Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaqif
Vaqif — Kişi adı. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi (2003–2020). Vaqif Quliyev — professor (1997), AMEA-nın müxbir üzvü (2014). Vaqif Fərəcov — Vaqif Gülməmmədov — Vaqif Məmmədov (əməkdar mühəndis) — Vaqif Süleymanov — Vaqif Səfərov — Vaqif İsaqoğlu — Vaqif Əliyev Vaqif Əliyev (nazir müavini) — Mədəniyyət nazirinin birinci müavini(2018–2023). Vaqif Əliyev (aktyor) — Azərbaycan Respublikasının xalq artisti (2002). Vaqif Əliyev (alim) — fizika-riyaziyyat elmləri doktoru. Vaqif Vəliyev Vaqif Vəliyev (ədəbiyyatşünas) — filologiya elmləri doktoru (1972), professor (1976). Vaqif Vəliyev — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) Vaqif Abdullayev Vaqif Abdullayev (riyaziyyatçı) — Azərbaycanlı alim. Vaqif Abdullayev (siyasətçi) — Azərbaycanlı siyasətçi.
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Vaqif Fərəcov
Vaqif Nurəddin oğlu Fərəcov 1974-cü ildə Bakıda anadan olub. 20 nömrəli orta məktəbdə (1981-1991), Politexnik İnstitutunun avtomobil fakültəsində (1991-1996), Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində (2005-2009) təhsil alıb. 1993-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə video-montajçı kimi işləməyə başlayıb. “Səhər” musiqi və informasiya proqramında rejissor asssistenti (1994) və rejissor kimi fəaliyyət göstərib. Bir çox sənədli filmlərin (Heydər Əliyev haqqında), Yeni il şənlikləri, verilişlərin və kliplərin hazırlanmasında rejissor assistenti və rejissor kimi çalışıb. 2005-ci ildən İctimai Televiziyada çalışır. Burada çəkilən bir çox filmlərin ("Mugam", "Xəttatlıq", "Azərbaycanın milli kulinariyası", "Azərbaycanda yaşayan azsaylı xalqlar udinlər haqqında", "Küçə uşaqları", "Kür çayı" və "Heydər Əliyev-85") və verilişlərin ("Yeni Gün", "Azərbaycan palitrası", "Ötən günlərimi qaytara bilsən", "Gənclik həyatı", "Gecənin aydınlığı", "Aktual" tok-şousu, "Sağlam ol", "Salam əsgər") rejissorudur.
Vaqif Gülməmmədov
Vaqif Yasın oğlu Gülməmmədov — alim, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Dövlət İqtisad Univeristetinin "Riyaziyyat" kafedrasının dosenti. Gülməmmədov Vaqif Yasın oğlu 1958-ci ildə Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1975-ci ildə Faxralı orta məktəbini əla qiymətlərlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. 1980-ci ildə mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1980-1983-cü illərdə təyinatla Zaqatala rayonu Suvagil kənd 8 illik məktəbində müəllim, 1983-cü ildə Azərbaycan SSR Tədarük Nazirliyinin İnformasiya-hesablama mərkəzində mühəndis-proqramlaşdırıcı, 1983-1991-ci illərdə Azərbaycan SSR Geologiya İnstitutu Xüsusi geofizika cihazlar konstruktor bürosunda mühəndis, böyük mühəndis, 2-ci dərəcəli mühəndis vəzifələrində işləmişdir. 1989-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat" kafedrasında baş laborant, assistent, baş müəllim, və dosent vəzifələrində çalışmışdır. 1998-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun dissertantı olmuşdur. Vaqif Yasın oğlu Gülməmmədov 21 illik pedaqoji staja malikdir. Universitetdə çalışdığı müddətdə tədris planına uyğun onun müxtəlif mövzularda açıq dərsləri təşkil edilmiş və müzakirə zamanı yüksək qiymətləndirilmişdir. Müxtəlif elmi seminarlarda elmi mövzularda müvəffəqiyyətlə çıxışlar etmişdir.
