Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanəndə
Xanəndə — Azərbaycan mədəniyyətində müğənni, muğam ifa edən musiqiçi. Xanəndələr klassik musiqi sərvətlərinin — muğamların yaradıcıları və qoruyucularıdır. Xanəndəlik sənəti bu gün də yaşayır və fəal inkişaf edir. == Xanəndəlik == Xanəndəlik xalqın mənəvi aləminin ifadəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmək, yaşatmaq və qoruyub saxlamaq sənətidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xanəndələr musiqi sənətinin bir çox janrlarının inkişafında aparıcı qüvvə olmuşdur. Şifahi ənənəli musiqi mədəniyyəti xəzinəsini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndələrin, eyni zamanda, Azərbaycan operasının yaranmasında və bəstəkar yaradıcılığının genişlənməsində böyük xidmətləri olmuşdur. == Azərbaycan xanəndələri == Ağabala Ağasəid oğlu (1860–1928) Ağabala Məmmədbağır oğlu Abdullayev (1910–1976) Ağaxan Minaxan oğlu Abdullayev (1950–2016) Alim Həmzə oğlu Qasımov (1957) Arif İmran oğlu Babayev (1938) Aygün Əliqulu qızı Bayramova (1967) Baba Mahmud oğlu Mirzəyev (1940–2006) Bahadır Mehralıoğlu (1883–1962) Bakir Musa oğlu Haşımov (1926–1989) Cabbar Qaryağdıoğlu (Cabbar Məşədi İsmayıl oğlunun təxəllüsü; 1861–1944) Canəli Xanəli oğlu Əkbərov (1940–2021) Cümşüd Malıbəyli (1845–1915) Eynulla Eynulla oğlu Cəbrayılov (1935–1992) Eynulla Fətulla oğlu Əsədov (1930–1976) Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov (təxəllüsü "Bülbülcan"; 1841–1927) Əbülfət Əsəd oğlu Əliyev (1926–1990) Ələsgər Baba oğlu Abdullayev (1866–1929) Əlibaba Balaəhməd oğlu Məmmədov (1930–2022) Firuz Əmirxan oğlu Məmmədov (1972) Hacı Hüsü Neftali oğlu (təqribən 1830 illər, Şuşa — 1898, Aşqabad) Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919–1993) Haşım Səməd oğlu Kələntərli (1899–1984) Həmid Malıbəyli (Qurbanov Həmid İmamqulu oğlunun təxəllüsü; 1869–922) Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirovun təxəllüsü; 1901–1979) İqbali Azər Əbülhəsənxan (Əbdülhəsənxan Musa oğlunun təxəllüsü; 1870–1971) İslam Tapdıq oğlu Rzayev (1934–2008) Qaraxan İmran oğlu Behbudov (1935–2020) Qədir Çərkəz oğlu Rüstəmov (1935–2011) Qəzənfər Abbasov (1962) Qulu Rüstəm oğlu Əsgərov (1928–1989) Məcid Behbudalı oğlu Behbudov (1873–1945) Məhəmməd Keçəçioğlu (Məhəmməd Məşədi Xəlil oğlunun təxəllüsü; 1864–1940) Məhəmmədhəsən İsmayıl oğlu Mirzə (1951–1917) Mələkxanım Məzahir qızı Əyyubova (1963) Məmməd oğlu Ağa Mirzə Əli Əsgər Qarabaği (XIX əsr) Məmmədbağır Məmmədəli oğlu Bağırzadə (1950–2005) Mənsum İsrafil oğlu İbrahimov (1960) Məşədi Məmməd Fərzəliyev (1872–1962) Mircavadov Mirməmməd Mirbala oğlu (04.10.1953, Bakı) — xanəndə, muğam bilicisi.
Şair
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Səttar (xanəndə)
Səttar (XIX əsr) — azərbaycanlı xanəndə. == Həyatı == Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Fəqir (şair)
Fəqir — XVIII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olub. == Həyatı == Fəqirin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun əsl adı belə məlum deyil. Şairin Fəqir sözünü özünə təxəless götürdüyü ehtimal edilir. Fəqir keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. Şairin yalnız Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Miskincə kəndində anadan olduğu məlumdur. XVIII əsrdə Səfəvilər Dövləti dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == Şairin yaradıcılığı iki hissəyə bölünür: sevgi lirikası və sosial etiraz lirikası. Sevgi lirikasına Fəqirin "Gəldin" və "Görünməz" kimi şeirləri daxildir.
