Vaqif Bəhram oğlu Həsənov (18 fevral 1959, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyəti başçısı.
Vaqif Həsənov | |
---|---|
Vəzifədədir | |
28 avqust 2018-ci ildən | |
Əvvəlki | Raqub Məmmədov |
2013 – 2018 | |
Başçı | Gülağa İslamov |
2011 – 2013 | |
Başçı | Gülağa İslamov |
2006 – 2011 | |
Başçı | Hüseyn İsrafilov (2005-2010) Süleyman Mikayılov (2010-) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini, 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Faydalı qazıntı yataqlarının işlənməsi fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980–1987-ci illərdə 26 Bakı Komissarı adına NQÇİ elektrik çilingər, 1987–1989-cu illərdə 26 Bakı Komissarı adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi işləmiş, 1989–1991-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politoloq ixtisasını tam kurs üzrə bitirmişdir.
1991-ci ildə 26 Bakı Komissarı adına NQÇİ-nin partiya komitəsinin katibi, 1991–1995-ci illərdə Ə. Ç. Əmirov adına NQÇİ-nin Xüsusi şöbəsinin rəisi, 1995–2001-ci illərdə H. Z. Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001–2005-ci illərdə H. Z. Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsinin rəisi, 2005–2006-cı illərdə N. Nərimanov adına NQÇİ rəisin ümumi məsələlər üzrə müavini, 2006–2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.
2017-ci ildən Beynəlxalq Mühəndislik Akademiyasının Ümumi Yığıncağının qərarına əsasən, həmin akademiyanın həqiqi üzvü seçilmişdir.[1]
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.[2]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı, bir nəvəsi var.