Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maygülü
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Bozyanaq maygülü
Bozyanaq maygülü (lat. Podiceps grisegena) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Böyük maygülü
Böyük maygülü (lat. Podiceps cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Kiçik maygülü
Kiçik maygülü (lat. Tachybaptus ruficollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin tachybaptus cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Cütləşmə dövründə bədəninin üstü qonur-qara, altı ağımtıl, boğazı, yanaqları və boynu şabalıdı rəngdə olur. Maygülülərin o biri növlərindən fərqli olaraq başında bəzək lələkləri olmur. Qışda bədəninin üstü ağımtıl qonur, altı isə ağ olur. == Statusu == Çoxsaylıdır. == Yayılması == Geniş yayılıb. Avropa, Asiya, Avstraliya və Afrikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında və dağətəyi göllərdə yayılmışdır. Yaz köçü fevralın sonu, martın əvvəlində, payız köçü isə oktyabrda olur.
Maygülü cinsi
Maygülü (lat. Podiceps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Maygülü cinsinə 5 növ daxildir.
Qaraboyun maygülü
Qaraboyun maygülü (lat. Podiceps nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Qışda bədəninin üstü qara-qonur, altı isə ağ olur. Yayda başında kəkil olur, gözlərindən qulaqlarına doğru qızılı-kürən rəngində lələklər topası uzanır. Boynu qara, bədəninin yanları qonura çalan kürən olur. Dimdiyi iti və düzdür. Ayaqları bədəninin geri hissəsində yerləşir. Barmaqları enli üzmə pərdəsi ilə əhatə olunmuşdur. Çoxsaylıdır. Avropa, Asiya, Afrika və Amerikanın Şimalında yayılıb.
Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü. Azərbaycana qışlamağa gəlir. Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür. Erkəkləri dişilərindən az iridir.
Qarqulu
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qazqulu
Qazıqulu (əvvəlki adı: Qazqulu) — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazqulu kəndi Qazıqulu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Qazıqulu kəndinin ərazisindən 62,49 ha (bundan dövlət mülkiyyətində olan 5,52 ha, bələdiyyə mülkiyyətində olan 48,43 ha və xüsusi mülkiyyətdə olan 8,54 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. Kənd vaxtilə Şınıx zonasında (Gədəbəy rayonu) mövcud olmuş Qazıqulu kəndindən (Qazı Qulunun kəndi) köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlanmışdır. Qazıqulu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd dağətəyi ərazidə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Xanlar Cəfərov adına Qaziqulu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Çaypulu
Çaypulu — müştəri tərəfindən xidmətçiyə bəxşiş olaraq əlavə verilən pul miqdarıdır. Çaypulu sözünün mənası "xüsusi xidmət sahələrində xidmət qarşılığında işçilərə əsas qiymətə əlavə olaraq verilən müəyyən məbləğ" deməkdir. Çaypulu və onların məbləği ənənə və etiket məsələsidir və bu ənənə ölkə və məkana görə dəyişir. Bəzi yerlərdə təhqir kimi qəbul olunsa da, bəzi yerlərdə isə, əksinə, etiket üzrə qəbul olunub və müştərinin çaypulu verməsi adi hal sayılır. Çaypulu verilməsi əsasən ictimai iaşə sahələrinə aid edilir, ofisiant, taksi sürücüsü, saç ustası və s. peşə sahələrində çalışan şəxslərə çaypulu verilir. Digər hallarda çaypulu verilməsi rüşvət kimi də qəbul edilə bilər, məsələn, ABŞ-də dövlət işçilərinin və polis məmurlarının bəxşiş alması (hətta onlara təklif olunması) qanunsuz sayılır, bu, rüşvət kimi qəbul edilir. Oksford İngilis lüğətinə əsasən "çaypulu (bəxşiş)" sözü ara sözü kimi (slenq, jarqon termini olaraq) meydana gəlmiş və etimologiyası aydın deyil. Online Etimoloji lüğətinə görə, çaypulu sözü 1600-cü illərdə "kiçik bir pul hədiyyəsi ver" mənasını daşıyırdı, 1706-cı ildən etibarən isə "bir mənfəət ver" mənasını daşıyır. "Çaypulu" sözü ilk dəfə 1707-ci ildə Corc Farquharın "The Beaux' Stratagem oyununda fel kimi istifadə olunmuşdur və kriminal aləmdə zarafat ya qeyri-qanuni pul mübadiləsi kimi hər nəyinsə lazımsız və bərabərsiz kimi hədiyyə edilməsini nəzərdə tutan" bir söz kimi istifadə etmişdir.
Şahqulu
Şahqulu — ad. Şahqulu Baba Təkəli — Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Şahqulu (rəssam) — rəssam.