Kürdi (şair)
Mustafa bəy Sahibqıran (kürd. مستەفا بەگ ساحێبقران), təxəllüsü Kürdi (kürd. کوردی، Kurdî) — XIX əsr kürd şairi. O, Nali və Səlim ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Kürdi Nali və Səlim ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1806 və ya 1812-ci ildə anadan olmuş, 1850-ci ildə vəfat etmişdir. Onun poeziyasının forma və məzmunu Nali və Səliminkinə bənzəyir, daha çox sevgi, fəlsəfə, mistisizm, tarix kimi mövzulardan ibarət idi. Şeirlərinin çoxu qəzəl və qəsidə formasındadır. Şeirləri kürd, fars və ərəb dillərindədir.
Nali (şair)
Molla Xıdır Əhməd Şüvəysi Mikayıli (kürd. مەلا خدر (خضر) کوڕی ئەحمەدی شاوەیسی ئاڵی بەگی میکایلی) və ya təxəllüsü ilə Nali (kürd. نالی) (1798, Süleymaniyyə – 1855, Konstantinopol) — kürd şairi və tərcüməsi. O, əsasən sorani poeziya məktəbinə verdiyi töhfələrə görə tanınır.Nali Kürdi və Səlim ilə birlikdə yanaşı sorani dilini İraq Kürdüstanın ədəbi dilinə çevirmişdir. Nalinin yaradıcılığının kürd dilində intibahın yaranmasına mühüm töhfə verdiyi geniş şəkildə qəbul edilir. == İstinadlar == == Xarici keçidlər == Dîwanî Nalî. Researched and explained by Abdul Karim Mudarris and Fatih Abdoulkarim. ISBN 964-6546-74-9ISBN 964-6546-74-9 Keith Hitchins, "NALÎ" in Encyclopædia Iranica, online edition.
Nari (şair)
Molla Kaki Həmi və ya təxəllüsü ilə Nari (kürd. ناری) (1874, Mərivan, Kürdüstan ostanı – 1944) — kürd şairi. Mahmud Bərzənci, Tahir bəy Caf və Kani ilə yaxın münasibəti var idi.Nari kürd və fars dillərində lirik və mistik şeirlər yazmışdır. Şeirlərinin əsas hissəsi qəzəl formasındadır. O, daha çox kürd şairləri arasında Nali və Məhvidən, fars şairləri arasında isə Hafizdən təsirlənmişdir.
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Təmkin (şair)
Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi. == Həyatı == Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar. 1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır. Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir. 18 may 2014-cü ildə vəfat etmişdir.
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. == Həyatı == Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədi ilə Osmanlı imperiyasına köçüb.Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub.Xəlil 1485-ci ildə İznikdə vəfat edib. == Yaradıcılığı == Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib. 1334 beytdən ibarət və müxtəlif üslubda (qəzəl, müxəmməs, mürəbbe və s.) şeirləri özündə əks etdirən "Fürkat-namə" (Fürkatnâme, Firkat-nâme və ya Firak-nâme) (1471–1472) məsnəvisi ilə məşhurdur. "Fürkat-namə"nin lirik qəhrəmanı Xəlilinin özü olmasına baxmayaraq, şeirin əsl qadın sevgisindən, yoxsa mistik məhəbbətdən bəhs etdiyi barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur: Bu mənə biçarə dərvişi dilruş Qərib bikəs biyar bihuş Onun cəsədi çarmıxa çəkilərək yarğılanıb Qəlbi Hicran əlindən təmizlənir Əcəm mülkündə idum elmlə məşğuldur Mən gah fiqh, gah məkul oxuyurdum Tarixi zuhdi muxtarı oldum Ey sülh əhli, mənə lütf edin Yurdum gah mədrəsə gah məscid Hikmət nuru dilimdə ləmi oldu Məgər, kimə nə etdim?
Şair Alməmməd
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. == Həyatı == Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. == Yaradıcılığı == == Şəcərəsi == Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd == Ailəsi == Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. == İstinadlar == == Mənbə == "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Şair Alxasov
Şair Balaşərif oğlu Alxasov (1958, Qusar rayonu) — Qusar Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.
