Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Zəlili
Zəlili (ən tezi 1779 və ən geci 1780 və ya 1795 – 1836 və ya 1850) — Görkəmli türkmən şairi. 1780-ci ildə doğulmuşdur. Zəlili ilk dərslərini kənd məktəbində Məxtumquludan almışdır. Zəlilinin anası Xurma Məxtumqulunun bacısı qızıdır. Zəlili Seydulla Seydi iiə bir bölgədə yaşamış, onlar dost olmuş və şeirləşmişlər. 1836-cı ildə vəfat etmişdir.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Xəlil xan Özbək
Xəlil xan Özbək — Mirmehdi xanın hakimiyyətinin zəifləməsindən istifadə edən Fətəli xan Əfşar İrəvanı ələ keçirmək qərarına gəldi. Azad xanın başçılığı ilə 30 min nəfər qoşunu 1751-ci ildə İrəvana göndərdi. Bu qoşunların ön dəstəsi İrəvan qalasını mühasirəyə aldı. Gürcü çarı yenə fürsəti əldən vermədi və İrəvanı qorumaq adıyla şəhərə doğru hərəkət etdi. Döyüşdə II İraklinin qoşunları darmadağın edildi. Beləliklə Mirmehdi xan hakimiyyətdən salınır və yerinə Xəlil xan Özbək 1752-ci ildə İrəvana hakim təyin edilir. Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların da güclü hücumuna məruz qalmışdı. 1754–1755-ci illərdə Avar xanı Nusal xanın başçılığı altında Dağıstan qoşunları Kartli-Kaxetiya ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum etdilər. Bu hücum zamanı Göyçə, Dərəçiçək, Qırxbulaq və Abaran mahallarının kəndlərinə böyük ziyan dəymişdi. Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfuzunu xalq arasında xeyli aşağı salmışdı.
İbrahim Xəlil xan
İbrahimxəlil xan Cavanşir (1732—12.6.1806) — Qarabağ xanlığının ll xanı. İbrahimxəlil xan dövründə Qarabağ xanlığı çox böyük sürətlə inkişaf edirdi. Ağıllı və savadlı adamlar üçün ölkədə hər cür şərait yaradılır və sərbəst fəaliyyət göstərmək imkanı verilirdi. Şuşada elm, mədəniyyət və incəsənət işçilərindən ibarət ziyalı sinfi yaranırdı. Şəhərdə tikinti işləri geniş vüsət almışdı. Şuşa abadlaşır, xan sarayları, yaşayış evləri, qala divarları tikilir, yeni-yeni məktəblər açılırdı. Dövrünün görkəmli şairi olan Molla Pənah Vaqif İbrahimxəlil xanın dəvətini qəbul edərək Qazaxdan Şuşaya gəlir. Şairliklə yanaşı astronomiya və tətbiqi riyaziyyat elmlərini dərindən bilən Vaqif, Qarabağ xanlığının tarixində müdrik dövlət xadimi, uzaqgörən siyasətçi kimi də şərəfli yer tutur. Sarayda xanın 1-ci vəziri vəzifəsini tutan şair xanlığın xarici, daxili və hərbi siyasətinin təyin edilməsində əsas rol oynayır, tezliklə Qarabağ xanlığı beynəlxalq aləmdə tanınır. Fəqət bu yüksəlişə baxmayaraq Azərbaycan xanlıqlarının başı üzərində müstəqilliyin itirilməsi qorxusu dolaşırdı.
Zəli
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Amil Xəlil
Amil Xəlil (tam adı: Amil Bəhlul oğlu Xəlil; 13 noyabr 1991; Bakı, Azərbaycan) — azərbaycanlı araşdırmaçı jurnalist və aparıcı. == Həyatı == Amil Bəhlul oğlu Xəlil 13 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. Lakin sənədlərdə doğum tarixi 18 yanvar 1992-ci il qeyd edilib. 1998-ci ildə Biləcəridə yerləşən 284 saylı məktəbdə orta təhsil almağa başlayıb. Bir il sonra orta təhsilini həmin qəsəbədə yerləşən 45 saylı orta məktəbdə davam etdirib. Orta məktəb illərindən tarixə həvəsi olub. İrəvan və Kərkük xəritələrinin yeni versiyalarının hazırlanmasında iştirak edib. Hələ uşaq yaşlarından həvəskar şəkildə virtual olaraq aparıcılıq və müxbirlik edib. Sinif yoldaşlarından müsahibələr alıb məktəb jurnallarında çap etdirib. Taxtadan hazırladığı mikrafonlar hələ də qalmaqdadır.
Hacı Xəlil
Hacı Xəlil (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd. Hacıxəlil (Miyanə) — Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Hacıxəlil (Adıyaman) — Türkiyədə kənd. Hacıxəlil (Qars) — Türkiyədə kənd.