Layma Vaykule
Layma Vaykule(latış. Laima Vaikule‎; 31 mart 1954, Tsesis[d], Latviya SSR, SSRİ) — estrada müğənnisi. == Həyatı == Latviyalı ulduz Layma Vaykule sovet dönəmində estrada müğənnisi kimi ilk addımlarını Azərbaycanda atıb. Tanınmış müğənni bir müddət "Azkonsert"in üzvü olub.
Meşə bayquşu
Qarqulu (Cəlilabad)
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarqulu (Zəngilan)
Qarqulu — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, bu yaşayış məntəqəsini XIX əsrdə Naxçıvanda mövcud olmuş Qarqulu kəndindən gələn ailələr salmışlar. Kəndin adı çox güman ki, qarqu (qamış) sözü ilə bağlıdır. Kənd Mehri silsiləsinin ətəyində yerləşir.
Qarqulu (dəqiqləşdirmə)
Qarqulu (Zəngilan) — Zəngilan rayonunda kənd. Qarqulu (Cəlilabad) — Cəlilabad rayonunun Qarğılı kəndinin 27 mart 2001-ci ilə qədərki adı.
Bataqlıq bayquşu
Bataqlıq bayquşu (lat. Asio flammeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin qulaqlı bayquş cinsinə aid heyvan növü.
Camqulu (Qürvə)
Camqulu (fars. چمقلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 528 nəfər yaşayır (124 ailə). Əhalisini kürdlər təşkil edir.
Cin bayquşu
Damqulu (Meşkinşəhr)
Damqulu (fars. دمقلي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (25 ailə).
Qarqulu Çəm
Qarqulu Çəm (az-əbcəd. قارقولو چَم‎, fars. قارقلی‌چم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 609 nəfər yaşayır (192 ailə).
Qütb bayquşu
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Tarqulu (Həştrud)
Tarqulu (fars. تارقلي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (63 ailə).
Xanqulu (Sayınqala)
Xanqulu (fars. خانقلي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 192 nəfər yaşayır (35 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Çapqulu (Miyanə)
Çapqulu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (20 ailə).
Şahqulu xan
Şahqulu xan (urdu شاہ قلی خان) — XVI əsrdə yaşamış Moğol qubernatoru, siyasətçi və incəsənət himayədarı. Şahqulu Hindistanın Narnaul bölgəsində Moğol qubernatoru vəzifəsində çalışmışdır. Şahqulu xan 16-cı əsrdə böyük Moğol İmperiyasının hakim təbəqəsinin üzvlərindən biri idi. Xan Bayram xan Baharlının havadarlarından biri olmuş, Moğol məhkəməsində mühüm rəsmi şəxslərdən biri kimi çıxış etmişdir. O, Əkbər şahın hakimiyyətinin ilk illərində bir dəfə imperiyanın regenti olmuşdur. Şahqulunun Bayram Xan ilə olan əlaqəsi ona Moğol məhkəməsi ilə çoxlu sayda lütf qazandırmağa imkan vermişdi. 1550-ci illərdə Moğollar ilə Sur İmperiyası arasında bir sıra hərbi münaqişələr baş vermişdir. Şahqulu xan müharibə zamanı Moğol ordusuna rəhbərlik etmiş və döyüşlər zamanı öz hərbi şücaəti ilə fərqlənmişdir. 1556-cı ildə baş vermiş İkinci Panipat döyüşündə o, Sur imperiyasının hökmdarı olan Hemunu ağır yaralamışdır. Döyüş Moğol imperiyası üçün həlledici qələbələrdən biri sayılırdı.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Vaqula gölü
Vaqula gölü (est. Vagula järv; Vaqqola) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır. 2 km aşağıda Tamula gölü qərarlaşır. Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur. Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.
Şahqulu Sultan Əfşar
Şahqulu Sultan Əfşar və ya Şahqulu bəy Yüzbaşı Əfşar — Səfəvi imperiyasında xidmət etmiş siyasi və hərbi xadim. I Təhmasibin dövründə fəaliyyət göstərmiş, Kirmanın hakimi olmuşdur. Şahqulu Sultan Əfşar tayfasından və Xəlil xanın oğlu idi. 1528-ci ildə o, I Təhmasib tərəfindən Kirmanın hakimi təyin edildi. Bundan sonra Şahqulu Sultan Əfşar I Təhmasibə sona qədər sadiq şəkildə xidmət etdi. Bu müddət ərzində o, ən güclü vilayət hakimlərindən biri olmaqla birlikdə, hərbi qüvvələri ilə I Təhmasibi onun hakimiyyəti dövründə baş vermiş bütün hərbi əməliyyatlarda dəstəklədi. 1544-cü ildə Şah Təhmasib Şahqulu Sultana Böyük Moğol imperatorunu geri dönüş yolunda müşayət etməsini əmr edir. Hümayun üsyan nəticəsində taxtından məhrum qalmış, I Təhmasibə sığınmış və ondan hakimiyyətini geri qaytarmaq üçün yardım etməsini istəmişdir. Ona yardım üçün verilən orduya komandanlıq edənlərdən biri də Şahqulu Sultan olmuşdur. Bu yürüş nəticəsində Hümayun yenidən taxtına çıxmış, Qəndəhar, Qəznə və Kabil geri qaytarılmışdır.