Vaqif Gərayzadə
Vaqif Əzizağa oğlu Gərayzadə (27 mart 1961, Bakı) — Azərbaycan bəstəkarı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2011). Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində mahnı və musiqilərin müəllifidir. Bir sıra beynəlxalq festival və müsabiqələrin laureatı, "Aypara", "W-trio", "Şeron", musiqi qruplarının yaradıcısı, "Şərq ulduzları" və "Şərq çırağı" vokal qruplarının rəhbəri olmuşdur. Vaqif Gərayzadə 27 mart 1961-ci ildə Bakıda anadan olub. O, ilk musiqi təhsilini 1971–1976-cı illərdə Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı 5 illik musiqi məktəbinin fortepiano sinfində alıb. 1983–1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirərək, 1993–1997-ci llərdə təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib. Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, həmçinin estrada populyar musiqi kafedrasının təşəbbüskarı və ilk müdiri olub. Müxtəlif janrlarda, o cümlədən caz, pop musiqisində əsərlərin müəllifidir. Vaqif Gərayzadə fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
Vaqif Hacıyev
Vaqif Camal oğlu Hacıyev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. Hacıyev Vaqif Camal оğlu 17 iyun 1941-ci ildə Füzuli rayоnunun Qarğabazar kəndində anadan оlmuşdur. 1948-ci ildə B. Sərdarоv adına оrta məktəbin birinci sinifinə getmiş, 1958-ci ildə оrta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Meхanika-Riyaziyyat fakultəsinə daхil оlmuş, 1963-cü ildə təhsilini başa vurmuşdur. 1963-cü ilin avqust ayından dekabr ayınadək Milli Elmlər Akademiyasının Riyaziyyat və Meхanika İnstitutunda labоrant vəzifəsində çalışan Vaqif Hacıyev dekabrın sоnunda həmin institutun əyani aspiranturasına daхil оlaraq Mоskva şəhərinə ezam edilmişdir. Aspiranturada elmi işini başa çatdırdıqan sоnra yenidən Riyaziyyat və Meхanika İnstitununda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1967-ci ildə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına layiq görülmüşdür. 1981-ci ildə Mоskva Dövlət Universitetinin Meхanika-Riyaziyyat fakultəsinin elmi şurasında «Defоrmasiya оlunan bərk cisimlərin meхanikası» mövzusunda dоktоrluq dissertasiyası müdafiə edərək fizika - riyaziyyat elmləri dоktоru adını almışdır. О, 1967-ci ildən kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış, 1974-cü ildən 1999-cu ilədək şöbə müdiri, 1999-2002-ci illərdə prоfessоr, 2002-ci ildən isə Maye qaz və plastik nəzəriyyəsi şöbəsininin rəhbəri vəzifəsində işləmişdir. Hal-hazırda Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin müdiridir. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universiteti (indiki BDU), “Meхanika-Riyaziyyat ” fakültəsi, tələbə 1963-1967-cı illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutu, aspiant 1981-ci il Moskva Dövlət Universiteti, “Mexanika-Riyaziyyat” fakültəsi, doktorant 1967-cu il- AMEA Riyaziyyat və Mexanika İnstitutu, Fizika-riyaziyyat elmləri namizədi Dissertasiyanın adı: "" 1981-cı il -Moskva Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri doktoru ( – Defоrmasiya оlunan bərk cisimlərin meхanikası).
Vaqif Hüseynov
Vaqif Hüseynov (dövlət xadimi, 1927) — Azərbaycan Kommnist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi.