Mirzə Cəlil
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir. Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.
Musa Cəlil
Musa Cəlil (tat. Муса Җәлил, Musa Cəlil, موسا ﺟﮫليل; Муса Мостафа улы Җәлилев, Musa Mostafa ulı Cəlilev; 2 (15) fevral 1906–25 avqust 1944) — XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı (1956). Musa Cəlil Rusiyanın Orenburq şəhərində anadan olmuşdur. Uşaqlıqdan atasını itirmiş, anasının himayəsində yaşamışdır. Keçən əsrin 20-ci illərindən bədii yaradıcılığa başlamış, şeirlərini vətən, xalq, ayrılıq mövzularında yazmışdır. 1919-cu ildə komsomol təşkilatına qoşulmuş və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. 1931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki "Kommunist" qəzetinin redaktor müavini olmuşdur. Tatar gənclər təşkilatına rəhbərlik edən Musa Cəlil, İkinci dünya müharibəsi illərində sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir. Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir.
Patron Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Patrona Xəlil
Patrona Xəlil (türk. Patrona Halil; 1690 – 25 noyabr 1730, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin taxtdan endirilməsinə səbəb olan üsyanın rəhbəri. Əslən albandır və təqribən 1690-cı ildə Bitolada dünyaya gəlmişdir. Gənclik illərində Yeniçəri ocağının 17-ci bölüyünə yazılmış, ocağa bağlı olduğu illərdə Niş və Vidin qalalarında Osmanlı hakimiyyətinə qarşı hazırlanan ayaqlanmalarda iştirak etmişdir. Daha sonra burdan qaçaraq İstanbula gəlmiş, bir müddət kaptan-ı dəryanın kəndxudasının Patrona adlanan gəmisində ləvənd olaraq çalışmışdır. Bu səbəblə bir çox qaynaqlarda Patrona Xəlil olaraq anılır. Bu illər ərzində işlədiyi cinayətlər səbəbilə 2 dəfə ölüm hökmü ilə cəzalandırılsa da, xilas edilmişdir. Sonuncu dəfə isə kaptan-ı dərya Qaymaq Mustafa Paşa tərəfindən xilas edilmiş, bunun qarşılığında isə onun əmriylə məşhur Patrona Xəlil üsyanını başlatmışdır. O günlərdə İstanbulun və imperiyanın vəziyyəti ağırlaşmışdı. Belə ki, ağırlaşdırılan vergilər, rüşvətin və israfçılığın artması azmış kimi, heç bir səbəb olmadan Səfəvilər üzərinə müharibə elan edilmiş, cəbhədən ard-arda məğlubiyyət xəbərləri gəlməkdə idi.
Pəsxan Cəlil
Pəsxan Cəlil (əsl adı: Cəlil Məşədi Süleyman oğlu; 1895, Şuşa – 1949, Bərdə) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. Cəlil Məşədi Süleyman oğlu 1895-ci ildə Şuşa şəhərində musiqiçi anadan olmuşdur. Mədrəsə təhsili alıb oxuyub-yazmağı öyrənsə də 10–12 yaşlarında məktəbi yarımçıq qoymuş, uşaq yaşlarından qardaşı Mürsəllə xanəndə kimi məclislərdə iştirak etmişdir. Malıbəyli Həmid və Zabul Qasımın ifalarından təsirlənmiş, həmin xanəndələr kimi oxumağa çalışmışdır. Onun öyrəndiyi ilk hava "Qarabağda bir dənəsən" mahnısı olmuşdur. Cəlil 15–16 yaşlarında olarkən atası onu özü ilə teatr tamaşalarına və toy məclislərinə aparmağa başlamışdır. Aşıq yaradıcılığını sevdiyi üçün ona yerli əhali arasında ona "Aşıq Cəlil" deyə də müraciət edilmişdir. Qeyd etdiyimiz kimi, o şikəstə oxuyanda aşıq qoşmalarına, müxəmməs və təcnislərinə müraciət edərdi. Özü də şerin hər bəndini əzbər, sonra da şikəstə üstündə oxuyardı. Hələ o vaxtdan onun oxuduğu qəzəl və qoşmalar Qarabağ xalqı arasında dildən-dilə gəzirdi.
Qurbandurdu Zəlili
Zəlili (ən tezi 1779 və ən geci 1780 və ya 1795 – 1836 və ya 1850) — Görkəmli türkmən şairi. 1780-ci ildə doğulmuşdur. Zəlili ilk dərslərini kənd məktəbində Məxtumquludan almışdır. Zəlilinin anası Xurma Məxtumqulunun bacısı qızıdır. Zəlili Seydulla Seydi iiə bir bölgədə yaşamış, onlar dost olmuş və şeirləşmişlər. 1836-cı ildə vəfat etmişdir.