Şair Aydın
Aydın Ramazan оğlu (Şair Aydın; 1825, Şişqaya – 1915, Şişqaya, Yeni Bəyazid qəzası) — el şairi. == Həyatı == Şair Aydın 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlmişdir.Gənc yaşlarından saz-söz məclislərindən ilham alan Aydın şеir dеməyə, söz qоşmağa başlamışdır. Aydının şеirlərində əsas mоtiv haqsızlığa, ədalətsizliyə, zülmə qarşı хalqı оyatmaq оlmuşdur. 1877-ci ildə şairə qarşı qəsd hazırlayan şəхsi şairin böyük qardaşı Еyvaz öldürür. Bu hadisədən sоnra Aydın qardaşları Еyvaz və İsmiхanla birlikdə Sibirə sürgün еdilirlər. Оn il sürgündə оlduqdan sоnra şair Bakı şəhərinə gəlmiş və burada fəhlə işləmişdir. Bir çох şеirlərini də еlə Bakıda yaratmışdır. 1892-ci ildə dоğma Göyçə mahalına qayıdan Şair Aydın еl-оbası tərəfindən böyük hörmətlə və еhtiramla qarşılanmışdır. Gəraylıları ilə tanınan şair XIX əsrin ən məşhur aşığı Aşıq Ələsgərin müasirlərindən sayılır. Şeirlərində təbiət, sevgi, ayrılıq kimi mövzular üstünlük təşkil edir.
Şair Ağacan
Ağacan Cabbar oğlu Cabbarlı (1886, Qaraisa, Tiflis quberniyası – 1951, Tomsk vilayəti) — Borçalı mahalında tanınmış el şairi. == Həyatı == Ağacan Cabbarlı 1886-cı ildə Dağ Borçalının Gümrü nahiyəsinə daxil olan Qaraisə kəndində dünyaya gəlmişdir. İlk təhsilini mollaxanada almışdır. Sonralar ruhani təhsili almasına baxmayaraq, Ağacan ömürlük yaradıcılıqla məşğul olmuşdur. Gülxanım adlı bir qız ilə ailə qurmuşdur. Sonralar Ağacan arvadını və oğlunu itirmiş, əmisi qızı Zəhra ilə evlənmişdir. Onun Zəhra xanımdan iki oğlu — Ənvər və Şəmistan, iki qızı — Pərlan və Göyçək dünyaya gəlirlər. Onlar 1911-ci ildə Borçalının Quşçu kəndində yerləşirlər. O, ərəb, fars dillərini bildiyi üçün yerli mollaları tənqid etmişdi. Buna dözməyən kənt mollaları bir gecə Ağacanın yaşadığı qazma-dama su bağlayırlar.
Şair Heydərov
Şair Camaloviç Heydərov (4 sentyabr 1998; Mucuq, Qusar rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Şair Heydərov 4 sentyabr 1998-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olmuşdur. Ailəli idi. 26 noyabr 2022 tarixində qız övladı dünyaya gəlib. == Hərbi xidməti == Şair Heydərov 23 mart 2022-ci ildən 31 may 2022-ci ilə qədər “Komando” Dağ Təlim Mərkəzində keçirilən 5-ci qəbul “Komando başlanğıc kursu”nu bitirmiş və “Komando başlanğıc döş nişanı”na layiq görülmüşdür. Həmin tarixdən Quru Qoşunlarının tərkibindəki Komando Briqadasında kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının "Komando" briqadasının hərbçisi kimi, kəşfiyyatçı və snayper vəzifəsində iştirak edən Şair Heydərov 13 sentyabr 2022-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Şair Həsənov
Şair Nəcməddin oğlu Həsənov (10 iyul 1936, Qusar – 15 mart 2017) — Azərbaycan inşaatçı-mühəndisi və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri (2001–2006), Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri (1999–2001), Azərbaycan SSR tikinti materialları sənayesi naziri (1990–1991), Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsi sədrinin müavini (1986–1989), Azərbaycan SSR kənd tikintisi naziri (1983–1985). == Həyatı == Şair Nəcməddin oğlu Həsənov 10 iyul 1936-cı ildə (bəzi mənbələrdə 10 iyun) Qusar şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Politexnik İnstitutunu yol nəqliyyatı mühəndisi ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan SSR Tikinti Nazirliyi sistemində iş icraçısı, elmi-tədqiqat laboratoriyasının mühəndisi, böyük mühəndisi, bölmə rəhbəri, tikintinin təşkili və texnologiyas tresti şöbəsinin baş mühəndisi, texnika idarəsi rəisinin müavini, Sənaye Tikintisi Nazirliyi "Dəmir-beton" trestinin baş mühəndisi, nazirliyin istehsalat idarəsinin rəisi vəzifələrində işləmişdir.