Subaydır.
III Cahan Şah
III Cahan Şah və ya Muhi ül-Millət (1711 – 1772) — Böyük Moğol İmperiyasının XVI hökmdarı.
II Cahan Şah
II Cahan Şah (7 iyun 1696, Böyük Moğol imperiyası – 17 sentyabr 1719, Budyapur[d]) — Böyük Moğol İmperiyasının XII padşahı.
Keyxosrov Cahan bəyim
Keyxosrov Cahan bəyim (9 iyul 1858, Bhopal, Britaniya Hindistanı – 12 may 1930, Bhopal, Britaniya Hindistanı) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901–1926). == Həyatı == Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu. Anası Şah Cahan Bəyimin 16 iyul 1901-ci ildə vəfatından sonra onun Lord Canning ilə etdiyi anlaşma gərəyincə Cahan bəyim "sultan" ünvanıyla taxta keçdi. Ancaq 1902-ci ildə əri ölüncə bir çox problemlə qarşı-qarşıya qaldı.
Gülcahan Güləhmədova-Martınova