Vaqif Həsənov
Vaqif Bəhram oğlu Həsənov (18 fevral 1959, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyəti başçısı. Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini,2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980–1987-ci illərdə 26 Bakı Komissarı adına NQÇİ elektrik çilingər, 1987–1989-cu illərdə 26 Bakı Komissarı adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmiş, 1989–1991-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politoloq ixtisasını tam kurs üzrə bitirmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına NQÇİ-nin partiya komitəsinin katibi, 1991–1995-ci illərdə Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbəsinin rəisi, 1995–2001-ci illərdə H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001–2005-ci illərdə H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsinin rəisi, 2005–2006-cı illərdə N.Nərimanov adına NQÇİ rəisin ümumi məsələlər üzrə müavini, 2006–2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. 2017-ci ildən Beynəlxalq Mühəndislik Akademiyasının Ümumi Yığıncağının qərarına əsasən,həmin akademiyanın həqiqi üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Vaqif Ibrahimov
Vaqif İbrahimov (tam adı: Vaqif İbrahimov Rza oğlu; 9 may 1947, Cəhri, Naxçıvan rayonu) — AMEA-nın müxbir üzvü (2017), Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009). Vaqif Rza oğlu İbrahimov 9 may 1947-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuşdur. O, hesablama riyaziyyatı sahəsində tanınmış alimdir. Onun tədqiqat sahəsi yüksək tərtib törəmələrdən istifadə edən Obreşkov tipli çoxaddımlı üsullardan və bu üsulların adi diferensial, inteqral və inteqro-diferensial tənliklərin həllinə tətbiqindən ibarətdir. Fizika-riyaziyyat elmləri doktoru V.R.İbrahimov irəliyə qaçma, ekstrapolyasiya və interpolyasiya üsullarını ümumi formada tədqiq etmək məqsədi ilə Obreşkov tipli dayanıqlı k- addımlar üsulunun dəqiqlik tərtiblərinin ən böyük qiymətlərinin hesablanılması üçün bir neçə düstur qurmuş və bu düsturların effektivliyini göstərmişdir. O, irəliyə qaçma üsullarının istifadəsi üçün proqnoz-korreksiya tipli üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtləri müəyyənləşdirmişdir. Dayanıqlı irəliyə qaçma üsullarının digər üsullara nisbətən daha dəqiq olması V.R.İbrahimov tərəfindən isbat olunmuş və bu şərtləri ödəyən konkret üsullar qurulmuşdur. O, Riçardson ekstrapolyasiya üsulundan bir dəfə istifadə etdikdə, çoxaddımlı üsulun dəqiqliyinin artmasının yuxarı sərhəddini müəyyənləşdirmiş və bu məqsədlə üsulun xətası üçün xüsusi asimptotik münasibət almışdır. Daha dəqiq üsulların qurulması üçün V.R.İbrahimov hibrid üsulların qurulmasını təklif etmiş, birinci və ikinci tərtib adi diferensial tənliklərin həlli üçün hibrid üsullar qurmuş və onları tədqiq etmişdir. V.R.İbrahimov Volter tipli inteqral tənliklərin həlli üçün hər addımda inteqral nüvəsinin sabit sayda hesablanmasından istifadə edən çoxaddımlı üsullar qurmuş və bu üsulların yığılması üçün kafi şərtlər tapmışdır.
Vaqif Kərim
Vaqif Kərim (Vaqif Həsən oğlu Kərimov)— şair-publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Vaqif Kərim 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlib. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib və həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstituna qəbul olub. 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tğhsil alıb. Müxtəlif idarə, müəssisə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə "525-ci qəzet" də xüsusi müxbir, 1996–2003-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatında baş məsləhətçi, 2005–2006-cı illərdə isə "Öndər" qəzetində baş redaktor vəzifələrində çalışıb. Azərbaycan Beynəlxalq və Qərb Universitetlərində pedaqoji fəaliyyət göstərib. Hazırda özəl sektorda çalışır. Müxtəlif janrlarda yazdığı əsərləri mövzu müxtəlifliyi ilə fərqlənir.