Şair Həsənov 1977–1980-ci illərdə Azərbaycan SSR kənd tikintisi nazirinin birinci müavini, 1980–1983-cü illərdə Azərbaycan SSR Baş Kolxoz-Sovxoz Tikintisi Baş İdarəsinin ("Başkolxozsovxoztikinti") rəisi, 1983–1985-ci illərdə kənd tikintisi naziri, 1986-cı ildən 1989-cu ilədək Azərbaycan Dövlət Aqrar-Sənaye (Aqrosənaye) Komitəsi sədrinin müavini, 1990-cı ilin yanvar ayından dekabr ayınadək "Azəravtoyol" İstehsalat Birliyinin rəis müavini vəzifələrində çalışmışdır. 1990–1991-ci illərdə Azərbaycan SSR tikinti materialları sənayesi naziri, 1991-ci ilin may ayından "Azərtikintimaterialsənaye" Dövlət Konserninin prezidenti olmuşdur.Şair Həsənov 1999–2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri işləmiş, 2001-ci ilin aprel ayında isə Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsinin sədri təyin olunmuşdur. Komitəsinin 28 fevral 2006-cı ildə ləğv edilməsindən sonra Şair Həsənov təqaüdə çıxmışdır. 2006-cı ildə isə "Samur" Ləzgi Milli Mərkəzi İdarə Heyətinin sədri seçilmiş və ictimai fəaliyyəti davam etdirmişdir.Şair Həsənov 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının, 1993-cü ildən isə Yeni Azərbaycan Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 10–11-ci çağırış deputatı seçilmişdir. "Azərbaycan SSR əməkdar mühəndisi" (1982) fəxri adına layiq görülmüş, "Şərəf nişanı" (1982), "Qırmızı əmək bayrağı" (1986) ordenləri və bir yubiley medalı ilə təltif edilmişdir. 2014-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Şair Həsənov 2017-ci ildə vəfat etmiş, martın 15-də Bakı şəhərində dəfn olunmuşdur.
Şair Məmmədhüseyn
Şair Məmmədhüseyn (1800, Daşkənd – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair. == Həyatı == Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır. Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. == Həyatı == Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.
Şair Ramaldanov
Şair Ramaldan oğlu Ramaldanov (5 sentyabr 1957, Xudat, Xaçmaz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki.Uğurlu "Horadiz Əməliyyatı" zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri. "Azərbaycan Bayrağı" ordenini 2 dəfə alan yeganə hərbçi, Moskva "Frunze" adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçi.[mənbə göstərin] == Həyatı == Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. Milliyətcə ləzgidir. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir. 1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. 1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat almışdır.
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. == Həyatı == 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi.Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Şair Əşrəf
Şair Əşrəf (1847, Kırkağaç[d], Manisa vilayəti – 22 may 1912, Kırkağaç[d], Manisa vilayəti) — Türk şair. == Həyatı == 1847-ci ildə Kırkağaçda doğulub. 1912-ci ildə Kırkağaçda vəfat edib.