Sufi Xəlil
Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi. 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar. 1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir. 1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir" Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı.
Sultan Xəlil
Əbülfəth Sultan Xəlil — Ağqoyunlu hökmdarı. Uzun Həsənin oğlu idi. Hakimiyyətə gəlməzdən öncə Fars vilayətinin valisi idi. Cəlaləddin Dəvani öz Ərznaməsini 1476-cı ildə, məhz onun dövründə yazmışdır. Yay iqamətgahı Minbulaqda, daha sonra isə Persepolisdə olmuşdur. Şiraz ədəbiyyatının hamisi olmuşdur. Hakimiyyətə atasından sonra gəlmiş, lakin qardaşları ilə müharibəyə başlamışdır. Qardaşı Maqsudu öldürmüş, digər qardaşları Yaqub və Yusifi isə sürgünə göndərmişdi. Həmin il əmisi Murad bəy Bayanduru da məğlub edərək hakimiyyəti mərkəzləşdirmə siyasəti güdür. Mərkəzləşdirmə siyasətini bəyənməyən türkman əmirləri bundan narazılıq etdilər.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Zahid Xəlil
Zahid Xəlil (doğum adıyla: Zahid Abdulla oğlu Xəlilov; 20 mart 1942, Yevlax) — Azərbaycan yazıçısı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü. Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Mübarizə" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Zeynal Xəlil
Xəlilov Zeynal Rza oğlu (23 mart 1914, Yelizavetpol – 11 avqust 1973, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S. Vurğun, M. Müşfiq, R. Rza, S. Rüstəm, M. Rahim, O. Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. "İstək" adlı ilk şe‘rlər kitabı 1936-cı ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: "Yəhərləyin atları", "416", "Döyüşçünün vəsiyyəti" və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş "Tatyana" poeması , (1942) yazmışdır. "Düşüncələr" (1943), "E‘tibar" (1947), "Arzular" (1949), "İki dünya" (1952), "Bənövşə" (1956), "Şe‘rlər" (1963), "Sevdiyim rəng" (1970), "Günəş, dəniz və insan" (1973) və s. şe‘r kitablarının, "Ulduzlar" (1961) mənzum romanın müəllifidir. "İntiqam" (1941), "Qatır Məmməd" (1945), "Gənc ustalar" (1954), "Ata yolu" (1966) pyesləri var. "Qatır Məmməd"in motivləri əsasında eyniadlı film çəkilmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Zəlim Kotsoyev
Zəlim Kotsoyev (9 avqust 1998, Beslan, Şimali Osetiya) — Rusiyanı və Azərbaycanı təmsil edən cüdoçu, 2023-cü il Avropa Çempionatının qalibi. Zəlim Kotsoyevin beynəxalq turnirlərdə birinci uğuru 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında imza atdı. Həmin turniri Zəlim Kotsoyev bürünc medalla başa vurdu. Bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında Zəlim Kotsoyev bu səfər bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zəlim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyulunda Zəlim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib oldu. Həmin ilin avqustunda Zəlim Kotsoyev həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Zəlim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atdı. 2017-ci ildə Zəlim Kotsoyev Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi oldu. 2018-ci ilin aprelində Zəlim Kotsoyev Antalya şəhərində IJF Antalya Qran-Prisinin qalibi oldu.
Zəlim Tçkayev
Zəlim Tçkayev (2 may 1999) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Zəlim Tçkayev 2015-ci ildə sambo üzrə yeniyetmələr arasında Rusiya Çempinatının qalibi oldu. 2016-cı ildə isə o, sambo üzrə Rusiya və Dünya çempionu, həmçinin Finlandiyada cüdo üzrə gənclər arasında Avropa çempionu oldu. 2017-ci ildə də Zəlim Tçkayev sambo üzrə Rusiya və Dünya Çempionatlarının qalibi oldu. 2021-ci ilin yanvarında cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Həmin il o, həm də Əbu-Dabi şəhərində IJF Grand Slam turnirini bürünc medalla başa vurmaqla nüfuzlu turnirlərdə birinci uğuruna imza atdı. 2023-cü ilin sentyabrında isə Azərbaycanda IJF Grand Slam turnirinin qalibi olan Zəlim Tçkayev Yaponiyada baş tutan analoji turnirin bürünc medalına sahib oldu. 2024-cü ilin fevral ayı ərzində Fransa və Azərbaycanda baş tutan IJF Grand Slam turnirlərində müvafiq olaraq gümüş və qızıl medallara sahib oldu. IJF olimpiya reytinq cədvəlinə əsasən Zəlim Tçkayev və Səid Mollayi olimpiya normativinə uyğun idi, amma olimpiada da bir MOK-u ancaq bir idmançı təmsil etməlidir deyə Azərbaycan Cüdo Federasiyası Tçkayev və Mollayi arasında seçim apardı.