Vaqif Kərimov
Vaqif Kərimov (tam adı: Kərimov Vaqif Yunus oğlu; 5 iyul 1949, Bakı) — geologiya‑mineralogiya elmləri doktoru, professor (2001). İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri. Kərimov Vaqif Yunus oğlu 1949-cu il iyulun 5-də Bakıda anadan olub. 1971-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "dağ mühəndisi-geoloq" ixtisası üzrə bitirib. 1975-ci ildə V.Kərimov "Cənub-Şərqi Qafqazda stratiqrafik və litoloji neft və qaz yataqlarının kəşfiyyatı" mövzusunda dissertasiya müdafiə edib, 1983-cü ildə isə İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda "Stratiqrafik, litoloji və kombinəli neft və qaz yığımlarının formalaşması şərtləri, yerləşdirilməsi nümunələri, axtarış metodikası və kəşfiyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2001-ci ildən V.Kərimov İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin professoru, 2009-cu ildən həmin universitetin neft və qaz axtarışının nəzəri əsasları və kəşfiyyatı kafedrasının müdiridir. Hazırda Neft və Qaz İnstitutunun direktorunun elmi məsləhətçisidir. Akademik Sübhi Salayevin bacısı oğludur. Evlidir, 3 övladı var. Vaqif Kərimov 1992-ci ildən Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.
Vaqif Mahmudov
Vaqif Mirzəyev
Vaqif Həsənağa oğlu Mirzəyev (5 yanvar 1953, Mərdəkan) — Azərbaycanlı aktyor. Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə 12 saylı musiqi məktəbinə qəbul olunmuş, 1971-ci ildə məktəbi klarnet ixtisası üzrə bitirmişdir. Vaqif Mirzəyev 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibətilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülmüşdür.
Vaqif Musa
Musayev Vaqif Məmmədyusif oğlu – nasir, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1964) 1936-cı ilin yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. Bakıdakı 2 saylı tibb texnikumunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960-1965). İlk hekayəsi –“Kişi, qadın və qız” 1965-ci ildə “Azərbaycan” jurnalında çap olunub. Əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamışdır (1965-1976). 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur (1991). Yeddi kitabın – o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi”, və s.) müəllifidir. 1996-cı il oktyabrın 24-də vəfat etmiş, Rustov kəndində dəfn edilmişdir.
Vaqif Musayev
Musayev Vaqif Hacı Rəsul oğlu (1950 – 29 noyabr 2019) — iş adamı, Dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı, iqtisad elmləri doktoru, professor (1998) Vaqif Hacı Rəsul oğlu Musayev — 1950-ci ildə Lerik rayonunun, Lerik qəsəbəsində anadan olub. 1973–1974-ci illərdə ordu sıralarında hərbi xidmət keçmişdir. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub. 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1995-ci il parlament seçkilərində Vaqif Musayev Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 4-cü sırada olmuşdur. Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir. Vaqif Musayev isə deputat seçilə bilməmişdir. 1974-cü ildə Sovxozlar Nazirliyinin Meyvə tingliyi trestində iqtisadçı vəzifəsinə təyin olunmuşdur, daha sonra Abşeron Südçülük sovxozunda baş iqtisadçı vəzifəsində işləmişdir. 1975-ci ilin avqust ayından Azərbaycan Tədarük Nazirliyinin "2 saylı Bakı Taxıl Məhsulları Kombinatında" satış üzrə iqtisadçı vəzifəsində çalışmış, daha sonra istehsalat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1979-cu ildə Bakı Bulka-Maya Kombinatında, 1980-ci ilin oktyabr ayından Gəncə Çörək -qənnadı İstehsalat Birliyinin baş direktoru olub.
Vaqif Mustafayev
Vaqif Behbud oğlu Mustafayev (28 avqust 1953, Bakı) — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laueratı (1991), Şöhrət,Şərəf, II dərəcəli "Əmək" ordeni laureatı, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun (Eldar Ryazanovun emalatxanası) rejissor bölməsini bitirib. Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır. Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Vaqif Mustafayev ilk kino mükafatını 1984-cü ildə Moskvada Beynəlxalq gənc kinematoqrafçılar kinofestivalında "Belə lazımdır" (rus. Так надо) qısa metrajlı filmində "Ən yaxşı rejissor işinə görə" qazanıb. Həmin ildə "Mosfilm" kinostudiyasının festivalında onun "Musiqili xaş" (rus.