Cami (şair)
Əbdürrəhman Cami – tacik şairi, musiqişünası, filosof və alimi. == Həyatı == Böyük taçik şairi, musiqişünası, filosof və alimi Əbdürrəhman Nurəddin ibn Əhməd hicri qəməri ilə 817-ci il şəban ayının 8-də, miladi ilə 1414-cü il noyabrın 7-də Cam şəhərində (Xorasan) anadan olmuşdur. Çox kiçik yaşlarından oxumağa başlamış, ilk təhsilini atasından almış, sonra isə Herat şəhərinin Xuş bazarında olan Dilgəş mədrəsəsində oxumuşdur. Burada Caminin müəllimi dövrünün məşhur sufilərindən olan ərəbist(?) mövlana Cüneydi Üsuli idi. İstedadlı və zəhmətsevən olduğundan, kitabları tez oxuyub qurtarır və bir müddərrisdən başqasına keçirdi. Cami ilə məşğul olan müəllim və müddərrislər onun hafizəsinə heyran qaldıqlarını bildirir, bunu başqalarına deməkdən çəkinmirdilər. Məsələn, dövrünün ən görkəmli müəllimi və bilikli alimlərindən hesab edilən mövlana Xacə Əlaəddin Əli Səmərqəndi demişdir ki, o ömründə Cami qədər hafizəli və istedadlı şagird görməmişdir. Bir az sonra Heratda tədris edilən bütün elmlərə kifayət qədər yiyələndikdən sonra, məlumatını artırmaq, xüsusilə də Heratda zəif tədris edilən təbiət elmlərini öyrənmək üçün Səmərqəndə getmək qərarına gəlir və orada məşhur astronom Uluqbəyin yaxın əməkdaşlarından olan Qazizadə Ruminin nücum və başqa təbiət elmləri sahəsində oxuduğu mühazirələrə qulaq asır. Səmərqənddəki müvəffəqiyyəti heç də Heratdakından az olmur. O, Səmərqənddən Herata qayıtdıqda, öz tələbkarlığı və çətin imtahan götürməsi ilə şöhrət tapmış, "Baharistan" da adı çəkilən mövlana Əli Quşçiyə həndəsə və cəbrdən imtahan verir.
Füzuli (şair)
Məhəmməd Füzuli (az.-əbcəd مَحمد سلیمان اوغلو‎) (təq. 1483, Bağdad, Nəcəf, Hillə və ya Kərbəla – 1556, Kərbəla və ya Bağdad, Bağdad əyaləti[d]), daha çox sadəcə Füzuli (فضولی) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1483-cü ildə indiki İraqda anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir. Füzuli poeziyasının çoxunu İraqda Osmanlı hakimiyyəti dövründə yazmış və buna görə o, bəzən Osmanlı şairi də adlandırılır. Füzulinin bütün həyatı boyu onun bir neçə himayədarı olmuş, lakin heç vaxt onu həqiqətən qane edən birini tapa bilməmişdir və onun şah sarayına qoşulmaq arzusu heç vaxt həyata keçməmişdir.
Hafiz (şair)
Hafiz Şirazi (fars. خواجه شمس‌‌الدین محمد حافظ شیرازی‎ Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar. == Həyatı == Hafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310-1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub.
Sabir Mirzəyev (xanəndə)
Sabir Nüsrət oğlu Mirzəyev (1943, Astraxanbazar rayonu – 23 iyul 2011, Təbriz) — Azərbaycanın Əməkdar artisti (2007), Azərbaycan xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı. == Həyatı == Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir. Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır. O, Prezident təqaüdçüsü idi. 2007-ci ildə Əməkdar artist adını almışdır. 23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat etmişdir.
Sabir Novruzov (xanəndə)
Sabir Novruzov (1 may 1944, Ağcabədi – 7 yanvar 2009, Bakı) — xanəndə, Azərbaycan SSR Əməkdar artisti. == Həyatı == Sabir Novruzov 22 iyul 1944-cü ildə Ağcabədidə dünyaya gəlmişdir. Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayırdı. Aqibətindən danışan S.Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyərdi: "Orta məktəbdə oxuyarkən "Pionerlər evi"nə gedərdim. Qarmon dərsi almışam. O gözəl günlər indi də yadımdan çıxmır. Toylarda Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim, daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl oxuyan idi. 1956-cı ildə bizi Bakıya gətirdilər, "Neftçilər klubu"nda çıxış etdik. Oxuyan zaman bir nəfər səhnəyə çıxdı, dedi ki, bu oğlanın gələcəyi var.