Şahqulu Xəlifə Zülqədər
Şahqulu Xəlifə Zülqədər (ö. 4 iyul 1558, Astrabad, Səfəvi imperiyası) — Səfəvi imperiyasının türk hərbi və ictimai xadimi, I Təhmasibin möhrdarı, eşikağasıbaşı və Qum hakimi. Şah Təhmasibin hakimiyyəti dövründə - 1530-cu illərin əvvəllərindən ölümünə qədər - 1558-ci ilə qədər şahın ən yaxın adamlarından biri olmuş, Möhrdar, eşikağasıbaşı, Qum bəylərbəyisi və çoxsaylı yürüşlərdə ordu komandanı kimi vəzifələrdə xidmət etmişdir. Şahqulu Xəlidə Zülqədər tayfasının Qavurqalı boyundan idi. Onun adı ilk dəfə 1530-cu ildə bu tayfanın başçılarından biri kimi adı çəkilmişdir. O, Şahın sarayındakı mühafizəçilər qvardiyasında xidmət etmiş və şaha yaxın olan ən yuxarı eşalonda təmsil edilmişdir. "Tarix-i Qızılbaşan" əsərinin anonim müəllifinin bildirdiyinə görə, o, eşikağasıbaşı vəzifəsinə 1531-ci ildə Dilişeyxinin qətlindəki roluna görə bu vəzifəyə təyinat almışdır. Bu zaman möhrdar Kaba Xəlifə Təkəli idi. O, Təkəli tayfasının üsyanında iştirakına görə edam edildikdən sonra bu vəzifəyə Mahmud bəy Zülqədər təyin edildi. 1533-cü ildə onun da ölümündən sonra bu vəzifə də Şahqulu Xəlifə Zülqədərə həvalə edildi.
Şahqulu Baba Təkəli
Şahqulu, Şahqulu Baba Təkəli, Bıyıqlıoğlu və ya Şahqulu ağa Təkəli (türk. Şahkuluvə ya Şah Kulu Baba Tekeli; (d. Qorqudeli, Osmanlı imperiyası — ö. 2 iyul 1511, Sivas, Osmanlı imperiyası) - Anadoluda qızılbaşpərəst və səfəvipərəst üsyanın rəhbəri. Bu üsyan Şahqulu üsyanı adlanır və 1511-ci ildə Osmanl imperiyası tərəfindən çətinliklə yatırılmışdır. Üsyanın yatırılması zamanı öldürülmüş və Amasiyada dəfn edilmişdir. Şah İsmayılın atası Şeyx Heydərin Xəlifələrindən Həsən Xəlifənin oğludur və Qorqudelinin Yalımlı kəndi camaatındandır. Şahqulu Türkmən boylarından olan Təkəli elinə mənsub olmuşdur. Şahqulunun atası iki dəfə Şeyx Heydərin xidmətinə getmiş, Xəlifəsi olmuş və sonra doğma torpağı olan Təkə elinə göndərilib xalqı Şeyx Heydərin ardıcılı etmək tapşırılmışdı. Həm Həsən Xəlifə.
Aygünlü
Aygünlü — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Aygünlu Şabran rayonunun Gəndob inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Etnotoponimdir. XIX əsrdə Aygunlu Kəngərli adı ilə qeydə alınmışdır. Həmin əsrin ortalarında Aygunlu, Burbur (Borbor), Kəngərli, Molla Kamallı, Obey Məhəmməd Hacıbəbir və Ağamirzə obası adlı kicik məntəqələr birləşərək Aygunlu Kəngərli, Burbur Molla Kamallı və Burbur adlı 3 böyük kənd icması əmələ gətirmışdir. Sonralar oykonimin tərkibindəki "kəngərli" komponenti düşmüşdür. == Tarixi == Arxeoloji qazıntılar zamanı indiki yaşayış yerlərindən 0.5 km cənub-qərbdə kənd ərazisində Çaqqallıqtəpə deyilən ərazidə ilk tunc dövrünə (e.ə. 3-cü minillik) yaşayış yeri aşkar olunmuşdur. Yaşayış yeri ilk tunc dövrünün əkinçi tayfalarının mədəniyyəti üçün səciyyəvidir.