Vaqif Qəhrəmanov
Vaqif Qəhrəmanov (azərb. Qəhrəmanov Vaqif İmran oğlu;‎ 25 avqust 1940, Qaryagin rayonu) — Şöhrət ordenli azərbaycanlı həkim. Qəhrəmanov Vaqif İmran oğlu 25 avqust 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "pediatriya" fakültəsini bitirib. 1964–1968-ci ilə qədər təyinatla Türkmənistan SSR-nin Taxta rayonunda həkim vəzifəsində işləyib. 1968–1970-ci illərdə Azərbaycan Respublikası Sumqayıt şəhəri 1 saylı birləşmiş xəstəxanada həkim cərrah vəzifəsində, 1970–1975-ci illərdə "Azərbaycan Boruyayma Zavodu"nun Tibb Sanitar Hissəsində baş həkim vəzifəsində işləmişdir.1975–1981-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir. 1981–1992-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə isə Sumqayıt şəhər 1 saylı xəstəxananın baş həkimi işləmişdir. 1993–1995-ci illərdə yenidən Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995–1998-ci illərdə Sumqayıt 2 saylı şəhər xəstəxanasında həkim cərrah və şöbə müdiri vəzifələrində də fəaliyyət göstərib.
Vaqif Xaçatryan
Meşəli qətliamı, həmçinin Meşəli soyqırımı və ya Meşəli faciəsi — 23 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam. MDB qoşunları tərəfindən bir qədər əvvəl silahsızlaşdırılmış kənd sakinləri hücum edən tərəfə qarşı müqavimət göstərməyə çalışmış, lakin bir neçə saat davam edən döyüşlərdən sonra ətrafdakı meşəliyə çəkilmişdi və kənd ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələrinin nəzarəti altına düşmüşdür. Həmin gün Azərbaycan qüvvələri əks-hücum edərək kəndə nəzarəti bərpa etmişdilər. Meşəli kəndinə daxil olan azərbaycanlılar evlərin və tövlələrin yandırıldığını, kənddə mülki əhaliyə qarşı qətliam törədildiyinə şahid olmuşdular. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur. Ermənistan tərəfi Meşəlidə qətliam olduğunu inkar edir. 29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi.
Vaqif Xaçaturyan
Meşəli qətliamı, həmçinin Meşəli soyqırımı və ya Meşəli faciəsi — 23 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam. MDB qoşunları tərəfindən bir qədər əvvəl silahsızlaşdırılmış kənd sakinləri hücum edən tərəfə qarşı müqavimət göstərməyə çalışmış, lakin bir neçə saat davam edən döyüşlərdən sonra ətrafdakı meşəliyə çəkilmişdi və kənd ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələrinin nəzarəti altına düşmüşdür. Həmin gün Azərbaycan qüvvələri əks-hücum edərək kəndə nəzarəti bərpa etmişdilər. Meşəli kəndinə daxil olan azərbaycanlılar evlərin və tövlələrin yandırıldığını, kənddə mülki əhaliyə qarşı qətliam törədildiyinə şahid olmuşdular. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur. Ermənistan tərəfi Meşəlidə qətliam olduğunu inkar edir. 29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi.