Sabir Əliyev (xanəndə)
Sabir Məhərrəm oğlu Əliyev (13 fevral 1948, Pərdi, Astraxanbazar rayonu – 22 dekabr 2020, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti, Azərbaycan Respublikasının Xalq artisti (2017). == Həyat və yaradıcılığı == Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1967–1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmiş və 50 ildən artıq bu teatrın muğam bölməsinin solisti olmuşdur. Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar — "Leyli və Məcnun"da (İbn Səlam, Zeyd, Şeyx), "Koroğlu"da (Vəli, Nadir), "Vaqif"də (Xanəndə, Züvvar), "Şah İsmayıl"da (Çapqınçı), "Əsli və Kərəm"də (Sofi, Osmanlı), "Aşıq Qərib"də (Aşıq Vəli, Şahvələd), "Gəlin qayası"nda (Əmioğlu, Şeyx), "Natəvan"da (Aşıq), "Sevil"də (Azançı) rolları yaratmışdır. S. Əliyev müxtəlif səhnələrdə, radio və telekanallarda, Türkiyə, BƏƏ, Rusiya, Fransa, İsveçrə, İran, Misir, Nigeriya və b. ölkələrdə qastrol səfərlərində olmuş və böyük uğurla çıxış etmişdir. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına, 15 sentyabr 2017-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adına layiq görülmüşdür.Sabir Əliyev 22 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sabir Əhmədov (şair)
Əhmədov Sabir Ağaqardaş oğlu (1954, Şamaxı rayonu – 28 iyun 1992) — şair, müəllim, döyüşçü. 1992-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Vətənpərvərlik ruhunda şeirlər yazmışdır. Ölümündən sonra (2007) "Mən ölmədim Mən diriyəm" adlı şeirlər toplusu çap olunmuşdur. == Həyatı == Sabir Əhmədov 1954-cü ildə Azərbaycanın Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuşdur. ADPU-nun filologiya fakültəsini bitirmişdir. 1976-cı ildə Şamaxı rayonunun Məlhəm kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2 illik fəaliyyəti dövründən sonra Bakı şəhərinə köçmüş və zavodda mülki müdafiə şöbəsinə işə düzəlmişdir. Bu dövrdə Vətən sevgisi mövzusunda "Bilmirəm", "Vətənimi Sevirəm", "Sənə", "Sənsiz", "Oyan", "Yalan doğru, doğru yalan", "Ölmək- Unudulmaq demək" kimi onlarla şeirlər yazmışdır.Xocalı soyqırımından sonra 1992-ci ilin mart ayında cəbhəyə yollanmış, 1992-ci ilin iyun ayının 28-də Füzuli rayonu Qırmızıbazar qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Xatirəsinin əbədiləşdirilməsi == Doğulduğu Əngəxaran kəndindəki tam orta məktəbə onun adı verilmiş və məktəbin həyətində büstü ucaldılmışdır.
Sabir Əliyev (şair)
Əliyev Sabir Əli oğlu (27 iyun 1928, Şuşa, DQMV – 27 iyul 1977, Şuşa, DQMV) — Azərbaycan şairi. == Həyatı == Sabir Əliyev 1928-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini Şuşa şəhərində almışdır. Həmçinin orta musiqi məktəbini də bitirmişdir. O, 17 yaşında Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1953-1954-cü ildə Tibb İnstitutunu bitirib, Şuşaya təyinat alıb. Şuşa şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Ağdamda və Sumqayıtda məhkəmə tibb eksperti vəzifəsində çalışmışdır. Ömrünün axırına kimi (1976) Sumqayıtda işləmişdir. Onun bir çox fəxri mükafatları vardır.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.
Bəhlul Danəndə
Bəhlul Danəndə — Yaxın Şərqdə folklor surəti. Bəhlul adı ilə məşhur olan Bəhlul Danəndə 9-cu əsrdə Bağdadda yaşamışdır. Rəvayətə görə, o, tarixi şəxsiyyət Harun ər-Rəşidin qardaşı olub, siyasət və səltənət taxtından üz döndərmiş, özünü dəliliyə vurub, incə sözləri ilə xalq arasında şöhrət qazanmışdır. Rəvayətlərdə həmçinin Bəhlulun İmam Cəfəri-Sadiqin səhabəsi olduğu, onlara qarşı təqiblərin olması üzündən özünü dəli kimi göstərməsi də qeyd olunur. Əsasən, ərəb folkloru surəti olan Bəhlul Danəndə, dünya folklorundakı "ağıllı axmaqlar"ın Şərq prototipidir. Bəhlul danəndə bir çox lətifə, didaktik şeir və hekayənin hökmdar, ruhani və varlılara qarşı çıxan hazırcavab, tədbirli və müdrik qəhrəmanıdır. Azərbaycan şifahi xalq ədəbiyyatında da Bəhlul Danəndənin adı ilə bağlı lətifələr var. Xalq arasında Divanə Bəhlul kimi də tanınmışdır. == İstinadlar == == Ədəbiyyat == "Ön söz". Məmmədhüseyn Təhmasib.
Arif Babayev (xanəndə)
Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, professor (1996), Azərbaycan SSR xalq artisti (1989), Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının sabiq müdiri. == Həyatı == Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z. Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş. Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb.