Əl-Cəlil
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Əl-Xəlil
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Əl Xəlil
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Zebil nahiyəsi
Zebil nahiyəsi — Naxçıvan ərazisində nahiyə. Zebil nahiyəsində isə 24 kənd olmuşdur. Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmışdır.
Zelik Yampolski
Zelik İosifoviç Yampolski (1911, Bakı – 1981, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru. Zelik Yampolski 1911-ci ildə anadan olmuşdu. Moskvada Tarix, fəlsəfə və ədəbiyyat institutunu bitirəndən sonra AMEA-nın tarix institutunda çalışmışdı. O, Azərbaycana aid 100-dən artıq işlərin müəllifi idi. Zelik Yampolski 1981-ci ildə vəfat edib. Görkəmli tarixçi, Qafqaz Albaniyasının ilk tədqiqatçılarından biri mərhum Z. İ. Yampolski yurdumuzun tarixinin araşdırılmasında böyük xidmətləri olmuşdur. O, antik və ilk orta əsr yazılı qaynaqlara əsaslanaraq Albaniyanın ictimai-iqtisadi quruluşunu, ərazisini, etnik tərkibini ilk dəfə olaraq tədqiq etmişdir. Yampolski digər bir əsərində də ilk dəfə olaraq Azərbaycan tarixşünaslığında Zaqafqaziya ərazisindən Kaspi dənizi, Kür və Rioni çayı vasitəsilə Qara dənizə gedən beynəlxalq ipək yolunun, su-quru ticarət yolunun olmasını hərtərəfli tədqiq etmişdir. O, həm dəqədim yazılı qaynaqlara, arxeoloji və etnoqrafik materiallara, məlumatlara əsaslanaraq Qafqaz Albaniyası çoxsaylı dini məsələlərini öz əsərində hərtərəfli tədqiq etmiş və öyrənmişdir. "Из истории древней Кавказской Албании" (1949 г.); "Атропатена и Кавказская Албания в I в.
Zelim Kotsoyev
Zəlim Kotsoyev (9 avqust 1998, Beslan, Şimali Osetiya) — Azərbaycanı təmsil edən cüdoçu, Cüdo üzrə Azərbaycan milli komandasının üzvü, Olimpiya və Avropa Çempionu. == Karyerası == Zəlim Kotsoyevin beynəxalq turnirlərdə birinci uğuru 2013-cü ilin iyununda Estoniyanın Tallin şəhərində baş tutan U-18 Avropa Çempionatında imza atdı. Həmin turniri Zəlim Kotsoyev bürünc medalla başa vurdu. Bir il sonra, 2014-cü ilin iyulunda Yunanıstanın Afina şəhərində baş tutan U-18 Avropa Çempionatında Zəlim Kotsoyev bu səfər bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2015-ci ildə sərbəst güləş üzrə Azərbaycan yığmasının lideri, əslən Şimali Osetiyadan olan Xetaq Qazyumovun məsləhətinə əsasən Zəlim Kotsoyev cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2015-ci ilin iyulunda Zəlim Kotsoyev Azərbaycan bayrağı altında Bolqarıstanın Sofiya şəhərində baş tutan U-18 Avropa Çempionatında turnirin qızıl medalına sahib oldu. Həmin ilin avqustunda Zəlim Kotsoyev həm də Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Zəlim Kotsoyev IJF Qran-Pri seriyalı beynəlxalq turnirlərdə birinci qələbəsinə 2016-cı ilin iyulunda Monqolustanda baş tutan Ulan-Bator Qran-Prisində qızıl medal qazanmaqla imza atdı. 2017-ci ildə Zəlim Kotsoyev Tayvanda baş tutan Universiada Oyunlarının, Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının və Zaqreb şəhərində (Xorvatiya) baş tutan gənclər arasında Dünya Çempionatında qızıl medalların sahibi oldu. 2018-ci ilin aprelində Zəlim Kotsoyev Antalya şəhərində IJF Antalya Qran-Prisinin qalibi oldu.
Səlim xan
Səlim xan (Şəki xanı) — Şəki xanı Səlim Xan (sənətçi) — Hind aktyor, prodüser və ssenarist Səlim Xan (kənd) — Pakistanın, Hayber-Paxtunxva əyalətinin, Mərdan diviziyasının, Svabi rayonunda kənd Səlim xan Şəmsəddinli — Səfəvi dövlət və hərbi xadimi. I Səlim II Səlim III Səlim Süleyman xan Əmirqasımi — Fars musiqiçi və müğənni.