Vaqif Kəhrizli
Vaqif Cabbar oğlu Əliyev -( 25 aprel 1953 -5 mart 2019) azərbaycanlı şair,Azərbaycan Yazıçılar Birliyinin üzvü. Vaqif Kəhrizli 25 Aprel 1953-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.İbtidai təhsilini bu kənddə aldıqdan sonra 1966-cı ildə ailəsi ilə birlikdə Ağcabədi rayonu Kəhrizli kəndinə köçmüşdür.1970-ci ildə orta təhsilini başa vurub.Elə həmin ildə Bakı Kitabxanaçılıq Texnikumunun "Mədəni maarif " şöbəsinə qəbul olub.1975-ci ildə texnikumu bitirib. O Kəhrizli kəndində əvvəlcə Klub müdiri ,daha sonra isə Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.1992-ci ildən S.Nuriyev adına Kəhrizli kənd musiqi məktəbində müəllim kimi fəaliyyət göstərib 6 övladı var. "Dünya mənim evimdir" , "Azərbaycan bayrağı" , "Peyğəmbər" ,"Dünya ,Zaman,İnsanlar" ,"Yaşa Azərbaycan,yaşa Türkiyə" və s. olmaqla 8 kitablar müəllifidir. 1983-cü ildə Xalq artisti Əlibaba Məmmədov öz dəstəsi ilə Ağcabədiyə konsert verməyə gəlir və gənc Vaqif onunla görüşməyə fürsət tapdır və ona "Ana dilim ölən deyil" adlı öz şeirini təqdim edir.Əlibaba Məmmədov bu şeiri bəyənir və bu şeiri mahnı kimi ifa etməyə başlayır və bununla da şeir ölkə səviyəəsində tanınır. Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan şair Vaqif Kəhrizli 5 mart 2019-cu ildə 66 yaşında dünyasını dəyişib.
Vaqif Feyzullayev
Vaqif Səxavət oğlu Feyzullayev — azərbaycanlı güləş məşqçisi. == Fəaliyyəti == Vaqif Feyzullayev uzun illərdir Respublika Olimpiya İdman Liseyində (ROİL) güləş məşqçisi olaraq çalışır. 2008-ci ildə "Tərəqqi" medalı, 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu, 2016-cı ildə isə "əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif edilib. == Yetirmələri == Vitali Rəhimov — Avropa çempionu. Həsən Əliyev — Dünya və Avropa çempionu. Eldəniz Əzizli — 3 qat Dünya və 2 qat Avropa çempionu. Taleh Məmmədov — Dünya Çempionatının bürünc, Avropa Çempionatının 3 qat gümüş medalçısı. Murad Bazarov — Avropa Çempionatının bürünc medalçısı. Həsrət Cəfərov — Olimpiya Oyunlarının bürünc medalçısı, 2 qat Avropa çempionu. Nihat Məmmədli — Avropa çempionu.
Vaqif Mustafazadə
Vaqif Əziz oğlu Mustafazadə (16 mart 1940, Bakı – 16 dekabr 1979, Daşkənd) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır. 16 mart 1940-cı ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.
Vaqif Məhərrəmov
Vaqif Əli oğlu Məhərrəmov — Azərbaycan alimi, Azərbaycan Politexnik institutu "Radiotexnika" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. Vaqif Əli oğlu Məhərrəmov 6 iyun 1947-ci ildə Qərbi Azərbaycanin Göyçə mahalinda anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitunu (indiki Azərbaycan Texniki Universiteti — AzTU) bitirərək "Radioyayım və radiorabitəsi mühəndisi" ixtisasını almışdır. Vaqif Məhərrəmov Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında aspiranturada oxumuş, 1985-ci ildə keçmiş Sovetlər İttifaqının Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında (Leninqrad şəhərində) namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ildə doktorluk dissertasiyaı müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini və 1998-cu ildə "Radiotexnika" kafedrası üzrə dosent 2008-ci ildə professor elmi adı almışdır. O, 1985-ci ildən 1993-cü ilə qədər Azərbaycan Texniki Universitetinin "Ümumi və nəzəri radiotexnika" (indiki Radiotexnika) kafedrasında əvəzçiliklə dosent işləmiş, dekabr 1993-cü ildən 2005-ci ilə qədər "Radiotexnika" kafedarasının dosenti və eyni zamanda 2001-ci ildən 2003-cü ilə qədər "Radiotexnika və rabitə" fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-ci il dekabr ayından etibarən V.