Gülşən Əliyeva (xanəndə)
Gülşən Əliyeva (tam adı: Gülşən Yasin qızı Əliyeva; d. 11 sentyabr 1986, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycan xanəndəsi, ifaçı, "Ana Kürüm" respublika mahnı müsabiqəsinin qalibi, "Xalq ulduzu" musiqi müsabiqəsinin finalçısı (2011). Şəfiqə Axundova, Hacı Xanməmmədov, Oqtay Kazımi, Ramiz Mirişli, Elza İbrahimova, Emin Sabitoğlu, Cahangir Cahangirov, Hökümə Nəcəfova, Zakir Bağırov, Andrey Babayev, Vasif Adıgözəlov, Səid Rüstəmov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Fikrət Əmirov, Telman Hacıyev, Tofiq Bakıxanov, Nüşabə Muradova və s. kimi bəstəkarların mahnılarına müraciət etmişdir. == Həyatı == Əliyeva Gülşən Yasin qızı 11 sentyabr 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2004-cü ildə Mingəçevir şəhər 15 nömrəli orta məktəbi bitirmiş, orta təhsil müddətində Mingəçevir şəhəri 3 nömrəli uşaq musiqi məktəbində xanəndə ixtisası üzrə təhsil almışdır. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecini əməkdar müəllim Qəzənfər Abbasovun sinfini xanəndə ixtisası üzrə bitirmişdir. 2019-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və hazırda xanəndəlik ixtisasl üzrə xalq artisti Simarə İmanovanın sinfində 3-cü kurs tələbəsidir.Uşaq yaşlarından etibarən bir çox musiqi müsabiqələri və festivallarda iştirak etmişdir. Ana Kürüm respublika mahnı müsabiqəsinin qalibi, 2011-ci ildə keçirilmiş Xalq ulduzu müsabiqəsinin finalçısı olmuşdur. İlk klipi Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general Polad Həşimovun xatirəsinə həsr olunmuşdur.
Mirzə Məhəmmədhəsən (xanəndə)
Mirzə Məhəmmədhəsən (1831-1907) - Azərbaycan xanəndəsi. == Həyatı == Mirzə Məhəmmədhəsən 1831-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Xanəndəliyi musiqişünas, mesenat Mahmud ağadan öyrənmişdi.
Mürşüd Məmmədov (xanəndə)
Mürşüd Səlim oğlu Məmmədov (21 avqust 1929, Muradbəyli, Ağdam rayonu – 26 aprel 1996, Bakı) — Muğam ustası, xanəndə. == Həyat və yaradıcılığı == Mürşüd Məmmədov 1929-cu ildə cənnət Qarabağda – Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə marağı olan Mürşüd qonşuluqda yaşayan Əhməd Ağdamskinin evinə yığışıb istedadlı xanəndələrin ifa etdiyi xalq mahnılarını və muğamlarını dinlər, onlardan eşitdiyi muğamları gizlicə zümzümə edərdi. Mürşüd Məmmədovun hələ kiçik yaşında ifa etdiyi Qarabağ şikəstəsi bütun Qarabağda insanları heyrətə gətirmişdir. Əsasən Əhməd Ağdamski onun ifasını dinlədiyində gözlərindən qeyri ixtiyari yaş gəlmiş və onu bağrına basmışdir. Az keçmədi ki, Mürşüd Məmmədov Ağdam musiqi məktəbinin tələbəsi oldu. Özü də Seyid Şuşinskinin sinifində… Qarabağın hər yerində Seyidin ən ləyaqətli tələbəsi kimi böyük şöhrət qazandı. Lakin 3 ildən sonra Əhməd Ağdamski Ağdaş musiqi məktəbinə müdir vəzifəsinə və Seyid Şuşunski isə Baki musiqi texnikumuna müəllim göndərildi. Mürşüd Məmmədov İkinci dünya müharibəsindən sonra isə ailəsi ilə birlikdə Şəki şəhərinə köçür. Bir müddət Şəki şəhər Piyonerlər evində bədii özfəaliyyət kollektivinin solisti kimi fəaliyyət göstərir.