Qargülü
Xədicəgülü (lat. Galanthus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Acrocorion Adans.
Xaçgülü
Xaçgülü (lat. Senecio) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Nargülü
Nargülü (lat. Campsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi.
Dəstətük xaçgülü
Tephroseris cladobotrys (lat. Tephroseris cladobotrys) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tephroseris cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, hündürlüyü 40-120 sm olan, gövdəsi sadə, düzdayanan, hörümçəktoruvari tüklənmiş, qısa kökümsovlu bitkidir. Yarpaqları tünd yaşıl, qıraqları bütöv, yaxud diş-dişlidir. Kökyanı və aşağı gövdə yarpaqları yumurtavari-uzunsov, küt və ya ucu biz, saplaqları enlidir. Orta gövdə yarpaqları oturaq, lansetvari və ya dar uzunsov, küt və ya ucu bizdir. Səbətləri çiçəkləyən vaxt sıx çətir formalı çiçəkqurupunda yığılır. Səbətin ayaqcıqları müxtəlif uzunluqda, hörümçəktoruvari tüklüdür. Sarğısı 5–7 mm enində yarımkürəvari, daxili yarpaqları 4–5 mm uzunluqda ucu biz lansetvari, onlardan 2-3 dəfə kiçik olan xarici yarpaqları xətvaridir. Dilcik çiçəkləri sarı və ya narıncı rəngdədir.
Enliyarpaq xaçgülü
Krasnov qargülü
Kökatan nargülü
Kökatan nargülü == Təbii yayılması == Şimali Amerika, Çin və Vyetnamda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə qədər olan, iri, qalın gövdəsi üzərində külli miqdarda hava kökləri əmələ gətirən sarmaşıqdır. Budaqda xırda yarpaqların sayı 9–11 ədəd olub, qarşılıqlı, lələkvari, ellipsvari, uzunluğu 3–6 sm-dir, üst hissəsi yaşıl, kənarları dişli, çılpaq, alt hissəsi isə açıq-yaşıl, kənarları bütöv, damarcıqları damarcıqları tüklüdür. Qıfabənzər iri çiçəkləri, 10 sm uzunluğunda, 5 sm enində, kənarları tünd-narıncı rəngli, çiçəkləri dəstədə 4–12 ədəd olmaqla süpürgə çiçək qrupunda toplanır. Çiçək tacının uzunluğu 5–7 sm, diametri 3–4 sm olub, uzunsov-boruşəkilli, üstdən narıncı, içəridən sarıdır. Çiçəkləməsi yay aylarına təsadüfən edir və uzun müddət çiçəkləyir. Meyvələrin uzunluğu 12 sm-ə qədər olan, uzunsov-silindrik qutucuqlardır. Toxumlarla, kök qələmləri və zoğlarla çoxaldılır. == Ekologiyası == Zəngin və orta miqdarda nəmişli torpaqlarda tez böyüyür. Quraqlığa davamlı, işıq və istisevəndir, ancaq qışda −20 °C temperaturda şaxta vurur.
Poyarkova xaçgülü
Pojarkovia pojarkovae (lat. Pojarkovia pojarkovae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin pojarkovia cinsinə aid bitki növü. Hündürlüyü 80-200 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düz, şırımlı, yuxarı hissədə enli qalxanşəkilli süpürgəvari budaqlanmış demək olar ki, çılipaq çoxillik ot bitkidir. Dəstə halında olan bağşəkilli köklərin kökümsovu köndələndir. Yarpaqları saplaqlıdır, bərkdir, ensizneştərvari və yaxud ensiz-xətvaridir, sivriləşmişdir, uzunluğu 14-26 sm, eni 2-5 sm-dir, kənarları eyni ölçüdə qısa və itidişlidir, aşağı yarpaqları qısa saplaqlıdır, qalanları oturaqdır, qaidə hissəsinə doğru tədricən daralandır, kökətrafı yarpaqları tez saralandır. Çiçək qrupunun oxu və səbətin saplağı bütünlüklə qısa tüklərlə örtülüdür. Səbətləri çoxsaylı, xırda, enli-qalxanşəkilli sıx süpürgədədir; səbətin saplağı çox nazikdir, uzunluğu səbətin uzunluğuna bərabərdir və ya ondan azacıq uzundur. Sarğı yarpağı ensiz slindik formadadır, uzunluğu 5 mm-ə yaxındır, çılpaqdır; onun daxili yarpaqcıqları 5 ədəddir, xətvari-kürəkşəkillidir, kənarları nazik pərdəvaridir, küt və ya sivritəhərdir, çılpaqdır. Çiçəklər səbətdə adətən 5 ədəd, nadir halda 4- 6 ədəd olur. Dilcikşəkilli çiçəkləri yoxdur.