Ə. Məhərrəmov "Radiotexnika" kafedrasının müdiri vəzifəsində çalışır. 1985-ci ildən fizika riyaziyyat elmlzri namizədir; 2003-cü ildən fizika riyaziyyat elmlzri doktorudur; 1998-ci ildən "Radiotexnika" kafedrası üzrə dosentdir; 2008-ci ildən "Radiotexnika" kafedrası üzrə professordur; 2004-cü ildən "Avropa Astronomlar Şurası"-nın üzvüdür; 1972–1980-cı illərdə MEA-nın Şamaxı Astrofizika Rəsədxanasında böyük bə baş mühəndis vəzifələrində işləmş, Rəsədxananin aspiranturasında oxumuş, Günəş fizikası və astrofiziki cihazqayirma problemləri ilə məşğul olmuş, Rəsədxana tarixində ilk ixtiranin müəllifidir. 1980–1990-cı illərdə Sovetlər ölkəsinin "BAŞKOSMOS" –unun "Kosmik Tədqiqatları" Elm İstehsalat Birliyində labopatoriya və şöbə müdiri vəzifələrində işləmiş, İnfra-Qırmızı diapazonda işləyən Dövlət əhəmiyyətli yerüstü və kosmik cihazqayirma problemləri ilə məşğul olmuş, təsərüfat hesabli elmi-tədqiqat və təcrübi konstruktor işləmələrinin elmi rəhbəri və baş konstruktoru olmuşdur. 1990–1993-cü illərdə Səhiyyə Nazirliyi nəzdində Təcrübi konstruktor-texnoloji büronun direktoru vəzifəsində işləmiş, tibbi cihazqayirma problemləri ilə məşğul olmuşdur. 1985-ci ildən AzTU-nun "Radiotexnika" kafedrasinda əvəzçiliklə və 1993-cü ildən kafedranin ştatında dosent kimi dərs demişdir.
Vaqif Məmişov
Məmişov Vaqif İmamqulu oğlu (1962, Masallı) — "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri. Vaqif Məmişov 1962-ci ildə Gürcüstanda, Marneuli rayonunun Kosalı kəndində anadan olmuşdur. 1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının hüquq fakultəsini bitirmişdir. Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir. Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir. 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur. Vaqif Məmişov Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə Vaqif Məmişov "Tərəqqi" medalı ilə təltif edilib.
Vaqif Məmmədov
Vaqif Məmmədov (yazıçı) — yazıçı
Vaqiye İttifaqiye
Vaqiye İttifaqiye — 1850-51-ci illərdə (1807-1852) Nəsrəddin şah Qacarın (1848-1896) dövründə İranın baş naziri (1847-1851) işləmiş dövlət xadimi Mirzə Tağı xan Əmir Kəbirin dövründə buraxılan qəzet. Buradakı mövzulardan Əmir Kəbirin hansı dünyagörüşünə malik olmasını görmək olar...Onun hakimiyətdə olmasının bir ili ərzində qəzetdə aşağıdakı məqalələr çap olunmuşdur: "Avropa dövlətlərinin məşvərət assambleyaları(parlamentlər) barədə"," Görkəmli italyan xadimi Madzini və italyan inqilabçılarının və azadpərvər xadimlərin dünyagörüşləri və onların Avstriya ilə mübarizəsi", "Suveyş kanalının qazılması planı və onun tarixi","Dəmir yollarının inşası", " Hindistanın içtimai vəziyəti", "Astronomiya sahəsində tətqiqtlar və Saturn planetinin üzükləri barədə","Zəlzələlərin geoloji səbəbləri","Amerikanın əski mədəniyəti","Yeni Qitənin(Amerikanın) qazıntıları","Amerikada qızıl hasilatı və bunun İngiltərədə qızılın qiymətinə təsiri","Mançester fabrikaları", "Nil vadisinin münbitliyi"," Amerikan pambığının İranda əkinləri"," Hava kürəsinin ixtirası","İngiltərə əhalisinin siyahıyaalınması","İçməli suyun təmizlənməsi və bunun sanitar əhəmiyyəti","Borneo adasının kaniballarının vəziyəti" Новая история Ирана. Хрестоматия. Издательство "Наука" Главная редакция восточной литературы Москва 1988 стр. 112-113, tərcümə.
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Vagina
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.