Nəriman Əliyev (xanəndə)
Nəriman Mövsüm oğlu Əliyev (5 may 1930, Bakı – 28 aprel 1998, Bakı) — Azərbaycan xanəndəsi, müəllim, Azərbaycan Dövlət Filarmoniyasının solisti, Azərbaycan Respublikasının əməkdar müəllimi (1992). == Həyatı == Nəriman Əliyev 5 may 1930-cu ildə Bakının Buzovna qəsəbəsində anadan olmuşdur. 1942-ci ildə 206 saylı məktəbin 7-ci sinfini bitirmişdir. Atası ilə birlikdə Kolxozda işləmiş, oradan da 29 saylı peşə məktəbinə göndərilmişdir. Burada o, xarratlıq və avtomobil çilingəri peşələrinə yiyələnmişdir. 1948-ci ildə sənət məktəbini bitirmiş, 1951–1954-cü illərdə hərbi xidmətdə olmuşdur. 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi texnikumunun xanəndəlik sinfinə daxil olmuşdur. 1960-cı ildə Texnikumu bitirərək Azərbaycan Estrada Birliyinə, daha sonra isə Azərbaycan Dövlət Filarmoniyasına solist kimi qəbul edilmişdir. 1964-cü ildə 12 nömrəli musiqi məktəbinin axşam şöbəsində muğam müəllimi işləmişdir. 1965-ci il sentyabrın 1-dən 1997-ci il yanvarın 1-nə kimi Asəf Zeynallı adına Bakı Musiqi texnikumunda xanəndəlik sinfində dərs demiş, həmin şöbənin baş müəllimi olmuşdur.
Qasım Abdullayev (xanəndə)
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur.O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı.O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi.XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.Zabul Qasım təkcə peşəkar xanəndə deyildi, o, eyni zamanda bir opera artisti kimi də tanınmışdı. Onu səhnəyə ilk dəfə dəvət edən və sənətkarlığına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olmuşdur. O, görkəmli bəstəkarın xahişi ilə 1913-cü il avqust ayının 7-də Şuşa yay klubunda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu ifa etmişdi.Zabul Qasım 1914-cü ildə “Sport-Rekord” şirkətinin dəvəti ilə Tiflis şəhərinə gedərək səsini vala yazdırmışdır. Həmin vaxt Zabul Qasım “Zabul-segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur–Hindi” və bir neçə təsnif oxumuşdur.
Süleyman Abdullayev (xanəndə)
Süleyman Cümşüd oğlu Abdullayev vəya Dədə Süleyman (14 fevral 1939, Qaryagin – 23 oktyabr 2022) — xanəndə, Azərbaycanın Respublikasının əməkdar artisti (2012). == Həyatı == Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Qaryagin rayonunun Qoçəhmədli kəndində anadan olmuşdur. 1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilmişdir. 1960–1964-cü illər ərzində S. Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır. 1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır. Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndədir. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışır. Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", "Şur" muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olmuşdur.
Səxavət Məmmədov (xanəndə)
Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953, Gülablı, Ağdam rayonu – 30 sentyabr 1991, Azərbaycan) — Azərbaycan xanəndəsi. == Həyatı == Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Sona Bülbüllər" və s. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq ansmblının solisti olur. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı.
Teymur Mustafayev (xanəndə)
Mustafayev Teymur Ağaxan oğlu (10 aprel 1939, Alar, Astraxanbazar rayonu – 11 iyun 2020, Bakı) — müğənni, xanəndə, Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == Teymur Mustafayev 10 aprel 1939-cu ildə Astraxanbazar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərmişdir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olmuşdur. Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.
Tələt Qasımov (xanəndə)
Tələt Qasımov (21 iyun 1933, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ – 28 iyul 2013, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Yaqub Məmmədov (xanəndə)
Yaqub Məmməd oğlu Məmmədov (5 may 1930, Ağcabədi rayonu – 5 iyul 2002, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti (1990). == Həyatı == Məmmədov Yaqub Məhəmməd oğlu 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin XX əsrin II yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsi olmuşdur. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Görkəmli xanəndə Seyid Şuşinskidən ve xanəndə Mütəllim Mütəllimovdan muğam dəsgahları, xanəndəlik sənətinin sirlərini öyrənmiş, həmçinin musiqi və poeziya sahəsində dərin biliklər qazanmışdır. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb etmişdir. O, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilirdi. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, konsertlərdə çıxış etmişdir. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəstgahları bütün Yaxın və Orta Şərqdə yayılmışdır. Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaratmışdır.